“Xaricdə oxuyan
hər bir gənc “fikir oğrusu“
rolunu oynamalıdır”
Ümüd Səlimzadə: “Təhsilimizi aldıqdan sonra, qayıdıb Azərbaycanda komanda şəklində işləməliyik ki, müsbət gözləntilər özünü doğrultsun”
“Palitra”nın xaricdə təhsil alan istedadlı və bacarıqlı gənclərlə bağlı rubrikasının budəfəki qonağı Ümüd Səlimzadədir. Ümüdlə söhbətimizdən sonra belə bir qənaətə gəldik ki, Azərbaycan tibb elmində yeni Topçubaşov və Cavadzadələrin nəsli, yeni xələfləri yetişməkdədir. Özü də, bu gələcəyin bacarıqlı, savadlı kadrları olacaq gənclər ilk təcrübi uğurlarına ölkədən kənarda yeni-yeni biliklər öyrənməklə başlayırlar.
Ümüd Səlimzadə
ilə
olan müsahibəni oxuculara təqdim edirik:
- Ümüd,
ilk olaraq
oxucularımıza özünüz
haqqında məlumat vermənizi
istərdik.
- Mən öz simamda sizi və şimaldan-cənuba, şərqdən - qərbə yayılaraq böyük bir arealda yer alan, ürəyi Azərbaycanla döyünən bütün dünya azərbaycanlılarını salamlayıram və fürsətdən istifadə edib qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər bir azərbaycanlının bayramını təbrik edirəm. Mən - 1989-cu il 6 sentyabr tarixində Masallı rayonunda anadan olmuşam. Orta təhsilimin bir neçə ilini Bakı şəhərində davam etdirsəm də, təhsilimin son illərini Masallıda almışam. 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul oldum. 2012-ci ildə buranı müvəffəqiyyətlə bitirib, elə həmin il Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkil etdiyi müsabiqənin qaliblərindən biri olmuşam. Müsabiqənin şərtlərinə əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" na daxil edilmişəm. Hazırda Almaniyanın Berlin şəhərində yerləşən, “Charite Universitet” klinikasının Qulaq -burun- boğaz və baş-boyun cərrahiyyəsi şöbəsinin assistentiyəm. Bu klinikada təhsilimi rezidentura pilləsi üzrə davam etdirirəm.
-Almaniya
tibb sahəsində
kifayət
qədər
uğur əldə
etmiş ölkə
sayılır. Yəqin bu
amilə
görə buranı seçdiniz.
-2009-cu ilin yay aylarındakı tibb praktikasını Türkiyənin Ankara Universiteti, İbn Sina xəstəxanasında keçmək şansı əldə etdim. Orada praktika keçən zaman teorik biliklərimizin yetərli, praktik biliklərimizin az olmasını hiss etdim. Məndə, tibb təhsilimin ixtisaslaşdırılma hissəsini xaricdə öyrənib daha mükəmməl, daha ixtisaslı bir həkim olmaq ideyası yarandı. 2010-cu ildə isə İstanbul Universitetinin Çapa–Universitet Klinikasında 1 ay müddətinə təcrübə keçəndən sonra bu istək daha da artdı. Daha sonra, Təhsil Nazirliyinin Almaniyada rezidentura keçmək üçün təklif etdiyi əlverişli imkanı dəyərləndirib, bu ideyanı həyata keçirmək qərarına gəldim. Ümumiyyətlə götürəndə, belə seçim etməyimin bir neçə səbəbi oldu. Әn başlıca və ən əsas səbəblərdən biri, dediyiniz amildir. Yəni, Almaniyanın tibb məktəbinin və bu məktəbin özünəməxsus dəst-xəttinin olması burada mühüm rol oynadı. Digər səbəblərdən biri isə alman mədəniyyəti, dünyada məşhur olan alman punktuallığı və almanların hər işdə müsbət mənada özünəməxsusluqları - dəqiqliyə üstünlük vermələri məni məhz bu ölkədə təhsil almağa yönəltdi.
- Alman
təhsil
sistemindən razısınızmı? Bu ölkədə təhsilin
özəllikləri nədən
ibarətdir?
- Mən
rezidentura pilləsi
üzrə təhsil
aldığımdan, istərdim
ki, sizə
bir az bu
barədə məlumat verim. Rezidentura pilləsi
üzrə burada təhsil
almaq üçün
hər hansı bir imtahana ehtiyac
yoxdur. Sadəcə olaraq,
alman dilini bilmək kifayət edir
ki, burada müvafiq tibb
ixtisasları üzrə
təhsil alasan. Hərçənd ki,
öz diplomunu Almaniyada tanıtmaq üçün
xüsusi bir imtahana ehtiyac var. Amma sən universiteti əgər Almaniyada bitirsən,
buna da ehtiyac
qalmayacaq. Yəni qısası, özəlliklər və
özünəməxsusluqlar çoxdur.
-Bəs burada tibb sahəsi
üzrə
təhsili
bitirdikdən
sonra işə qəbul
prinsipləri
və
iş sistemi necədir?
-İşə
qəbul
prinsipi də tam fərqlidir. Belə ki, sən yalnız bir ərizə yazıb, klinikanın direktoruyla görüşdən müsbət
nəticə əldə edib, işə başlaya
bilərsən. Bizim klinika bədxassəli şiş xəstəlikləri üzrə
ixtisaslaşdığından hər
həftə buna uyğun bir "Şiş" konfransında və ağır pasientlərin rentgen nəticələrinin müzakirəsinə dair yığıncaqda iştirakımız məcburidir. Bunlardan başqa hər iki həftədə bir dəfə ixtisasımıza uyğun
müxtəlif
xəstəliklər barəsində slayd təqdimat
hazırlamağımız da məqsədəuyğun hal
hesab olunur.
- Almaniyada oxuyan tələbələrimizlə əlaqələr qurursunuzmu?
Təhsildən əlavə, ictimai, diaspor işlərində aktivsinizmi?
- Təbii
ki, qürbət ölkədə təhsil
alıb fəaliyyət
göstərirsənsə, soydaşlarınla
sıx əlaqədə olmalısan.
Ümumiyyətlə, nəzərinizə bir şeyi çatdırmaq
istəyirəm ki, bizim sahədə xüsusi
iş prinsipləri olduğundan və günün
demək
olar ki, 10 saata qədər müddətini
iş şəraitində keçirdiyimizdən
azərbaycanlı
tələbələrlə görüşmək
şansımız, əsasən həftə
sonları olur. Bundan əlavə, Azərbaycanın
Almaniyadakı səfirliyinin təşkil
etdiyi müxtəlif tədbirlərdə də iştirak edib, ölkəmiz
üçün vacib
olan tarixi günlərdə bir araya toplanmağı
özümüzə
borc bilirik.
- Adətən,
xaricdə
təhsil
alan gənclərimiz onlara olan dəstəkdən
razılıqlarını bildirirlər. Almaniyada necə, diaspor və
səfirlikdən dəstək alırsızmı?
-Bu sual barəsində fikirlərim
çox pozitivdir. Çünki Almaniyadakı səfirliyimiz bizim üçün Azərbaycan
doğmalığının, qonaqpərvərliyinin bariz bir nümunəsidir. Belə ki, səfirlik qeydiyyatında olan və
Almaniyada yaşayan hər
bir azərbaycanlının əlaqə vasitələri səfirlikdə mövcuddur və onlar daim diqqətdə saxlanılır. Eyni zamanda
səfirliyin
də
müvafiq əlaqə vasitələri bizdə
var. Yaranmış hər hansı problemə görə
ora müraciət edəndə, vaxt itkisi olmadan
bizimlə
rabitəyə keçib məsələnin həll
olunmasında çox
yardımçı olurlar.
Bu mənada
deyərdim
ki, səfirliyin bizə dəstək olmadığını desəm, yalnışlığa yol
vermiş olaram. Eyni zamanda diaspor təşkilatlarımız
da tələbələrimizlə birgə
fəaliyyət göstərirlər.
-Tibb üzrə
təhsil
alırsınız. Azərbaycan tibbinin gələcəyini
necə
görürsünüz?
- Çox maraqlı bir mövzuya toxundunuz və mənə elə gəlir
ki bu suala
verilən
cavab, nəinki bu qəzetin
hər
bir oxucusu üçün, eyni zamanda hər
bir vətəndaşımız
üçün maraqlı
olar. Bizdə belə məsəllər var:
"Deyirlər,
ot öz kökü üstündə bitər
və
su gələn arxa bir də gələr". Bu misalları sizə ona görə xatırladıram
ki, Azərbaycan tibbi
dünyaya akademik Mirməmməd Cavadzadə
kimi Qafqazda ilk böyrəkköçürmə əməliyyatını icra edən, Mustafa Topçubaşov kimi
1937-ci ildə
dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu
- inyeksion efir-yağ narkozunu - anelgeziya üsulunu kəşf edən (sonradan bu metod
sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına,
inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların aradan qaldırılmasına imkan
verdiyinə
görə
geniş tətbiq edilməyə başladı) insanlarımızı
bəxş
edib. Bu gün isə
xaricdə
tibb sahəsində
təhsil
alan 1500-dən artıq
həkimimiz
bu inkişafı yenidən
dirçəltmək qabiliyyətindədir. Sadəcə, təhsilimizi
mükəmməl şəkildə aldıqdan sonra, qayıdıb Azərbaycanda komanda şəklində
işləməliyik ki, müsbət gözləntilər özünü doğrultsun.
-İnsan
amilini dediniz. Bəs
tibb sahəsində
olan müasir texnologiyalarla bağlı nə
deyə
bilərsiniz ?
-Tibb sahəsində son texnologiyaların tətbiqinə gəldikdə isə
sizə
kiçik bir nümunə
demək
istəyirəm ki, dünyada hər
5 saniyədə 1300 insan bu və ya digər
səbəbdən dünyasını
dəyişir.
Ölüm sayına səbəb isə ən
çox müxtəlif xəstəliklərdir. Bu gün biz müasir
texnologiyalardan düzgün
qaydada istifadə edə
bilsək,
insanımızın daha
uzunömürlü, daha
sağlam olmasını
təmin
edə
bilərik.
Məhz buna görə də,
tibb sahəsində
ən
yeni texnologiyaların tətbiqi
ən
arzuolunan hal hesab olunur. Bu da ölkəmizdə mərhələ-mərhələ həyata keçirilir, klinikaların,
dövlət
xəstəxanalarının
yenidən
qurulub, ən son texnologiyalarla
təmin
edilməsi
çox təqdirəlayiq hal hesab olunur.
- Sonda ənənəvi sualımızı
verim. Təhsilinizi bitirdikdən sonra, həyata
keçirmək
istədiyiniz
hansı planlar var?
- Təhsilimi
uğurla başa vurduqdan sonra, vətənimə, millətimə bağlı bir insan kimi ilk növbədə öyrəndiklərimi, qazandıqlarımı öz
vətənimdə tətbiq
etmək
istəyirəm. Mənə elə
gəlir
ki, Azərbaycandan kənarda təhsil
alan hər bir gəncimiz
"fikir oğrusu"
rolunu oynamalıdır.
Yəqin ki, çoxumuz
ipəyin
ilk dəfə Çindən
dünyaya bir tacir tərəfindən, əsasının
içərisində oğurlanmaqla yayıldığını
bilirik. Məhz biz də
öz beynimizlə öyrəndiklərimizi, yenilikləri
"oğurlayaraq" gətirib Azərbaycanda
həyata
keçirməliyik.
Çünki bu gün bizləri gözləyən, müxtəlif xəstəliklərdən əziyyət çəkən, minlərlə insanımız
var... Çünki bu gün dövlət məhz
minlərlə insan arasından bizi seçib, bizə
güvənib,
bizə
etibar edibsə, bizə
bu vəsaitləri ayırıbsa, biz də öz növbəmizdə
bu inamı doğrultmalıyıq...
Ən əsası,
bu işi təkcə Bakıda yox, bütün regionlarda etməliyik. Nəzərə
alsaq ki, bu gün regionlarda
olan tibb mərkəzlərinin sayı
hər
il artırılır
və
bu mərkəzləri Bakıdan
cəmi
3-4 saatlıq yollar ayırır, niyə də
gedib həmin bu regionlarda çalışmayaq?
Bir faktı unutmaq lazım deyil ki, hər
bir xəstə
yerində,
zamanında müalicə və
müayinə
olunsa, daha effektiv olar.
Tural Tağıyev
Palitra.-2013.-28 dekabr.-S.7.