“Bu yerlərdən böyük zövq
aldım”
Yeganə Axundova: “Qəbələ festivalı böyük incəsənət
bayramıdır”
Janna Qondolko: “Festival Azərbaycanın zəngin klassik musiqisi ilə
yaxından tanışlığa imkan
yaradır”
“Qəbələ Beynəlxalq Musiqi Festivalı böyük incəsənət bayramıdır”. Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, tanınmış pianoçu, Xalq artisti Yeganə Axundova jurnalistlərə müsahibəsində deyib. O, festivalın ərsəyə gəlməsində misilsiz xidmətləri olanHeydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xalq artisti Qəbələ Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli musiqiçilərin, orkestrlərin və digər kollektivlərin iştirakını bu mötəbər incəsənət bayramına beynəlxalq miqyasda marağın artması kimi qiymətləndirib.
İndiyədək bir sıra nüfuzlu beynəlxalq müsabiqələrə qatıldığını söyləyən Yeganə Axundova, Qəbələ Beynəlxalq Musiqi Festivalının özü üçün tamaşaçılar qarşısında illik hesabat olduğunu vurğulayaraq deyib: “Mən hər il bu festivalı səbirsizliklə gözləyirəm. Bu mötəbər tədbirdə iştirak etmək həm yeni ifaçılarla tanışlıq, həm də mədəniyyətimizin təbliğində mühüm addımdır. Ümumiyyətlə, Azərbaycan klassik musiqisi son illər Avropa və dünyanın digər dövlətlərində də tanınmağa başlanıb.
“Qəbələ Beynəlxalq Musiqi Festivalı qeyri-adi musiqi bayramıdır. Dağların qoynunda, təbiətin əhatəsində tamaşaçılar qarşısında çıxış etmək insana zövq verir. Klassik musiqi insanın qəlbini saflaşdırır. Bu sənət bayramının tərbiyəvi əhəmiyyəti böyükdür. Eyni zamanda, Qəbələ festivalının ölkəmizin musiqisinin dünyada tanıdılmasında əvəzolunmaz yeri var”. Yerusəlim Simfonik Orkestrinin üzvü, skripkaçı Janna Qondolko isə bildirib ki, Qəbələ festivalı şəhərə gələn qonaqlara Azərbaycanın zəngin klassik musiqisi ilə yaxından tanış olmaq imkanı yaradır. Təbiətin qoynunda keçirilən bu möhtəşəm ənənəvi beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi tarixində yenilikdir.
Janna Qondolko
Qəbələyə toplaşan
dünyanın görkəmli musiqi xadimlərinin
konsertlərinin böyük
tamaşaçı auditoriyasına əsl musiqi
bayramı yaşatdığını xüsusilə
vurğulayıb. O, sıx meşələrlə əhatə
olunmuş kiçik əyalət
şəhərində gözəl təbiətin qoynunda keçirilən bu
mötəbər sənət bayramının vaxtilə
iştirakçısı olmaq arzusunu səmimiyyətlə dilə gətirib.
Festivalın çox yüksək səviyyədə
keçirildiyini deyən skripkaçı
xanım bu mötəbər tədbirin təşkilatçılarına
minnətdarlığını bildirib: “Bu yerlərdən böyük
zövq aldım. Ümumiyyətlə, Azərbaycan
Şərq və Qərb memarlıq nümunələrinin
elementlərini özündə birləşdirir. Qəbələnin
qədim, həm də müasir
arxitekturası məni valeh etdi”. Janna Qondolko
Azərbaycan xalçaları ilə xüsusilə
maraqlandığını, vətəninə dönərkən
xalçalarımızdan dostlarına hədiyyə
aparacağını diqqətə çatdırıb.
Xəyalə
Palitra.-2012.-31 iyul.-S.13.