“Erməni təbliğatını durdura biləcək bütün materiallarım var

 

Müsahibimiz Aygün Həsənoğlu 1967-ci ildə Qəbələdə doğulub. 1988-ci ildə APİ-nin Filologiya fakültəsini bitirib. 2001-ci ildə ədəbiyyat mədəniyyət sahəsindəki uğurlarıma görə Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası tərəfindənFəxri gəncseçilib. Əsərləri mükafatlara layiq görülüb. 9 kitabı çap olunub, bunlardan biri publisistik, 3-ü elmi, qalanlar isə ədəbi əsərlərdir. Dövlət özəl teatrlarda 8 pyesi səhnələşdirilib. Özünün dediyinə görə, yaradıcılığında 3 əsas istiqamət var: nəsr, dramaturgiya elmi araşdırma. 2001-ci ildən Qarabağ məsələsi ilə bağlı araşdırmalara başlayıb, bu araşdırmaların nəticəsi kimiErməni sindromukitabını 2007-ci ildə çap etdirib, eyni zamanda bu illərdə 70-dən artıq məqalə çap etdirib. Hazırda araşdırmalarını İstanbulda davam etdirir. Beynəlxalq Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri, fəlsəfə doktoru, yazıçı-tədqiqatçı Aygün Həsənoğlunun eksklüziv müsahibəsini təqdim edirik:          

-Aygün xanım, hazırda Türkiyədə hansı istiqamətlərdə araşdırmalar aparırsınız?

- Məlumat bazam kifayət qədərdir. Ən az 20 elmi yazacaq qədər materialım var. İndi əsas bu topladığım materialları qaydaya salıb ortaya çıxarmaqdır. Burada daha çox hazırladığım kitab fotoalbomları çap etdirmək, fotosərgi sənədli filmlər hazırlamaq istəyirəm. Eyni zamanda Türk Şurasına, Türkiyə dövlət qurumlarına bəzi məsləhət bildiyim dərnəklərə təklif layihələrimi təqdim edəcəyəm.

- Türkiyə arxivlərində erməni məsələsi ilə bağlı hansı yeni faktlar əldə edibsiniz?

- İndiki halda yeni faktlara ehtiyacım yoxdur. Lazım olan, erməni təbliğatını durdura biləcək bütün materiallarım var. Bunları üzə çıxara bilmirəm hələ. Hamı hazır material istəyir. Ən çox xoşuma gəlməyən nədir, bilirsinizmi?Aygün xanım, sizdəki materialı verin, mən onlardan kitab yazım...” Bunları toplayana qədər görmə qabiliyyətimin yarısını, sağlamlığımın isə hamısını itirmişəm. Bunlar isə hazır istəyirlər, hətta verəndə adını gizlədirlər. Mənim ada ehtiyacım yoxdur, adım çıxdıqca düşmən qazanıram özümüzünkülərdən. Amma bu tendensiyaya son qoymaq lazımdır. Əsirlərdən yazmaq istəyirsənsə, zəhmət çəkib onlarla danışacaqsan, üzündəki ifadəni görəcəksən, göz yaşları axıdacaqsan... Yoxsa belə alıb hazır köçür, olmaz! Hamı bir-birindən köçürür. Mən istifadə etdiyim qaynağı qeyd edirəm, mənim kitabımdan, məqaləmdən alınan faktın qaynağını isə yazmırlar. Onu da deyim ki, 1914-20-ci illərdə erməni orduları tərəfindən 2 milyondan artıq türkün qətlə yetirilməsi faktını ilk dəfə mən üzə çıxarmışam. Erməni sindromukitabımda bu fakt verilib şükür ki, indi hətta xarici alimlər tərəfindən söylənilir. Ümumiyyətlə, bu kitabdakı faktlar hətta proqnozlar təsdiqini tapdı.

- Bu yaxınlarda yeni kitabınız çıxıb. Buna görə sizi təbrik edirik. Bəs növbəti olaraq hansı kitab üzərində işləyirsiniz?

- Təbrikə görə sağ olun. Son kitabımAzərbaycan ədəbiyyatında dissidentlik Tofiq Vəndamlıadlı kitabdır.Erməni sindromuadlı kitabım bu il Türkiyə türkcəsində İstanbulda nəşr olunub, maraqla qarşılanıb. Əlimdə çapa hazır olan bir neçə kitab var. Amma üzərində işlədiyim erməni terrorunun siyasi mahiyyəti ilə bağlıdır. Yeri gəlmişkən, politologiyadan elmi götürməyə hazırlaşıram. İstəyirəm ki, çalışmalarımın elmi əsası olsun. Biz indiyədək təbliğatda elmi nəzəriyyələrə əsaslanmadığımızdan irəli gedə bilməmişik. Təbliğatın bütün əsasları-tarixi, siyasi, hüquqi, fəlsəfi-nəzəri tərəfləri hazırlanmalı, çıxan nəticələr əsasında strateji proqramlar hazırlamaq lazımdır. İndiErməni əsirliyindəadlı keçmiş əsir girovlarımızın xatirələri toplanmış kitabımı burada çap etdirməyə hazırlaşıram. Üzərində işlədiyim ədəbi əsər isə Behbud xan Cavanşirin qətli onun qatilinin məhkəməsini əks etdirənİtirilmiş fürsətadlı kinossenaridir. Bu mövzuda sənədli film çəkəcəyik. Planlar görüləcək işlər çoxdur.

- Erməni məsələsində mübarizəmizi hansı yolla aparmalıyıq?

- Əgər təbliğat sahəsindəki mübarizədən danışırıqsa, hər şeydən əvvəl mərkəzləşdirilmiş, düzgün istiqamətləndirilmiş, yerinə, məkanına və məqamına hesablanmış ciddi strateji proqramlar hazırlanmalıdır. Dövlət qurumlarında mənim həm öz adımdan, həm başqa təşkilatlar adından göndərdiyim 300-ə qədər təklifdən 38-i gerçəkləşdirilib. Amma yenə də xeyli təsiri olub. Təbliğatla məşğul olacaq xüsusi dövlət qurumuna ehtiyac var. Bu işə rəhbərliyi uzaqgörən, dünyanı anlayan və nəbzini tutan, müasir siyasi mənzərəni həssaslıqla görə və qiymətləndirə bilən, bu sahədə bacarığı olan insanları ətrafında toplayan bir insana tapşırmaq lazımdır. Təbliğatda önəmli olan məqamlar var: düşmənin üsullarını, siyasətini və milli xarakterini gözəl biləcəksən. Dünyanı və düşmənini davamlı izləyəcəksən. Çevik və daim yüksələn xətlə təbliğatı quracaqsan. Ən əsası isə işi iş bilənə tapşıracaqsan. Bir də Qarabağla bağlı təbliğatı qrant təbliğatından çıxarmaq lazımdır. Bunun xeyrindən çox zərəri olduğunu düşünürəm.

- Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi? Onların işinə hansı formada köməklik göstərə bilirsiniz?

- Bunun üçün kitabımın çıxmasını gözləyirdim. Bundan sonra təşkilatlarla görüşəcəyəm. Amma mən 2007-ci ildə Türkiyədə olanda da bu təşkilatlarla görüşmüşdüm, vəziyyəti bilirəm. Digər diaspor təşkilatlarına gəlincə, daha çox təkliflərlə və materiallarla yardım göstərə bilirəm. Açığını deyim ki, diaspor təşkilatlarımız işi düzgün qura bilmədikləri üçün maddi cəhətdən zəifdirlər. Təbliğatda birinci ruh, ikinci maliyyə lazımdır. Bu olmazsa, heç nə olmaz. Mənim isə maddi imkanım yoxdur, ona görə material baxımından dəstək verə bilirəm.

- Ermənilər dünyanı qondarma erməni soyqırımının tanınmasına cəlb edir. Bəzən elə hiss olunur ki, Türkiyə buna susqun yanaşır. Bəzən də Türkiyə-Ermənistan münasibətlərində bir istiləşmə hiss olunur. Sizcə bunun səbəbi nədir?

- Bir faktı hər zaman unuduruq: Türkiyənin torpağı Ermənistanın əlində deyil. Türkiyənin 600 illik imperatorluq, 90 illik də respublika kimi dövlətçilik təcrübəsi var. Dövlətçilik dünyagörüşünun doğurduğu siyasət emosiya, yaltaqlıq və hay-küy üzərində deyil, ağıllı, soyuqqanlı istiqamət üzərində qurulur. Ermənilər Türkiyədən heç nə qopara bilməzlər. İstiləşmə deyilən bir şey yoxdur. Amma hər yerdə olduğu kimi, burada da ermənilər ağıllı adamlarını lazım olan yerlərə yerləşdiriblər. Bunlar bəzən şou yaradırlar. Lakin Türkiyənin dövlət siyasəti öz maraqları əsasında qurulur. Türkiyə də bilir ki, bu gün ona Azərbaycan kimi varlı bir ölkə lazımdır. Ermənistan kimi ac və davamlı nələrsə istəyən ölkə yox. Türkiyə hansısa dövlətlə fərqli zamanlarda isti, yaxud soyuq münasibətdə ola bilər, amma bütün məqamlarda Türkiyə öz dövlət maraqlarını qoruyur. Türkiyədən bundan artığını tələb edə bilmərik.

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-15 iyun.-S.7.