Məktəbin yetirmələri xarici ölkələrdə peşəkar səviyyədə
iş nümayiş
etdirirlər
Musiqi məktəbinin yaradıcı kollektivi mədəniyyətimizin təbliği,
yetişən yeni nəslin tərbiyəsi
işində missiyasını məsuliyyətlə yerinə
yetirməyə çalışır
Layihə
çərçivəsində təqdim edəcəyimiz bu dəfəki
yazımız respublikanın qocaman musiqi ocaqlarından biri-Rəşid
Behbudov adına 2 nömrəli musiqi məktəbi ilə
bağlıdır. Qocaman və çox tanınan musiqi məktəbi
ölkəmizdə musiqi mədəniyyətinin
inkişafında böyük rola malikdir. Respublikada musiqi təhsilinin
ön sıralarında gedən Rəşid Behbudov adına 2
nömrəli onbirillik musiqi məktəbi yetişən gənc
nəslin musiqi tərbiyəsində mühüm rol oynayır
Məktəbdə şagirdlərdən
ibarət xalq çalğı alətləri orkestri, xor
kollektivi və skripkaçılar ansamblı fəaliyyət
göstərir
Son
illərdə musiqi məktəbinin müəllim kollektivi yeni
gənc mütəxəssislərlə, peşəkar kadrlarla
zənginləşib. Gənc müəllimlər təcrübəli
kadrlarla vəhdət təşkil edirlər. Bu isə məktəbin
yaradıcı mühitini daha da zənginləşdirir. Hər
tədris ilinin sonunda şagirdlərin yekun konsertinin
keçirilməsi artıq ənənəyə çevrilib.
Məktəbin şagirdləri möhtəşəm konsert
salonlarında, M.Maqomayev adına Dövlət
Filarmoniyasında, Kamera və Orqan musiqisi zalında və
Kapellhauzda müntəzəm olaraq konsertlər verirlər.
Vaxtaşırı keçirilən «Qönçə»
respublika festivalında, respublika musiqi məktəbləri
üzrə ifaçılıq müsabiqələrində 2
nömrəli musiqi məktəbi uğurla
çıxış edərək müxtəlif mükafatlar
qazanır. Respublikanın hüdudlarından kənarda
keçirilən bir sıra müsabiqələrdə
çıxış edən musiqi məktəbinin şagirdləri
də həmişə mükafat əldə edirlər. Eyni
zamanda respublika əhəmiyyətli bir çox baxış və
müsabiqə, festivalların keçirilməsi zamanı
musiqi məktəbi öz qapılarını tədbir
iştirakçılarının üzünə
açır. Məktəbdə təhsil alan şagirdlər
təkcə müxtəlif musiqi alətində ifa etmək vərdişinə
yiyələnməklə kifayətlənmir. Burada ixtisas və
bir sıra nəzəri fənlər öyrədilməklə
yanaşı, həm də uşaqların
yaradıcılıqla ünsiyyətinə şərait
yaradılır. Məktəbdə şagirdlərdən ibarət
xalq çalğı alətləri orkestri, xor kollektivi və
skripkaçılar ansamblı fəaliyyət göstərir.
Şagirdlər bu kollektivlərdə fəal və
böyük həvəslə çıxış edirlər.
Ötən əsrin 50-ci illərindən
başlayaraq məktəbdə skripkaçılar ansamblı
fəaliyyət göstərir
Hələ
ötən əsrin 50-ci illərindən başlayaraq məktəbdə
skripkaçılar ansamblı fəaliyyət göstərir. İlk
yarandığı günlərdə bu ansambla məktəbin
müəllimi, sonralar folklorşünas, sənətşünaslıq
üzrə elmlər doktoru olan Ə.İsazadə rəhbərlik
edib. Ansambl bir müddət Xalq artisti, dirijor T.Göyçayevin
rəhbərliyi altında fəaliyyət göstərib.
2007-ci ildə V.Şpikavokun beynəlxalq xeyriyyə fondunun
keçirdiyi «Moskva dostlarını qarşılayır»
4-cü beynəlxalq festivalda məktəbin Y.Rzaquliyevanın rəhbərlik
etdiyi skripkaçılar ansamblı uğurla təmsil olunub. Məktəbin
birləşmiş xor kollektivi daim öz nailiyyətləri ilə
hamını sevindirir. S.Göyçayskayanın rəhbərlik
etdiyi xor kollektivi respublikada keçirilən bir çox
festival və müsabiqələrin iştirakçısı
və laureatıdır. Bir məqamı qeyd edim ki, xor
uşaqlardan qurulmasına baxmayaraq, çox çətin və
mürəkkəb repertuarın öhdəsindən
asanlıqla gəlir. Kollektiv respublika miqyasında hər
növbəti müsabiqədə maraqlı və nadir hallarda
ifa olunan əsərlərdən ibarət proqramla
çıxış edir. Məktəbdə xalq
çalğı alətləri orkestri də
çıxış edir. K.Hüseynovun rəhbərlik etdiyi
kollektivdə şagirdlər həvəslə yeni-yeni
repertuarlar üzərində işləyirlər.
Muzeylərlə əməkdaşlıq
sayəsində məktəbdə stend-sərgilər təşkil
olunur
Məktəbdə
təhsilin ayrılmaz bir hissəsi olan sinifdənkənar
işlərə də həmişə böyük diqqət
ayrılır. Dünya sənətkarlarının, Azərbaycan
musiqiçilərinin yubiley tarixlərinə həsr
edilmiş tematik gecələrdə şagirdlər zəngin
konsert proqramı ilə çıxış edirlər. Nəzəri
fənlər üzrə keçirilən ümumşəhər
olimpiadalarında məktəbin şagirdləri həvəslə
iştirak edirlər. Rəşid Behbudov adına 2 nömrəli
onbirillik musiqi məktəbində tətbiq edilən sinifdənkənar
işin bir forması da şagirdlərin muzeylərə
aparılması, incəsənət əsərləri sərgilərinə
baxışının təşkilidir. Muzeylərlə əməkdaşlıq
sayəsində məktəbdə müxtəlif bəstəkar
və ifaçıların yubiley tarixlərinə həsr
olunmuş stend-sərgilər təşkil olunur. Müxtəlif
tarixi, əlamətdar günlərdə məktəbdə
konsert proqramı təşkil edilir, yaradıcı sənət
adamları ilə görüşlər keçirilir. Eyni
zamanda respublikanın mədəni həyatındakı əlamətdar
tarixlər məktəbin yaradıcı mühitində də
əksini tapır. Bülbülə, T.Quliyevə, R.Behbudova,
A.Məlikova, V.Adıgözəlova həsr olunmuş xatirə
gecələri təşkil edilir. Belə tədbirlərdə
tanınmış sənətkarlarımızla yanaşı,
digər peşə sahibləri, eləcə də xarici
qonaqlar da iştak edir. Onlar Azərbaycan bəstəkarlarının,
ifaçıların, musqiçilərin sənəti ilə
yaxından tanış olurlar. Belə yaradıcılıq gecələri
milli musiqi sənətimizin təbliğində böyük
rol oynayır. Məktəbin kollektivi digər respublikaların,
xarici ölkə nümayəndələrinin
qarşısında həmişə uğurla
çıxış edib.
2 nömrəli musiqi məktəbi
yeni inkişaf dövrünü yaşayır
Ümumiyyətlə,
məktəbin beynəlxalq əlaqələri çox
genişdir. Məktəbin bir sıra yetirmələri, eləcə
də vaxtilə burada çalışan müəllimlərin
bir çoxu, xüsusən, pianoçu və
skripkaçılar xarici ölkələrdə-ABŞ-da,
Almaniyada, İsraildə fəaliyyət göstərir, peşəkar
səviyyədə iş nümayiş etdirirlər. Məktəb
mədəni-maarifçilik fəaliyyəti ilə
bağlı üzərinə düşən işi layiqincə
yerinə yetirir. Yarandığı ildən məktəb təkcə
Bakıda deyil, ölkənin digər bölgələrində
himayəçilik işi aparır. Şagirdlərin
dünyagörüşü, bədii zövqünün
inkişafında bütün bunlar mühüm rol oynayır.
Uşaqlarda yaradıcı başlanğıcı gücləndirən
tədbirlərdən biri də məktəbdə şagirdlərin
ifasında musiqili tamaşaların hazırlanmasıdır.
Ü.Hacıbəylinin «Arşın mal alan» musiqili
komediyası, S.Abbasovun «Şən bahar» uşaq operası
çox maraqla qarşılanır. Musiqi məktəbində
tədrisin kefiyyətinə həmişə xüsusi diqqət
ayrılır. Müxtəlif şöbələrdə
aparılan açıq məşğələlər,
onların müzakirəsi, metodik məsələlərə
həsr olunmuş məruzələr və diskussiyalar,
ifaçılıq tarixinə dair mühazirələr müəllimlərin
öz işinə yüksək peşəkarlıqla
yanaşmasını bir daha sübut edir. Məktəbdə tədris
prosesini ətraflı təhlil edən pedaqoji şura ilə
yanaşı, vaxtaşırı təşkilati məsələlərə
həsr olunmuş toplantılar keçirilir. Məktəbdə
müəllimlərin pedaqoji-metodiki işdən əlavə,
həm də yaradıcılıqla məşğul olması
üçün hərtərəfli şərait
yaradılır. Belə ki, müəllimlər dəfələrlə
Bakı Mədəniyyət və Turizm İdarəsi tərəfindən
təşkil edilən musiqi məktəbi müəllimlərinin
ümumşəhər konsertlərində, elmi-nəzəri
konfranslarda uğurla çıxış edir, yüksək
peşəkar ifaçılıq bacarığı
nümayiş etdirirlər. Bir sözlə, 2 nömrəli
musiqi məktəbi yeni inkişaf dövrünü yaşayır.
Məktəbin zəngin kadr potensialı, gələcəyinə
böyük ümid bəslənilən şagird nəsli təhsil
ocağının böyük gələcəyindən xəbər
verir. Məktəbdə illər boyu formalaşmış
yüksək nizam-intizam, xüsusi iqlim, mənəvi ab-hava
müəllim və şagirdlər arasında yaradıcılıq
təması burada yaradılmış hərtərəfli
şəraitin nəticəsidir. Böyük tarixə malik
olan məktəb çətin sınaqlardan uğurla
çıxaraq bu gün də gözəl ənənələrini
və yüksək nüfuzunu qoruyub saxlayır.
Yaradıcılıq qayğıları musiqi məktəbinin
gündəlik həyatının mühüm tərkib hissəsidir.
Məktəbin yaradıcı kollektivi mədəniyyətimizin
təbliği, yetişən yeni nəslin tərbiyəsi
işində öz missiyasını məsuliyyətlə
yerinə yetirir.
Anar MİRİYEV
Palitra.-2013.-6 fevral.-S.11.