İstəyirəm ki, repertuarımda milli baletlər olsun 

 

Cəmilə Kərimova: “Hamlet”də Ofeliyanı oynayan hər bir aktrisanın söylədiyi mətn eynidir, amma hər aktrisa bunu ayrı tərzdə deyir, onların qəhrəmanları bir-birindən fərqlənir

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı respublikanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Ötən dövr ərzində inkişaf edən bu teatr hazırda paytaxtımızın aparıcı sənət ocağıdır. Onun repertuarında milli klassik opera balet sənətinin bir çox dəyərli nümunələri möhkəm yer tutur. Teatrda 4 böyük kollektiv - opera truppası, simfonik orkestr, balet truppası xor kollektivi fəaliyyət göstərir. Azərbaycan Dövlət Opera Balet Teatrının balet truppası teatrın əsas bölmələrindən biridir. Bu truppada onun mövcudluğunun ayrı-ayrı dövrlərində milli balet sənətimizin bir çox görkəmli nümayəndələri - SSRİ Xalq artistləri Qəmər Almaszadə Leyla Vəkilova, Azərbaycanın Xalq artistləri Vladimir Pletnyov, Tamilla Şirəliyeva, Çimnaz Babayeva b. çalışıblar. Hazırda balet truppasının çox zəngin repertuarı var. Milli klassik balet sənətinin bir sıra dəyərli nümunələri truppanın repertuarının bəzəyidir. Balet truppasının artistləri həm bir çox opera tamaşalarında rəqs nömrələrini ifa edirlər. Truppa bir sıra xarici ölkələrdə - İraq, İordaniya, Mərakeş, Fransa, Rusiya, Almaniya Türkiyədə çoxsaylı qastrol səfərlərində olublar. Bu gün teatrın səhnəsində Prezident mükafatına layiq görülən, Əməkdar artist Kamilla Hüseynova, Əməkdar artist Gülağası Mirzəyev, Əməkdar artist İslam İslamov kimi sənətçilər var. Eyni zamanda Əməkdar artistlər Rimma İsgəndərova, Yuri Lobaçov, Alsu Qimadiyeva, Yelena Skomoroşenko, Samir Səmədov Müsahibimiz gənc olmasına baxmayaraq, teatrın aparıcı balerinalarından biri olan Cəmilə Kərimovadır:

- Bakıda doğulmuşam 11 yaşımdan rəqslə məşğul olmuşam. Bakı Xoreoqrafiya Məktəbinin məzunuyam. Anam Əməkdar artist Töhfə Babayeva musiqiçidir incəsənətlə məşğul olmağımı o istəyib. Rəqsə həvəsimi görüb istəyib ki, mən peşəkar rəqslə - baletlə məşğul olum. Bəxtim gətirdi ki, çox yaxşı pedaqoqlardan, əsl peşəkarlardan dərs aldım. İlk müəllimim Roza xanım Hacıyeva oldu, sonra Tamilla xanım Şirəliyevadan dərs aldım. Hələ Xoreoqrafiya Məktəbində oxuyanda müxtəlif konsertlərdə, tədbirlərdə iştirak edirdim. Məktəbi fərqlənmə diplomu ilə bitirəndən sonra məni Moskvaya, Böyük Teatrın nəzdindəki Xoreoqrafiya Akademiyasına bir illik təcrübə kursuna göndərdilər. Buna görə Mədəniyyət Turizm Nazirliyinin, Xoreoqrafiya Məktəbinin rəhbərliyinə minnətdaram. Qayıdandan sonra məni Opera Balet Teatrına işə götürdülər. Artıq ikinci mövsümdür ki, teatrdayam. Həmçinin Mədəniyyət İncəsənət Universitetinin 2-ci kurs tələbəsiyəm. Teatrda üç aparıcı partiyanı ifa edirəm. Əlbəttə, balet sənətinin zirvəsi olan «Qu gölü»ndəki aparıcı partiyanı - Odetta Odilliyanın partiyasını ifa etdim. «Xanım xuliqan» tamaşasında Xanımı, «Arlezianka» baletində əsas partiyalardan birini ifa etdim. Bu tamaşalar repertuardadırlar. Sağ olsunlar, öz imkanlarımı ifadə etmək üçün teatrın rəhbərliyi mənə inandı şans verdi, aparıcı partiyaları mənə etibar etdi. Baxmayaraq ki, çox gəncəm təcrübəli sayılacaq yaşda deyiləm. Kordebalet daxil olmaqla teatrın əksər tamaşalarında oynayıram.

Rəqslə qurulmuş tamaşaları xoreoqraf bir dəfə qurur redaktələr nadir hallarda olur. Burada rəqslər, hərəkətlər eynidir. Hamının dünyası eyni deyil, hər kəs o rəqsə öz daxili dünyasını gətirir ona görə hər kəsdə fərqli alınır. Hər ifaçı öz emosiya həyəcanları ilə ifasını individual edir. Bu ona oxşayır ki, «Hamlet»də Ofeliyanı oynayan hər bir aktrisanın söylədiyi mətn eynidir, amma hər aktrisa bunu ayrı tərzdə deyir. Onların qəhrəmanları bir-birindən fərqlənir. Baxmayaraq ki, mətn eynidir.

- Balerina olmaq üçün müəyyən tələblər var. Gözəlliklə yanaşı, çeviklik olmalıdır. Amma bu da bir faktdır ki, müəyyən yaşdan sonra artıq səhnəyə çıxıb rəqs edə bilmirlər. Dramatik aktyor qoca da olsa, tamaşada oynayır, amma balerina 35-37 yaşdan sonra səhnəni tərk etməlidir. Bu həqiqət sizi qorxudurmu?

- Balet sənətçisi gözəllik etalonudur. O ideal, proporsional bədən quruluşuna sahib olmalıdır, qidalanma rejimi özünü formada saxlamaq üçün qaydaları olmalıdır. Balet gəncliyin sənətidir. Mənim 21 yaşım var, teatrda ikinci mövsümdür ki, çalışıram hələ ki, bu barədə düşünmürəm. Amma karyera bitəndən sonra da tamamən bu işdən uzaqlaşmırsan axı. Düzdür, tamaşaçı qarşısında səhnədə oynamırsan, amma pedaqoq kimi çalışa, baletmeyster işləyə bilərsən. Mən Mədəniyyət İncəsənət Universitetində oxuyuram pedaqoqluq peşəsini öyrənirəm. Başqa sahədə məşğul olacağımı düşünmürəm bu ona görə qorxulu gəlmir. Rəqslər qurmaq, tamaşa hazırlamaq, xoreoqraf işləmək olar.

- İfa etmək istədiyiniz partiyalar, rollar, baletlər ya başqa janrlar varmı?

- Mən klassik balet tamaşalarını çox sevirəm. Klassika nümunəvi, ideal rəqsdir. Hər şey dəqiq, düzgün haldadır. Özünü klassik formada hiss etmək çox gözəldir.

«Qu gölü» baletini oynamaq mənim uşaqlıqdan ən böyük arzum idi. Bu taktları çox sevirəm. Amma, əlbəttə, arzular bitmir. Mən çox istəyirəm ki, repertuarımda milli baletlər olsun. Yəni bu baletlərdə aparıcı partiyaları oynamaq istəyərəm. «Yeddi gözəl», «Qız qalası» kimi. Modernə gəlincə isə bu, çox maraqlıdır. Burada sərhəd çərçivə yoxdur. Tam azadlıqdır. Amma, məncə, bu tamaşaları klassika ilə paralel oynamaq lazımdır. İfaçı özünü itirməsin deyə, bu yol daha düzgündür. Rollara gəlincə isə mən lirik partiyalar oynamışam. Amma stereotip olaraq bir səpkili rollar istəmirəm. Xarakterik, oyunbaz rollar oynamaq istəyirəm.

- Əsasən hansı musiqiləri dinləməyi sevirsiniz?

- Klassik musiqi dahiyanədir. Çaykovs kinin, Bethovenin musiqisini çox sevirəm. Qara Qarayevin, Fikrət Əmirovun musiqisi çox xoşuma gəlir. Latın Amerika ritmləri olan musiqiləri dinləməyi xoşlayıram. Bu musiqilərdə rəqs ritmləri var. Rəqs ritmləri olan musiqi ürəyimcədir. Bəzən mən musiqiyə qulaq asanda özümü unuduram. Əlbəttə, bu təhlükəlidir, amma musiqi insanı öz ritminə-sehrinə sala bilir. Şakiranın rəqsi xoşuma gəlir. Onun rəqsi özünəməxsusdur. Kumirlərimə gəlincə, Lyudmila Semenyaka, Yekaterina Maksimovna, Svetlana Zaxarovanın ifalarını sevirəm. İndi onların daha başqalarının ifalarını görmək üçün onlarla imkan var. İnternetdən izləyə bilirsən. Azərbaycanda pedaqoqum Tamilla xanım Şirəliyeva mənim üçün balerina etalonudur. Ona oxşamaq, onun kimi rəqs etmək istəyirəm.

- Hər bir sənətçinin tamaşaçıdan gözlədiyi onun alqışlarıdır. Bu alqışlar zamanı hiss etdiyiniz o xoşbəxtliyi sözlə ifadə edə bilərsiniz?

- Doğrudan da, bunu sözlə ifadə etmək çətindir. Bu, böyük bir xoşbəxtlikdir. Elə bil uçursan. Sən bütün fiziki, ruhi enerjini tamaşaya verirsən, qəhrəmana ötürürsən o enerjini tamaşaçı alqışları sənə başqa bir şəkildə qaytarır. Bu, böyük bir həzzdir. Balet incəsənətin ən gözəl növüdür. Rəqs edəndə emosiyalardan azad olursan. Düşüncələrdən azad olursan. Daxili dünyanla həmahəng olursan. Rəqs azadlıqdır.

 

 

Nigar ABDULLAYEVA

 

Palitra.-2013.-27 fevral.-S.11.