Ordubad yeməkləri Malayziyada

 

Malayziyanın paytaxtı Kuala Lumpurda 14-cü Malayziya Beynəlxalq Qidaİçki Məhsulları Sərgisi (MIFB) keçirilib. Malayziya Kənd Təsərrüfatı Nazirliyinin təşkilat etdiyi tədbirdə 20-dən çox ölkənin 350-yə yaxın qida məhsulları istehsal edən şirkəti iştirak edib.

ABŞ, Çin, Yaponiya, Koreya Respublikası, Fransa, Polşa, Belçika, Avstraliya və digər ölkələrin təmsil olunduqları bu beynəlxalq sərgidə Azərbaycanın Malayziyadakı səfirliyi ölkəmizin mədəniyyətini və iqtisadi potensialını təbliğ edən pavilyon hazırlayıb. Pavilyonda Azərbaycanın mədəniyyətini, turizm potensialını, iqtisadi imkanlarını təbliğ edən materiallar, şəkillər, kitablar, milli geyim nümunələri, habelə nar şirələri, qoz, qızılgül, tutzoğal mürəbbələri, müxtəlif növ içki məhsulları nümayiş olunub. Bundan əlavə, səfirlik əməkdaşlarının ailə üzvləri tərəfindən hazırlanmış milli mətbəximizin əvəzedilməz şirniyyat növləri-şəkərbura, paxlava, Bakı qurabiyəsi, Ordubad bükməsi, kətə, şəkər çörək, umac halvası, sucuq, miyanpur, qozlu kökə, nabat və şirnilər, eləcə də meyvə quruları, kəklikotu və solmaz çiçəyi çayları sərgidə böyük marağa səbəb olub. Üç gün ərzində Azərbaycan pavilyonunu ziyarət edənlərə ölkəmizin iqtisadi inkişafı, ixrac imkanları, turizm potensialı, mədəniyyəti haqqında ətraflı məlumat verilmiş və təbliğat materialları təqdim edilib. Milli təamları və içkiləri dadan bir sıra sərgi iştirakları qidaiçki məhsullarımızın təmsil etdikləri şirkətlər tərəfindən satışının təşkil olunması ilə bağlı işgüzar təkliflər ediblər.

On dördüncü Malayziya Beynəlxalq Qidaİçki Məhsulları Sərgisini 23 min nəfər ziyarət edib, 50 milyon ABŞ dolları dəyərində satış müqavilələri bağlanıb.

 

Palitra.-2013.-12 iyun.-S.15.