“Erməni diasporunun 50 ilə
qazandığına bir neçə ilə nail
olacağıq”
Vüsal Hüseynov: “Xaricdə təhsil alacaq gənclərə məsləhətim odur ki, əcnəbilərlə dostluq yaratmağı bacarsınlar”
“Prezidentin metallurgiya ilə bağlı verdiyi sərəncamdan sonra, 5-6 ilə metallurgiya qənaətbəxş səviyyəyə çatacaq”
Parisdə
təhsil
alan Vüsal Hüseynovun “Palitra”ya müsahibəsinin davamını
təqdim
edirik:
(əvvəli
ötən sayımızda)
- Bəs, Fransa
Parlamentində sizinlə
bağlı baş verən məlum
hadisənin
nəticələri
necə
oldu? Ümumiyyətlə,
bir qədər də
bu hadisənin başvermə
səbəbləri
barədə
danışardınız.
- Biz ,bu tədbirə gedəndə bunun sivil debat olacağını düşünürdük. Tədbir açıq şəkildə təşkil olunmuşdu və burada, nəinki azərbaycanlılar, istənilən şəxs müraciət edib iştirak edə bilərdi. Tədbirin adı isə belə idi- “1988-ci il Sumqayıt hadisələri və 25 il sonra Qarabağ perspektivləri”. Tədbirdə oturandan sonra gördük ki, bu, debat yox, sadəcə yanlış təbliğatlar aparan bir tədbirdir. “Erməni davası”nın təşkil etdiyi tədbir olan bu yığıncaqda məlum oldu ki, burada nə Sumqayıtdan, nə də Qarabağ perspektivlərindən söhbət getmir. Sadəcə olaraq, burada sırf Azərbaycan dövlətinin və hakimiyyətinin antitəbliğatı aparılır. Sözsüz ki, bunlar da çıxışlara alqışlarla cavab verirdilər, bizim isə etirazımız olduğu üçün bunu əl çalmamaqla göstərirdik. Nə kimisə təhqir edirdik, nə də onların tədbirini pozurduq. Biz, sadəcə sivil qaydada etirazımızı bildirdik. Zalda toplaşanlar müəyyən vaxtdan sonra başa düşdülər və dəqiqləşdirdilər ki, burada iki azərbaycanlı şəxs əyləşib. Bundan sonra bütün diqqəti bizə yönəltdilər. Hətta, həmin tədbiri işıqlandırmaq üçün gələn fotoqraflar, yalnız bizi çəkir, sanki diqqəti bizə yönəldirdilər. 4 çıxışdan sonra tədbirin əvvəli və ya axırı olmasına baxmayaraq, qəfil Sumqayıt soyqırımı adı ilə bir dəqiqəlik sükut verildi. Biz də bu deyilənlərə və yalançı Sumqayıt qırğının soyqırımı olmasına etiraz olaraq onlar kimi ayağa qalxmadıq. Biz ayağa qalxsaydıq, millətimiz barədə deyilən vandalizm və s. barədə uydurulmuş iftiralarla razı olmuş olardıq. Buna öz etirazımızı bu formada göstərdik. Qısası, biz ayağa qalxmayanda, etirazımızı bildirəndə bizə təzyiq göstərməyə başladılar və zal üstümüzə çığırmağa başladı ki, “ayağa qalxın”. Onda biz ayağa qalxdıq və yanımda əyləşən “Azərbaycan evi”nin rəhbəri Mirvari xanım söylədi ki, “bu ayağa qalxmağımız Xocalıda ölən şəhidlərimizi anmaq üçündür”. Həmin tədbir də bildiyiniz kimi, 26 fevralda təşkil olunmuşdu. Bu ifadələrdən sonra, onlar Mirvari xanımı vurmaq istədilər və sözsüz ki, buna icazə verə bilməzdim. Bu zərbələrin qarşısına keçərək özümüzü müdafiə etməyə çalışdım. Zalda 150-yə yaxın adam var idisə, onların 50-60 nəfəri üstümüzə gəldi. Zaldan çıxandan sonra yenə bizi tapıb fiziki təzyiqlər göstərdilər. Parlamentin içində azmışdıq və elə oldu ki, qayıdıb həmin məkana gəldik. Bayaq dava olanda onların əlindən ciddi xəsarət almadan qurtula bilmişdik. Amma ikinci dəfə üz-üzə gələndə onlar bundan yararlanmağa çalışdılar və erməni xisləti burada da özünü göstərdi. Döndüm və Mirvari xanıma səsləndim ki, qaçsın. Zərbələr endirdilər, belə bir xoşagəlməz hal yaşandı. Çox təəssüf ki, işi araşdıran fransız prokuror buna xitam verdi. Əsas da onu gətirdi ki, onda tutarlı faktlar olmadı ki, belə bir hadisə həqiqətən olub. Biz də indi apelyasiya şikayəti vermişik ki, yenidən bu iş açılsın. Hələ ki, bu, araşdırma mərhləsindədir.
- Bu olaydan sonra oxşar hadisə
ilə
yenidən
rastlaşmamısınız ki? Çünki ən aqressiv
ermənilər
Fransa və ABŞ-da
məskunlaşıblar.
Belə
olaylar olanda onların
çirkin əməlləri
sıralanmağa başlayır.
- Fransa və
ABŞ-da ermənilər çox
böyük şəbəkə qurublar. Bu isə
çox dərinə gedir.
İstənilən bir
idarədə müəyyən söz sahibi olan fiqurlara
birbaşa və
ya dolayısı yollar
tapa bilirlər.
Fransada 500 minə
yaxın erməni
yaşayır. Yəni,
bu çox böyük rəqəmdir. Bildiyimə görə, burada
təxminən 7 minə yaxın da azərbaycanlı
var ki, müqayisə aparsaq,
böyük fərqi
görərik. Amma güc kəmiyyətdə deyil, keyfiyyətdədir. Hələ ki,
onlar kəmiyyətlə yanaşı keyfiyyətlərini də
saxlaya biliblər.
Bunun səbəbləri var. Adi bir misal
çəkim. Fransada tələbə şəhərciyi var
ki, orada binalar ölkələrin adlarını
daşıyır. ABŞ, Kanada, Argentina evi və
s. Bu binalardan biri də
erməni
evi adlanır. Qeyd etsəm ki, burada hətta, Rusiya və
Türkiyə
evi yoxdur, amma erməni
evi var, indi ermənilərə olan rəğbətin nə
qədər böyük olduğunu təsəvvür edə
bilərsiniz.
Bu ev, hətta keçmiş sovet dönəmindən əvvəl də
tikilib və bu illər
ərzində hər
zaman özlərinin uydurduqları “həqiqətləri” təbliğ ediblər.
Qısası, onların
çox dərinə getmiş təbliğat mexanizmləri var. Düşünürəm
ki, biz bu templə
işlərimizi
davam etdirsək, 7-8 ilə
onların 50 ilə etdiklərini
edə
bilərik.
Qüvvələrimizi də
bərabərləşdirə
bilərik.
- Fransızların türklərə və azərbaycanlılara
olan soyuq münasibəti
haqqında danışdınız.
Bir qədər
də
onların mədəniyyəti,
Fransada yaşayış
səviyyəsi barədə söhbət
açardınız.
- Açığı
deyim ki, indiyə
kimi mənə
rast gəlmiş fransızlar
şəxsən mənə qarşı çox yaxşı rəftarda olublar
və
həmçinin,
çalışdığım yerdə
yaxşı münasibət sərgiləyiblər. Yəni,
buradakı alimlərlə əvvəldən də tanış idim. Bura gələndə baxmayaraq
ki, fransız dilini bilmirdim, mənə qayğı göstərildi. Hər hansı bir
ölkədə, o ölkənin
dilini bilmədən
fəaliyyət göstərmək çox çətindir. Mən, Parisdə
oxuyuram deyə, bura haqqında danışmaq istərdim. Paris çoxmillətliliyi ilə seçilir. Türklər, ərəblər,çinlilər, qafqazlılar,
ruslar, Şimali və
Qərbi
Afrikadan olan millətlərin çoxu burada üstünlük təşkil edirlər.
Xarici ölkələrdən gələn tələbələrin sayına görə, Paris dünyada birinci yerdədir.
Mən onların tolerant olduqlarının da şahidi olmuşam. Ola bilsin kimisə, hansısa millətin nümayəndəsini bəyənməsinlər, amma gülə-gülə
yola verirlər. Azərbaycanlı olduğuma görə fransızlarla gözəçarpacaq
problem yaşamamışam.
- Tələbə axınına
görə
Parisin birinci yerdə
olduğunu dediniz. Bundan yararlanıb əcnəbi
tələbələr
arasında Azərbaycanla bağlı təbliğatlar aparırsınızmı?
- Öncə onu deyim ki,
Parisdə
universitetlərin
həm
adları olur, həm
də
nömrələnirlər. Oxuduğum universitet Paris 6 adlanır.
Amma adı Pyer Mari və Pyer Kürinin adına
olan universitetdir. Çox adam
isə
bura sadəcə
Paris 6 deyir. Parisdə 13-ə qədər nömrələnmiş universitet var. Paris 6, ən böyük universitet sayılır və 30 mindən
çox gənc burada təhsil
alır. Və onu da qeyd edim ki,
Paris 6 ilə
Azərbaycan
Texniki Universiteti arasinda tələbə mübadiləsi haqqında qarşılıqlı
razılaşma imzalanıb.
Tələbələr arasında təbliğata gəldikdə isə
istərdim
ki, bu işdə aktivlik olsun. Amma hər
bir tələbə ilə
fərdi
şəkildə də
söhbətlər aparmaq olmur. Rəhbəri olduğum təşkilatdan istifadə
edib bu istiqamətdə də işlər
görmək
istəyirəm. Planda bir sıra məsələlər var ki, reallaşsa,
uğurlu olacaq. Buradan Fransaya gedəndə
ən
böyük arzularımdan
biri də o idi ki, Azərbaycanı
və
azərbaycanlıları
layiq olduqları səviyyədə təmsil edim. Bacardığım qədər də
çalışıram ki,
bunun öhdəsindən gələm. Parlamentdə olmuş məlum hadisələrdə də hər
şey bizim şəhidlərimizin ruhuna edilən hörmətsizliyə etirazımızdan başlamışdı.
- Bizim tələbələr
bu çoxmillətli şəhərdə aktivliyi ilə
seçilə
bilirlərmi?
- Mən şəxsən istərdim
ki, tələbələrimiz vətənpərvər ruhda olsunlar və
belə
fəaliyyət göstərsinlər. Fransada olanda ərəb, fransız olmasından asılı olmayaraq, hər
hansı bir insanda əsl azərbaycanlı haqqında
müsbət
fikirlər
oyada bilsən, böyük
iş görmüş
olarsan. Xaricdə yaşayan milyonlarla azərbaycanlının
hər
biri iki-üç adam arasında
düzgün təbliğat aparsa, görün, nə
böyük miqyaslı
işlər
görmüş olarıq.
Gələcəkdə xaricdə
təhsil
alacaq gənclərə məsləhətim odur ki, xarici ölkə vətəndaşları
ilə
dostluq yaratmağı
bacarsınlar. Dostluq yaratmaq
o demək
deyil ki, azərbaycanlılar
ölkəmiz
ilə
əlaqəni də
kəssinlər. Millətinə bağlı olan
insan öz milli keçmişini unutmamalıdır, öz köklərinə bağlı olmalıdır.
Bu çox önəmlidir. Belə bir ifadə var ki, “Sən uzun müddət xaricilərlə oturub-duranda
azərbaycanlılığını
unutmaq dərəcəsinə gəlib
çatırsan”. Bu isə
arzuolunmazdır. Bizim tələbələrə aktiv olmalarını arzu edərdim.
- Gələcəyin peşəkar mühəndisi
kimi Azərbaycanın inkişafını
necə
dəyərləndirərdiniz?
- Azərbaycanın inkişafı ilə bağlı çox söz demək olar. Bilirsiniz, mənə görə Azərbaycanın qüdrəti və onun inkişafını çoxsaylı faktlarla sadalamaq olar. Onun təbliği isə gənclərin, tələbələrin, diplomatların, diasporun əli çata biləcəyi ölkələrdə təbliğ və tərənnümü ilə ölçülməlidir. Allaha çox şükür ki, bu gün Azərbaycanın “əli çatmayan” bir ölkə yoxdur. Elə bir ölkə, region yoxdur ki, azərbaycanlılar diaspor fəaliyyəti ilə məşğul olmasınlar. Şəxsən bu, məni çox qürurlandırır. Xarici ölkələrdən Azərbaycan qeyri-adi bir ölkə kimi görünür. Mən, 6 ay vətəndə olmadım və Azərbaycana gələndə dəyişikliklərdən şoka düşdüm. Elə bir fikir yarandı ki, sanki mən ölkədə 5 il olmamışam. Azərbaycan 6 aya belə dəyişirsə, görün bir neçə il sonra burada hansı yeniliklər, inkişaf olacaq. Belə bir deyim formalaşıb ki, Azərbaycanın indiki durumu hansısa inkişaf etmiş ölkənin 20 il əvvəlidir. Mənə elə gəlir ki, Azərbaycan bu templə 2-3 ilə istənilən inkişaf etmiş ölkələrlə ayaqlaşa biləcək. Mən materialşünaslıq üzrə biliklərimi genişləndirirəm. Metallurgiya-titan sahəsini öyrənirəm. Prezidentimizin bu yaxınlarda metallurgiya ilə bağlı verdiyi sərəncamı bu sahəyə olan diqqəti daha da artırdı. Dövlət artıq metallurgiyanı prioritet sahələrdən birinə çevirib, bu sahənin sürətlə inkişafı üçün ölkədə hər şey edilir. Gələcəyin bu sahə üzrə alimi kimi bu diqqətdən çox sevinirəm. Sovet sistemi tənəzzülə uğradıqdan sonra, Azərbaycanda bu sahə çox zəifləmişdi. Bu sərəncamdan sonra əminəm ki, 5-6 ilə metallurgiya qənaətbəxş səviyyəyə çatacaq. Bundan sonra da daha bir yeni proqram qurulsa, bu, dünyada rəqabət aparmaq gücünə malik bir kompleks olacaq.
- Bir qədər də,
gələcək
planlarınız barədə
danışardınız.
- Seçdiyim ixtisas üzrə xaricdə təhsil alıb, elmi axtarışlarda olan çox az azərbaycanlı var. İstərdim ki, təhsilimi bitirdikdən sonra biliklərimi gənclərimiz üçün bölüşəm və azərbaycanlı gənclərə müəyyən yol göstərəm ki, xarici ölkələrə-yeniliklər axtarışına çıxa bilsinlər. Azərbaycana qayıdıb burada öz bilik və təcrübələrimi gənclərlə bölüşmək və öyrəndiklərimi xalqımın və dövlətimin inkişafı naminə tətbiq eləmək ən böyük arzum və planımdır. Bu gün onlar şagird və tələbə olsalar da, gələcəkdə bizi xaricdə təmsil edən potensial kadrlar olacaqlar. Bunun üçün onlara həm də istiqamətlər vermək lazımdır. Onlar arasında təbliğatlarımı aparıb, Fransada öyrəndiklərimi bölüşəcəm.
Tural Tağıyev
Palitra.-2013.-30
dekabr.-S.6.