“Uşaq ədəbiyyatı
sahəsində boşluq var”
deyənlərlə razılaşmıram”
Rəhilə Rzayeva: “Uşaq
Kitabxanasının nəzdində fəaliyyət göstərən
kitab mağazasında xeyli
sayda maraqlı kitab-jurnal
satılır”
Uşaq ədəbiyyatı sahəsində boşluq olması ilə bağlı müxtəlif məlumatlar yayılır. Bu sahədə lazımi qədər ədəbiyyatın olmaması ciddi problem kimi qəbul edilməlidir. Uşaqların, yeniyetmələrin dünyagörüşünün, bədii-estetik zövqünün formalaşmasında bədii ədəbiyyatın, kitabın rolu danılmazdır. Doğrudanmı, bu gün bizdə uşaq ədəbiyyatı sahəsində ciddi problem var? Bu məsələni araşdırmaq üçün M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasını ziyarət etdik.
Əvvəla,
qeyd edək ki, Bakıda fəaliyyət göstərən ən
qədim kitabxanalardan olan M.Seyidzadə adına Mərkəzi
Şəhər Uşaq Kitabxanası 1889-cu ildə Bakı
şəhər Duması tərəfindən yaradılıb.
İlk əvvəllər kitabxana yalnız ali çinovniklərə,
şəhər idarəsinin qulluqçularına və
onların uşaqlarına xidmət göstərib. O dövrlər
kitabxanada 2 min 739 nüsxə kitab və qəzet fondu
mövcud olub. 1889-cu ildə şəhər Dumasının qərarı
ilə rus tənqidçisi V. Q. Belinskinin adını əbədiləşdirmək
üçün kitabxanaya onun adı verilir. Kitabxananın
fondu tədricən artaraq 1917-ci ildə 85 min 57 nüsxə təşkil
edib. 1918-ci ildə Bakı Xalq Maarif Şöbəsi
yanında 226 min 960 nüsxə kitab fonduna malik kitabxana
mövcud idi. Bu kitabxanalardan biri Belinski adına kitabxana idi. Bu
kitabxana o dövrlər “Belinski adına III Sovet kitabxanası”
adlanırdı.
Keçmiş Bakı şəhər Mədəniyyət İdarəsinin tabeçiliyində olarkən kitabxana Bakı şəhərində olan uşaq kitabxanalarına metodik rəhbərlik işini həyata keçirib. 1965-ci ildə kitabxanaya Mərkəzi Şəhər Uşaq Kitabxanası statusu verilib. 1991-ci ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya görkəmli uşaq şairi Mirmehdi Seyidzadənin adı verilib. Kitabxananın fondunda azərbaycan, rus, ingilis dillərində kitablar var. Kitabxana uşaq kitabxanası olduğu üçün fondun əsas hissəsini latın qrafikası ilə yazılmış uşaq ədəbiyyatları, digər hissəsini ensiklopediyalar, klassiklərin əsərləri təşkil edir.
Bura gəlməyimizin bir səbəbi də Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü
ilə Uşaq Kitabxanasının nəzdində
Uşaq İnformasiya
Mərkəzi-Kitab mağazasının fəaliyyət
göstərməsi oldu. Yəni,
kitabxananın nəzdində kitab
mağazası fəaliyyət göstərir. Azərbaycanda ilk layihə olan bu kitab mağazasında Azərbaycan
dilində olan nəşrlərlə
yanaşı rus, ingilis,
alman və fransız dillərində kitablar oxucuların istifadəsinə təqdim
edilir. Kitabxana-mağazanın kitab fondu, uşaq
ədəbiyyatı ilə təminatı, uşaqların mağazaya münasibətini öyrənmək
üçün kitabxanaya
baş çəkdik. Müasir
görünüşə malik olan kitabxana-mağaza ilk baxışda insanda
müsbət əhvali-ruhiyyə yaradır. Kitabxananın direktoru Rəhilə Rzayeva
bizimlə söhbətdə bildirdi ki, mağazada uşaq ədəbiyyatı ilə
bağlı kifayət qədər vəsait var.
Kitabxananı gəzdikcə şahidi olduq ki, doğrudan
da körpələr üçün
xeyli sayda vəsait-jurnal,
kitab var. Rəhilə
Rzayeva bildirir ki, mağazanı ziyarət edən
uşaqların, yeniyetmələrin sayı çox
olur. Orada olan kitablar, jurnallar uşaqların, yeniyetmələrin
marağını təmin edə bilir. Çünki ədəbiyyat fondu
zəngindir. Görünür, bu səbəbdəndir ki,
Rəhilə Rzayeva «uşaq
ədəbiyyatı sahəsində boşluq
var» deyənlərlə
razılaşmır: «Mən bunu deyənlərlə
razı deyiləm. Nazirliyin təşəbbüsü
ilə həyata keçirilən layihə çərçivəsində
kitabxanamızın nəzdində belə bir
mağaza fəaliyyət göstərir. Burada cürbəcür uşaq
ədəbiyyatı, nağıl jurnalları, kitabları
satırıq. Kitabların, jurnalların nəfis tərtibatı,
rəngarəng olmağı, keyfiyyətli məlumatlarla təmin
olunması uşaqların da, valideynlərin
də diqqətini cəlb edir. Sadəcə,
valideynlər şikayət edirlər ki, səhifədə
verilən məlumat kiçik şriftlə
verilməsin. Böyük
ölçüdə olsun ki, uşaqların oxuması üçün
rahat olsun. Biz də bu iradları
müqavilə imzaladığımız nəşriyyatlara,
müəlliflərə çatdırırıq». Kitabxana rəhbəri qeyd etdi ki, uşaq
ədəbiyyatının çapı ilə məşğul
olan nəşriyyatlar məhsullarını
onlara təqdim edirlər. Eyni
zamanda müəlliflər özləri də
çap olunan
kitablarını, jurnallarını satış üçün kitabxanaya
təqdim edirlər. Amma kitabxana
hər kitabı satışa təqdim etmir.
Kitabxana-mağazaya təqdim edilən bütün kitablar diqqətlə
yoxlandıqdan sonra satışa
çıxarılır. Öyrəndik ki,
bəzi müəlliflər var ki, onları kitabxanaçılar da, alıcılar olan uşaqlar da sevirlər. Onlardan biri də kitabaxanaçıların
dili ilə desək, «Gülzar
nənə» kimi tanınan Gülzar
İbrahimovadır. Onun kitabları uşaqlar kimi
böyüklərin də diqqətini cəlb edir.
«Su pərisi və balıqçı», «İki bacının gündəliyi»,
«Hansı peşəni seçməli?», «Tapmaca
məndən, açması məndən», «Lalənin ləçəyi»
kimi jurnal-kitablar uşaqlar tərəfindən çox
sevilir. 600 və 1000 sözlük
3 dildə «Şəkilli lüğət» uşaqlar
üçün faydalı vəsait
sayıla bilər. Eləcə də Səmagül
Əliyevanın müəllifi olduğu
«Rəqəmlərin sehrli dünyası»
və «Hərflərin sehrli
dünyası» vəsaiti uşaqların rəqəm və hərflərlə
bağlı təsəvvürünün formalaşmasında
əvəzsiz vəsaitdir. Yüksək səviyyəli dizayna malik olan
vəsaitlər də diqqətimizi cəlb etdi.
Bəzi jurnal-kitablar elə nəfis şəkildə
hazırlanıb ki, elə böyüklərin
də diqqətini cəlb edir. Məsələn,
Azərbaycan xalq nağıllarının
belə tərtibatda çapını görməkdən doğrusu məmnun qaldıq. «Tülkü və hacıleylək», «Turp» və sair adlı kiçik nağıl jurnalları körpələrin,
məktəbədəqədər yaşda
uşaqların diqqətini cəlb etmək, onlarda
müəyyən təsəvvür formalaşdırmaq
baxımından böyük əhəmiyyət
kəsb edir. «Çəkməli pişik», «Sehrli torba», «Taladakı tənha ağacın
nağılı», «Lovğa xoruz», «Meşə kralı» kimi
nağıllar uşaqların sevimli vəsaitləri
arasındadır. Uşaqlar tərcümə
edilən xarici nağıl kitablarına da maraq göstərirlər.
Onu da öyrəndik ki, hərəsində 3-4 nağıl olmaqla 25 seriyada çap olunan «100 sevimli nağıl» kitabı uşaqlar
tərəfindən böyük maraqla qarşılanıb. Bu
vəsait ən çox satılan kitablar arasındadır. Kitabxana
rəhbəri onu da bildirdi ki, Mədəniyyət
və Turizm Nazirliyinin
«Nizami» layihəsi çərçivəsində
uşaqla bağlı çox
qiymətli vəsaitlər hazırlanaraq bütün
rayonlardakı kitabxanalara paylanılıb.
Disk formatında hazırlanan səsli
nağıllar uşaqlarda vizual
effekt baxımından daha
real təsəvvür yaradır. Uşaq ədəbiyyatı ilə
bağlı 61, bədii Azərbaycan ədəbiyyatı ilə
bağlı 68, dünya ədəbiyyatı
ilə bağlı 32, sorğu xarakterli 19 adda ensiklopedik məlumat diski
hazırlanıb. Kitabxana-mağazada
satılan jurnal-kitabların qiymətləri ilə də
maraqlanlıq. Kitabxana rəhbəri qiymətlərin
fərqli olduğunu, 80 qəpiklə 15 manat arasında dəyişdiyini bildirdi. Nağıl kitablarını 1 manata da, 2 manata
da əldə etmək mümkündür.
Anar MİRİYEV
Palitra.-2013.-7 fevral.-S.11.