Ədəbiyyatda rəmzlərin dili
Ədəbiyyyatda rəmzlərin dili ilə söylənilən gizli fikirlərin açması həmişə maraq doğurub, müzakirə obyekti olub. Bu baxımdan layihə çərçivəsində Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilovun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Hüseyn Cavidlə bağlı fikirlərini təqdim edirik. Professor bu barədə bildirir: “Den Braun əski simvolikaları və kodları açdıqdan sonra Leonardo da Vinçi yeni ampluada görünməyə başladı. Den Braundan çox-çox əvvəl Şərq ədəbiyyatında rəmzlərin dili ilə bir çox gizli fikirlər söylənilmişdir ki, zaman-zaman açılır, amma hələ də açılmamış qalanları var. Cavid də rəmzlər şairidir. Onun poeziyasında açılmamış müəmmalar çoxdur. Biz indi bunlardan ancaq birinə müraciət etmək və Şeyx Sənan əhvalatı ilə şairin bizə başqa nələr dediyini aşkarlamaq istəyirik”.
Xumar,
Əsli, yoxsa Sarı gəlin?!
“Sarı
gəlin” məsələsinə filosofun yanaşması da
xeyli maraq doğurur:
“Ey
mürşidi-kamil, ey Şeyx Sənan!
Heç demə, sən hələ o vaxt özünü qurban verib, bizə həqiqət yolunu göstərməyə çalışırmışsan. Biz isə məcazları və semiotikanı hələ də mənimsəmədiyimizə görə, gürcü qızı Xumardan yapışıb durmuşuq. Və hərdən buna da şükür edib düşünürsən ki, nə yaxşı ki, Cavid babamız Fəridəddin Əttarın tərsa (xristian) qızını Rum elindən qoparıb Qafqaza gətirəndə və onu xumarlaşdıranda milliyyətini erməni qızı yox, gürcü qızı deyə nişan verib. Yoxsa indi bizim halımız necə olardı? “Sarı gəlin” məsələsini həll eləyib qurtarmamış, indi də Xumar problemi ortaya çıxardı... Amma bu məsələ o məsələdən çox mürəkkəbdi. Həm də ayrı-ayrılıqda onların qəlizliyi bir o qədər görünmür. Birlikdə baxanda, həmin o görünməyənlər də üzə çıxır. “Sarı gəlin” məsələsinin artıq bir neçə həlli tapılıb. Bəziləri düşünür ki, “Sarı gəlin” mahnısı da bizimdir, gəlin özü də. (Hər halda bir türk qızının sarışın olması, erməni qızının sarışın olmasından daha inandırıcıdır). Bəziləri isə düşünür ki, əsas olan mahnının bizim olmasıdır, o ki qaldı gəlinə, o elə erməni imiş; papası onu vermək istəməyib və bizim oğlan da dərdindən divanə olub və bu sənət əsəri də beləcə bizim naləmizdən yaranıbmış. Nə isə.
Bəs Xumar əhvalatı hansı görünməzlərə aydınlıq gətirir? Əlbəttə, bizimkilər onu da isbat edə bilərlər ki, Şeyx Sənan türk imiş və məhz bir Qafqaz türkü imiş və ona görə də röyasına ərəb və ya rum gözəli deyil, bir Qafqaz gözəli giribmiş. Həmin Qafqaz ki, burada neçə-neçə kərəmlər əslilərin yolunda 32 dişindən keçsələr də, keşiş yenə verdiyi sözü tutmamış, kərəmləri yana-yana qoymuşdur.
Əslində Şeyx də
yanır, həm də könüllü:
Şeyx,
ya Şeyx, gəl də seyr eylə,
Yandım
atəşdə kəndi rəyimlə.
Mən
qulaq vermədim dəyərli sözə,
Həp
qadından gəlir nə gəlsə bizə.
Lakin Cavidin atəşlərə səbəb kimi göstərdiyi əsl ünvan qadın və ya qadına sevgi deyil. Sevgidən başı dumanlanıb sağlam düşüncəni itirmək də deyil. Əsl ünvan sevgiyə qarşı duran əks qütb – ayrı-seçkilik və dinlərin ixtilafıdır: “İxtilaf, ixtilafi-məzhəbi-din...” Çıxış yolunu isə şair fərqli dinlərin vahid bir dində birləşməsində görür:
Din bir olsaydı yer yüzündə əgər,
Daha məsud
olardı cinsü-bəşər.
Əsas ideya bundan ibarətdir
ki, bizi təmsil edən Şeyx tərsa qızına olan eşqini nəinki maldan-dövlətdən, rütbədən,
mənsəbdən üstün
tutur, hətta dinin zahiri atributlarından,
simvolikalardan da keçməyə hazırdır. Bir xristian
papası bir müsəlman şeyxinə
şərtlər diktə
edir və sonuncu da “daha
yüksək bir din” olan eşq naminə
onun şərtlərini
qəbul edir. Əsl müəllif ideyası da dastanlardan məlum olan bu hekayətin yeni təfsir imkanlarında gizlənir.
Gəlin, tərsini fərz edək: tutaq ki, papas
insafa gəlir və şeyxin öz müsəlmanlığından
əl çəkdiyinə
əmin olub, Xumarı ona verməyə razılaşır.
Onda nə olar? Bax, böyük Füzulinin Leyli və Məcnunu
qovuşdurmamasının səbəbi
nə idisə, Cavid də Sənan
və Xumarı ona görə qovuşdurmur. Çünki əsərdə iki gəncin vüsalından daha böyük ideyalar var.
Caviddə sevən tərəflər
rəmzi məna daşıyırlar. Əsl söhbət böyük
eşq müqabilində
dini ayinlərə münasibətin dəyişməsindən
gedir. Yəni mübarizə dinin
mahiyyəti və görüntüsü arasında
gedir”.
Cavid bizə
nə öyrətmək
istəyirdi?
Professorun
Cavidin bu məsələdə cəmiyyətə
nəyi öyrətmək
istədiyi ilə bağlı fikirləri də maraqlıdır: “Cavidin birinci məqsədi eşqin institutlaşmış, sosiallaşmış,
ideolojiləşmiş və
öz mahiyyətindən
uzaqlaşmış zahiri
dinçilikdən yüksəkdə
durduğunu göstərmək,
eşqi ən böyük din kimi təqdim etməkdir. İkinci məqsəd konkret olaraq qız sahibi olan, deməli, həm də söz sahibi, ixtiyar sahibi olan xristian rəsmilərinin
və bütövlükdə
Qərbin İslama və müsəlmanlara münasibətinin iç
üzünü göstərməkdir.
Yəni sanki belə bir sualın
cavabını tapmaq üçün eksperiment
qoyulur: müsəlmanlara
qarşı olan ayrı-seçkiliyin köklərini
harada axtarmaq lazımdır? Qərbin xoşuna gəlməyən,
onu narazı salan və ya
narahat edən nədir? Bax, bu sualı müasir
dövrə transfer etsək
və Avropa İttifaqının Türkiyəyə
qarşı ayrı-seçkiliyini,
uydurulmuş “erməni
soyqırımı”nı zorla
“etiraf” etdirmək cəhdlərini, yaxud Minsk
qrupunun Dağlıq Qarabağ məsələsindəki
ikili standartını
yada salsaq, mənzərə necə görünər? Türkiyə
hər dəfə Avropa İttifaqının
qoyduğu şərtləri
yerinə yetirir və hər dəfə yeni şərtlər düşünüb
tapırlar: düymələr
açılır və
yenidən bağlanır.
Yaxud Azərbaycan dünyanın
ən tolerant ölkəsi
olduğunu dönə-dönə
sübut etsə də, yenə də xristian təəssübkeşliyi özünü
göstərir. Sanki Cavid
o vaxt belə bir perspektivi də nəzərə alaraq “Şeyx Sənan” süjetində bütün şərtləri
yerinə yetirməyin,
hətta “bütün
dinlər birdir” deyərək müsəlmanlığın
əlahiddə şərtlərindən
imtina etməyinin heç bir xeyri olmadığını
və olmayacağını
göstərirdi.
Bu qənaət bu
gün də aktualdır. Erməni məsələsi gündəmdən çıxmır
ki, çıxmır.
Qərb satqınlığı müqabilində
ermənilərə vəd
etdiyini, görünür,
hələ tam qaytarmayıb.
Tarixi Azərbaycan torpaqlarında
ermənilər üçün
dövlət yaradılması
satqınlığın bədəlini
hələ tam ödəməyibmiş.
Bu məsələ çox
az rast
gəlinən hallardan
biridir ki, burada ruslarla qərblilərin mövqeyi
üst-üstə düşür.
Onları birləşdirən erməniyə sevgi, yoxsa türkə nifrətdir, – bu, ayrı bir məsələdir.
Önəmli olan budur ki, kin-küdurət həqiqət hissini üstələyir.
Qərb millətçiləri gerçəyi
təhrif etməklə
kifayətlənməyərək, bu təhrifi bizə də qəbul etdirməyə, “etiraf”a nail olmağa çalışırlar. Bunun üçün
bir tərəfdən
təzyiq göstərir,
digər tərəfdən
də Nobel mükafatı
da daxil olmaqla müxtəlif vədlərlə ağız
sulandırırlar. Təəssüf ki, hərdənbir bu tora düşən,
qovula-qovula namərd olan və ağzı
sulana-sulana “etiraf qəhrəmanlığının” kürsüsünə qalxmaq
istəyənlər də
tapılır.
Əlbəttə, “Əsli və Kərəm”də, “Şeyx
Sənan”da bu məsələlər daha
ümumi şəkildə
qoyulmuşdur. Amma eyni mahiyyət
müxtəlif dövrlərdə
müxtəlif formalarda
təzahür edir.
Kim isə dünyəvi həyat tərzi seçirsə, müsəlman
simvolikalarından imtina
edirsə və qəlbində Allah eşqindən,
haqq-ədalət hissindən
başqa heç nəyə üstünlük
vermirsə və müqabilində papaslar bunun fərqinə varmadan yenə də dini ayrı-seçkilik
salırlarsa, bu əslində mərdi qova-qova namərd etmək cəhdindən başqa bir şey deyil”.
Bütün bu təcrübələr
onu göstərir ki, nəyinsə naminə, kiminsə istəyi ilə yolunu dəyişmək heç vaxt fayda verməyib və verməyəcək
də. Professor bu barədə belə qeyd edir: “Sadəcə,
gərək qovanlardan
aman diləməyəsən
və qovulsan da, namərd olmayasan. Sən mərdliyində qal, həqiqətə tapın; kiminsə xoşuna gəlmirsə, özünəməxsusluğundan imtina etməkdənsə,
qarşı tərəfin
məxsus olduğu üstünlüklərə də
yiyələnərək daha
zəngin ol. Yəni çıxış yolu nədənsə imtina etməkdə, nəyi isə qurban verməkdə yox, əlavə keyfiyyətlər
əldə etməkdə,
eşq ilə yüksəlməzdən öncə
əqllə yüksəlmək
zərurətini dərk
etməkdədir”.
İlkin AĞAYEV
Palitra.-2013.-8 mart.-S.11.