“Azərbaycanlılara qarşı həyata
keçirilən soyqırımları əks etdirən sənədlər
toplamışıq”
Tarix üzrə fəlsəfə
doktoru Kamran İsmayılov: “Erməni tarxiçilərinin
özləri də təsdiq edirlər ki, doğrudan da o vaxt
Bakının azərbaycanlılardan təmizlənməsi ermənilərin
ən başlıca vəzifəsi hesab edilirdi”
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir. Ölkə başçısı tərəfindən AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamında da qeyd edilir ki, respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra tarixi həqiqətlərə obyektiv baxış imkanlarının yaranması xalqımızın keçmişinin müasir dövrün tələblərinə uyğun və azərbaycançılıq məfkurəsi işığında öyrənilməsi baxımından alimlərimiz qarşısında yeni perspektivlər açmaqla mühüm vəzifələr irəli sürüb. İndi dünyanın ən mötəbər kitabxanalarında və əlyazma fondlarında saxlanılan zəngin ədəbiyyatlardan, tarixi mənbələrdən faydalanmaq üçün əlverişli şərait mövcuddur. Müsahibimiz AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılovdur:
- Araşdırma zamanı ermənilərin
xalqımıza qarşı törətdiyi soyqırımla
bağlı hansı faktlar aşkarlanıb?
- Bu
gün Azərbaycan tarixinin qarşısında duran ən
mühüm vəzifə ermənilərin tarix boyu azərbaycanlılara
qarşı apardıqları soyqırım, deportasiya,
işğal siyasətinin ifşa edilməsi məsələsidir.
Bu sahədə Azərbaycan tarixçiləri son illərdə
çox mühüm, böyük işlər görüblər.
Həmin işlər sırasında ilk növbədə ermənilərin
bu siyasətini ifşa və sübut edən sənədlərin
toplanması və nəşridir. AMEA-nın Tarix İnstitutu
azərbaycanlıların soyqırımı ilə
bağlı apardıqları tədqiqatların nəticəsi
olaraq son iki ildə iki sənədlər külliyyatı nəşr
edib. Bu sənədlər külliyyatından biri 1918-ci ildə
Bakıda bolşevik-daşnak rejiminin azərbaycanlılara
qarşı apardığı soyqırımı əks
etdirir. İkincisinə gəldikdə isə çox
mühüm məqam odur ki, ermənilər azərbaycanlılara
qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşdırmamışdılar,
onlar Gəncə, Qarabağ, Cavanşir, Zəngəzur, İrəvan
quberniyalarında, Naxçıvanda, Qarsda və digər
bölgələrdə çox böyük qəddarlıq və
vəhşiliklər törətmişdilər. Azərbaycan
tarixçilərinin uğurlarından biri də ondan ibarətdir
ki, biz həmin bölgələrdə azərbaycanlılara
qarşı həyata keçirilən soyqırımları əks
etdirən sənədləri toplayıb və külliyyat
şəklində nəşr etdirmişik. 1918-20-ci illərdə
Gəncə quberniyasında, ikincisi isə İrəvan
quberniyasında həyata keçirilən soyqırımdan bəhs
edən bu sənədlər çox maraqlıdır və məsləhət
görərdim ki, oxucular bununla tanış olsunlar.
Çünki biri var ki, tarixi ikinci və yaxud
üçüncü şəxsin yazdıqlarından
oxuyasan, bir də var ki, ilkin mənbələri oradan
götürəsən. Bu sənədlərin əhəmiyyəti
ondan ibarətdir ki, onlara heç bir redaktə, təkmilləşmə
işləri aparılmayıb. Yəni, onların olduğu
kimi surətləri kitabda da çap olunub. Bu da tarixçilər
üçün çox vacib məqamdır. Mənə elə
gəlir ki, bu tarixçilərin Azərbaycan xalqı
qarşısında böyük bir borcudur və biz bunu yerinə
yetirməyə çalışırıq. Gələcəkdə
bu işlər davam etdiriləcək. Gördüyümüz
işlər bizim böyük layihəmizin bir hissəsidir və
bu layihə çox böyük vəzifələri
özündə ehtiva edir, həm də müəyyən
müddətə hesablanıb. Gələcəkdə də
bu istiqamətdə işlər davam etdiriləcək.
- Həmin sənədlərdə
elə maqamlar varmı ki, indiyədək bu barədə
heç bir məlumat olmayıb?
- Təbii ki, belə məqamlar var. Bizim nəşr etdirdiyimiz sənədlər
ilk dəfədir elmi dövriyyəyə buraxılır.
Yəni onların əksəriyyəti ilə
oxucular, hətta elmi ictimaiyyət, peşəkar tarixçilər
də ilk dəfə tanış olmaq imkanı qazanacaqlar. Bu sənədlərdə
müxtəlif bölgələrdə
ermənilərin konkret
cinayətlərini ifşa
və təsdiq edən çox qiymətli sənədlər
mövcuddur. Eyni zamanda
biz 1918-ci ildə Bakıda
və quberniyanın müxtəlif yerlərində
azərbaycanlılara qarşı
həyata keçirilmiş
soyqırımlarla bağlı
sənədlər külliyyatı
ilə yanaşı, bizim müəlliflərin
məqalələrini orada
yerləşdirmişik. Bu sənədlər birbaşa onu təsdiq edir ki, Azərbaycan bölgələrində həyata
keçirilən bu soyqırım erməni-daşnak
qüvvələrinin Bakı
sovetinin bolşevik rəhbərləri ilə
əlaqəsinin məntiqi
yekunu və nəticəsidir. Yeri gəlmişkən,
bunu son dövrlər erməni tarixçilərinin
özləri də sübut və təsdiq edirlər ki, doğrudan da, o vaxt Bakının
azərbaycanlılardan təmizlənməsi
ermənilərin ən
başlıca vəzifəsi
hesab edilirdi. Çünki onlar qorxurdular
ki, əgər Bakı azərbaycanlılar
tərəfindən azad
olunarsa onda, doğrudan da, ermənilərin bütün
Cənubi Qafqazda iqtisadi imkanları əldən çıxmış
olardı. Çünki Bakı həqiqətən
də, buradakı ermənilər üçün
çox böyük əhəmiyyət kəsb
edirdi. Hətta Şaumyanın Leninə və digər bolşevik rəhbərlərinə
yazdığı məktublarda
birbaşa deyilirdi ki, əgər Azərbaycan milli qüvvələri Bakını
tutsaydılar, onda Bakı Azərbaycanın paytaxtı elan edilərdi, ruslara, ermənilərə burada artıq yer verilməyəcəkdi. Bununla da
erməni-daşnak rəhbərliyi
Şaumyan rus-bolşevik
rejimini azərbaycanlılar
əleyhinə yönəltmək
istəyirdi. Guya azərbaycanlılar,
mürtəce, dəyişikliklər
istəməyən bir
qara qüvvədir, ermənilər isə əksinə, sovet rejiminin tərəfdarı
olan, mütərəqqi
bir xalqdır. Əslində bu təkcə
Şaumyanın məktublarında
deyil. Məsələn, 26 Bakı komissarı
adlandırdığımız, əslində isə cinayətkarlar olan bu qrupun məktublarında
da bu mövqe
öz əksini tapır. Belə ki, Bakı soveti adlanan rejim sırf antiazərbaycan mahiyyəti
kəsb edən, ermənilərin mənafeyini
qorumağa çalışan
bir rejim idi. Həmin sənədlərdə ilk növbədə adıçəkilən
bölgələrdə həyata
keçirilən soyqırımlar
həm də ona hesablanmışdı ki, Cənubi Qafqazı Azərbaycan və türk əhalisindən təmizlənsin
və burada gələcəkdə “Böyük
Ermənistan” dövlətinin
yaradılmasına nail olunsun.
Nə yaxşı ki, o vaxt milli
qüvvələr bu siyasətin mahiyyətini çox yaxşı dərk edirdilər və o vaxt Türkiyə dövlətinin
Azərbaycana göstərdiyi
hərbi, iqtisadi, siyasi, diplomatik yardım sayəsində ölkəmiz bu bolşevik, daşnak quldur rejimini Bakıdan vurub çıxara bildi və Azərbaycanın bütövlüyü təmin
olundu. Azərbaycan müstəqil dövlət
kimi özünü təsdiq etmiş oldu. Bu baxımdan
AMEA-nın Tarix İnstitutunun gördüyü
işlər sırf professionallıq baxımından
diqqəti cəlb etməməlidir, bu həm də Azərbaycan xalqının
ümdə maraq və məqsədlərini
özündə ifadə
edir. Bizim nail olmaq istədiyimiz odur ki, Azərbaycan
xalqının tarixi obyektiv, hərtərəfli,
ilkin mənbələrə
əsaslanaraq yazılsın
və xalqımıza
çatdırılsın. Biz bu yolun yalnız
başlanğıcındayıq, bu yol hələ
uzundur və Azərbaycan xalqı yaxın gələcəkdə
bu istiqamətdə görülən işlərin
nəticələri ilə
tanış olmaq imkanı qazanacaq.
- Həmin faktların dünya ictimaiyyətinə çatdırılması
istiqamətində hansı
tədbirlər həyata
keçirilir?
- Bu bir faktdır ki, indiyədək ermənilərin təbliğat
sahəsində fəallığı
olub. Buna görə
də Azərbaycan tarix elminin qarşısında
duran əsas məsələlərdən biri
ondan ibarətdir ki, tariximizlə bağlı həqiqətləri
dünya ictimaiyyətinə
çatdırmalıyıq. Bu sahədə də
Tarix İnstitutunda çox ciddi işlər görülür.
Həmin işlərin
birinci istiqaməti ondan ibarətdir ki, dünyanın müxtəlif arxivlərindən
toplanmış sənədlər
təkcə Azərbaycan
və rus dillərində deyil, həm də dünyanın müxtəlif
dillərində, ingilis,
fransız, ərəb
dillərində nəşr
edilərək həm
həmin ölkələrdə
yayılır, həm
də internet vasitəsilə
dünya ictimaiyyətinə
çatdırılır. İkincisi, Azərbaycan
tarixi ilə bağlı məsələlər
haqqında müəllif
əsərləri həmin
dillərə nəşr
olunaraq yayılır.
Hətta
ölkə başçısı
da bildirib ki, Azərbaycan tarixçilərinin İrəvan
xanlığı ilə
bağlı buraxdıqları
“İrəvan xanlığı”
kitabı çox böyük rezonans doğurmuşdu. Maraqlı məqam
ondan ibarət idi ki, ermənilərin
bu kitaba qarşı dedikləri bir söz yox
idi. Çünki orada sırf
sənədlərdir və
bu sənədlər də təsdiq edir ki, indiki
Ermənistan Respublikası
adlanan dövlət əzəli Azərbaycan torpaqlarında yerləşdirilmişdi
və oranın yerli əhalisi Azərbaycan türkləri
olub. Bu gün digər sahələrdə
də iş gedir. Məsələn, biz tez-tez müxtəlif
ölkələrdə keçirilən
beynəlxalq konfranslarda
iştirak edirik.
Eyni zamanda ölkəmizdə keçirilən konfranslara
xarici qonaqları dəvət edərək elmi fikir mübadiləsi
aparırıq ki, bu da əslində
Azərbaycan tarixinin həqiqətlərinin üzə
çıxarılması və
dünya ictimaiyyətinə
çatdırılmasında çox mühüm bir vasitədir. Bütün bunların hamısı yalnız Azərbaycan dövlətinin tarix elminə, Tarix İnstitutuna və digər elmi təşkilatlara göstərdiyi
maddi, mənəvi, siyasi dəstəyin sayəsində mümkün
olub.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-13 mart.-S.7.