“Gənclər müxalifətin keçirdiyi aksiyalara dəstək vermir 

 

Anar Xəlilov: “Azərbaycan gəncliyi daim dövlətçiliyin qorunmasında maraqlıdır” Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovla müsahibəni təqdim edirik:

 

- Hazırda dövlətin apardığı gənclər siyasətinə münasibətiniz necədir?

- Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti daimidir. Bu siyasət hər zaman təkmilləşən, dövrün reallıqlarını və müsbət məqamlarını əks etdirən, dəyişən bir siyasətdir. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektiv reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Azərbaycan gəncliyi ölkəmizi dünyada layiqincə təmsil etməkdədir. Bu uğurların əsasında dövlətimizin güclü dəstəyi dayanır.

- Dövlətin apardığı gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanları verir?

- Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun qoyduğu təməl nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş veribuğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Dövlətimizin gənclərin öz potensialını üzə çıxarmaq, məqsədlərini, prinsiplərini təşkilati-hüquqi əsaslarını müəyyən etmək məqsədilə “Gənclər Siyasəti Haqqında” qanunu var. Bu qanunda gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli, mənəvi inkişafı, gənclərin hərbi ximətə hazırlanması, gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yardımı olunmasında Prezidentimiz İlham Əliyevin rolu danılmaz faktdır.

- Gənclərin ictimai-siyasi fəallığı yetərincəmidir?

- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib.

Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. Azərbaycan dövlətinin maraqlarını müdafiə etməkdə sabit qədəm olan Azərbaycan gəncləri cəmiyyətimizdə elə sahə yoxdur ki, orada təmsil olunmasın. Sevindirici haldır ki, istər ictimai-siyasi proseslərdə, istər dövlət quruculuğunda, ölkədə müxtəlif islahatların aparılmasında, istər biznes sahəsində, istərsə də elm aləmində yüzlərlə gənc təmsil olunur. Eyni zamanda, gənclərimiz beynəlxalq miqyasda Azərbaycanı layiqincə təmsil etməyi bacarır. Azərbaycan gəncliyi Azərbaycan dövlətinin milli maraqlarını, onun adını, bayrağını çox yüksək zirvələrə qaldırır, qaldırmaqda da davamlıdır. Gəncliyin gördüyü işlər çox məqsədyönlü olduğundan, onların atdığı hər addım xalqımıza başucalığı gətirir.

- O fikirlə razısınızmı ki, müxalifət bəzi gənclərimiz üzərində oyun oynayır?

- Hazırda gənclərimiz ölkəmizdə bütün sahələr üzrə layiqincə təmsil olunur. Belə bir şəraitdə bəzi müxalifət partiyalarının iddialarla çıxış etməsi tamamilə məntiqsizdir. Müxalifət düşərgəsində bu gün təmsil olunan gənclər-təsir altında olan, öz övladları və ya yaxınlarıdır. Sağlam gənclik bu gün başqa cür düşünür, onların keçirdiyi aksiyalara gənclərin dəstək verməməsi buna sübutdur. Azərbaycan gəncliyi birmənalı şəkildə dövlətimizin, Prezidentin siyasi kursunu dəstəkləyir.

- Prezidentimizin gəncliyə böyük inametimad bəsləməsi göz önündədir. O, Azərbaycan gəncliyinin dövlətə və dövlətçiliyə, milli məfkurəyə bağlı olduğunu çox yaxşı bilir. 2007-ci ilin Azərbaycanda "Gənclər ili" elan edilməsi də Prezidentimizin gəncliyə inamının əlamətidir. O, çıxışlarından birində deyirdi: "Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə də mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaq". Azərbaycan gəncləri hər zaman cənab Prezidentimizin yanındadır. Azərbaycan gəncliyi daim dövlətçiliyin qorunmasında maraqlıdır.

- Siz QHT olaraq gənclərin maariflənməsi istiqamətində hansı layihələr kçiribsiniz?

-Bizim birlik yarandığı gündən bu günə qədər 40-a yaxın layihə və 50-yə qədər maarifləndirici tədbirlər həyata keçirib. Birliyimizin əsas məqsədi sağlam ruhlu, sağlam əqidəli gəncliyin formalaşmasında öz töhfəsini vermək, Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə və gənclər arasında yayılmasında yaxından iştirak etmək olub. Birliyin ən uğurlu layihələri arasında üç dildə Qarabağ abidələri, Qarabağ yaddaş kitabları, ingilis dilində Şuşaya həsr edilmiş Qafqazın Konservatoriyası filmibu gün Dövlət Gənclər Fondu tərəfindən maliyyələşən, hal-hazırda yenicə fəaliyyətə başlayan məcburi köçkün gənclərin virtual informasiya mərkəzi olanwww.yknews.az” saytı və s. layihələrdir. Birliyimiz gənclər birliyi olaraq dövlətçiliyimizin möhkəmlənməsi yolunda gənclərimizin maarifləndirilməsi istiqamətində bundan sonra da fəaliyyətini genişləndirəcək və daim dövlətimizin yanında olacaq.

- Son zamanlar bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı qərəzli məlumatlar yayırlar. Sizcə, onların Azərbaycana qarşı qərəzli mövqedə olmasının səbəbi nədir?

- Elə beynəlxalq təşkilatlar var ki, konkret hansısa ölkələrin siyasi sifarişlərini həyata keçirirlər. Məsələn, götürək “Freedom House” təşkilatını. Bu qurum mənsub olduğu ölkənin və ya Qərbin maraqlarına uyğun olaraq daimi təzyiq vasitəsi kimi onların sifarişini yerinə yetirməklə məşğuldur. Onlar heç bir sosial sorğu aparmadan Azərbaycan haqqında məlumatlar yayırlar. Adətən hesabatlar araşdırmaya, sorğuya söykənməlidir. Əgər heç bir araşdırma, sorğu aparılmayıbsa, konkret belə demək olar ki, bu hesabatlar siyasi sifariş əsasında hazırlanıb. Azərbaycan yenicə müstəqil olmuş dövlətdir. ABŞ kimi ölkədə 300-400 ildə hələ demokratiyanı tam qura bilmirlər. Bizsə 20 ildə çox böyük nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycanda azad mətbuat, televiziya, söz azadlığı var. Kim istəyir, öz sözünü deyir. Azərbaycanda bu gün demokratik dəyərlərə üstünlük verilir. Azərbaycanda bu gün kifayət qədər müxalifət nümayəndələri var. Onlar kifayət qədər sözlərini deyirlər parlamentdə təmsil olunurlar. Müxalifət üzvləri var ki, mətbuatı, saytları var sərbəst danışırlar. Kimsə onlara heç bir təzyiq etmir. Sadəcə, bütün bu işlər qanun çərçivəsində olmalıdır.

 

 

Fuad Hüseynzadə

 

Palitra.-2013.-12 mart.-S.6.