Respublikada sahibkar qadınlar təbəqəsi formalaşır 

 

Məlahət Qəhrəmanova: “Bu gün sahibkarlığa böyük yardım, kömək, dəstək var. Sadəcə göstərilən bütün qayğılardan düzgün istifadə etmək lazımdır

Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı ölkə başçısının toxunduğu əsas məsələlərdən biri sahibkarlığın inkişaf istiqamətləridir. Dövlətin sahibkarlığın inkişafı üçün əməli işlər gördüyünü deyən ölkə başçısı bildirib ki, hədəflərə çatmaq üçün dövlət özəl sektor partnyorluğu xüsusi əhəmiyyət daşıyır: “Biz sahibkarlığın inkişafı ilə bağlı çox böyük addımlar atmışıq. Bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradır”. Bu gün ölkədə sahibkarlıq fəaliyyəti getdikcə genişlənir bu istiqamətdə çalışan kifayət qədər qadın sahibkarlarımız da var. Artıq bu gün yalnız kiçik sahibkar deyil, iri sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarımız da yer alır. Hətta bir sıra sahibkar qadınlarımız xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə təmsil olunur. Müsahibimiz öz fəaliyyəti ilə seçilən sahibkar qadınlarımızdan biri, “Nərgizklinikasının baş həkimi Məlahət Qəhrəmanovadır:

-Məlahət xanım, ölkədə sahibkarlığın inkişaf istiqamətlərini necə qiymətləndirirsiniz?

- Ölkədə sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. Sahibkarlara yüksək səviyyədə, Prezident səviyyəsində verilən dəstək, əlbəttə ki, bizi ruhlandırır. Sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Respublikamız müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin imzaladığı özəlləşmə proqramı həyata keçirilməyə başlandı. Bu istiqamətdə həyata keçirilən tədbirlərlə Heydər Əliyev sahibkarlığın təməlini qoymaqla yanaşı sahibkarlara hamilik etdi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev hər il ənənəvi olaraq sahibkarlarla görüşür, problemləri ilə yaxından tanış olur, hətta bəziləri yerindəcə öz həllini tapır. Bu bir həqiqətdir ki, dövlət sahibkarı müdafiə edir dəstəkləyir.

Onu da qeyd edim ki, sahibkarlığın inkişafı üçün dövlət tərəfindən verilən maliyyə dəstəyi mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard manatdan artıq kredit verilib. Bu maliyyə dəstəyi, əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan verib. Həmin kreditlər vasitəsilə icra edilən layihələr, əlbəttə ki, eyni zamanda, sahibkarların öz vəsaiti hesabına da icra edilir. Yəni burada ölkə başçısının bildirdiyi kimi dövlətin özəl sektorun tərəfdaşlığını görürük.Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı Prezident sahibkarların sosial məsuliyyəti məsələsinə toxunaraq bildirdi ki, “Mən sahibkarların bu sosial məsuliyyət məsələlərinə olan diqqətini alqışlayıram. Bilirəm ki, bir çox yerlərdə sahibkarlar öz təşəbbüsü ilə sosial layihələri icra edirlər - məktəblər, bağçalar tikirlər. Bütün bunlar çox gözəl, təqdirəlayiq hallardır. Sahibkarların sosial məsuliyyəti onların könüllü təşəbbüsüdür. Mən bunu alqışlayıram”. Dövlətin dəstəyini sahibkarlar daim hiss edir şahidi olur. Qadın sahibkarlar isə dövlət dəstəyini daha çox hiss edirlər. Respublikamızda sahibkar qadınlar təbəqəsi yüksək səviyyədə formalaşır. Dövlətimizin xüsusi diqqəti sayəsində qadın sahibkarlarımız dinamik inkişafa doğru gedir.

- Bu yaxınlarda Türkiyədə təşkil olunan sahibkar qadınların beynəlxalq konfransında iştirak etmisiz. Bu barədə fikirlərinizi bilmək istərdik...

- İstanbulda Qadın Girişimçilər DərnəyiYeni dünya quruluşunda qadının yüksələn roluadlı ikigünlük konfrans keçirildi. Azərbaycandan 20 sahibkar qadın iştirak edirdi. Yerli xarici ölkələrdən gələn lider qadınların qatıldığı konfransda qadınların bütün sahələrdə aparıcı mövqe sahibinə çevrilməsi məsələləri müzakirə olundu. Zirvə toplantısının ikinci günü qadının yüksələn gücü, dəyişməyi hədəfləyərək yeni imkanları yaratmaq, inkişaf edən iqtisadiyyatda qadınların sayını artırmaq kimi panellərlə davam etdi. Bu böyük konfransda dünyanın bir çox ölkəsindən nümayəndələr iştirak edirdi. Afrika, Amerika, Çin, Hollandiya, Almaniya, Türkiyədən olan 500-ə yaxın lider qadının qatıldığı toplantıda Azərbaycan nümayəndə heyəti təmsil olunurdu. Azərbaycan da sahibkar qadınlarla bağlı mövcud vəziyyəti təhlil etdi. Konfransda sahibkar qadınların qarşılaşdığı problemlər, qadınların hüquqlarının qorunması, cəmiyyətin sosial siyasi həyatında onların inkişafının artılması, Avropa Birliyinin 2020 iqtisadi inkişaf strategiyasında qadınların yüksəlişi, gender bərabərliyinin aktivləşdirilməsi, milli, Avropa beynəlxalq sahibkar lider qadınların informasiya bölüşməsi, əlaqələrinin qurulması üçün platforma yaradılması müzakirə edildi. Müxtəlif bölgələrdən olan hər bir sahələr üzrə çalışan sahibkar qadınlarımız iştirak edirdi. Ümumiyyətlə, əsas proqram o idi ki, sahibkarlığın inkişafına təkan verək.

- Sahibkarlıq fəaliyyətinizlə bağlı deyərdiniz?

- Bir sahibkar olaraq bu gün mənim üzərimə düşən səhiyyə sahəsində Azərbaycanın xalq təbabətini təbliğ etməkdir. İstərdim ki, sahibkar xanım kimi bu sahədə yüksək səviyyədə fəaliyyət qurum. Bu gün artıq bu sahədə mənim bu nailiyyətlərim var ki, klinikamızın da bu sahədə mühüm işləri öz əksini tapıb. Klinikamızın 6 patenti var ki, bir qismi öz ixtiramdır. Bu klinikanı qurarkən çox sadə bir sistemlə fəaliyyətə başlamışam. Qarşıma qoyduğum məqsəd klinikanı genişləndirərək Azərbaycanın xalq təbabətini dünyaya tanıtmaqdır. Ölkəmizin təbii bitkilərinin dünyada tanınmasına nail olmaqdır. Onu da qeyd edim ki, AMEA-nın Botanika İnstitutunun xətti ilə Bakıda keçirilən beynəlxalq konfransda yeganə klinika kimi biz təmsil olunduq. Biz burada gördüyümüz işlər barədə məlumat verdik ki, bu da çox böyük marağa səbəb oldu. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində mədəniyyətimiz, o cümlədən muğamımız dünyaya tanıdılır. Bunu örnək alaraq hazırda bizim klinikanın məqsədi odur ki, Azərbaycanın xalq təbabətini tanıtmaq üçün əlimizdən gələni edək. Azərbaycanın təbiəti zəngindir. Bu təbiətin yaratdığı möcüzələr, bitkilər, onların kimyəvi tərkibi, farmokoloji təsiri haqqında həm elmi, həm də hərtərəfli məlumat verək. Azərbaycanda 9 iqlim var ki, onun da təbiətə çox böyük təsiri var. Bir sahibkar qadın kimi mən istərdim ki, bu sahəyə çox böyük dəstək verərək bütün dünyaya tanıda bilək.

- Bəzən sahibkarlıq fəaliyyətini yalnız kişilərə şamil edirlər?

- Azərbaycan qadınları çox aktivdirlər. Hazırda çox bacarıqlı sahibkar qadınlarımız var. Onların da gördüyü işlər göz qabağındadır. Hər bir qadının da öz işini qurmaq qabiliyyəti var. Təbii ki, bu sahədə dəstək də lazımdır. Hər bir qadın öz işi, düşüncəsi, bacarığı, təhsili sayəsində bunu əldə edə bilər. Sahibkarlıq o qədər də asan bir deyil. Hər bir çətinlikdən qorxaraq geri çəkilmək olmaz. Risk, təhsil, mədəniyyət və s. hər biri burada öz əksini tapır. Bütün bunlara malik olan kifayət qədər qadınlarımız varonlar da özlərini sahibkar kimi sübut edirlər.

- Bir sıra xarici ölkələrdə qadınlar iri sahibkarlığa da üstünlük verirlər. Buna münasibətiniz necədir?

- Bizdə bu gün sahibkarlığa böyük yardım, kömək, dəstək var. Sadəcə göstərilən bütün qayğılardan düzgün istifadə edən zəhmətkeş hər bir insan istəyinə nail ola bilər. Bir sahibkar kimi onu deyə bilərəm ki, çalışan hər bir insan istəyini əldə edir. Xırda-xırda, yavaş-yavaş düzgün istiqamətdə öz biznes planını qura bilən hər bir kəs bu gün sahibkarlıq fəaliyyətinə nail ola bilər. Bu gün istər kənd təsərrüfatı, istərsə də tibb sahəsi, istərsə də digər sahələrdə olsun, hər bir kəsdə cəsarət tələb olunur. Bu gün ölkədə sahibkarlıqla bağlı inkişaf etmiş çox yaxşı sahələrimiz var. Məsələn, alma, gilas bağları yaradan şəxslər var. Yəni kiçik bir sahibkarlıqdan düzgün istiqamətdə, düzgün biznes plan əsasında başladılarsa onun çox böyük nəticələri olması mümkündür. Qadınlara məsləhətim odur ki, mətin olsunlar. İşləyən hər bir kəs öz əməyinin bəhrəsini görür. Bütün qadınlarımıza uğurlar arzulayıram.

 

Nigar ABDULLAYEVA

Palitra.-2013.-30 mart.-S.10.