Müstəqil dövlətimizin yeni qanunu
“Mədəniyyət
hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ
edən vasitələrdən biridir. Biz isə xoşbəxtik
ki, xalqımızın belə zəngin mədəniyyəti,
musiqisi, incəsənəti var və bunlar həm
xalqımızın özünə mənəvi qida verir, həm
də onu dünya xalqları içərisində fərqləndirir,
tanıdır, başını ucaldır”.
(Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev)
Hər
bir ölkənin tarixi, gücü, qüdrəti və gələcəyi
ən çox onun mədəni irsi ilə müəyyən
olunur. Hər bir insan əvvəlki nəsillərin mədəni
dəyərlərini öyrənərək və onların
topladıqları təcrübədən istifadə edərək
öz mədəniyyətini inkişaf etdirir. Azərbaycan
özündə Şərq və Qərb mədəni irsini
birləşdirən, qədim tarixə və mədəni
köklərə malik bir dövlətdir. Bu gün bizim əsas
vəzifəmiz ulu əcdadlarımızdan bizə miras qalan zəngin
irsimizi inkişaf etdirməkdən, qorumaqdan və onu gələcək
nəsillərə çatdırmaqdan ibarətdir.
Azərbaycanda
mədəniyyət sahəsinə diqqət və
qayğı ümummilli lider Heydər Əliyevin fəaliyyətində
mühüm yer tutub. Heydər Əliyev respublikamıza rəhbərlik
etdiyi illərdə Azərbaycan mədəniyyəti
özünün intibah dövrünü yaşamağa
başladı və bu gün Heydər Əliyev yolu Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən şərəf
və ləyaqətlə davam etdirilir.
Fərəhli
haldır ki, cənab İlham Əliyev ölkəmizdə
milli-mədəni sərvətlərin qorunması və gələcək
nəsillərə çatdırılması işinə
xüsusi önəm verir. Çalışılır ki,
respublikanın artan iqtisadi potensialı əsasında mədəniyyət
sahəsində mühüm işlər aparılsın.
İlham
Əliyevin bir müdrik kəlamı var: “Xalqımızı
xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz
olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz
olub. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana
dilimiz, tarixi keçmişimiz-biz bu sahələrə
böyük diqqət göstərməliyik”.
Mədəniyyət
və incəsənət sahələrində ən parlaq
addımlarımızdan biri Milli Məclisdə 2012-ci il 21
dekabr tarixində qəbul olunan və Prezident İlham Əliyev
tərəfindən fevralın 15-də imzalanan “Mədəniyyət
haqqında” qanun olub.
Azərbaycan
mədəniyyətinin gələcək inkişafı
üçün bu qanunun qəbulu böyük əhəmiyyət
kəsb edir. Mədəniyyətlə bağlı
bütün terminlərin dəqiq təyini “Mədəniyyət
haqqında qanunun” yeni variantında öz əksini tapıb. Azərbaycan
mədəniyyətinin bütün dünyada təbliği, gənclərin
vətənpərvər ruhda tərbiyə olunması, ölkənin
mədəni irsinin qorunub saxlanması məsələlərinə
böyük diqqət yetirilir. Yüksək səviyyədə
hazırlanmış qanun ölkəmizin qanunvericilik aktına
lazımi əlavələrin edilməsində əsas
götürülə bilər.
Gələcəkdə
muzey işinin inkişafı üçün “Mədəniyyət
haqqında” qanunun qəbulu böyük əhəmiyyət kəsb
edir. Burada milli dəyərlərin qorunması, onların
ölkədən çıxarılması və xaricdə
nümayişi, suvenir məhsullarının istehsal qaydası
təyin olunub. Bütün bunlar ölkəmizdə müasir
dünya standartlarına cavab verən muzeylərin
yaradılması, eyni zamanda Dağlıq Qarabağ
münaqişəsi zamanı itirilmiş mədəni dəyərlərimizin
geri qaytarılmasına təkan verir.
Azərbaycan
İstiqlal Muzeyi fəaliyyətinin əsas meyarı kimi ulu
öndərimiz Heydər Əliyevin azərbaycançılıq,
vətənpərvərlik və Vətənə məhəbbət
ideyalarının hər tərəfli təbliğini rəhbər
tutub. Muzeyin əməkdaşları Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin xalqımızın
və ölkəmizin istiqlalı uğrunda apardığı
dünyamiqyaslı siyasətin dönməz
ardıcıllarıdır və daim bu yolda öz qüvvə
və əməklərini əsirgəməyəcək.
Azərbaycan İstiqlal Muzeyinin
direktoru Fəridə ŞƏMSİ
Palitra.-2013.-26 fevral.-S.13.