Muğam aləmi” elmi simpoziumu işini bu gün yekunlaşdıracaq 

 

Bakıda “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində “Muğam aləmi” elmi simpoziumu keçirilir. Simpozium işini Azərbaycan Bəstəkarlar İttifaqında “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolumövzusunda plenar iclasla davam etdirib. UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Suraya Ağayeva, tunisli alim Mahmud Gettatın sədrlik etdiyi iclasda ümumilikdə 6 məruzə dinlənilib.

İclasa azərbaycanlı alimlərdən Alla Bayramovanın “Milli musiqi alətləri: mətn və ikonoqrafiyanın düzgün oxunuşu haqqında”, Təranə Əliyevanın “Azərbaycan muğam ifaçılıq sənətində qanun aləti”, Lalə HüseynovaRamiz Quliyevin “Azərbaycanda virtuoz tar ifaçılığının inkişafına dair”, Türkmənistandan Şaxım Quliyevin “Türkmən muğamlarının tədqiqi məsələləri haqqında”, Türkiyədən Fikri SoysalZeki Girayın “Klassik türk musiqisində taksim, peşrevsaz semaisi formaları”, İraqdan Şeherazade Q.Hassanın “İraq muğamlarının müşayiətində musiqi alətlərinin rolu” mövzularında məruzələri təqdim edilib və əyani vasitələrlə diqqətə çatdırılıb. Günün ikinci yarısında davam etdirilən iclasda isə Azərbaycan, İran, Kanada, Türkiyə alimləri əsasən milli musiqi alətlərinin xüsusiyyətlərindən və muğam ifaçılığı sənətindən bəhs edən məruzələrlə çıxış ediblər. İclasdaİranda ənənəvi santur alətində çalğı zamanı modulyasiyalar: imkanlar və məhdudiyyətlər”, “XVII əsrdə Türkiyədə muğam musiqisimusiqi alətləri”, “Azərbaycan muğam rənglərinin dramaturji əhəmiyyəti və ifaçılıq məsələləri”, “Makam musiqi ənənəsində yeni kompozisiya və ifaçılıq yanaşması: “bataq” texnikası və “taqsim” kompozisiyası”, “Çəğanə və kamança. Tarixmüasir dövrdə” mövzularında məruzələr təqdim edilib. Simpozium işini martın 15-də yekunlaşdıracaq. Festival çərçivəsində Füzuli rayon musiqiçilərinin konsertiolub. Horadiz şəhərindəki Muğam Mərkəzində ictimaiyyət nümayəndələrinin və muğamsevərlərin iştirakı ilə keçirilən konsertdə rayon Mədəniyyət və Turizm Şöbəsinin “Zabulinstrumental ansamblının ifasında “Rast”, “Heyratı” muğamları, “Mirzəhüseyn”, “Zabul” segahları və təsniflər səsləndirilib.

 

 

 Palitra.-2013.-15 mart.-S.13.