“Mirzə Vəli bəy Baharlı
istedadına və etibarına görə Qarabağ
xanlığının vəziri rütbəsinə qədər
yüksəlmişdi”
Azərbaycanın qədim türk tayfalarından sayılan baharlılar dünyanın hər yerinə yayılmış, öz adları ilə ərazilər yaratmışlar. Müasir dövrdə Azərbaycandan başqa Türkiyədə, Türkmənistanda, İranda Baharlı adlanan ərazilər var.
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) bildirir ki, bu gün baharlıların türbələri Hindistana gələn on minlərlə turistin ziyarət etdikləri məkanlar sırasındadır: “Baharlıların Hindistanda tikdirdikləri məscidlər hər zaman dünya müsəlmanlarının ibadət yerləri sayılmışdır. Baharlılar müxtəlif tarixi dövrlərdə görkəmli şəxsiyyətlər yetirmiş, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınmışlar. Onlar Azərbaycan, ümumiyyətlə, Şərq tarixində dərin iz qoymuşlar. Baharlı tayfası elm, mədəniyyət və dövlət xadimləri ilə tanınır. Qaraqoyunlu, Qütbşahlar kimi qüdrətli dövlətlərin qurucuları baharlılardır”.
Tədqiqatçı-jurnalist qeyd edir ki, XVIII əsrdə Qarabağda yaşamış baharlı tayfasının görkəmli nümayəndələrindən biri də Mirzə Vəli bəy Baharlıdır. Mirzə Vəli bəy Baharlının XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur: “Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair xanlar xanı Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Vəli bəyin ulu babalarıdırlar. Mirzə Vəli bəyin atasının adı Bayramxan bəydir. Onun atası Bayram xan Baharlının kötücəsi, Mirzə Əbdürrəhim xanın nəticəsidir. Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın zamanında xanlığın hörmətli insanlarından sayılmışdır. Atası kimi Mirzə Vəli bəy Baharlı da Pənahəli xanın və İbrahimxəlil xanın hakimiyyətləri illərində nüfuz sahibi olub xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişdir. Mirzə Vəli bəy Baharlının həyatı və yaradıcılığı haqqında, təəssüf ki, əlimizdə kifayət qədər məlumat yoxdur. Qarabağın tarixinə aid yazılan salnamələrdə onun həyatı və diplomatik fəaliyyəti haqqında qısa da olsa, məlumat verilmişdir. Mirzə Vəli bəy Baharlının Süleyman bəy adlı kiçik qardaşı da olmuşdur”.
Orxan Zakiroğlu
(Baharlı) qeyd edir ki, bir sıra tarixi faktları müqayisə edərkən
belə ehtimal etmək olar
ki, Mirzə Vəli bəy Baharlı təqribən
1725-ci ildə anadan olmuşdur.
Qeyri-adi istedada malik Mirzə Vəli
bəy mükəmməl mədrəsə təhsili
almış, ərəb, fars dillərini bilmişdir. Şəriət elmlərinin
gözəl bilicisi olan
Mirzə Vəli bəy Baharlı eyni zamanda incə ruhlu şair kimi də
tanınmışdır. Rəvayətə görə,
Molla Pənah Vaqif saraya Mirzə Vəli bəy Baharlının təklifi
ilə dəvət edilmişdir. Tədqiqatçı-jurnalistin
məlumatına görə, gənclik illərində Mirzə
Vəli bəy Baharlı Qarabağ
xanlığının qurucusu Pənahəli
xanın sarayında xidmət etmişdir.
O, Pənahəli xanın etibar etdiyi, güvəndiyi saray
əyanlarından biri idi.
Bəzi tarixi faktlara əsasən,
ehtimal etmək olar ki, Pənahəli xan Kərim
xan Zəndin dəvəti ilə Şiraza gedərkən özü
ilə apardığı yaxın adamlari
sırasında Mirzə Vəli bəy Baharlı da var idi:
“Sonralar Mirzə Vəli bəy Baharlı
Pənahəli xanın yerinə taxta
çıxmış oğlu İbrahimxəlil
xanın etibarını qazanmış saray
əyanlarından biri olmuşdur.
Mirzə Vəli bəy Baharlı İbrahimxəlil
xanın inandığı, arxalandığı, təcrübəli
dövlət adamlarından sayılırdı.
Xanlığın bütün məsələlərinin
həllində onun verdiyi
ağıllı məsləhətlər də əsas rol oynayırdı. Məhz bu
istedadına, etibarına görə Mirzə Vəli bəy
Baharlı Qarabağ
xanlığının vəziri rütbəsinə qədər
yüksəlmişdir. İbrahimxəlil xanın vəziri kimi o, bir
sıra diplomatik danışıqlarda Qarabağ xanlığını layiqincə təmsil
etmişdir”. Orxan Zakiroğlu (Baharlı)
araşdırmasına əsasən, yazır ki,
İbrahimxəlil xan Ağa
Məhəmməd şah Qacarla
dostluq münasibətləri yaratmaq məqsədilə Mirzə Vəli bəy
Baharlını əmisi oğlu
Əbdüssəməd bəylə birlikdə İrana elçi göndərir:
“Elçilər bir müddət Tehranda yaşamalı oldular.
Bir sıra siyasi məsələlərin
həll edilməsində yaxından iştirak
etdilər. Lakin çox
keçmir ki, Rusiyaya meyblli olmaqda günahlandırılan İbrahimxəlil
xanla Ağa Məhəmməd
şah Qacar
arasında münasibətlər pozulur. Ağa Məhəmməd
şah Qacar
İbrahimxəlil xanı cəzalandırmaq üçün
diplomatiya qaydalarının şərtlərini
pozaraq Qarabağ
xanlığının ağıllı dövlət
adamı Mirzə Vəli bəy Baharlını və onunla gələn saray əyanlarının
həbs edilməsi haqqında əmr verir.
Qarabağa aid salnamə
müəlliflərinin yazdığına görə
Əbdüssəməd bəy Qarabağa
qaçmağa təşəbbüs etsə
də? yolda qətlə yetirildi.
Həmin müəlliflərin qələmə
aldıqları salnamələrdə bildirilir
ki, Qarabağ
xanlığında İbrahimxəlil xana
yaxın dörd şəxs olmuşdur. Mirzə Vəli bəy
Baharlı, Əbdüssəməd bəy, Molla
Pənah Vaqif, qardaşı oğlu Batmanqılınc Məhəmməd bəy
İbrahimxəlil xanın məsləhətləşdiyi, etibar etdiyi
ağıllı dövlət adamları idilər. İbrahimxəlil
xan xanlığın bütün
məsələlərinin həll edilməsində
onlarla məsləhətləşirmiş.
İbrahimxəlil xan vəziri, etibar etdiyi yaxın məsləhətçisi
Mirzə Vəli bəy Baharlını azad
etməyə çalışsa da, Ağa Məhəmməd şah
Qacarla apardığı
danışıqlar nəticəsiz olur.
Qarabağ xanlığının güclənməsini istəməyən
Ağa Məhəmməd şah
Qacar xanlığın ağıllı,
təcrübəli dövlət xadimi
sayılan Mirzə Vəli bəy Baharlını İbrahimxəlil
xana qaytarmadı. 1795-ci ildə Ağa Məhəmməd şah
Qacar Mirzə Vəli bəy
Baharlının qətlə yetirilməsi ilə bağlı
fərman verdi. Ağa
Məhəmməd şah Qacarın Mirzə
Vəli bəy Baharlı haqqında
çıxartdığı ölüm
fərmanı xüsusi bir
qəddarlıq idi. Mirzə Camal Cavanşir Qarabaği, Rzaqulu bəy Vəzirov,
Məhəmmədəli bəy Vəlizadə kimi
salnamə müəlliflərinin yazdıqlarına əsasən?
Mirzə Vəli bəy Baharlı Tehranda döyüş topunun
lüləsinin ağzına bağlanılaraq işgəncə
ilə öldürülmüşdür”.
Tədqiqatçı-jurnalist bildirir
ki, Mirzə Vəli bəy
Baharlının Mirzə Haşım bəy, İbrahim
bəy, İmamverdi bəy, Həsənəli
bəy adlı 4 oğlu olmuşdur.
“Əhvalati-Qarabağ” (transliterasiya edəni
Nazim Axundov) əsərindən
məlum olur ki, Mirzə
Vəli bəy Baharlının qətlindən sonra Mirzə Haşım bəy və İbrahim bəy Baharlı İbrahimxəlil
xanın sarayında xidmət etmişlər. Mirzə
Haşım bəyə qeyri-adi
istedadına görə Zərrinqələm adını vermişlər.
Zakiroğlu (Baharlı) yazır ki, Mirzə
Vəli bəy Baharlının Ağa Məhəmməd
şah Qacar tərəfindən
Tehranda qətlə yetirilməsindən sonra onun nəvələri
babalarının adını yaşatmaq üçün Vəlibəyov, Vəliyev, Vəlizadə,
Vəlili soyadlarını daşımışlar: “Vəlibəyov
soyadını daşımış Mirzə Vəli bəy nəslinə
mənsub insanlardan biri
də ata babam - Cabbar bəy İsmayıl bəy oğludur. Cabbar bəy İbrahim bəy
Baharlının kötücəsidir. Şuşa
realnı məktəbinin məzunu Cabbar bəy
doğulub boya-başa
çatdığı Şuşa qəzasının
I Baharlı kəndindəki (indiki Ağdam rayonunun I
Baharlı kəndi) evində məktəb açaraq,
1913-cü ildə yeni tipli
məktəbin əsasını qoymuşdur.
Azərbaycan Sovet hakimiyyətinin tərkibinə
keçdikdən sonra bəy, ziyalı olduğu üçün
Cabbar bəy 1937-ci ildə həbs edilərək
Sibirə sürgün edilmiş,
faciəli şəkildə vəfat etmişdir.
Atam - Azərbaycanda orta
əsrlərə aid Şərq fəlsəfəsi
tarixinin əvəzolunmaz tədqiqatçısı,
AMEA-nın müxbir üzvü,
fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov
Cabbar bəyin oğludur.
Zakir Məmmədov (Baharlı) siyasi təqib şəraitində böyüdüyü üçün
uşaq ikən anasının soyadına keçirilmişdir. Mirzə Vəli bəy
Baharlının övladları tarixin
müxtəlif dövrlərində Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında əhəmiyyətli
rol oynamış nəsildir. Mirzə Vəli
bəy Baharlının nəslinə mənsub insanlar
bu gün də sələflərinin
layiqli davamçıları kimi Azərbaycanın ictimai-mədəni həyatında
yaxından iştirak edirlər”.
Anar MIRIYEV
Palitra.-2013.-5 mart.-S.11.