11 yaşlı həmyerlimizin adı Rusiyada “Qızıl Fond”a salınıb
Rusiyada yaşayan həmyerlimiz vokal və skripka ifaçısı, 11 yaşlı Əli Muradovun ifası bu ölkənin qızıl fonduna daxil edilib. Həmyerlimiz indiyədək qalib olduğu beynəlxalq müsabiqələrə görə təltif edilib və onun adı “Qızıl Fond”a daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub. Bundan başqa, 11 yaşlı həmyerlimizin adı əlaçı şagirdlərin daxil edildiyi “Medalist”lər qrupuna da salınıb. Bu münasibətlə təntənəli andiçmə mərasimi keçirilib, həmyerlimizə xüsusi medal verilib.
Qeyd edək ki,
Rusiyanın Novosibirsk şəhərində
yaşayan Əli Muradov
beynəlxalq müsabiqələr laureatı və Qran-Pri mükafatları laureatıdır. O,
Türkiyə, İspaniya, Sankt-Peterburq,
Krasnoyarsk, Moskvada
keçirilən beynəlxalq müsabiqələrdə və
qala-konsertlərdə iştirak edib. Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun təşkil etdiyi
bir sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi layiqincə
təmsil edib. 11 yaşlı Əli
Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb.
Bu
yaxınlarda isə İspaniyanın Lloret
De Mar şəhərində
skripka üzrə keçirilən beynəlxalq
əhəmiyyətli “El festival
De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif
olunub. Əli Muradov həm
Rusiya, həm də Azərbaycan Dövlət
Filarmoniyasının simfonik orkestri ilə birgə
çıxışlar edib.
NİGAR
Palitra.-2013.-1 mart.-S.15.