Şəhər”in Port rayonunun baş planı hazırlanıb 

 

Rayonun yeni bulvara ən yaxın olan binalarının mərtəbələrinin sayı 3-dən 24-ə qədər olacaq

 

Bakı Şəhərlayihəsi çərçivəsində Port rayonunun baş plan konsepsiyasının işlənilməsi başa çatıb. Ümumi sahəsi 74 hektar olan Port rayonu Yusif Səfərov, Xaqani Rüstəmov küçələri Nobel prospektinin əhatə etdiyi ərazidə Bakı buxtasına bitişik sahələrdə yerləşəcək. Bakı Şəhərərazisinin qərb hissəsindəki rayon Bakının mərkəzi ilə birləşəcək.

Port rayonu yeni bulvar xətti boyunca amfiteatr şəklində yerləşmiş müxtəlif mərtəbəli binalardan ibarət olacaq. Yeni bulvara ən yaxın olan binaların mərtəbələrinin sayının 3-dən 24-ə qədər olması planlaşdırılır. Onlardan sonra yerləşən 32-dən 45-dək mərtəbəsi olan hündür binalar isə rayonun siluetini vizual olaraq tamamlayacaq. Binaların bu cür quruluşu dəniz sahilinin, o cümlədən Bayraq Meydanının panoramasına həyəcanlandırıcı görüntü verəcək.

Layihədə infrastruktur obyektləri, məktəblər, parklar, meydançalar ilə yanaşı, Neftçilər prospektinin uzadılması müasir meqapolisin bütün tələblərinə cavab verən yeni yolların piyada keçidlərinin salınması insanların komfort hərəkətini yeni ofis binalarına, otel yaşayış komplekslərinə rahat girişini təmin edəcək.

HazırdaBakı Şəhərlayihəsinin Yaşıl Ada rayonunun Sahil rayonunun qərb hissəsinin mənimsənilməsi başa çatmaq üzrədir. Layihə çərçivəsində investorlar üçün iki başqa rayonda yeni imkanlar açılır. Bunlar -“Bakı Şəhər”-in mərkəzi rayonu olan Fəvvarələr meydanı podiumlarda, Nizami parkından yuxarıda yerləşən sahilyanı bulvara gözəl mənzərəsi açılan 7 - 19 mərtəbəli orta hündürlüklü binalardan ibarət Park rayonudur.

 

 

CAVİDAN

 

Palitra.-2013.-15 mart.-S.12.