«Teatrın repertuarında bir tamaşa var ki, 27 ildir oynanılır» 

 

“Bu, Üzeyir HacıbəylininOlanlardan keçənlərdəntamaşasıdır. 1986-ci ildən bu günə kimi repertuarımızdadır, hər dəfə tamaşaçılar tərəfindən alqışlarla qarşılanır, üstəlik qızıl fonda düşən tamaşalarımızdan biridir

Layihə çərçivəsində növbəti müsahibimiz Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənovdur:

Ölkədə mədəniyyətin inkişafında teatrlarımızın əhəmiyyətli rolu var. Təsadüfi deyil ki, bu günlərdə Prezidentin sərəncamı ilə martın 10-u “Milli Teatr Günüelan edilib. Bu gün ölkədəki teatrlarımız sırasında öz fəaliyyəti ilə seçilən teatrlardan biri Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrıdır. Azərbaycan milli teatrının inkişafında əsası XIX əsrin sonuncu 10 illiyində qoyulan Lənkəran Dövlət Dram Teatrının özünəməxsus yeri var. Teatrın direktoru İslam Həsənov bildirdi ki, ölkə başçısı tərəfindən bu günlərdəMilli Teatr Günü”nün elan edilməsi mədəniyyətimizə, o cümlədən teatr sahəsinə ayrılan diqqətin, qayğının nəticəsidir bu bütün teatrsevərlərin ürəyincədir.

- Hələ XIX əsrin əvvəllərində Lənkəranda güclü teatr mühiti mövcud olub. Təsadüfi deyil ki, Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışınski, Cahan xanım Talışınskaya kimi məşhur sənətkarlar məhz Lənkəran Teatrının yetişdirmələridir. 1884-cü ildə Lənkəranda Teymur bəy Bayraməlibəyovun təşəbbüsü müəllim-şagirdlərin iştirakı ilə M.V.QoqolunEvlənməkomediyası tamaşaya qoyulub. Amma Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında N.B.VəzirovunYağışdan çıxdıq, yağmura düşdükəsəri əsasında səhnələşdirilənOddan alovakomediyası ilə başlayıb.

Məhz həmin tarixdən teatrın yaşı qeyd olunur. Milli Elmlər Akademiyasının teatr bölümünün təqdimatına əsasən, Mədəniyyət Turizm Nazirliyinin təsdiqlədiyi qədər bizim yaşımız 120-dən çoxdur. Həmin tarixdən 41 il sonra, 1930-cu ildən bu teatr H.Ərəblinski adına Lənkəran Musiqili Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirib. Sənət ocağına uzun illər respublikanın əməkdar artisti Süleyman Səlimbəyov rəhbərlik edib. 1949-cu ildən teatr dövlət statusunu dəyişərək 25 il H.Ərəblinski adına Lənkəran Xalq Teatrı kimi fəaliyyət göstərib. 1973-cü il dekabr ayının 6-dan Lənkəran Teatrı Mirzə İbrahimovunYaxşı adamkomediyası ilə yenidən Dövlət Teatrı kimi fəaliyyətə başlayıb. Lənkəran Dövlət Dram Teatrı Salyandan Təbrizəcən yeganə teatrdır. Teatr son 37 ildə 200-dən artıq əsərə səhnə həyatı verib. Repertuarında Azərbaycan dünya dramaturgiyasının klassik müasir nümunələri yer tutur. Teatr ötən 30 il müddətində mövzu dramaturji keyfiyyətləri ilə günün tələblərinə cavab verən 170-dən çox əsərə səhnə həyatı verib. Onların arasında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, Qərbi Avropa, rus digər xalqların dramaturgiyasından incilər - Şekspirin, Molyerin, Şillerin əsərləri mühüm yer tutur. Teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda, eyni zamanda xarici ölkələrdə qastrol səfərlərində olub, bir çox beynəlxalq teatr festivallarında uğurla iştirak edib.

- Teatr fəaliyyəti istiqamətində hansı yeniliklər tətbiq olunur?

- Son dövrlərdə teatrların inkişafı ilə bağlı qəbul olunan xüsusi proqramlar, həmçinin nazirliyin təklifləri nəzərə alınaraq bölgə teatrları kadr, repertuar, tamaşaçı problemlərinin həllinə çalışır. Bir sözlə, teatrın inkişafı üçün müxtəlif yollar axtarırıq. Məsələn, tamaşalar hazırlamaq məqsədilə xaricdən rejissorlar dəvət edirik. Teatrımızda Gürcüstandan dəvət etdiyimiz Zurab Pxakadzenin hazırladığıŞeytanın oyunları”, bolqar Xristo Stoyçevin quruluş verdiyiMizantroptamaşaları buna misaldır. Yaxın günlərdə Ukraynadan dəvət etdiyimiz Arkadi Mikdalyukla da işbirliyimiz olacaq. Bundan əlavə, paytaxtın digər bölgə teatrlarının aktyorları, rejissorlarını da əməkdaşlıq üçün teatrımıza dəvət edirik. Bu sözlərim Lənkəran Teatrı haqqındadır. Çünki başqa teatrlarda bunu görməmişəm.

- Bu gün bir sıra teatrlarda tamaşa qıtlığı var. Sizin teatrda bu istiqamətdə problem varmı?

- Teatrda il ərzində 7-8, hətta 9 tamaşa səhnələşdirilə bilir. Repertuarı əsasən baş rejissorun təqdimatı ilə müəyyənləşdiririk. Bu zaman, təbii ki, tamaşaçıların zövqü, teatrın gələcək inkişafı nəzərə alınır. Teatrın rejissorları pyesləri seçir, həmin pyeslər Bədii Şurada müzakirə olunur, Şura tərəfindən məqbul hesab edilərək Mədəniyyət Turizm Nazirliyinə göndərilir, onlar təsdiqləyəndən sonra tamaşalar hazırlanır. Repertuar seçimi bütün teatrlarda sərbəstdir. 8 ilə yaxındır ki, direktor vəzifəsində çalışıram, bir dəfə olsun görməmişəm ki, nazirlik repertuara müdaxilə etsin. Hazırda 3 tamaşanın - “Ələddinin sehrli çırağı”, “Əcnəbi ata”, “Dəmir sinifpyesi əsasında yeni tamaşaların məşqləri gedir. Lənkəranda, Masallıda tamaşalarımız oynanılır. Bu günlərdə teatrımız Masallıda 10 günlük səfərdə olub. Məktəblərdə tamaşalar oynanılıb.

- Elə tamaşa varmı ki, uzun müddətdir ki, repertuardan düşmür

- Teatrın repertuarında bir tamaşa var ki, illərdir oynanılır. az, çox düz 27 ildir. Bu, Üzeyir HacıbəylininOlanlardan keçənlərdəntamaşasıdır. 1986-cı ildən bu günə kimi repertuarımızdadır hər dəfə tamaşaçılar tərəfindən alqışlarla qarşılanır, üstəlik qızıl fonda düşən tamaşalarımızdan biridir. Fondda saxlanılan digər tamaşa isə Cəlil MəmmədquluzadəninÖlülər”idir. Sevilən tamaşalarımız arasında kəlağayı”, “Lənkəran xanının vəziri”, Savaş DinçelinYaşanmayan gənclik”, Elçinin pyesi əsasında hazırlananDəlixanadan dəli qaçırtamaşaları da var. Əgər biz bu gün tamaşaçıların sifarişi iləLənkəran xanın vəziri”ni oynayırıqsa, bu, çox gözəl əlamətdir. Bilirsiniz, rayon teatrları ilə şəhər teatrları arasında fərq əsasən kontingent məsələsindədir. Biz çalışıb 8 tamaşanı elə paylaşmalıyıq ki, bütün kontingenti əhatə edə bilək. Bu da çətinlik yaradır.

- Hazırda teatrda gənc kardlarla hansı istiqamətdə qurulub?

- TeatrdaÜmidadlı studiya yaradılıb. Bu studiyada özümüzün tapdığımız, yaxud elanlar əsasında bizə müraciət edən tələbkar aktyorları ya bu sahəni bilməyən, amma həvəsi olan 18 yaşından yuxarı gənc qız oğlanlarları bir yerə toplamışıq. Onlar studiyanın nəzdində dinləyici kimi iştirak edirlər. Eyni zamanda teatr həmin gənclərin maliyyə xərclərini qarşılamaq üçün onları yardımçı heyətə işə qəbul edir. Beləcə, onlar həm işləyirlər, həm teatrda dinləyici kimi iştirak edirlər. Teatrın aktyorları tərəfindən onlara aktyor sənəti, səhnə danışığı, teatr tarixi, səhnə plastikası tədris olunur. Bu, iki illik kursdur, kurs başa çatandan sonra onlara dinləyici vəsiqəsi veriləcək. Nazirlik tərəfindən 2010-cu ildə teatra Tural Mustafayev adlı gənc rejissor göndərildi. Hesab edirəm ki, bu da çox müsbət haldır. Teatrda gənc rejissorun olması gənc düşüncə, gənc enerji deməkdir. Bölgələrdə fəaliyyət göstərən aktyorlar üçün bu, çox maraqlı təcrübədir. Hazırda nazirliyin əmrinə əsasən, Tural Mustafayev teatrda baş rejissor kimi fəaliyyət göstərir.

- Teatrda hansısa problemləriniz varmı?

- Teatrın ən böyük problemi işıq, radio sistemindədir. Teatrımız 2005-ci ildə təmir olunub, amma müasir tələblərə cavab vermir. Xaricdən gələn rejissor işığın rakursunu müəyyənləşdirməkdə çətinlik çəkir, demək olar, teatrda müasir texnika yoxdur. İşıqlar, radio sistemi dəyişməli, kompyuter sisteminə keçməliyik. Bunlar hamısı yüksək səviyyədə olmalıdır ki, tamaşanın keyfiyyətinə müsbət təsir etsin. Nazirlik tərəfindən bu il teatrımızda təmir işləri nəzərdə tutulub.

 

 

Nigar ABDULLAYEVA

 

Palitra.-2013.-5 mart.-S.7.