«Xor şöbəsi»nin tədricən xor məktəbinə çevrilməsi nəzərdə tutulub» 

 

«Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbində yüksək bədii-estetik zövqə malik musiqiçi nəsli yetişir»

 

Layihə çərçivəsində müsahibimiz Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbinin direktoru Məhin Orucovadır. Musiqi məktəbinin rəhbəri müsahibəyə məktəb haqqında məlumat verməklə başladı:

-Milli tariximizin, mədəniyyətimizin, adət və ənənələrimizin öyrənilməsi və gənc nəslə çatdırılması, onlarda vətənpərvərlik hissinin formalaşdırılması, təlim-tərbiyənin meyil, maraq, istedad və qabiliyyət əsasında qurulması, istedadlı şagirdlərin aşkara çıxarılması ibtidai musiqi təhsili ocağı olan uşaq musiqi məktəblərindən öz işinə məsuliyyətli olmağı tələb edir. Müasir dövrdə insanların şəxsiyyətinin formalaşmasında estetik tərbiyə və estetik mədəniyyətin rolu xeyli artıb. Məlumdur ki, musiqi sənəti yalnız estetik zövq aşılamır, həmçinin insanları tərbiyələndirir, öyrədir, kamilləşdirir. Bu deyilənlər musiqinin cəmiyyətdə, o cümlədən yetişməkdə olan gənc nəslin hərtərəfli harmonik inkişafında, onların musiqi estetik tərbiyəsində nə qədər böyük rol oynadığını bir daha sübut edir. 3 saylı Uşaq musiqi məktəbi 7 sentyabr 1955-ci ildə yaradılıb. 2004-cü ildə Azərbaycan Prezidentinin “Cövdət Hacıyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” 18 fevral 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə məktəbə görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət İsmayıl oğlu Hacıyevin adı verilib. Məktəbimizdə fortepiano, xalq çalğı alətləri, nəzəriyyə, orkestr alətləri və xor şöbələrində 20 ixtisas üzrə 300 şagird Azərbaycan və rus dillərində təhsil alır. 90 nəfərdən ibarət müəllim kontingenti şagirdlərin təhsili ilə məşğul olur. Məktəbdə xalq çalğı alətləri ansamblı, simli alətlər ansamblı, nəfəs alətləri orkestri, qanunçalanlar, nağaraçalanlargitaraçalanlar ansamblları, xor kollektivi fəaliyyət göstərir. Tədris ili ərzində məktəbin planına uyğun olaraq müxtəlif tədbirlər keçirilir, ustad dərsləri və bəstəkarlarla görüşlər təşkil edilir. 2012-ci ildə görkəmli bəstəkar C.Hacıyevin 95 illik yubileyi ilə əlaqədar məktəbdə fortepiano ifaçılarının məktəbdaxili müsabiqəsi keçirildi. Tədris ilinin sonunda şəhərimizin müxtəlif konsert salonlarında hesabat konserti keçiririk. Məktəbin həmkarlar təşkilatı tərəfindən respublikanın görməli yerlərinə səyahətlər təşkil edilir, müəllimlərin yubileyləri qeyd olunur. Məktəbin kollektivi Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilənGül bayramı”nda iştirakına görə bir neçə dəfə fəxri fərmanlarla təltif edilib.

- Məktəbiniz musiqi müsabiqələrində təmsil olunurmu?

- Bəli, məktəbimizin kollektivi müxtəlif müsabiqələrdə iştirak edir. Məsələn, Q.Qarayev adına fortepiano ifaçılarının Bakı müsabiqəsində İlizarova Kristina 3-cü yeri tutub, IV Respublika xor müsabiqəsində məktəbimiz fəxri fərmanla təltif edilib. Fortepianoda müşayiətlə keçirilən müsabiqədə 3 fəxri fərman 1 diplomla təltif edilmişik. Ülkər Qüdrətli fleyta ilə nəfəs alətlərinin respublika müsabiqəsində həvəsləndirici mükafat alıb. Eyni zamanda V respublika xor müsabiqəsində laureat olmuşuq. Q.Qarayev adına fortepiano ifaçılarının Bakı müsabiqəsində Yusifli Gülarə İlizarova Kristina diplomla təltif ediliblər. “Gənc ifaçılar təhlil ifa ediradlı respublika müsabiqəsində Ağababayeva Ceyran laureat olub. “Uşaqların musiqi dünyasıadlı I Bakı festivalında fəxri fərman almışıq. Gənc pianoçuların Q.Qarayev adına I respublika müsabiqəsində Məmmədzadə Arzu Abbaslı Nəzrin diplomla təltif ediliblər. Nəfəs alətlərinin II respublika müsabiqəsində Əliyev Rəsul (fleyta) diplom, Bağırov Rauf (fleyta) Məmmədov Sabir (klarnet) laureat olublar. Yəni, məktəbimizin kollektivi müntəzəm olaraq müsabiqələrə qatılaraq oradan əliboş qayıtmırlar. “İlin müəllimimüsabiqəsinin qalibi arasında da məktəbimizin təmsilçisi var. Belə ki, Tofiq Əsgərov 2011-ci ildə bu müsabiqədə qalib olub. Fəaliyyət göstərdiyi illər ərzində məktəbin təxminən 2250 nəfər məzunu olub. Həm Mədəniyyət Turizm Nazirliyi, həm Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi, eyni zamanda Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məktəbə daim qayğı göstərilir. Məktəbin qarmon ixtisası üzrə müəllimi İrzaquliyeva Sonya Sadıq qızı 2009-cu ildə Əməkdar müəllim fəxri adına layiq görülüb. Məktəbin müəllimləri hər il müxtəlif ixtisaslar üzrə mədəniyyət işçilərinin ixtisasartırma kurslarına göndərilir.

- Məktəbdə tədris işi necə qurulub?

- Əvvəla onu qeyd edim ki, məktəb 2009-cu ildən Salyan rayon Q.Əsgərov adına Uşaq incəsənət məktəbi və Bərdə rayon 4 nömrəli Uşaq incəsənət məktəbi ilə hamilik işi aparır. Bakı şəhərində yerləşən musiqi məktəbləri, C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyi, N.Hikmət adına Uşaq kitabxanası, A.Şaiq adına Uşaq kitabxanası, 91, 49, 163 və 51 saylı orta ümumtəhsil məktəbləri və 157 nömrəli uşaq bağçası ilə əməkdaşlıq edirik. Hər tədris ilində müxtəlif səpkili tədbirlər keçirilir. Tədrisin səviyyəsini yüksəltmək, düzgün metodiki iş aparmaq, yeniliklər tətbiq etmək, yeni iş metodlarından istifadə etmək məqsədilə məktəbdə metodiki kabinə yaradılıb. Nəfəs və simli alətlərin tədrisinə daha ciddi nəzarət olunur. Metodiki işlərin aparılmasına ciddi fikir verilir. Mənim müəllifi olduğum ”Azərbaycan xalq mahnılarının xor işləmələri” adlı məcmuə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin uşaq musiqi məktəbləri üçün tərtib etdiyi xor fənni üzrə tədris proqramına daxil edilib. Sona İrzaquliyeva “Qarmon məktəbi” dərsliyinin müəllifidir. İradə Kamilova isə “Qanun məktəbi” dərsliyini hazırlayıb və müzakirə olunmaq üçün Elmi-Metodiki Mərkəzə təqdim edib. Bütün ixtisaslar üzrə şagirdlərin texniki cəhətdən inkişaf etdirilməsi məqsədilə hər tədris ilinin əvvəlində “Ev tapşırığı-etüdlər” adı altında dinləmələr keçirilir. Məktəbdə fəaliyyət göstərən ”Renessans” xor kollektivinin fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Bu kollektiv dəfələrlə respublika xor müsabiqələrinin laureatı olub, Mədəniyyət və Turizm Nazirliyinin diplom və fəxri fərmanları ilə təltif edilib. 2011-ci ildə keçirilən VII respublika xor müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı” na əsasən Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 2012/2013-cü tədris ilindən məktəbdə “xor şöbəsi” açılıb və tədricən xor məktəbinə çevrilməsi nəzərdə tutulub. 2012-ci il məktəb üçün ən uğurlu illərdən biri olub. 1955-ci ildən acınacaqlı şəraitdə fəaliyyət göstərən ibtidai musiqi təhsili ocağında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılmış təmir-tikinti işləri başa çatdırılıb və 2013- cü ilin yanvar ayında şagird və müəllimlərin istifadəsinə verilib. 2012-ci ildə məktəbimizin kollektivi «Eurovision» mahnı müsabiqəsi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm idarəsinin Filarmoniya bağında keçirdiyi “Musiqi və Xalq Sənəti” həftəsində və ümummilli liderin doğum günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin təşkili etdiyi «Gül bayramı»nda çıxışlarına görə fərqlənmə diplomu ilə təltif edilib. Məktəbimiz böyüməkdə olan nəslin mənəvi, estetik tərbiyəsini gücləndirmək məqsədilə Səbail rayonunda yerləşən ümumtəhsil məktəbləri ilə daim təmasda olur. O cümlədən Səbail rayonunda yerləşən muzey və kitabxanalarda tədbirlər təşkil edirik. Xeyriyyə məqsədilə Xəzər rayonunda yerləşən internat məktəblərində əlil uşaqlarla görüşlər də təşkil edilir. Məktəbin kollektivi uşaqların musiqi təhsilinə yiyələnməsi, onların bədii-estetik zövqünün formalaşması və Azərbaycanımıza layiq musiqiçilər kimi yetişməsi yolunda var qüvvəsi ilə bundan sonra da çalışacaq.

 

 

Anar MIRIYEV

 

Palitra.2013.-28 fevral.-S.11.