“Tələbələrimiz xaricdə oturan “mücahidlər”in siyasi
məqsədini bilirlər”
Rauf Mərdiyev: “Hər bir tələbə
gözəl anlayır ki, yalnız dərslərə
hazırlaşmaqla biliklərə yiyələnə, gələcəkdə
yaxşı iş yeri qazana bilər”
Şahin İsmayılov: “Mən bu
aksiyanı gülməli və uğursuz cəhd sayıram”
Vüqar Əhmədov: “Hünərləri
varsa, “Facebook” “mücahid”lərinin özləri xaricdən
buyurub gəlsinlər və etirazlarını bildirsinlər”
Sosial
şəbəkələrdə bəzi saxta profillər tərəfindən
“Azərbaycan tələbələrinin” boykotu günü ilə
bağlı yalançı təbliğat aparılır. Bu təbliğatda
“tələbə” adı müxalifət tərəfindən
manipulyasiya edilir. Çünki müxalifət indiyə qədər
icazəsiz aksiyalara beş-on adam yığa bilməyib. Səbəblər
odur ki, birincisi, insanlar icazəsiz aksiyalarda iştirak etmirlər,
ikincisi, müxalifətə heç kim inanmır və
onları cəmiyyətdə nüfuzsuzluqlarına görə
tanımırlar.
Həm
də ənənəvi müxalifətin türklər
demiş, “yıpranmış” siması və yeknəsəqliyi
artıq çoxdandır, ictimaiyyət üçün
heç bir maraq kəsb etmir. Buna görə də müxalifətin
aksiyaları uğursuz alınır. Amma onlar seçki ərəfəsi
aktiv görünmək və bununla bağlı xarici qrant mənbələri
qarşısında “hesabatlılıqlarını” sərgiləmək
məcburiyyətindədirlər. Buna görə də
müxtəlif avantürist üsullara əl atırlar. Bu
üsulların hamısı isə sonda uğursuz alınır.
Bu cür uğursuz üsullardan biri də “tələbə”
adını manipulyasiya etmək və sosial şəbəkələrdə
tələbələrin diqqətini cəlb etmək,
onları çaşdırmağa çalışmaqdır.
Amma gənclər, gənc liderlər də bu cür cəhdləri
əbəs və uğursuz sayırlar.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev bizimlə söhbətində məsələyə münasibətini belə bildirir: “Bu ideyanı ortaya atanların özlərinin tələbə adına və tələbəçiliyə heç bir aidiyyəti yoxdur. Bu ideyanı ortaya atanların özləri tələbə deyillər və hər hansı bir universitetdə oxumurlar. Onların bir qismi, ümumiyyətlə, Azərbaycanda deyillər. Bu adamların bir qismi Azərbaycandan xaricdə olan müxalifət, digər hissəsi də daxildəki müxalifətdir. Yəni “tələbə aksiyası” müxalifətin özündən uydurduğu bir aksiyadır. Bunun Azərbaycan tələbələri ilə heç bir bağlılığı yoxdur. Bizim tələbələrlə keçirdiyimiz görüşlər də bundan xəbər verir. Belə ki, tələbələr bizimlə söhbətlərində belə bir aksiyadan xəbərləri olmadıqlarını və orada iştirak etməyəcəklərini bildirirlər. Beləliklə, bu ideya tələbələrdən gəlmədiyi və onun arxasında tələbələr durmadığı üçün ideyanın hər hansı bir sosial sifarişdən qaynaqlanmadığı və əsassız olduğu da anlaşılır. Sadəcə, bəzi müxalifət qrupları bununla tələbələrin adlarını manipulyasiya etməyə çalışırlar. Onların digər aksiyaları uğursuz alındığı və adamsız, izdihamsız keçdiyi üçün, indi də tələbə adı və çoxluğu ilə manipulyasiyalar etməyə çalışırlar. Amma təbii ki, bununla tələbələrin diqqətini cəlb edə və onları çaşdıra bilməzlər. Çünki araşdırmalarımız və müşahidələrimiz də göstərir ki, tələbələr bu işə mənasız bir iş kimi yanaşırlar. Ona görə də əminik ki, tələbələr belə avantüralara qoşulmayacaqlar. Ümumiyyətlə, bu avantürist kampaniya sosial şəbəkələr sərhəddini aşmayacaq”.
Rauf Mərdiyev onu da bildirdi ki, hazırda Azərbaycan təhsilində ciddi islahatlar aparılır və təhsilimiz modern dünya təhsili standartlarına uyğunlaşdırılır. İmtahanların şəffaflığını təmin etmək üçün ən yeni texnologiyalardan yararlanılır və bununla da şəffaf imtahanlar keçirilir: “Hər bir tələbə çox gözəl anlayır ki, yalnız ondan tələb olunan dərslərə hazırlaşmaqla biliklərə yiyələnə, özünü gələcək mütəxəssis kimi təkmilləşdirə, gələcəkdə yaxşı iş yeri qazana bilər. Bu gün Azərbaycanda məhz bu yolla gənclərin, tələbələrin öz potensiallarını təsdiqləməsi mümkündür. Bunun üçün istənilən şərait yaradılıb. Buna görə də dərsə hazırlaşmadan, əsassız yerə küçəyə çıxmaq, hansısa müxalif qrupun maraqları naminə dərsdən yayınmaq ancaq zərər gətirə bilər. Bu gün Prezidentin təşəbbüsü ilə neft kapitalının insan kapitalına çevrilməsi yönündə məqsədyönlü və intensiv təşəbbüslər həyata keçirilir, gənclərin intellektual inkişafına, təhsilinə və şəxsiyyət kimi formalaşmasına ciddi diqqət və qayğı var, bununla bağlı dövlət proqramları reallaşdırılır. Hər bir gənc və tələbə birinci növbədə, bunlardan bəhrələnməli və bəhrələnmək, özünü inkişaf etdirmək üçün birinci növbədə buna hazır olmalıdır. Bunun üçün isə yalnız və yalnız təhsillə məşğul olmaq, təhsildən yayındırıcı heç bir destruktiv qrupa fikir vermək lazım deyil”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da bizimlə söhbətində bu avantüranın alınmayacağını bildirdi: “Birincisi, sosial şəbəkədə bununla bağlı çağırış edən səhifəni açıb baxdım. Orada buna çağırış edənlərin 95 faizi tələbə deyil. Bundan başqa da oradakı profillər arasında saxtaları mövcuddur. Təbii ki, müxalif qüvvələr tələbə adından manipulyasiya etməyə çalışırlar. Onlar bu barədə fon yaratmağa çalışırlar. Buna baxmayaraq, onların saxtakarlıqları açıq-aşkar üzə çıxır və bəlli olur ki, bu çağırış tələbələrdən gəlməyib və bunun heç bir sosial əsası yoxdur. Tələbələrin belə bir aksiyadan heç bir xəbərləri də yoxdur. Məntiqlə normal tələbə belə bir aksiyaya qatılmaq istəməz. Mən bu aksiyanı gülməli və uğursuz cəhd sayıram. Bu aksiya alınmayacaq. Bu da müxalifətin növbəti uğursuz aksiya cəhdlərindən biridir. Ona görə də tələbələr bunu yaxşı anlayırlar. Anlayırlar ki, hər birisi öz təhsilləri ilə məşğul olacaqlar və yalnız bu yolla cəmiyyətdə uğur qazanmaq olar”.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov isə bizə fikirlərini belə bildirdi: “Bütün fəaliyyətini yalnız “Facebook” sosial şəbəkəsi üzərindən quran və ölkədə gedən müsbət proseslərə yalnız mənfi rakursdan yanaşan bir qrup radikal qüvvə indi də 27 fevral günü tələbələri dərs prosesindən ayırmaq üçün çağırışlar edirlər. Hesab edirəm ki, bu, çox yanlış bir yanaşmadır. Bu gün Azərbaycan gəncləri və tələbələri heç zaman imkan verməzlər ki, öz siyasi məqsədlərini həyata keçirmək üçün bu radikal qruplar tərəfindən alətə çevrilsinlər. Xaricdə oturub təxribat xarakterli çağırışlar etmək çox asandır. Elə hünərləri varsa, bu, “Facebook” “mücahid”lərinin özləri buyurub gəlsinlər və etirazlarını bildirsinlər. Lakin gəlməzlər, çünki bilirlər ki, bu “Facebook” “mücahid”lərinin çağırışlarına Azərbaycan gəncləri heç bir əhəmiyyət vermir. Ümumiyyətlə, bu klaviatura “rembo”larının işi-gücü nədir, mənə çox maraqlıdır. Günün 24 saatı “Facebook” sosial şəbəkəsində vaxtlarını keçirərək insanları etiraza səsləməklə bunlar nəyə nail olmaq istəyir, kimə xidmət edirlər, mənə çox maraqlıdır. Əgər bu insanlar Azərbaycan gəncliyini bu qədər sevirsə və ona canı yanırsa, birinci Vətənə gəlib Azərbaycan gəncliyinin inkişafı üçün real fəaliyyət ortaya qoymaları və xeyirli bir iş görmələri lazımdır. Gəlmək istəmirlərsə, heç olmasa, yaşadıqları xarici ölkədə Xocalı faciəsi, xalqımızın ən böyük acısı olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı bir iş görsünlər. Yenə vurğulamaq istəyirəm ki, bu sözlərim xaricdə yaşayan bu dil pəhləvanlarına, klaviatura “rembo”larına və “Facebook” mücahidlərinə aiddir”.
V.Əhmədov dedi ki, bu gün
Azərbaycan gənci və tələbəsi üçün
təhsil hər şeydən önəmlidir. Azərbaycanlı
gəncin bilikli, savadlı və vətəninə
bağlı olması onun ən birinci vəzifəsidir. Ona
görə də, belə çağırışlar heç bir fayda verməyəcək və bu,
dil pəhləvanlarının “Facebook”da özfəaliyyəti
olaraq qalacaq.
İlkin AĞAYEV
Palitra.-2013.-26 fevral.-S.6.