“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş sərgi açılacaq
Milli
Azərbaycan Tarixi Muzeyində “Arşın mal alan”
operettasının 100 illiyinə həsr olunmuş sərgi
açılacaq. Sərgi dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının
100 illiyinə həsr olunub.
Sərgi
“Arşın mal alan” bədii filminin (1945) fraqmentlərinin
nümayişi ilə müşayiət olunacaq. Ekpozisiya Milli
Azərbaycan Tarixi Muzeyinin materialları əsasında
“Arşın mal alan” operettasının yaradılma tarixi ilə
tanışlığa imkan verəcək. Sərgi martın
12-də saat 16.00-da açılacaq və mayın 19-dək
davam edəcək.
Palitra.-2013.-7 mart.-S.16.