«Ötən il məktəbimizin iki şagirdinin adı «Qızıl kitab»a daxil edilib» 

 

Gülnarə Səfərova: «12 saylı Uşaq musiqi məktəbinin fəaliyyəti nəzərə alınaraq, 2009-cu ildən 11 illik təhsil sisteminə keçirilib»

 

Layihə çərçivəsində müsahibimiz Tofiq Quliyev adına 12 saylı Uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərovadır. Məktəb direktoru «Palitra»ya müsahibəsində rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş məlumat verdi:

 

-1929-cu ildə yaradılan 12 saylı Uşaq musiqi məktəbi 2005-ci ildən Xalq artisti Tofiq Quliyevin adını daşıyır. Vaxtı ilə görkəmli musiqiçi və bəstəkar Adil Gəray, Zülfi Adıgözəlov, Ağabacı Rzayeva, Nəriman Əliyev bu məktəbdə dərs deyiblər. Məktəbin şagirdləri respublika səviyyəli müsabiqələr, baxışlar, festivalolimpiadalarda çıxış edirlər. 12 saylı Uşaq musiqi məktəbinin yetirmələri arasında Xalq artisti, professor Ağaverdi Paşayev, bəstəkar Azər Dadaşov, Xalq yazıçısı Çingiz Abdullayev, Heydər Əliyev Sarayının baş rejissoru Gülnarə Şəfiyeva, “İnciqanunçalanlar ansamblının rəhbəri, respublikanın Əməkdar artisti Təranə Əliyeva, Əməkdar artist, pianoçu Rəşad Haşımov və digərlərinin adlarını çəkə bilərəm. Məktəbin bir çox yetirməsi bu gün öz doğma məktəblərində gənc nəslin tərbiyəsi ilə məşğul olurlar. Fəaliyyət göstərdiyi illər ərzində məktəbin şagirdləri hər zaman müxtəlif səpkili müsabiqə və festivallarda çıxışlar edərək yüksək nailiyyətlər əldə ediblər.

- Şagirdləriniz hansı müsabiqələrdə iştirak edir?

- Müxtəlif illərdə məktəbimizin şagirdləri respublika səviyyəli yarışlarda, müsabiqələrdə uğurla təmsil olunublar. 2006-cı ildə Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb studiyanın 25 illik yubileyinə həsr olunmuş uşaq musiqi festivalında məktəbimizin şagirdləri Tükəzban Dadaşova və Zülalə Abduləzizova müxtəlif dərəcəli dimlomlarla təltif olunublar. Məktəbdə tədrisin gücləndirilməsi, şagirdlərin hərtərəfli estetik inkişafı üçün rəngarəng tədbirlərin, müxtəlif səpkili konsertlərin, müsabiqələrin, viktorinaların keçirilməsi ənənəyə çevrilib. Məktəbin daxili həyatını canlandıran bu tədbirlərlə yanaşı, respublika və Bakı şəhəri üzrə keçirilən müxtəlif festival və müsabiqələrdə, dövlət səviyyəli tədbirlərdə şagirdlərimiz fəal iştirak edirlər. Son illər ərzində məktəbdə 7 laureat təhsil alıb. Məktəbin yetirməsi Günel Sadıxova isə ilk Prezident təqaüdçülərindəndir. Məktəbimizin şagirdləri respublikanın ictimai həyatında da fəal iştirak edirlər. Məsələn, şagirdlərimiz Heydər Əliyev Fondunun təsis etdiyi “Heydər Əliyev” nişanının təqdim olunma mərasimində, Beynəlxalq Qadınlar Fondunun təşkil etdiyi xeyriyyə konsertlərində, Bəstəkarlar İttifaqının 60 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə, Xalq şairi Rəsul Rzanın 100 illik yubileyi ilə əlaqədar keçirilmiş dövlət tədbirində, xarici ölkə səfirlərinin respublikamızda keçirdiyi dəyirmi masalarda, “Bakı İslam Paytaxtı” çərçivəsində keçirilən dünya din xadimlərinin forumuna həsr olunmuş tədbirlərdə soloya Q.Qarayev adına dövlət kamera orkestrinin müşayiəti ilə çıxış ediblər. 2007-2008-ci tədris ilində Q.Qarayevin 90 illik yubileyinə həsr olunmuş “Gənc musiqiçilər təhlil və ifa edir” elmi-ifaçılıq müsabiqəsində iştirak edən beş şagirdimizin hər biri nailiyyət qazanıb. Belə ki, Əliyeva Rəşidə, Hüseynova Ülviyyə və Hüseynov Emin ikinci yerin, Əmirova Aida üçüncü yerin sahibi olub. Rzayev Vüsal isə fortepiano üzrə diplomla mükafatlandırılıb. 2008-ci ildə keçirilən xalq çalğı alətləri müsabiqəsində Ülviyyə Hüseynova üçüncü oldu, Bayraməliyev Namiq və Fərəcov Rafiq isə tar üzrə fəxri fərmanla təltif ediliblər. Ümummilli liderimizin 85 illik yubileyi ilə əlaqədar keçirilmiş I respublika müsabiqəsində Əhmədzadə Mirəhməd birinci yerin sahibi olub. Həmin müsabiqədə Hüseynova Ülviyyə üçüncü olub, Hüseynov Emin isə diplomla təltif olunub. Bu illər ərzində məktəbimizin şagirdləri müxtəlif beynəlxalq müsabiqə və festivallarda çıxış ediblər. 2009-cu ilin aprel ayında Belarusda keçirilən beynəlxalq festivalda məktəbimizdə vokal ixtisası üzrə təhsil alan Şamil Məmmədov I yerə layiq görülüb, xanəndə ixtisası üzrə təhsil alan Vüqar Məmmədov isə “xalq mahnılarının ən yaxşı ifaçısı” nominasiyası üzrə diplomla təltif olunub. 2010-cu ildə skripka ixtisası üzrə təhsil alan Emin Hüseynov Sankt-Peterburqda keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülüb. 2011-ci ildə vokal üzrə təhsil alan Yasin Həsənov ardıcıl olaraq Sankt-Peterburq, Belarus, Rumıniya və Almaniyada uğurlu çıxışlar edib və müxtəlif dərəcəli mükafatlarla təltif olunub.

- Rayonlarda yerləşən musiqi məktəbləri ilə əlaqələriniz necədir?

- Artıq 3 ildir ki, məktəbin kollektivi respublikamızın müxtəlif regionlarında yerləşən musiqi və incəsənət məktəbləri ilə sıx əlaqə yaradıb. Belə ki, Zaqatala, Şəki, Şamaxı, Quba rayonlarında səfərdə olmuşuq. Müəllimlərimiz bu musiqi məktəblərində ustad dərslər verib, şagirdlərimiz rəngarəng konsert proqramı ilə çıxış ediblər. Bu əlaqələr olduqca sıx inkişaf edib, elə ötən tədris ilində Şamaxı, Şəki, Quba musiqi məktəblərinin müəllimləri məktəbimizdə olub, müəllimlərimizin dərslərində iştirak edib, yeni əsərlərlə tanış olub, metodiki məsləhətlər alıblar. Xüsusən, Şamaxı İncəsənət Məktəbi ilə yaradılmış bu ünsiyyət öz bəhrəsini göstərir. Məktəbimizin şagirdləri Şamaxı İncəsənət Məktəbinin şagirdləri ilə birgə Şamaxıda maraqlı konsert proqramı ilə çıxış ediblər. Şamaxı şəhər 1 saylı İncəsənət Məktəbinin şagirdləri Rəşid Behbudov adına Mahnı Teatrında hesabat konserti ilə çıxış ediblər. Bu ənənəni biz bu gündavam etdiririk və ölkənin digər regionlarına səfər etməyi planlaşdırırıq. Məktəbimiz daim korifey və tanınmış şəxsiyyətlərlə görüşlər keçirironlarla sıx əlaqə saxlayır. Belə ki, keçmiş SSRİ-nin və Azərbaycanın Xalq artisti, professor, bəstəkar Arif Məlikov, Xalq artisti, tanınmış skripkaçı, “Şöhrət” ordenli Sərvər Qəniyev, Xalq artisti, bəstəkar Musa Mirzoyev, Xalq artisti, bəstəkar Faiq Sücəddinov, Xalq artisti, tarzən Möhlət Müslümov, Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Xalq artisti, professor Zəhra Quliyeva, Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Xalq artisti, kinorejissor Eldar Quliyev, akademik Fuad Məmmədov, Əməkdar artistləri Yeganə Axundova, Fikrət Verdiyev, Murad Hüseynov, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, bəstəkar Elnarə Dadaşova məktəbin qonaqları olublar. Məktəbin kollektivi yalnız 2007-2009-cu illər ərzində 40-dan çox tədbir keçirib. Bu tədbirlər sırasında yubileylər, xatirə gecələri, təqvimdəki əlamətdar günlərə həsr olunmuş konsertlər, xeyriyyə konsertləri, görüşlər, açıq dərslər yer alıb. Önəmli tədbirlər sırasında Q.Qarayevin 90 illiyi ilə əlaqədar keçirilmiş qala-konsert, Şövkət Ələkbərovanın xatirə gecəsi, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş silsilə tədbirləri və s. qeyd etmək olar. Zaqatala, Quba rayonlarına konsert səfəri, Qaradağ rayonunda əlil uşaqlar üçün, həmçinin 3 nömrəli uşaq evində xeyriyyə konserti, R.Behbudov adına Mahnı Teatrında “Novruzkonsertinis. göstərmək olar. Məktəbimizdə daha bir ənənə-Bakı şəhər Baş Səhiyyə İdarəsi ilə birlikdə şəhərdə yerləşən uşaq evlərində, həmçinin əlil uşaqlar üçün müxtəlif səpkili konsertlərlə çıxış etməkdir. Şagirdlərimiz bu niyyətlə Qaradağ rayonunda, Mərdəkanda yerləşən uşaq evlərində “Yeni ilkonserti ilə çıxış ediblər. Mərdəkandakı ciyər xəstəlikləri dispanserində konsert proqramı ilə çıxış etmişik. Bakı şəhər Baş Səhiyyə İdarəsi ilə bizim əməkdaşlığımız bu gündavam edir və gələcəkdə daha bir neçə müştərək tədbirlərimizin keçirilməsi nəzərdə tutulub.

- Məktəbiniz vaxtdan onbirillik sistemə keçib?

- Məktəbin fəaliyyəti nəzərə alınaraq, 2009-cu ildən 11 illik təhsil sisteminə keçirilib. Bu inamı doğruldaraq şagirdlərimiz bir-birinin ardınca beynəlxalq müsabiqə festivalların laureat adını qazanıblar. Prezidentimizin fərmanına əsasən, ötən il məktəbin iki şagirdi Yasin Həsənov(vokal) Emin Hüseynovun (skripka) adlarıQızıl kitab”a qeyd olunaraq, Prezident təqaüdünə layiq görülüblər. Ötən tədris ilində xalq çalğı alətləri üzrə keçirilən müxtəlif müsabiqə festivallarda şagirdlərimiz Fidan Əliyeva, Leyla Fərəcova (kamança), Rafiq Fərəcova (tar), Ləman Əliyeva (qanun) uğurla çıxış edərək qalib adını qazanıblar. 2011-ci ildə məktəbimizİlin ən yaxşı məktəbinominasiyasına layiq görülərək diplomla təltif olunub. 2012 ci ilinİdman iliolduğunu nəzərə alaraq kollektivimizdəSağlamlığı necə bərpa etməkmövzusunda mühazirələr keçirilib. Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi tərəfindən keçirilən idman spartakiadasında məktəbimiz uğurla çıxış edib. Ötən il xanəndə sinfinin II sinif şagirdi Murad İbrahimovXan Şuşinskiadına Bakı festivalında Qran-Pri mükafatına layiq görülüb, həmçinin müəllim Çingiz İbişov fəxri fərmanla təltif olunub. Pianoçuların respublika müsabiqəsində məktəbimizin şagirdləri Jalə Rəcəbova, Leyla Fərəcova Aytən Həşimli uğurla çıxış ediblər. 2012 ci ilin yekununa əsasən məktəbin kamança müəllimi Mehriban Kamil qızı Əliyevanın şagirdlərin dəfələrlə respublika müsabiqələrində festivallarda qalib olması, “Novruz bayramıilə əlaqədar konsertlərin təşkilində fəal işi nəzərə alınaraqİlin ən yaxşı müəlliminominasiyasına layiq görülüb.

 

Anar MIRIYEV

Palitra.-2013.-1 mart.-S.11.