III Beynəlxalq Muğam Festivalında sürprizlər olacaq 

 

Bu dəfəki festivalda bütün konsertlər muğam dəstgahları ilə açılacaq

 

Bakıda «Muğam dünyası» III Beynəlxalq Muğam Festivalının keçiriləcəyi tarixə çox az günlər qalır. Qeyd edək ki, festival Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək. Festivalın bədii rəhbəri olaraq Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə zəngin rəngarəng proqramlar hazırlayır bütün festivalların konsepsiyasını müəyyənləşdirir. Azərbaycan Bəstəkarlar İttifaqında ötən ilin noyabr ayından bu möhtəşəm tədbirə hazırlıq gedir.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən qəzetimizə bildirilib ki, 2009 2011-ci illərdə təşkil olunan I II Beynəlxalq Muğam Festivalında qazanılan təcrübə bu tədbirin üçüncü dəfə böyük uğurla baş tutacağına onlarda əminlik yaradır. Aparılan hazırlıq işlərindən, məşq proseslərindən festival öncəsi keçirilən konfranslardan da aşkar hiss olunur ki, «Muğam Dünyası»nın yolunu səbirsizliklə gözləyənlər bu dəfə bir çox sürprizlərlə qarşılaşacaq. Sevindirici haldır ki, bu il festivala qatılmaq arzusunda olanların sayı, həmçinin müraciət edənlərin elmi, ifaçılıq göstəricilərinin yüksək olması festivalın beynəlxalq mühitdə hansı nüfuza malik olmasından xəbər verir analoji festivallar arasında öz statusunu daha da qaldırır. Bütün bu yüksək göstəricilər böyük zəhmətin, planlı şəkildə aparılan məhsuldar işlərin sayəsində baş verir.

Bu dəfəki festivalda bütün konsertlər muğam dəstgahları ilə açılacaq. Bu dəstgahların ifasında şərq ənənəsinə məxsus müqəddəs müəllim-tələbə simvolizmindən istifadə ediləcək. Hər xanəndə öz tələbəsi ilə çıxış edəcək. Bundan başqa, ustad xanəndələr Hacı Aqil Məlikov, Mələkxanım Əyyubova gənc muğam ifaçıları 7 əsas muğamımızın müəyyən hissələrini bir ifada birləşdirib təqdim edəcəklər. Ustad xanəndələrə bu işdə Xalq artistləri tarzən Möhlət Müslümov, kamançada isə Fəxrəddin Dadaşov dəstək olacaq.

«Muğam dünyası» III Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq əsas tədbirlərdən biri də beynəlxalq elmi simpoziumdur. "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda təşkil ediləcək simpoziumda elmi çıxışların istiqaməti milli alətlərin problemlərinə həsr edilib. Simpozium öncəsi Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən konfranslarda ölkəmizi bu simpoziumda təmsil edəcək məruzə müəllifləri müəyyən edilib. Belə qərara gəlinib ki, Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyevin «Azərbaycan muğam rənglərinin dramaturji əhəmiyyəti və ifaçılıq məsələləri», AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sürəyya Ağayevanın «Çəğanə və kamança. Tarixmüasir dövrdə», Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovanın «Müasir dövrdə Azərbaycanda virtuoz tar ifaçılığı», Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Köçərlinin «Azərbaycan tarının yaranmasında aşıq sazının tarixi rolu haqqında», Azərbaycan Milli Konservatoriyasının laboratoriya müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Abbasqulu Nəcəfzadənin «Muğam ifaçılığında nəfəs çalğı alətlərinin rəngarəngliyi», AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın «Azərbaycan muğam dəstgahı Şərq musiqi alətlərinin müqayisəli öyrənilməsi üçün konseptual əsas», sənətşünaslıq doktoru, professor Səadət Abdullayevanın «Azərbaycan instrumental muğam ifaçılığı-ənənələrin varisliyi kontekstində», Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın «Milli musiqi alətləri: mətnlərin və ikonoqrafiyanın düzgün şərhi problemi haqqında», Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Qafarovun «Azərbaycan nəfəs musiqi aləti Ney: tarixi retrospektiv və mərasimlərdə tətbiqi», Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyevanın «Azərbaycan muğam ifaçılıq sənətində qanun aləti» mövzusundakı məruzələri daha məqsədə uyğundurbu məruzələr simpoziumun proqramına salınıb.

Qeyd edək ki, Kanada, Tunis, Rusiya, Çin, İran, Yaponiyadan olan mütəxəssislərin, o cümlədən Şərq musiqi elminin görkəmli alimləri fransalı Jan Dürinq, almaniyalı Yurgen Elsnerinbu simpoziumda iştirakı gözlənilir.

 

FUAD

Palitra.-2013.-1 mart.-S12.