140 yaşlı milli teatr tariximizin qorunduğu əvəzedilməz xəzinə 

 

Teatr Muzeyi yubiley münasibətilə milli teatrın keçdiyi sənət yolunu əks etdirən sərgi təqdim edəcək

 

Məlum olduğu kimi 2013-cü ildə Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi tamam olur. XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə zəmin hazırlayıb. O, yarandığı gündən Şərq islam aləminin ilk professional teatr sənəti ocağı kimi öz zəngin repertuarında daim yüksək ideyalı və dərin ictimai məzmunlu əsərlərə geniş yer verdi. Ölkəmizdə indi bütünlüklə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi var.

Əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu yeni nəsillərin formalaşmasında teatrın xidmətləri əvəzsizdir. Bütün bu amilləri nəzərə alan dövlət başçısı milli mədəniyyətin inkişafında mühüm rolunu, ölkənin mədəni həyatında böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb. Prezdent “Milli Teatr Günü”nün təsis edilməsi haqqında da sərəncam imzalayıb. Həmin sərəncama əsasən, hər il martın 10-u “Milli Teatr Günü” kimi qeyd ediləcək. 140 illiyini qeyd edəcək teatrımızın tarixinə nəzər salmaq üçün yolumuzu Səbail rayonu ərazisində yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyindən saldıq.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb. Muzeyin yaradıcısı və ilk direktoru görkəmli teatr xadimi, Bakı Teatr Texnikumunun direktor müavini, pedaqoq, Bakı Türk İşçi Teatrının əməkdaşı Ağakərim Şərifov olub. Bu işdə ona Azərbaycanın görkəmli ziyalı və maarifçilərindən Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Əziz Şərif və digər sənət korifeyləri böyük dayaq olublar. Muzey 1935-ci ildən Azərbaycanın dahi dramaturqu Cəfər Cabbarlının adını daşıyır.

 

Muzeyin əas fondunda 134.000- dən artıq eksponat qorunur

 

Muzyedən verilən məlumatda bildirilir ki, bu gün muzeyin əsas fondunda 134.000 - dən artıq eksponat qorunur. Bunlar milli teatrın yaranma tarixini, inkişaf yollarını, teatr korifeylərimizin həyat və yaradıcılığını özündə əks etdirir. Muzeyin fondunda qorunan materialların böyük əksəriyyəti orijinaldır. Muzeydə üç fond: arxiv-memuar, eskiz-maket, foto-neqativ fondları, iki şöbə: fonoteka, ekspozisiya-kütləvi şöbələri, bir kitabxana və foto-laboratoriya fəaliyyət göstərir.

Arxiv-memuar fondunda müxtəlif tamaşaların nadir proqram və afişaları, əlyazmalar, rol dəftərləri, məktublar, rejissor eksplikasiyaları, teatr kostyumları, rekvizitlər, şəxsi əşyalar və sair şəxsi arxivlərdə cəmlənərək qorunur. Bu sırada Hüseyn Ərəblinskinin, Hüseynqulu Sarabskinin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Cəfər Cabbarlının, İsmayıl Hidayətzadənin, Sidqi Ruhullanın, Aleksandr Tuqanovun, Mirzə Ağa Əliyevin, Cəfər Cəfərovun, Ədil İskəndərovun, Mehdi Məmmədovun, İmran Qasımovun, Qürbət Qurbanovun, Həqiqət Rzayevanın, Möhsün Sənaninin, Ələsgər Ələkbərovun, Barat Şəkinskayanın, Hökümə Qurbanovanın, Məmmədkamal Kazımovun, Amaliya Pənahovanın və onlarla belə sənətkarların şəxsi arxivlərini, onlara məxsus yazılı sənədləri və xatirə əşyalarını misal göstərmək olar. Bundan əlavə, fondda nadir kitablara da rast gəlinir. Sənət korifeylərinin yaradıcılığının maraqlı məqamlarından çəkilmiş foto və neqativlər qorunur.

 

Muzeyin fondu daim yeni materiallarla zənginləşir

 

Foto-neqativ fondunda tamaşalardan, sənətkarların həyat yaradıcılığının ən maraqlı məqamlarından çəkilmiş foto neqativlər mühafizə olunur. Burada müxtəlif illərə aid fotoşəkillər, ötən əsrin əvvəllərində şüşəyə çəkilmiş neqativlər, eləcə Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Kazım Ziya, Mərziyyə Davudova, Əzizə Məmmədova, Sona Hacıyeva, Şövkət Məmmədova, Bülbül, Həqiqət Rzayeva, Qəmər Almaszadə bu kimi sənətkarlara dair materiallar toplanıb. Eskiz-maket fondunda isə teatr rəssamlarının səhnə tərtibatına geyimlərə verdikləri eskizlər, tamaşaların müxtəlif pərdələrini görükdürən maketlər sairə mühafizə olunur.

Teatr rəssamlarından Əzim Əzimzadə, Rüstəm Mustafayev, İsmayıl Axundov, Mixail Tixomirov, Nikolay Ovçinnikov, Qəzənfər Xalıqov, Nüsrət Fətullayev, Mikayıl Abdullayev, İzzət Seyidova, Bədurə Əfqanlı, Kazım Kazımzadə, Ənvər Almaszadə, Əyyub Fətəliyev, Həsən Mustafayev, Altay Seyidov, Sergey Yefimenko, Elçin Aslanov, Elçin Məmmədov başqalarının müxtəlif tamaşalara çəkdiyi bir sıra eskizlər məhz burada qorunur.

Fonoteka şöbəsində keçən əsrin teatr tamaşalarının, ayrı-ayrı sənətkarların səslərinin yazıldığı lent yazıları qorunur. Abbas Mirzə Şərifzadənin «Şeyx Sənan», «Hamlet» tamaşalarındakı monoloqu, Mərziyə Davudova, Sidqi Ruhulla, Fatma Qədri, Ələsgər Ələkbərov, Mirzə Ağa Əliyev, Hökümə Qurbanova digər teatr korifeylərimizin səsləri yazılmış lent yazıları, müxtəlif tamaşalardan parçalar bu şöbədə saxlanılır. Muzeyin kitabxana fondu ədəbi tənqidə, teatr tənqidinə tarixinə, sənətkarların həyat yaradıcılıqlarına həsr olunmuş nəşrləri əldə edərək oxucuların istifadəsinə verir. Bunların sırasında C.Cəfərovun «Dramaturgiya teatr», Q.Məmmədlinin «Azərbaycan teatr salnaməsi», M.Məmmədovun «Teatr düşüncələri , İ.Kərimovun «Azərbaycan peşəkar teatrının tarixi inkişaf mərhələləri», «Gənclik gözəllik teatrı», A.Talıbzadənin «Ustad ayna», İ.Rəhimlinin «Üç əsrin yüz otuz ili», A.Şərifovun «Azərbaycanda türk teatr tarixinin materialları», Ə.Ələkbərovun «Sona Hacıyeva», Ə.Əliyevanın «Bizim GTT», «H.Ərəblinski» adlı kitabları qeyd edə bilərik. Teatr muzeyinin nəzdindəki kitabxanada kitablarla yanaşı, teatr tarixi, dramaturq, rejissor, aktyor, teatr rəssamları digər sənərkarlarla bağlı yazılar, tamaşalara aid resenziyalar, elmi oçerk məqalələr saxlanılır. Kitabxana televiziya mətbuat işçilərinə, ali məktəblərin tələbə magistrlarına, azərbaycan teatr tarixinin tədqiqi ilə məşğul olan alimlərə elm xadimlərinə xidmət göstərir.

Muzeyin fondu daim yeni materiallarla zənginləşir. Elmi əməkdaşlar teatrlarla sıx əlaqə saxlayır, hər ilin teatr mövsümünə dair materialları muzeyə toplayırlar. Eləcə muzeyin fotoqrafı repertuarda olan tamaşalarda foto-çəkilişlər aparır. Muzey tərəfindən bu günə qədər toplanan mühafizə olunan materiallar teatr tariximizlə bağlı yeni tədqiqatlar üçün əvəzedilməz xəzinədir.

Təsadüfi deyil ki, muzey 2004-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən «Azərbaycan teatr tarixinə dair materialların toplanılması qorunmasına görə, «Qızıl Dərviş» mükafatına layiq görülüb. 2009-cu ildə muzeyin 75 illik yubileyi respublika səviyyəsində təntənəli surətdə qeyd edilib. 2011-ci ildən muzeyin 3D texnologiyası əsasında hazırlanmış saytı internet istifadəçilərinin ixtiyarına verilib.

Qeyd edək ki, Azərbaycan peşəkar teatrının yaranmasının 140 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirə töhfə olaraq hazırda muzey milli teatrın keçdiyi sənət yolunu əks etdirən sərgi üzərində aparır.

 

 

Anar MİRİYEV

 

Palitra.-2013.-12 mart.-S.13.