“Təyyarə reysi açılsa Vanda etiraz aksiyası keçirəcəyik” 

 

Gələn ay Van-İrəvan aviareysinin açılması Türkiyədən gözləmədiyimiz və istəmədiyimiz addımlardır. Çünki bu aviareysin açılması ilə Türkiyə Ermənistana yardım etmiş olacaq. Bu baxımdan da Türkiyə ilə Ermənistan arasında hər hansı əlaqənin olması Azərbaycan rəsmiləri və ictimaiyyəti tərəfindən heç də xoş qarşılanmır.

Eləcə də bu məsələnin gündəmə gəlməsi Türkiyənin vətəndaş cəmiyyəti tərəfindən etirazla qarşılanıb. Belə ki, Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) bu aviareysin açılmasına etiraz edib. ASİMDER-in idarə heyətinin sədri Göksel Gülbey bu və digər məsələlərlə bağlı qəzetimizə müsahibə verib.

- Göksel müəllim, Türkiyə-Ermənistan münasibətlərinə Dağlıq Qarabağ problemi necə təsir edib?

- Türkiyənin Ermənistanla sərhədləri 1915-ci illərdə baş verənlərə görə bağlanmayıb. Sərhədlər Qarabağ probleminə görə bağlanıb. Türkiyə Qarabağ məsələsinə sanki öz torpaqlarının işğal olunması kimi baxır. Onun üçün də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan həmişə deyir: “Azərbaycanın haqqını biz kimsəyə yedirtmərik”. Biz də təşkilat olaraq bildiririk ki, öncə barışa bilməyimiz üçün ermənilər o torpaqları tərk etməlidirlər. Yeri gəlmişkən, Qarabağ savaşının günahkarı kimi biz Ermənistan prezidenti Serj Sərkisyanı Avropa İnsan Haqları məhkəməsinə vermişik. Çünki Sərkisyanın britaniyalı jurnalist və yazıçı Tomas de Vaala müsahibəsində öz ağzından bu sözlər çıxıb:Son ana qədər azərbaycanlılar fikirləşirdilər ki, biz qadınlara, uşaqlara əl qaldırmayacağıq, amma biz onları qırdıq”. Artıq dosye açılıb və Tomas de Vaalı da şahid tutmuşuq.

- Son zamanlar Türkiyə-Ermənistan münasibətlərində bir “istiləşmə” hiss olunur. Türkiyə Prezidenti Abdullah Gülün S.Sərkisyanı prezident seçildiyi üçün gözlənildiyindən tez təbrik etməsi, Van-İrəvan aviareysinin açılması ilə bağlı gəzən söz-söhbətlər və s. Sizcə, bu nə ilə bağlıdır?

- Türkiyənin Ermənistanla əlaqələrində dəyişiklik yoxdur. Abdullah Gül S.Sərkisyanı iki dövlət arasındakı protokol qaydaları yerini tapsın deyə təbrik etdi.

- Bunu necə başa düşmək olar: quru sərhədlər bağlanır, amma hava sərhədi açılır?

- Qeyd etdiyim kimi, Ermənistanla sərhədlərimiz Qarabağın işğalına görə bağlıdır. Embarqo da davam edir, ermənilərlə ticarət edilmir. Ancaq türk malları İranGürcüstan şirkətlərinin əliylə Ermənistana satılır. Dünya ticarətində belə hiylələr var. Necə deyərlər, ticarətin irqi, dini, imanı yoxdur. Onun üçün bu cür ticarətlər ediləcək. Ancaq Ermənistana hava sahəsi açıqdır. O da 3 ildir açıqdır, yeni deyil ki. İstanbul-İrəvan təyyarə reysi edilməkdədir. Amma indi başqa şəhərə uçuş icazəsi yoxdur.

- Ermənilər dünyanı qondarma “erməni soyqırımı”nın tanınmasına cəlb edir. Qəribədir ki, aviareys də elə 24 aprelə yaxın bir zamanda açılır. Belə bir vəziyyətdə Türkiyə ermənilərə niyə isti münasibət göstərir?

- Ermənilər Van-İrəvan təyyarə reysinin 1 aprel günü ediləcəyini yazırdılar. Bizbuna etiraz edib bəyanat verdik. Ermənilər bu uçuşuBorajet” adlı xüsusi bir təyyarə şirkətinin edəcəyini yazdılar. Bizbu şirkətin səlahiyyətliləri ilə telefonla danışdıq. Onlar belə bir tarixdə İrəvana uçuşlarının planlarında olmadığını söylədilər. Ermənilərin yalançı olduğu bu gün ortaya çıxdı. ASİMDER və Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq 1 aprel günü bu uçuşa etiraz etmək üçün Vana gedəcəkdik. Belə olunca, baxacağıq, əgər yoxsa, ehtiyac yoxdur. Amma ASİMDER-in Van nümayəndəsi İrfan Ermiş araşdırma aparır. Əgər uçuş varsa, bizi xəbərdar edəcək. Biz xəbər gözləyirik. Əgər uçuşun olacağı xəbəri gəlsə, Bakı və İğdırdan Vana yola çıxacağıq.

- Türkiyə ermənilərin “soyqırımı” məsələsində yalançı olduqlarına dünyanı nə dərəcədə inandıra bilib?

- Qondarma “soyqırımı” ilə bağlı Türkiyənin Avropa ölkələrini inandırması bir az çətin görünür. Çünki həmin ölkələr bu işə ədalətlə baxmırlar. Onlar bu işə tərəf olaraq baxırlar. Bu işdə əsasən Fransa fəallıq edir. Saxta “soyqırımı” ilə bağlı məsələlərin qaldırılmasında oradakı ermənilər çox aktivlik göstərirlər. Hər il ABŞ-da da eyni məsələlər gündəmə gəlir. Bu ölkələr ermənidən uşaq kimi istifadə ediblər. Erməniləri Fransa Maltada, Urfadas. şəhərlərdə, Rusiya isə Ərzurum, İğdır, Qarsda türkləri qırmaq üçün istifadə ediblər. Bu zaman də ermənilərə söz veriblər ki, onlaraBöyük Ermənistan” yaradacaqlar. Buna görə Fransa, İngiltərə, Rusiya ermənilərdən əl çəkə bilməzlər. Arxiv materialları var, rus komandirləri ermənilərin türkləri qırmasını gözləri ilə gördüklərini etiraf edirlər. Əgər bunu deyən rus komandiridirsə, niyə erməni soyqırımı abidəsi tikib? Əgər biz qatiliksə, niyə 40 min qaçaq erməni gəlib Türkiyəyə sığınıb çalışır. Əgər biz qatiliksə, onların nə işi var Türkiyədə? Ya onların ataları, ya da indiki Avropa parlamentləri yalan danışırlar. Burada bir məqam var. Əslində öz yalanları ilə özlərini ifşa edirlər. Gün gələcək Ermənistan da bunu anlayacaq. O torpaqlar geri verilsin, sərhədlər açılsın, 2 il sonra ermənilər özləri deyəcəklər ki, bu, yalandır. Çünki onlar da bunun yalan olduğunu bilirlər. Onların indi qurduqları dövlət yalançı dövlətdir. Baxın, Azərbaycanın sərhədlərini öz milli əsgərləri qoruyur. Eləcə də Türkiyənin də sərhədlərini öz milli ordusu qoruyur. Amma Ermənistanın sərhədlərini isə rus əsgərləri qoruyur. Bu gün Türkiyənin Əlican sərhəd qapısından baxdıqda türk bayrağı var, ancaq erməni bayrağı yoxdur. Əgər dövlətsənsə, sərhəddində bayrağın dalğalanmalıdır. Bir dövlətin sərhədi onun namusudur. Namusunu başqasına qorutdurur, sonra da qalxıb deyir ki, dövlətdir. Dövlət namusunu götürüb başqasının qucağına qoymaz.

- Qondarma “erməni soyqırımı” məsələsində rəsmi Türkiyə ilə türk xalqı Ermənistana münasibətdə eyni mövqedədirmi?

- Türkiyədə hökumət ayrı çalışır, xalq ayrı düşünür. Yəni hökumətlər eyni zamanda masa üzərində siyasət aparır və dövlət rəsmiləri yan-yana gələ bilərlər. Türkiyə hökuməti də, xalq da bu işin yalan olduğunu bilir. Türkiyədə, məsələn xatırlayırsınızsa, Hrant Dinq üçün yürüşlər edildi. Azərbaycandan baxdıqda, şübhəsiz, deyirdilər ki, bunlar hamısı türkdürlər. R.T. Ərdoğanın dediyi kimi, Türkiyədə 40 min qaçaq erməni var və həmin yürüşü də ermənilər edirdilər. Düzdür, içində Türkiyə vətəndaşları da var idi. Amma həddindən çoxu qaçaq ermənilər idi. Onu da deyim ki, Türkiyədə erməni lobbisi çox güclüdür. ABŞ-dakı türk səfir dedi ki, ölkələrin bu işə qatılmaması lazımdır. Bu, tarixçilərin işidir, məclislər bu işə qərar verməsinlər. Yəni xalq da eynisini düşünür. Türk xalqı heç bir zaman qətliam törətməyib. Bunu hər kəs bilir. Ermənilər tarix boyu türklərin onlara qarşı soyqırımı etdiklərini dünyaya bildirirlər. Əslində isə bunların həqiqətə uyğun olmadığı, türkün heç bir zaman kimsəyə qarşı bir qətliam etmədiyi bütün dünyaya məlumdur. Türk hər zaman getdiyi yerlərə ədalət, şərəf aparıb. Aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq ölkədə cinayətkar fəaliyyətinə görə “Daşnak” və “Hınçak” partiyalarının rəhbərləri həbs olunub. Bunu arxiv materialları da sübut edir. Həmin şəxslər yalnız həbs olunublar. Ermənilərin bəhs etdiyi köçürülmə hadisəsi də bu tarixə təsadüf etmir.

- Bu gün özümüzü dünyaya azəri-türk birliyi olaraq tanıda bilmişikmi?

- Bütün dünya Türkiyə-Azərbaycan qardaşlığını yaxşı bilir. Ona görə də aramızı davamlı vurmağa çalışırlar. Rəhmətlik Heydər Əliyev nə demişdi: “Bir millət iki dövlətik”. Artıq bu sözün üstünə söz demək haramdır. Bizcə, qardaşlığın ən yaxşı tərifi budur.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-28 mart.-S.6.