“Sərhədsiz sənət: Azərbaycan xalça dünyası İqor
Burqanovun
yaradıcılığında”
Layihə çərçivəsində
bu dəfəki təqdimatımız Azərbaycan
xalçası və İqor Burqanovun yaradıcılığı ilə
bağlıdır.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi daim novatorluğun
tərəfdarı olub, keçmiş
ilə əlaqəni itirməmək şərti ilə müasir yaradıcılığın bütün təzahür formalarını
müdafiə edib. Muzeydə müasir dövrdə xalça
sənətində öz
yaradıcılıqlarını nümayiş
etdirən sənətkarların dəfələrlə sərgisi
təşkil edilib. Müasir dövrdə keçmiş ənənələr yenidən
tələb olunmağa başlayır,
artıq zaman baxımından uzaq görünən ideyalar
yeni qəlibə salınır və üzvi surətdə bədii inkişaf
prosesinə qatılır. İndiki zaman bədii ideyaların virtual
formalarda təcəssüm edildiyi, texnikanın inkişaf
etdiyi bir dövrdür. İnsanlarda
öz ətrini, lətafətini,
romantikasını qoruyan ənənəvi
incəsənət ilə canlı təmasda olmaq
ehtiyacı yaranır. Bu baxımdan müasir rəssamların öz
əsərlərini məhz xalça sənəti
vasitəsilə təqdim etməsi təqdirə layiqdir.
2012-ci
ilin may ayında Azərbaycan Xal çası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyində təşkil olunmuş
Rusiya Federasiyasının Əməkdar rəssamı, sənətşünaslıq
namizədi, Rusiya İncəsənət Akademiyasının
müxbir üzvü İqor Burqanovun “Müasir xalça” sərgisi
mədəniyyətlərarası dialoqun bir nümunəsidir.
Bir xalqın sənətinin digər xalqın sənətində
öz əksini tapması xalça sənətinin zənginliyindən
və nüfuzundan irəli gəlir. İqor Burqanov qədim sənət
nümunəsi vasitəsi ilə müasir təsvirlərini təqdim
etməklə onlara yeni nəfəs verib. Xalq incəsənəti
ilə sintezdə təqdim olunan rəssamın əsərləri
xalçalarda xüsusi istilik ilə nəfəs alır.
Rəssamın
xalça sənəti vasitəsi ilə öz
dünyasını ifadə etməsi onun bu sənətə rəğbət
bəsləməsindən irəli gəlir.
Əlbəttə ki, hər
bir sənət əsəri yarandıqdan sonra öz fərdi həyatını
yaşayır. Ona həm müsbət, həm
də mənfi münasibət bəslənilməsi təbii bir haldır. Lakin
hansısa yeniliyə, novatorluğa can atan sənətkarın
qarşısını almaq qeyri-mümkündür. Xalça
sənətinə yeni baxımdan yanaşma cəhdi artıq özü
bir inkişafdır. L.Kərimov
adına Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyi
və “Burqanov Evi” Moskva Dövlət Muzeyinin
İqor Burqanovun eskizləri
əsasında toxunmuş xalçalardan
ibarət “İqor Burqanovun
müasir xalça sərgisi”nə
həsr olunmuş elmi
məqalələr yazılması üçün
“Sərhədsiz sənət: Azərbaycan xalça dünyası İqor
Burqanovun yaradıcılığında”
adlı müsabiqə elan etməkdə məqsədi
məhz yeni yaranan sənət
əsərinə münasibətin aşkar
edilməsidir. Bu məlumatlar xalça sənətinin müasir
baxımdan təqdim olunmasında müsbət rol
oynaya bilər. Artıq təqdim olunan məqalələrdə rəssamın məhz
xalça sənəti vasitəsi ilə
təqdim olunan
yaradıcılığının xüsusi
təsir gücü qeyd
olunur. Mədəniyyət və
Turizm Nazirliyi, L.Kərimov
adına Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyi
və “Burqanovlar evi” Moskva Dövlət muzeyinin
təşkilatçılığı ilə Xalça muzeyində “İqor
Burqanov-Müasir Xalça”
beynəlxalq elmi konfrans
keçirilib. Beynəlxalq
elmi konfransın keçirilməsində əsas
məqsəd qədim sənət vasitəsilə müasir təsvirləri təqdim edərək
xalça sənətində yenilik yaratmaq, qonşu xalqlar arasında
mədəni əlaqələri inkişaf
etdirmək və möhkəmləndirməkdən ibarətdir.
Konfransda təqdim olunmuş
məqalələr dinlənilib və yekun
nəticələr əsasında ən yaxşı məqalə
müəllifləri mükafatlandırılıb. I-ci yerə sənətşünaslıq
elmləri üzrə fəlsəfə doktoru
Ofelya Mirzəzadə, II-ci
yerə AMEA- nın Memarlıq və İncəsənət İnstitutunun dissertantı Turanxanım Şirzadova, III-cü yerə
Bakı İdarəetmə və Texnologiya
Kollecinin müəllimi Səxavət Umudova layiq görülüb.
Digər məruzəçilər isə sənətşünaslıq
elmləri üzrə fəlsəfə doktoru
Tahir Bayramov, Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əməkdaşları Təranə
Məlikova, Ülkər Şirəliyeva, İlahə Behbudova, Rüstəm Əfəndiyev həvəsləndirici
mükafat təqdim olunub.
Müsabiqə iştirakçılarının hər birinə
diplomları Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev tərəfindən
təqdim olunub. Beynəlxalq elmi konfransın materialları əsasında Mədəniyyət
və Turizm Nazirliyi,
L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Burqanovlar ev muzeyi tərəfindən
Azərbaycan və rus dillərində kitab nəşr olunub. Konfransda Mədəniyyət və Turizm Nazirliyi və Rusiya səfirliyindən nümayəndələr,
sənətşünaslar, toxucular, muzey əməkdaşları iştirak
edib. Qeyd edək ki, İqor
Burqanov “Burqanov Evi” Moskva Dövlət Muzeyinin direktoru, Rusiya Rəssamlar Akademiyasının müxbir üzvü,
Rusiyanın Əməkdar rəssamı, sənətşünaslıq
namizədi, dosent, məşhur “Göy Xoşbəxtlik Quşu”
rəsm aksiyasının müəllifidir. Onun yaratdığı «Xoşbəxtlik Quşu» rəmzi Avropa və
Rusiyanın bir çox
bədii arxitektura obyektlərində
istifadə olunub. «Xoşbəxtlik quşu» obrazından Kuante
(Belçika) şəhərindəki Rusiya əsgərlərinə abidədə,
Moskvadakı “Şimali Butovo”
yaşayış kompleksində, “Fili”
rayonundakı uşaq parkında, “Yeni Olimpiya Kəndi”nin
landşaftında istifadə olunub. İ.Burqanov Xilaskar İsa məbədinin yenidən qurulmasında
iştirak edib, “Bratislavskaya” metro
stansiyasının relyeflərinin müəllifidir. Rəssamın
yaradıcılıq palitrası çox
rəngarəngdir. O, heykəl portretlər ustası
sayılır. Burqanov II Aleksi,
Moskva knyazı Dmitri Donskoy, imperator II Nikolay, şair F.Tütçevin portretlərinin müəllifidir.
O, həmyerlimiz, tanınmış heykəltəraş Aleksandr Burqanovun oğludur. Onun
yaratdığı misilsiz xalçalar
bu sahəyə yeni
yanaşmanın rəmzidir. O, Azərbaycan ənənəvi
xalçalarından Avropa
xalçalarına keçərək onlara
yeni forma və mahiyyət
verib. Rəssamın əsərləri Azərbaycan
xalçasının bədii estetik
prinsipləri əsasında ətraf gerçəkliyin
özünəməxsus interpretasiyasıdır. Bu
xalçaların istər quruluşu, istər
rəng həlli, istər sədə toxunuşu
göstərir ki,
xalçaçılıqda zaman
etibarı ilə uzaq görünən müasir düşüncə tərzi tamamilə
yeni konsepsiya əsasında
qurulur, müasir incəsənətin
ümumi bədii axarına qoşulur. Tarixən Şərq aləminə bağlı olan xalça sənətinin
özünəməxsus bədii keyfiyyətləri, əsrlər
ərzində, demək olar ki, dəyişilməyən, nəsildən-nəslə
ötürülərək, öz mövqeyini qoruyan ənənələri
var. Xalça sənətində
müasir elementlərdən istifadə etmək,
müasir düşüncə tərzini əks
etdirmək rəssamdan həm böyük
istedad, həm də böyük
məsuliyyət tələb edir. Bu istedad və məsuliyyət
İqor Burqanovun
yaradıcılığında aşkar
surətdə hiss olunur.
Rəssam son dərəcə rasional şəkildə işlənmiş
kompozisiyanı, eskizi toxucuya
təqdim edir. Bu sənətin
arxasında böyük insan
zəhməti dayanır. Ona görə də
xalçaçı rəssam bu zəhmətə
həssaslıqla yanaşmalı öz fikir və ideyalarını təsvir müstəvisində
dəqiqliklə ifadə etməyi bacarmalıdır.
Anar MİRİYEV
Palitra.-2013.-2 mart.-S.11.