“Milli
kimliyin formalaşmasında elm və təhsilin rolu əvəzedilməzdir”
Sərdar Yusifoğlu: “Əgər
dövlət maariflənməyə vəsait ayırırsa,
biz də o vəsaiti düzgün istiqamətə yönəltməliyik”
Layihə çərçivəsində Gəncliyin Elmi Mədəni İnkişafı (GEMİ) İctimai Birliyinin sədri Sərdar Yusifoğlu ilə müsahibəni təqdim edirik:
-Sərdar müəllim, Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyi nə vaxtdan fəaliyyət göstərir?
- Bu təşkilat 2007-ci ildə qeydiyyatdan keçib. Amma bundan əvvəl təşkilatın əsas idarəçiləri Xəzər Universitetində formalaşaraq Müasir Diplomatlar Assosiasiyası kimi müəyyən müddət fəaliyyət göstərib. Sonra qərara gəldik ki, elm və təhsillə bağlı belə bir təşkilat yaradaq. Əvvəl bizim hədəflərimiz tələbələr idi. Sonra gəncləri əhatə etmək fikrinə düşdük. 2010-cu ilə kimi bizim təşkilat gənclərlə yanaşı, gənclər təşkilatları üçün bir resurs bazası rolunu oynayıb. Onlar bizim ofisimizdən istifadə edib öz tədbirlərini keçiriblər. Həmçinin özümüz də həftəsonları müəyyən mütəxəssisləri dəvət edib seminarlar keçirirdik. Müəyyən formalaşmadan sonra artıq əsas fəaliyyətimiz təhsillə bağlıdır.
- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?
- Bütün millətlərin milli kimliyinin formalaşmasında elm və təhsilin rolu əvəzedilməzdir. Demək olar ki, elm, təhsil, maarifçilik milli kimliyin formalaşmasında əsas özül sayılır. Bunun millətin sağlam formalaşmasında böyük əhəmiyyəti var.
-Gənclərin Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz?
- Azərbaycan gənclərinin bir çox hissəsi son 20 ildə elmi tərəqqi yüksəlişinə nail olmaqla yanaşı, ölkəmizin qədim və müasir tarixini öyrənərək təhlil etməyə başlayıblar. Xüsusilə ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə sadiq qalaraq ölkəmizdə və ölkəmizdən kənarda daim Azərbaycan mədəniyyətini təbliğ etmələri təqdirəlayiq hallardan biridir. Bildiyiniz kimi, ölkə başçısı cənab İlham Əliyevin xüsusi sərəncamı ilə Azərbaycan xalqının ilahi sərvəti olan “qara qızılın insan kapitalına çevrilməsi” siyasəti ortaya qoyulmaqla “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasına start verilib. Və bu fərəhli işin həyata keçirilməsi Təhsil Nazirliyinə tapşırılıb.
- Elm və təhsilin inkişafı istiqamətində hansı layihələr keçiribsiniz?/b>
- Biz bu istiqamətdə çoxlu layihələr keçirmişik. Məsələn, ötən il Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Liderlik və mən məktəbi” layihəsini icra etmişik. Bu layihə Şəki və ətraf rayonları əhatə etmişdi. Burada xüsusi təlimlər keçirildi. Təlimlərə müxtəlif sahələrdən olan mütəxəssislər dəvət olunmuşdu. Gənclər bu layihədə liderlik xüsusiyyət və bacarıqlarını öyrəndilər.
- Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
- May ayından “Region gənclərinin
müasir bilik akademiyası” layihəsinə
start vermişik.
Bakı qeydiyyatında olmayan şəxslər üçün
nəzərdə tutulmuş
kurslara seçim yolu ilə 42 nəfər tələbə-gənc
qəbul olunub. Layihəyə görə, onlar 2 ay müddətində GEMİ-də
ödənişsiz təhsil
almaq imkanına malikdirlər. 20 nəfər ingilis dili kursuna, 22 nəfər isə rus dili kursuna
qəbul olunub. Təhsil ödənişsizdir, lakin
2 ay yetərli müddət
olmadığından, bu
layihəni yenə də davam etmək
fikrindəyik. Bu layihədən əlavə,
təşkilatımızda region gəncləri, qaçqın
və məcburi köçkünlər üçün
50 faizə qədər
güzəştli kurslar
da təşkil edirik. Hər halda, bu layihənin ödənişsiz
şəkildə davam
etməsi üçün
əlimizdən gələni
edəcəyik.
-Bu layihəni hansı zərurətdən keçirmək
qərarına gəldiniz?
- Bakıda ali təhsil alan
region gənclərinin əksəriyyəti
kirayə pulu və digər vacib xərclər üzündən öz xarici dil biliklərini
inkişaf etdirməkdə
çətinlik çəkirlər.
Və bu da gənclər təşkilatlarını Bakıda
təhsil alan
region gəncləri üçün
yeni imkanların yaradılmasına sövq
edir. Müasir zamanda xarici
dil bilmək hər bir gənc
üçün vacibdir.
Bunu yalnız ali məktəbdəki
dərslər çərçivəsində
reallaşdırmaq mümkün
deyil. Kursların təklif etdiyi
şərtlər isə
hər gəncin büdcəsinə uyğun
olmaya bilər. Xüsusən də, Azərbaycanın
müxtəlif rayonlarından
Bakıya təhsil almaq üçün üz tutan tələbələr
bu məsələdə
daha çox əziyyət çəkirlər.
Biz cəmiyyətdə olan bu problemi
gördük, regiondan
olan gənc dostlarımızın xarici
dillərə yiyələnməsi
yolunda öz töhfəmizi verməyi qərara aldıq.
- Bu kimi layihələrin gənclərimizin öz bacarıqlarını üzə
çıxarmağa nə
dərəcədə köməyi
olur?
- Prezident yanında Gənclər Fondunun fəaliyyətə başlamasından
sonra gənclər təşkilatlarımız cəmiyyətə
daha çox və daha yaxşı
xidmət göstərmək
imkanları qazanıblar.
Əgər dövlət maariflənməyə
vəsait ayırırsa,
biz də o vəsaiti düzgün istiqamətə
yönəltməliyik. Hesab edirəm ki, paytaxta böyük
ümidlərlə gələn
bölgə gənclərimizin
yeni bacarıqlarını
açmaq, onları yönəltmək naminə
hər bir təşkilat müəyyən
qədər iş görməyə çalışmalıdır.
Bölgələrdən gələn gənclərin
problemləri Bakıda
yaşayan gənclərə
nisbətən daha çoxdur. Biz bu problemləri araşdırmalı və
müxtəlif vasitələrlə
aradan qaldırmağa
çalışmalıyıq. Şübhəsiz ki, bizim icra etdiyimiz
layihə, Bakıda təhsil alan
bölgə gənclərində
dil bilgisinə olan real tələbatın
çox cüzi bir hissəsini ödəyir.
- Gənc nəslin elm və təhsilini artırmaq üçün
marağı necədir?
- Bugünkü gənclərdə
elm və təhsilini artırmağa maraq var. Müraciət edən gənclər var, amma biz görürük ki, bir az onlarda tənbəllik var. Çox
zaman onlar böyük həvəslə
gəlib oxuyub öyrənirlər. Bir müddət
keçəndən sonra
isə yorulmağa başlayırlar. İndi
bunun səbəbləri
müxtəlif ola bilər. Amma informasiya bolluğundan bəzən elə bilirlər ki, hər şeyi öyrəniblər. Məsələn,
gənclər daha çox şikayət edirlər ki, iş tapa bilmirlər.
Niyə iş tapa bilmirlər? Adam gedib oxuyur,
amma onun adi praktikası yoxdur. Təcrübə olmadığı üçün o, hər
hansı yerdə gedib işləyə bilmir. Müəyyən dövlət və
özəl müəssisələr
hər hansı işçi ilə müqavilə bağlayırsa,
təbii ki, o, aldığı maaşın
iki qatında müəssisəyə xeyir
verməlidir. Əslində
bizdə kifayət qədər iş var, sadəcə bizdə peşəkarlıq zəif
olduğuna görə
iş tapa bilmirlər. Peşəkarlığı artırmağın da bizdə kifayət
qədər yolları
var. Məsələn, bizdə
4 mindən çox
QHT var. Bu QHT-lərin müəyyən
hissəsinin ofisləri
var. Gənclərimiz bu
QHT-lərdə könüllü
işləyərək öz
təcrübələrini artıra
bilərlər. Öz təcrübələrini
artırmaqla yaxşı
işlə təmin olunmalarına imkanlar yarada bilərlər.
Mən bu baxımdan bizim rus və
ingilis dillərini tədris edən iki müəlliməmiz-Samirə
və Fidan xanımları misal çəkə bilərəm.
Samirə xanım bizdə
iki aydan artıq pulsuz işlədi. Sonradan digər
kurslarda dərs deyərək pul da qazandı. Artıq 5 aydan sonra onu
“Golden Pay” şirkətində işə götürdülər.
Özü də birbaşa
olaraq müdirin köməkçisi vəzifəsinə.
Halbuki həmin xanımın heç bir şirkətədə fəaliyyəti
olmayıb. Fidan xanımsa
5 ildən artıq bizimlə fəaliyyət göstərəndən sonra
alman şirkətlərindən
birində menecer vəzifəsinə işə
düzəldi. Təcrübə artıq göstərdi ki, bunların buradakı zəhməti hədər getmədi.
Onlar hər hansı şirkətə gedəndə
söhbət əsnasında
görünür ki, nəzəri biliklərlə
yanaşı, təcrübələri
də var. Ona görə də düşünürəm ki,
gənclərimiz biliklərini
artırmaqla yanaşı,
öz peşəkarlıqlarını
da artırmalıdırlar.
-Tələbə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi
üçün nələr
edilməlidir?
- Öncə dövlət və özəl universitetlərdə təhsil
haqqı nisbətən
aşağı salnmalıdır.
Ümumiyyətlə, dövlət universitetlərində
təhsil haqqı ləğv olunsa, daha yaxşı olardı. Çünki bəzən biz görürük
ki, abituriyent qəbul olur, amma maddi imkanı
olmadığına görə
təhsilini başa çatdıra bilmir.
İkincisi isə qrant
ayıran dövlət
təşkilatları yaxşı
olardı ki, elm və təhsil, xüsusilə peşə
hazırlığı ilə
bağlı layihələrə
daha çox pulun ayrılmasına üstünlük versinlər.
Düşünürəm ki, hamı oxuyub
alim ola
bilmir. Elə gənc var ki, elmə marağı
olmur. Amma cəmiyyətin inkişafında
peşə sahibləri
də mühüm rol oynayırlar. Belə olsa, gəncləri cəmiyyətdə balanslı
formada daha yaxşı formalaşdırmaq
olar.
-Elm və təhsillə bağlı daha hansı layihələr həyata keçirməyi
planlaşdırırsınız?
- Biz Prezident yanında Gənclər Fonduna müxtəlif layihələr
təqdim etmək istəyirik. Bunlardan biri beynəlxaq
layihədir. Ola bilsin, Avstriya və Almaniyada baş tutacaq. Bu, Qarabağla bağlı
həqiqətlərin təbliği
ilə bağlıdır,
amma tamam fərqli bir formada olacaq. Məsələn, hər bir millətin tarixində anım günləri var.
Biz istəyirik ki, həmin ölkələrdə
özümüzünkü ilə yanaşı, onların da faciəli günlərilə
bağlı müəyyən
kitabçalar paylayaq.
Yəni onların da anım günlərindən
xəbərimiz olduğunu
çatdıraq. Həmin ölkələrin
nümayəndələri öz
anım günləri
ilə bağlı məlumatları da görəndə bu, daha cəlbedici və təsirli olacaq.
Digər layihələrimizsə gənclərin
peşə, dil və kompyuter bacarıqlarının artırılması
istiqamətində olacaq.
Fuad Hüseynzadə
Palitra.- 2013.- 30 iyul.- S. 11.