“Hər səfərimdə Bakını daha gözəl, daha təmiz,
daha da baxımlı
görürəm”
Ötən
həftə paytaxt Bakıda Beynəlxalq Muğam Mərkəzində
“Bəşəriyyət sülhə və işgüzar əməkdaşlığa
“hə”, müharibə və münaqişələrə
“yox” deyir” mövzusunda tədbir keçirildi. Tədbirdə
millət vəkilləri, ictimai xadimlər, xaricdən gələn
qonaqlar iştirak edirdilər. Tədbirdə Azərbaycanın
bir nömrəli problemi olan Qarabağ məsələsi
problemi qabardıldı. XXI əsrin ən böyük faciəsi
olan Qarabağ məsələsinin nəinki Qafqazda, hətta
bütün dünyada böyük problem kimi sayılan məsələlər
sırasında olduğu vurğulandı. Qarabağ probleminin
mütləq şəkildə həll olunması tədbir
vasitəsilə dünyaya bəyan edildi. Müsahiblərimiz tədbir
iştirakçılarından olan Rumıniya-Türkiyə
Qadın iş adamları Assosiasiyasının prezidenti Birgül
Şenyuva və Bosniya və Herseqovina Parlamentinin deputatı Nərminə
Kapetanoviçdir:
“Azərbaycan iqtisadi və siyasi
cəhətdən güclü
dövlətdir”
Rumıniya-Türkiyə Qadın
iş adamları Assosiasiyasının prezidenti Birgül
Şenyuva:
- Birgül xanım, Bakıda
keçirilən bu tədbir haqqında fikirlərinizi öyrənmək
istərdik... Sizcə, ermənilərin qəbuledilməz hərəkətləri
qarşısında dünya hansı təşəbbüskarlığı
göstərəcək? Məruzənizdə də qeyd
etdiyiniz kimi, burada Dağlıq Qarabağda edilən maddi yox, mənəvi
problem daha böyük bir məsələdir. Bəs bunu
dünya görmürmü?
-
Qarabağ problemi beynəlxalq bir problemdir. Ermənilər
dünyanın dörd bir yanında problem hesab olunan millətdir.
Bu Amerikada da, Avropada da belədir, Azərbaycan
üçün isə çox böyük problemdir.
Aydın məsələdir ki, Azərbaycanın 20%
torpağını işğal edib, işğal olunmuş
torpaqların sakinlərini isə əsir tutub, qadınlara,
uşaqlara divan tuturlar. Onların yaşayış tərzi,
bütöv bir şəkildə həyatdan məhrum
olunmaları, mənəvi zərbə daha böyükdür.
Bütün dünya bunları görsə belə, hələ
də bu məsələ həll olunmur. Ancaq Azərbaycan erməniləri
bir qaşıq suda boğar. Çünki Azərbaycan
güclü bir dövlətdir. İstər iqtisadiyyat cəhətdən,
istərsə də siyasi cəhətdən güclü
dövlətlər sırasındadır. Amma Azərbaycan
bütün dünya millətləri qarşısında sülh
şəklində Qarabağ məsələsini həll etmək
istəyir. Haqq-ədalətlə problemin aradan
qalxmasını istəyir. Bu məsələnin sülh yolu
ilə həll olunması üçün Azərbaycan səbr
edir. Onsuz da müharibə bütün dünya ölkələrinin
problemidir. Onun üçün də bu məsələnin bir
an əvvəl həll olunması vacibdir. Bu müharibənin
bitməsi ən böyük şərtlərdən biridir. Əsir
olan insanlar azadlığa çıxmalı, öz
torpaqlarında, öz adət-ənənələrilə, ailələrilə
birlikdə yaşamalıdırlar. Maddi ziyanı bir tərəfə
qoyaq. Yeraltı, yerüstü zənginliklər bir tərəfə
ən vacibi mənəvi zərbədir. Mən bunun üzərində
dayanaraq bütün dünyaya bəyan etmək istəyirəm.
Əsir alınmış qadın və uşaqların
pisixoloji vəziyyəti neçə ildə düzələr?
Neçə dövr sonra onlar əvvəlki vəziyyətlərinə
qayıda bilərlər? Bu xarabalıq, bu təxribat
böyük bir ehtimalla çox uzun çəkəcək.
Ona görə də beynəlxalq göstəricilərə
söykənərək bu məsələnin tez bir zaman
çərçivəsində həll olunması
lazımdır. Dağlıq Qarabağ bölgəsini ermənilər
tərk etməli və orada həyat normala dönməlidir və
külli miqdarda təzminat ödəmələri
lazımdır.
-Əli Həsənov məruzəsində
qeyd etdi ki, dünyada böyük dövlət qurumları, məsələn,
MDB, BMT Qarabağ problemini görürlər, amma nədənsə,
buna göz yumurlar, səssiz qalırlar. Bəs sizin fikrinizcə,
bu, niyə belədir? Bu cür insanlıqdan kənar hərəkəti
dünya niyə görmür?
- Bildiyim qədərilə və müşahidələrimə əsasən, ermənilər zox hay-küylü və yalançı millət kimi tanınırlar və böyük lobbilər qururlar. Amerikada nüfuzları böyükdür. Lakin dünyanın hər yerində terrorla, yalançı təzyiqlərlə özlərinə haqq qazandırırlar. Ermənilər, həqiqətən də, bütün ölkələrin problemidir. Rusiyada, İranda, Suriyada, ümumiyyətlə, hər yerdə. Əsas məsələ odur ki, bu məsələ kökündən həll olunmalıdır. Çünki onlar zox asan şəkildə diaspor təşkil edirlər və hər yerdə yalan sitatlar ortaya qoyub, yazıq görkəm cildinə dirirlər. Buna əsasən də siyasi cəhətdən başqa ölkələr də Qarabağ məsələsinə göz yummaq məcburiyyətində qalırlar. Amma insanlıq olaraq göz yummurlar. Bütün xalqlar Azərbaycan dövlətinin yaşadığı haqsızlığı görür.
- Siz
Rumıniya-Türkiyə Qadın iş
adamları Assosiasiyasının prezidentisiniz.
Bəs dünyada türk
qadınları istər siyasi və mədəni
əlaqələr baxımından potensiallarını, gücünü, hansı şəkildə
göstərirlər?
- Mən bir türk övladıyam. Türkiyədə yaşadım. 18 ildir ki, Rumıniyada yaşayıram. Eyni zamanda 18 ildir, Azərbaycan səfirliyilə, azərbaycanlılarla işbirliyi edirəm. Biz orada çox böyük və güclü diaspor yaratdıq. Ona görə Rumıniya xalqı və parlamenti də Azərbaycan dövlətinin arxasındadır və onu dəstəkləyir. Ermənilər Rumıniyada çoxluq təşkil etmir. Əsasən türklər və azərbaycanlılar daha çoxdur və biz orada çox güclüyük. Ona görə də ermənilərin Rumıniyada səsləri çox çıxmır. Həmçinin biz türklər və azərbaycanlılar olaraq qardaş kimi həmihə bir-birimizin yanındayıq.
- Birgül xanım, qonaq olduğunuz Bakı şəhəri haqqında da təəssüratlarınızı bilmək istərdik...
- Mən Bakıya ilk dəfə gəlmirəm. Təxminən 2004-cü ildə ilk səfərim olmuşdu. O zaman Bakını gördüyüm an yeni tikililər inşa olunurdu. Bakı yenidən qurulurdu. Bu mənim Bakıya beşinci gəlişimdir. Hər səfərimdə Bakını daha gözəl, daha təmiz, daha da baxımlı görürəm.
“Biz
azərbaycanlıları öz
ailəmizdən
hesab edirik”
Bosniya və Herseqovina Parlamentinin deputatı Nərminə Kapetanoviç:
- Nərminə xanım, Bosniya və Herseqovina Parlamentində Azərbaycanın
Qarabağ məsələsi
müzakirə edilirmi?
- Bizim parlamentin nümayəndələri üç
ay əvvəl Azərbaycan
xalqına dəstək
olmaq üçün
Bakıya gəlmişdilər.
Təbii
ki, beynəlxalq səviyyədə tədbir
görə bilməsək
də, gücümüz
çatdığı qədər
dəstək oluruq.
Bu, Bosniya və
Azərbaycan xalqları
üçün eyni
problem sayılır və
iki ölkənin məsələsinin həll
olunması üçün
bir-birimizə dəstək
oluruq. Biz azərbaycanıları öz
ailəmizdən hesab edirik. İstər iqtisadi cəhətdən,
istərsə də turizm sahəsində bir yerdə çalışıb, bir-birimizə
dəstək olmalıyıq.
Biz də Bosniyada 1 milyona yaxın insan itirdik, amma tələf olan şəhərləri
yenidən qurduq. Lakin məhv olan həyatlar geri gəlmədi. Qarabağ məsələsi
də belə bir vəziyyətdədir.
Maddi cəhət həll olunur, amma mənəvi zərbənin tamamilə aradan qaldırılması
çox zətindir.
Biz də bir xalq olaraq Qarabağda
əsir olan insanların azadlığını
tələb edirik və hər zaman Azərbaycan dövlətinin yanındayıq.
Xəyalə GÜNƏŞ
Palitra.-2013.-12 iyun.-S.13.