Yəhya Kərimov: “Müəllimlər ali məktəbi qurtarır, amma
gedib dərs deyə bilmirlər”
“Çünki orta məktəblə
ali məktəb arasında sıx birlik yoxdur”
Bugünlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaydığı məlumatda bildirilib ki, Azərbaycanda orta statistik abituriyent məktəb proqramının maksimum 53 faizini mənimsəyir və bunun başlıca səbəbi ümumtəhsil müəssisələrində tələbkarlığın aşağı olmasıdır. Belə ki, TQDK ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portretini müəyyənləşdirib.
Abituriyentlərin cavablarının göstəricilərindən aydın olub ki, hər iki bölmədə orta statistik abituriyent testlərin yalnız 25-53 faizinə düzgün cavab verib. Beləliklə, test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alaraq, belə qənaətə gəlinib ki, orta statistik məzun məktəb proqramının 47-75 faizini mənimsəmir. TQDK hesab edir ki, bu isə ümumtəhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.
Kompyuterlə
işə götürülərkən təsadüflər çox olur, müəllimlər
tapmacalara cavab verirlər
Bu sahədə mövcud vəziyyət və problemlərin həlli ilə bağlı mütəxəssislər hansı fikirdədir?
Təhsil Problemləri İnstitutunun direktor müavini, professor Yəhya Kərimov bu sahədə problemlərin olduğunu bildirdi: “Hazırda bu sahədə mövcud dərsliklər çətindir, ağırdır. Müəllimlər də bunu bilmədikləri üçün dərs deyə bilmirlər. Buna görə də genişmiqyaslı iş aparılmalıdır. Müəllimlər ali məktəbi qurtarır, amma gedib dərs deyə bilmir. Çünki orta məktəblə ali məktəb arasında sıx birlik yoxdur. Yəni, orta məktəbin proqramlarını ali məktəbin müəllimləri əzbər bilməlidirlər, mənimsəməlidirlər ki, uşaqlara biliyi, nəyi öyrətdiklərini də bilsinlər. Yeni kurikulumlar, proqramlar başqa şeylər tələb edir. Ona görə də kadr hazırlığında, ilk növbədə, rayonların hazırlığına başlamaq lazımdır”. Kadr hazırlığı ilə bağlı bir neçə istiqamət gördüyünü deyən professor bildirdi ki, ixtisas artırmaqla yanaşı, müəllimlərin sifarişi nəzərə alınmalıdır: “Müəllim sifariş verməlidir ki, nələri bilmirəm, öyrənmək istəyirəm. Auditoriyada danışarkən müəllimlərin bir qismi qulaq asır, bir qismi isə dinləmir, deyir bilirik. Amma nə bilmək istədiyini demirlər. Ona görə də sifariş verməli və kurslar da buna əsasən keçirilməlidir. Müəllimlərin istəyinə uyğun müxtəlif istiqamətlərdə kurslar təşkil edilməlidir. Təlim metodları, dərsliklər, təlimin məzmunu və s. ilə əlaqədar quruplaşdırıb keçmək lazımdır. Mənim fikrim odur ki, müəllimə fərdi yanaşmaq lazımdır. Onun hazırlığına, istəyinə, aldığı nəticələrə görə, müəllimin hazırlığına fikir verməliyik”.
Professor müəllimlərin işə götürülməsində test üsulu ilə imtahanları alqışladığını, biliyi müəyyənləşdirməkdə kompyuterlərin yaxşı vasitə olduğunu desə də, qeyd etdi ki, digər cəhət isə müəllimin tam fikrini bildirə bilməməsidir: “Bəzən əzbərçi müəllim müəyyən şeylərə cavab verə bilir, amma yaxşı hazırlığı olan müəllim həyəcandan, yaxud səhhəti ilə bağlı çaşıb düzgün cavab verə bilmir. Ona görə də müəllimi işə qəbul edəndə yaxşı olar ki, müəllimlə söhbət edib, onu qiymətləndirib işə götürsünlər. Bir sözlə, mən kompyuterlə işə götürməyin tərəfdarıyam, amma orada təsadüflər çoxdur, tapmacalara cavab verirlər. Müəllimlik aləmi, müəllimlik siması açılmır. Ənənəvi metodları unudub, ancaq yeni metodlarla işləmək düzgün deyil. Ulu öndər Heyrdər Əliyevin bir sözü var: “Yenilik yaradanda baxın, əvvəlkindən yaxşıdırsa onu tətbiq edin, yaxşı deyilsə hələlik köhnədən istifadə edin”. Biz ənənəvi metodları tamamlilə kənara atıb yenilik yaratmaq istəyirik. Keçmişə, ənənələrə istinad etmək, faydalı olanı götürmək lazımdır. Məsələn, bu gün polislərin hazırlanması da TQDK-ya həvalə edilib, amma onlar bunu bilmədiklərini deyirlər. Əgər bütün bunları ona etibar ediriksə, bunun sistemi işlənməlidir. Bunu da Təhsil Nazirliyi ilə birgə həll etmək lazımdır. Ümumiyyətlə, mövcud problemlərin həlli istiqamətində TN tərəfindən attestasiya normalarının hazırlanması planlaşdırılır”.
Bəzi tələbələr
öz üzərində çalışmır,
bacarıq və vərdişləri olmadığı üçün özlərini müəllim kimi göstərə bilmirlər
Azərbaycan
Dövlət Pedoqoji Universitetinin Ekologiya kafedrasının
professoru Rauf Sultanov isə bildirdi ki, təhsil islahatı Azərbaycanın
intellektual potensialının qorunmasında və inkişaf
etdirilməsində əsas amillərdən biridir: “Ona görə
təhsil islahatı prosesinin həyata keçirilməsi
prosesi ümumtəhsil məktəblərində
başlayıb və burada kurikulumun tətbiqi ilə əlaqədar
bu gün fənn proqramları, dərs vəsaitləri, müəllimlər
üçün tərtib olunmuş vəsaitlər
bütövlükdə dəyişdirilir. Kurikulumun tətbiqi ilə əlaqədar
ölkədə önəmli layihələr həyata keçirilib. Bu layihələr
nəticəsində bir qrup
kurikulum işini daha dəqiq bilən, səriştəli olan, təlimlərin keçirilməsi üçün müəyyən bilik və bacarıqlara sahib
olan mütəxəssislər yetişdirə
bilmişik. Amma təəssüflər
olsun ki, bu işi ölkə səviyyəsində
qısa müddətdə həyata keçirmək qeyri-mümkündür və buna
müəyyən vaxt lazımdır. Bu istiqamətdə müəllim kollektivinin formalaşması vaxt
tələb edən işlərdən biridir”.
Bu gün ümumtəhsil məktəblərinin
1-5-ci siniflərində kurikulumla əlaqədar
olaraq mövcud proqramlardan və dərs vəsaitlərindən
istifadə olunduğunu deyən professor qeyd etdi ki, müəllimlər
yalnız dərs prosesində bu işə
dəqiq yiyələnir və ustalığını
artırırlar: “ADPU-da ibtidai təhsil üçün
kurikulum proqramı hazırlanıb. Məqsəd
müəllimlərin yetişdirilməsi, kadrların
hazırlanmasında kurikulum ənənəsinə
sadiq qalmaq və
müəllimin bu təhsil
ocağını bitirdikdən sonra birbaşa kurikulumla dərs
keçmək bacarığına yiyələndirilməsidir.
Bu istiqamətdə
işçi qrup
yaradılıb, müxtəlif ölkələrin iş təcrübəsi öyrənilib,
onların dərslikləri, proqramları ölkəyə gətirilərək
onlardan istifadə etməklə ölkə
şəraitinə uyğun kadrların
hazırlanması işinə başlanıb. Bunlar hələ ki,
başlanğıcdır və formalaşma
prosesi gedir. Təəssüflər
olsun ki, müəllimlərin
peşəkarlığının artırılmasında
problemlər var və bu
istiqamətdə maddi vəsait tələb
olunur. Eləcə də gərək bu istiqamətdə ardıcıl olaraq sistemli olaraq treninqlər aparılsın. Mövcud çətinliklər isə obyektiv səbəblərdəndir. Çünki birdən-birə bu
məqsədi həyata keçirmək qeyri-mümkündür.
Hazırda 1-5-ci siniflərdə olsa da, tədricən gələcəkdə
10-11-ci sinfə çatanda artıq müəllimlərin
peşəkarlıq səviyyəsi də artacaq”.
ADPU-da
İKT-dən istifadə ilə bağlı tələbələr
üçün müəyyən imkan və şərait
yaradıldığını deyən professorun
sözlərinə görə, məsələn, İngiltərədə
bütün şagirdlər kompyuterlə
təmin edilib ki, bizdə
bu, yeni başlayıb:
“Gələcəkdə, yaxın 5-10 il ərzində
bizdə də Avropa təhsil sistemində
olduğu kimi ümumtəhsil
və ali məktəblərdə
İKT-dən tam istifadəyə keçid olacaq. Bu prosesdə yeni
kadrların yetişdirilməsi, köhnələrin yenilərilə
əvəz edilməsi prosesi isə
qısa vaxtın işi deyil.
Ali təhsil müəssisələrində
vərdiş və bacarıqların aşılanması prosesi ilə bağlı problemlər var. Belə ki, xarici ölkələrdə tətbiqi elmlərə
ali təhsil müəssisələrində
80 saat, bizdə 20-30 saat
vaxt ayrılır. Bizdə tətbiqi elmlərə
vaxt az ayrılır,
eləcə bəzi tələbələr öz
üzərində çalışmır, bacarıq və vərdişləri
olmadığı üçün
özlərini müəllim kimi göstərə
bilmirlər”.
Ardı var…
Nigar ABDULLAYEVA
Palitra.-2013.-6 fevral.-S.12.