“Dünyada media ilə bağlı əsas müzakirə
mövzusu internet
medianın tənzimlənməsidir”
Müşfiq Ələsgərli:
“İnternet medianın fəaliyyətinin tənzimlənməsi
ilə bağlı hansı mexanizmlərin tətbiq edilməsi
olduqca aktual hesab edilir”
Xəbər
verildiyi kimi, Mətbuat Şurasında xəbər saytları
və portallarla bağlı komissiya yaradılıb.
Komissiyanın üzvü, Jurnalistlərin Həmkarlar
İttifaqının rəhbəri Müşfiq Ələsgərli
bu komissiyanın yaranma məqsədləri və fəaliyyəti
barəsində qəzetimizə fikirlərini bildirdi.
-
“Yeni media” ilə bağlı tənzimləmələrə
dünya praktikasında rast gəlinirmi? Bu məsələ ilə
bağlı dünya ölkələrində və müvafiq
beynəlxalq qurumlar tərəfindən hansı müzakirələr
aparılır?
- Bu gün dünya mediası ilə bağlı bir nömrəli müzakirə mövsuzu internet medianın tənzimlənməsi ilə bağlı müzakirələrdir. İnternet medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı hansı mexanizmlərin tətbiq edilməsi olduqca aktual hesab edilir. Dekabr və yanvar aylarında Avropa internet jurnalistika şəbəkəsinin konfranslarına qatılmışam. Həmçinin bir müddət bundan öncə qlobal jurnalistika tədbirlərinə qatılmışam. Hər yerdə əsas mövzu internet media resursları və onların statuslarının müəyyən olunması, onların tənzimlənməsi ilə bağlıdır. Müzakirələrin əsas motivi bundan ibarətdir ki, necə etmək olar ki, internet mediada tənzimləmələr olsun, amma bu, nəzarətə çevrilməsin. Bütövlükdə dünyada internet media üzərində nəzarəti rədd edirlər. Amma bununla yanaşı internet medianın özünütənzimləmə mexanizminin olmasını da zəruri hal kimi qeyd edirlər. İnternet medianın özünütənzimləmə mexanizminin hazırlanması yönündə də ən müxtəlif beynəlxalq jurnalist qurumları cavablar axtarırlar. Müzakirələrdə bir istiqamət bundan ibarətdir ki, dövlət bu sahədə qanunlar qəbul etsin. İkinci bir istiqamət bundan ibarətdir ki, ümumiyyətlə, hər hansı bir qanun olmasın, sadəcə olaraq, internet şuraları yaradılsın və onlar özləri bu sahəni tənzimləsin.
- Azərbaycanda bu sahə ilə bağlı vəziyyəti
necə xarakterizə etmək olar?
- Azərbaycan bu sahədə yenidir. Amma biz oturub bu barədə gözləyə bilmərik. Bizdə də bu sahədə müzakirələr aparılmalıdır. Bizdə də belə bir istiqamət var ki, internet üzərindən nəzarətə aid xüsusi bir qanunvericiliyə ehtiyac yoxdur. Amma müəyyən tənzimləmə mexanizmlərinə zərurət var. Bu baxımdan da Azərbaycanda bu sahədə aparılan müzakirələrə uyğun olaraq addım atıldı və internet mediası ilə bağlı olaraq Mətbuat Şurasında komissiya yaradıldı. Bu komissiya hələlik özünütənzimləmə mexanizmi qurumu olaraq sayıla bilməz. Komissiyanın əsas işi bu sahədə hansı addımların atılmalı olduğu barədə araşdırmalar aparmaq, təklifləri öyrənmək və tədqiq etməkdir. Ən azı, bu sahədə aparılan müzakirələrə qatılmaq üçün müəyyən materiallar, təkliflər olmalıdır ki, komissiyanın əsas işi də məhz həmin sahədə olan təkliflər paketinin hazırlanmasından ibarətdir.
- Bu
sahədə tənzimləmə təkilfləri sosial şəbəkələri də əhatə
edəcək, yoxsa sırf internet
mediası, saytlar və internet
televiziyalara aid olacaq?
- Bu barədə konkretlik yoxdur. Ümumilikdə internet mediası resurslarından söhbət gedir. Bu sahədə də müxtəlif fikir ayrılıqları var. Burada birmənalı qəbul olunan məsələ odur ki, yeni media resursları əslində yayımlanmasına və tirajlanmasına görə medianın xüsusiyyətlərini daşıyır. Amma onlar strukturuna görə media qurumu deyillər. Strukturlaşma - onların konkret redaksiyasının olub-olmaması, onların özlərini media orqanı sayıb-saymaması, jurnalistlərin peşə davrtanış prinsiplərini qəbul edib-etməməsi kimi göstəricilər onların media strukturu olub-olmaması ilə bağlı suallar yaradır. Amma digər məqam tirajlanma məsələsidir ki, ictimai rəyə təsir etməyə görə onlar media qurumlarıdır. Azərbaycan qanunvericiliyində, “KİV haqqında” qanunda, Azərbaycan Konstitusiyasının 47-ci, 50-ci maddələrində və sair maddələrdə internet media resurları əslində yayılmasına və tirajlanmasına görə media xüsusiyyətlərini daşıyırlar, amma strukturlarına görə media deyillər. Bu baxımdan müzakirələrin uzanmasına da səbəb odur ki, bunlara hansı status verilməlidir. Bunlar ənənəvi media ilə bir sırada dayansınlar, yoxsa “yeni media” olaraq status daşısınlar kimi məsələlər hələ də müzakirə olunur.
- Mətbuat Şurasında bu məsələ ilə bağlı komissiyanın yaranmasının bu zərurətdən irəli gəldiyi deyilir. Amma bəziləri bu komissiyanın yaranmasını belə təqdim edir ki, internet nəzarətə götürülür...
- Burada internetin nəzarətə götürülməsi
ifadəsi kökündən yanlışdır və məntiqsizdir.
Çünki bu
komissiyanın internetlə heç bir işi yoxdur,
yalnız internet media
ilə bağlı fəaiyyətin müəyyən formada tənzimlənməsindən söz gedə bilər. İnternet
yox, online media bizim fəaliyyətimizə
aid edilə bilər. Bu
baxımdan burada ifadə
yanlışlığına son qoymaq lazımdır. Onu da qeyd edək ki, Mətbuat Şurası bu
addımı birdən-birə atmayıb. Mətbuat
Şurasına Azərbaycanda fəaliyyət göstərən
onilne media qurumları
tərəfindən çoxlu müraciətlər
daxil olub. Həmin online media vasitələri
çoxdandır ki, fəaliyyət
göstərirlər və media vasitəsi
kimi üzvlüyə qəbul olunmaq istədikləri üçün
Mətbuat Şurasına müraciət ediblər. Bizə
müraciət etmiş 30-a yaxın belə
internet resursunun
adını çəkə bilərik. Onlar xəbər
istehsalçısı kimi status daşımaq və
çıxış etmək istədikləri üçün bizə müraciət ediblər.
İndiyə qədər onların xəbər
toplamalarında müəyyən problemlər yaranıb, məsələn,
hansısa quruma zəng vuraraq
xəbər öyrənmək istədikdə, media vasitəsi kimi qəbul
edilmədikləri zaman xəbər ala bilmirlər. Həm də Mətbuat
Şurası tərəfindən verilmiş
jurnalist vəsiqələri
olmadığı üçün, çox vaxt həmin qurumlar tərəfindən media
jurnalisti kimi qəbul
edilmirlər. Media orqanı kimi araşdırma aparmaqda
çətinlik çəkdikləri üçün
Mətbuat Şurası tərəfindən rəsmən üzvlük və vəsiqə ilə təmin
edilmək onların fəaliyyətini daha
da asanlaşdıracaq. Beləliklə, bu təşəbbüs həmin saytların
özündən gəlib və müraciətlərin
sayı artdığına görə də belə bir komissiyanın yaranması zərurəti ortaya çıxdı. Amma
onlar hələ üzvlüyə qəbul
olunmayıblar. Sadəcə, komissiya
yaradıldı ki, bu
sahədə görüləcək işlər barədə
təkliflər hazırlasın. Dünyada media qurumu və jurnalistin kimlər olması ilə bağlı kriteriyalar var.
Birincisi, dolanışığı
xəbər istehsalından
çıxan şəxslər. İkincisi, bu
sahədə media işçilərinin
davranış kodeksini
qəbul edənlər.
Üçüncüsü, jurnalist təşkilatlarına
üzv olmaq. Bu üç prinsipi
öz fəaliyyətlərində
əsas tutanlar jurnalist və ya xəbər yığıcısı və
yayıcısı kimi
qəbul edilirlər.
Bu gün internet media resursları da öz fəaliyyətlərində
bu işlə məşğul olurlar.
Onlar Mətbuat Şurasına üzv olmaqla özlərinin media fəaliyyətini
rəsmən realizə
etmək istəyirlər.
- Mətbuat Şurasında yaradılmış komissiya
“vətəndaş jurnalistikası”
və ya sosial şəbəkələrlə
bağlı hər hansı tənzimləmələr
barədə tədqiqatlar
aparacaqmı?
- Əhali arasında
yayılan, ən azı, 100 nəfərin xəbər tutduğu informasiya artıq tirajlanmış sayılır. Bu da medianın əsas funksiyalarından biridir. Təəssüflər
olsun ki, sosial şəbəkələrin
fəalları arasında
elələri var ki, kim haqqında istəsələr,
yaza biləcəklərini,
istədikləri böhtanları
ata biləcəklərini
düşünürlər. Hətta çox vaxt belələri istədikləri
kimi informasiyaları buraxmaq üçün saxta profillərdən də istifadə edirlər. Elə zənn edirlər
ki, bu, onların
qorunmasını təmin
edir. Amma əslində belə
deyil. Harada yazılmasından asılı
olmayaraq, istənilən
böhtan Azərbaycan
Cinayət Məcəlləsinin
147-148-ci maddələri ilə
tənzimlənir. Yəni bu
böhtan və şəri istəyirsən
jurnalist kimi, istəyirsən adi vətəndaş kimi sosial şəbəkələrdə
yaz, bu, böhtan sayılır.
Bununla bağlı olaraq artıq adıçəkilən
maddələrə əsasən
məsuliyyət daşıma
ortaya çıxır.
Azərbaycan Mülki Məcəlləsinin 23-cü maddəsi,
Azərbaycan İnzibati
Xətalar Məcəlləsinin
maddələri var ki, həmin maddələr şəxsi
həyat toxunulmazlığına
yol vermiş, başqasının həyatına
müdaxilə etmiş,
özəl həyata qarışaraq materialları
tirajlamış şəxslər
haqqında məsuliyyəti
nəzərdə tutur.
Bu baxımdan bu cür xəbər
yayanlar fəaliyyət
formasından asılı
olmayaraq məsuliyyət
daşıyırlar. Komissiyanın əsas işlərindən
biri də odur ki, bu
barədə maarifləndirmə
işlərini həyata
keçirsin ki, insanlar yaydıqları informasiyaya görə hüquqi məsuliyyət daşıdıqlarından xəbərdar
olsunlar. Amma Mətbuat
Şurasının əsas
məqsədlərindən biri ilk növbədə şuraya müraciət etmiş internet resurslarında
etik jurnalistikaya əməl edilməsini yoluna qoymaqdır. Yəni onlar bu etik
jurnalistika prinsiplərinə
əməl edəcəklərsə,
gələcəkdə şura
tərəfindən media qurumu
kimi tanınacaqlar.
Bunun da faydası çoxdur. Çünki özünütənzimləmə
yolu ilə bu prinsipləri pozan yeni media qurumlarına xəbərdarıq
ediləcək, onlar məhkəmədə çəkişmələrə
yuvarlandırılmayacaq. Nəzərə alınmalıdır ki, Mətbuat Şurası yaranandan bəri media ilə bağlı məhkəməyə
müraciət edənlərin
sayı 30-40 faiz aşağı düşüb.
İlkin AĞAYEV
Palitra.-2013.-26 fevral.-S.5.