Gənclərin II Respublika Elmi Festivalının regionlarda keçirilməsi önəmlidir 

 

 Dövlət gənclər siyasəti Masallıda da uğurla icra olunur

 

Layihə çərçivəsində Masallı Rayon İcra Hakimiyyətindən rayonda bu ay keçirilən elm mədəniyyət tədbirləri barəsində məlumat aldıq.

Qeyd edək ki, bu ay keçirilən ən əlamətdar tədbirlərdən biri Gənclərin II Respublika Elmi Festivalıdır. Bu barədə belə bildirildi ki, festival Azərbaycan Gənc Alim, Aspirant Magistrlər Cəmiyyəti, AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin dəstəyi ilə keçirilib: “Festivalda tədqiqat aparan, eləcə ali təhsil müəssisələrində çalışan gənc alimlər iştirak ediblər. Gənc Alim, Aspirant Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov festivalda bu kimi tədbirlərin regionlarda keçirilməsini olduqca vacib saydığını bildirib. Məlum olduğu kimi, ölkə rəhbərliyinin Azərbaycan elminə göstərdiyi diqqət qayğı göz qabağındadır. Bu sahədə həyata keçirilən tədbirlər effektli bir şəkildə bəhrəsini verməkdədir. Bunun bariz nümunəsi olaraq müstəqillik illərindən Azərbaycan elminə göstərilən qayğı alimlərimizin elmi-tədqiqatlarının respublikamızın hüdudlarından kənarda da uğurlar qazanmasına səbəb olub. Azərbaycan alimlərinin elmi-tədqiqatları dünyanın bir çox ölkəsinin elmi mərkəzlərində, simpoziumlarında konfranslarında maraqla dinlənilir”.

Festivalda Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı Masallı Rayon Gənclər İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildiriblər ki, ölkəmizdə gənclərə gənc alimlərə dövlət qayğısı günü-gündən artmaqdadır. Dövlət gənclər siyasəti ölkədə, o cümlədən Masallıda da uğurla icra olunur. Belə ki, rayonumuzda bir sıra idman mərkəzləri fəaliyyət göstərir. Masallı Olimpiya Kompleksi, Masallı Gənclər Mərkəzi hal-hazırda gənclərin istifadəsindədir. Həmçinin bu yaxınlarda taekvondo boks mərkəzləri gənclərin istifadəsinə veriləcək. Bununla yanaşı, Boradigah qəsəbəsində Boradigah Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Festivalda həmçinin, gənc alimlərin Azərbaycan tarixi, ədəbiyyatı,incəsənəti, mədəniyyəti folkloru ilə bağlı elmi əsərləri iştirakçılara təqdim olunub. Festivalda 50 gənc alim Masallı rayonundan 100-dən artıq fəal gənc təmsil olunub, həmçinin festival 2 gün davam edib.

Qeyd edək ki, əlamətdar tədbirlərdən biri Masallıda 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd edilməsidir. Bununla bağlı toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları onların şəxsində rayonun bütün qadınlarını təbrik edib. Qeyd edək ki, son illər ölkəmizdə rayonumuzda qadınlara göstərilən yüksək diqqət qayğı da qadınların ictimai həyatda, dövlətçilik işlərində iştirakını fəallığını xeyli artırıb: “Bu baxımdan qadınların ictimai-siyasi fəallığı, rayonun sosial-iqtisadi mədəni həyatında rolu xeyli dərəcədə yüksək dəyərləndirilir”.

Yığıncaqda çıxış edən Masallı şəhər 2 saylı uşaq bağçasının müdiri Naibə Aslanova, Təzə Alvadı kənd uşaq bağçasının müdiri Göyçək Ələsgərova, Yolağacı kənd orta məktəbin direktoru Sevil Ağammədova bağqaları qadınlara göstərilən diqqət qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmiş 2013-cü ilin prezident seçkilərində xalqımızın ən layiqli namizədini dəstəkləyəcəklərini bəyan ediblər. Tədbirdə fəal qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim olunub.

Bundan başqa, Masallıda 5 Mart Bədən Tərbiyəsi İdman Günü qeyd edilib: “Masallı Rayon Gənclər İdman İdarəsinin rəisi Camal Manafov tədbir iştirakçılarını salamlayaraq ölkə rəhbərinin idmana qayğısından söhbət açıblar. Natiq çıxış edərək deyib ki, Masallı rayonunda tikilmiş Masallı Olimpiya Kompleksi tikilməkdə olan Boradigah Olimpiya Kompleksi, Boks mərkəzi, Taekvondo mərkəzi 2015-ci ildə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi məhz Azərbaycan idmanına göstərilən qayğının bariz nümunəsidir”.

Qeyd edək ki, Masallı idmançıları bir sıra respublika beynəlxalq əhəmiyyətli yarış birinciliklərdə iştirak ediblər. Bunlardan sambo üzrə Azərbaycan birinciliyi, sambo üzrə Avropa çempionatı, cüdo üzrə Azərbaycan birinciliyi, taekvondo üzrə Azərbaycan birinciliyi taekvondo üzrə beynəlxalq çempionat rayonumuz üçün daha uğurlu nəticələrlə yadda qalıb. Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı çıxış edərək bilidirdi ki, Azərbaycan Respublikasında idman sahəsində aparılan dövlət siyasəti Masallı rayonunda da müvəffəqiyyətlə həyata keçirilir. Tədbir iştirakçılarından Həbib Mehtiyev, Əməkdar məşqçi Qurbanəli İsayev, Əməkdar məşqçi Xanağa Quliyev başqaları çıxış edərək rayonumuzda idmana marağın daha da artdığını vurğulayaraq bu sahədə ardıcıl işlərin aparılmasında öz əllərindən gələni əsirgəməyəcəklərini qeyd etdilər.

Tədbirdə bir qrup fəal idmançı məşqçi-müəllimlər Gənclər İdman İdarəsinin fəxri fərmanları qiymətli hədiyyələri təqdim olunub.

Qeyd edək ki, rayonda yenicə keçirilən əlamətdar tədbirlərdən biri istedadlı alim pedaqoq Rahib Əşrəf oğlu Əliyevin 75 illik yubileyidir: “Yubileydə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yubilyarı təbrik edib yubilyar haqqında xoş sözlərini bildirib. RİH-nin başçısı vurğuladı ki, bu gün rayonumuzun ictimai-siyasi həyatında əlamətdar bir hadisə baş verir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masallıda doğulub boya-başa çatan istedadlı alim, görkəmli pedaqoq, gözəl insan, Azərbaycan Tibb UniversitetininBiologiya ümumi genetikakafedrasının dosenti Rahib Əşrəf oğlu Əliyevin 75 illiyini sizlərlə qeyd edirik. Rahib Əliyev 75 il öncə rayonumuzun Mahmudavar kəndində dünyaya göz açıb. O, 45 il çalışdığı Azərbaycan Tibb Universitetində alim müəllim kimi elmi-pedaqoji fəaliyyətində böyük uğurlar əldə edib, çoxsaylı elmi əsərlər, dərslik, məlumat lüğət kitabları, tədris vəsaitləri proqramları hazırlayıb, məqalələr çap etdirib, bütün bilik bacarığını gənc nəslin təlim-tərbiyəsinə, peşəkar yüksək hazırlıqlı, geniş dünyagörüşünə malik həkim kadrlarının hazırlanmasına həsr edib”. Qeyd edək ki, Rahib Əliyev istedadlı alim olmaqla bərabər, həm görkəmli pedaqoqdur. Pedaqoji fəaliyyəti dövründə o, 60 mindən çox tələbəyə biologiya elminin sirlərini öyrədib, onların yüksək ixtisaslı həkim ləyaqətli vətəndaş kimi yetişməsində bilik bacarığını əsirgəməyib.

Onun tələbələrinə respublikamızın hər yerində rast gəlmək olar. Rahib müəllim Azərbaycan səhiyyə sisteminin formalaşmasında xidmətləri olan fədakar insanlardandır. Ulu öndər Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə sədaqətli eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”... Rahib Əliyev belə müəllimlərdən biri kimi dəyərləndirilir. Sözügedən tədbirdə iştirakçılardan Azərbaycan Tibb Universitetinin Tibbi biologiya genetika kafedrasının müdiri, professor Canbaxış Nəcəfov, professor İbadulla Ağayev, Prezident təqaüdçüsü Şirvan Əbilov, Masallı Rayon Səhiyyə şöbəsinin müdiri Cəlil Nəzərov, Xalq artisti Canəli Əkbərov, professor Eyyub Əzizov, professor Fəxrəddin Məmmədov başqaları çıxış edərək yubilyarın həyat yaradıcılığından ətraflı bəhs edərək yubilyara ən xoş arzularını çatdırmış, ona uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda Masallı Şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında konsert proqramı olub.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-12 mart.-S.11.