“Mən gənclik illərimdə Azərbaycanı şeirlərimdə müstəqil etmişdim 

 

Hikmet Elp: “Azərbaycan mədəniyyətində mövcud olan hər şeyi bizlər də Türkiyədəki qardaşlarımızla birlikdə yaşamaqdayıq”

 

Hikmet Elp Azərbaycan əsillidir. Babası Vedi rayonun Şidli kəndindəndir. Hikmet müəllim isə İğdırda doğulub. Hazırda İstanbulda yaşayır və müəllimdir. O, eyni zamanda İstanbul Azərbaycan Mədəniyyət Dərnəyinin sədridir.

- İstanbul Azərbaycan Mədəniyyət Mərkəzi nə vaxt yaradılıb və əsas fəaliyyət istiqamətləri hansılardır?

- İstanbul Azərbaycan Mədəniyyət Mərkəzi 2008-ci ildə quruldu. 11 nəfər qurucularından biri də mənəm. Uzun illərdir, İstanbul kimi böyük bir şəhərdə Azərbaycan mədəniyyətindən gələn bizlərin, cəmiyyət olaraq mədəni mənada əskik bir tərəfimizin olduğunu düşünürdüm. Bu mədəniyyəti gələcəyimiz olan uşaqlarımıza köçürə bilmədiyimizi gördükcə kədərlənirdim. Bu mövzuda mənim kimi düşünən bir qrup yoldaşımızla bu dərnəyi qurduq. Bizim əsl məqsədimiz Azərbaycan mədəniyyətini öz aramızda yaşamaq, yaşatmaq və uşaqlarımızın bu mədəniyyətdən uzaq qalmasının qarşısını almaq idi. Fəaliyyət sahəsi olaraq, bu anda yenə mədəni mənada Azərbaycan musiqi, folklor və sənəti ilə əlaqədar kurslar təşkil etmək, Azərbaycan tarixi ilə əlaqədar məlumatlandırmalar etmək, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarını gücləndirmək, Azərbaycan və Türkiyəyə istiqamətli yalanları aradan qaldıracaq işlər görməkdir.

- Azərbaycanın əlamətdar günləri ilə bağlı tədbirlər keçirirsinizmi?

- Mən gənclik illərimdə Azərbaycanı şeirlərimdə müstəqil etmişdim. Azərbaycanın müstəqilliyi mənim üçün bir sevda idi.

Əlbəttə, Azərbaycan mədəniyyətində mövcud olan hər şeyi bizlər də buradakı qardaşlarımızla birlikdə yaşamaqdayıq. Sevincdə, dərddə bir yerdə olmaq və bağlarımızı möhkəmləndirəcək işlər görməkdəyik.

- Bütün Türkiyədə yaşayan azərbaycanlıları birləşdirmək baxımından hansı addımlar atırsınız?

- Bütün Türkiyədə yaşayan azərbaycanlıları bir yerdə tutmaq üçün qurulduğumuz gündən bu günə qədər bütün Türkiyədə qurulmuş olan dərnəklərlə əlaqələr quraraq, onlarla hərəkət birliyi etməkdəyik. Bizim Türkiyə cümhuriyyəti vətəndaşları olaraq, yaratdığımız bu dərnək vətəndaş cəmiyyəti quruluşudur. Qanunlara hörmətli, ölkəmizə bağlı, Azərbaycana da sevgi duymaqdayıq. Türkiyədə Azərbaycan ilə əlaqədar mənfi düşüncələr daşıyan, türklük qarşısında olan səhv anlayışları yox etmək də missiyamızdır. Azərbaycanın sevinci sevincimiz, kədəri isə yenə bizim kədərimizdir. Bu anda dərnəyimiz nəzdində bir qrup meydana gətirdik və Azərbaycan ədəbiyyatını türk ədəbiyyatına çevirmə, türk ədəbiyyatını isə Azərbaycan ədəbiyyatına çevirmə işləri görməkdəyik. Hər iki ölkə arasında qardaşlıq bağlarını daha güclü etmək üçün edilməsi lazım- Türkiyədəki milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verirlər?

olan işləri görürük və etməyə də davam edəcəyik.

- Bu mövzuda çox təəssüf ki, birlik ruhunu meydana gətirə bilmədik. Meydana gətirməmizə də imkan verilməməkdədir. Qurulan dərnəklərin hər biri eyni formatlarda qurulub. Ancaq bunu kədərlənərək söyləməliyəm ki, hər dərnək eyni hədəfə vurmaqdan uzaqdır. Çünki milli şüur ilə hərəkət etməkdən uzaq, şəxsi mənfəətlərini ön planda tutan anlayışların qarşısını ala bilmirik. Azərbaycan adı ilə qurulan hər dərnəyin cəmiyyətimizə xidmət etdiyini söyləyə bilmirəm. Bu anda Türkiyədə qurulan dərnəklərimiz, digər ölkələrdə qurulmuş olan Azərbaycan dərnəkləri kimi bir araya gəlməkdə çətinliklər yaşamaqdadırlar. Müxtəlif qruplaşmalara getməkdədirlər. Əslində cəmiyyətimiz bunu istəməməkdədir, halbuki bu dərnəklərin başında olanlarımızın bir çoxu bu mövqeyi öz mənfəətləri istiqamətində istifadə etməkdədirlər. Kimi siyasi məqsəd üçün belə bir dərnək qurub ki, özünü tanıtsın, kimi ticari məqsəd üçün qurub ki, Azərbaycan ilə ticarət bağlarını inkişaf etdirsin. Birmilli və mədəni məqsədli işlər görmək üçün qurulan dərnəklər var ki, onları da çıxar üçün qurulan dərnəklər və o zehniyyətə sahib olan şəxslər baltalamağa çalışmaqdadırlar.

Bizim dərnəyimiz məqsədinə uyğun qurulmuş olan dərnəklərdən biridir. Heç kim tərəfindən maddi olaraq dəstəklənilməməkdədir. Heç kimin təsiri altında olmayan vətəndaş cəmiyyəti xarakterli bir dərnəkdir. Bu anda rəhbərliyimizdə olan hər kəs əməyi ilə həyatını davam etdirən insanlardır. Məhdud imkanlarımızla çox gözəl şeylər edirik. Bir çox fəaliyyətlərimiz var. Müxtəlif konfranslar, panellər və qeyd etmə və xatırlama proqramları təşkil etməkdəyik. Yenə millətimizin faciələrindən olan Xocalı soyqırımı ilə əlaqədar iki kitab dərnəyimiz tərəfindən nəşr edilib. Şimalı və cənubu ilə Azərbaycanı bütünləyən bir təqvim etdik. Bunun kimi nə qədər fəaliyyətlərimiz olubolmaqda da davam edəcək. İstanbul Azərbaycan Mədəniyyət Dərnəyi olaraq, hədəfimiz çox böyük bir mərasim kimi Novruz bayramını qeyd etməkdir. Bu mövzuda qaynaq çətinliyimiz olduğu üçün edə bilmirik. Halbuki diaspor təşkilatının bu mövzuda bizim kimi vətəndaş cəmiyyəti quruluşlarını dəstəkləməsi lazımdır.

- Azəri və türk diaspor təşkilatlarının erməni yalanlarının qarşısını almaqda fəaliyyəti yetərincəmidir?

- Burada, Azərbaycan və türk diasporu dediyimiz zaman iki fərqli təşkilatdan bəhs edir kimiyik. Halbuki Azərbaycan və Türkiyə bir millətin övladlarıdır. Türk diasporu demək daha doğru olar deyə düşünürəm. Ermənilərin uydurma tezislərinin qarşısını almaq mövzusunda hər iki təşkilat da kifayət qədər mütəşəkkil deyil. Bir millətin ziyalısı deyə biləcəyimiz insanlar "Bizlər erməniləri öldürdük!" deyə bilirsə, diaspor fəaliyyətimizin necə olduğunu söyləməyə gərək varmı?…

- Digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?

- İstanbul Azərbaycan Mədəniyyət Dərnəyi olaraq bizlər, vətəndaş cəmiyyəti təşkilatıyıq. Heç kimin rəhbərliyi altında olmamaq qeydi ilə millətimizin xeyrinə ola biləcək hər kəslə əməkdaşlığa gedə bilərik. Yığıncaqlarımızda, konfrans və panellərimizdə milli hadisələr qarşısında Türkiyədə, Azərbaycanda və ya Avropada olan təşkilatlarla əməkdaşlıq etməkdəyik.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-15 mart.-S.12.