11 yaşlı həmyerlimizin adı
Rusiyada “Qızıl Fond”a salınıb
Rusiyada yaşayan həmyerlimiz vokal və skripka ifaçısı, 11 yaşlı Əli Muradovun ifası bu ölkənin qızıl fonduna daxil edilib. Həmyerlimiz indiyədək qalib olduğu beynəlxalq müsabiqələrə görə təltif edilib və onun adı “Qızıl Fond”a daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub. Bundan başqa, 11 yaşlı həmyerlimizin adı əlaçı şagirdlərin daxil edildiyi “Medalist”lər qrupuna da salınıb. Bu münasibətlə təntənəli andiçmə mərasimi keçirilib, həmyerlimizə xüsusi medal verilib.
Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində
yaşayan Əli Muradov beynəlxalq müsabiqələr
laureatı və Qran-Pri mükafatları laureatıdır. O,
Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada
keçirilən beynəlxalq müsabiqələrdə və
qala-konsertlərdə iştirak edib. Rusiyada fəaliyyət
göstərən Azərbaycan diasporunun təşkil etdiyi bir
sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi
layiqincə təmsil edib. 11 yaşlı Əli Rusiyanın
Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən
Qubernator təqaüdünə layiq görülüb. Bu
yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində
skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli
“El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat
diplomu ilə təltif olunub. Əli Muradov həm Rusiya, həm
də Azərbaycan Dövlət Filarmoniyasının simfonik
orkestri ilə birgə çıxışlar edib.
NİGAR
Palitra.-2013.-1 mart.-S.15.