Hüquqi dövlət quruculuğu
sahəsində ardıcıl islahatlar
aparılır
“Şəxsiyyətindən,
keçmiş xidmətlərindən, adından-sanından
asılı olmayaraq hər kəs qanuna tabe olmalıdır. Qanunun
aliliyi hamı üçün eyni olmalıdır: adi vətəndaş
üçün də, vəzifəli şəxs
üçün də, prezident üçün də”.
Heydər ƏLİYEV
Heydər
Əliyev tərifə, tərənnümə
sığışmayan şəxsiyyətdir. Bizim vəzifəmiz
onun bütün sahələrdə, xüsusən, dövlətçilik
sahəsində yaratdığı zəngin təcrübəni
öyrənməkdən və geniş xalq kütlələrinə
öyrətməkdən ibarətdir.
Məhz
Azərbaycan xalqının ümummilli lideri, görkəmli
dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə
xalqın çağırışı ilə hakimiyyətə
qayıdışından sonra ölkədə siyasi sabitlik təmin
olundu, zorakı dövlət çevrilişlərinin
qarşısı alındı, qanunçuluq və hüquq
qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin
formalaşdırılması, insan hüquq və
azadlıqlarının qorunması dövlətin
başlıca vəzifəsinə çevrilməyə
başladı.
Bu
dövrdə ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar
olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi,
həyatın bütün sahələrində nailiyyətlərin
əldə olunması, habelə köklü hüquqi
islahatların aparılması, o cümlədən ədliyyə
orqanlarının fəaliyyətinin inkişafının təmin
edilməsi bilavasitə Heydər Əliyevin adı ilə
bağlıdır. Dahi rəhbərimiz müasir məhkəmə
və ədliyyə sisteminin inkişafında müstəsna
xidmətlər göstərib. Onun rəhbərliyi ilə
ölkədə hüquqi dövlət quruculuğu sahəsində
ardıcıl, sistemli və gələcəyə hesablanan
islahatlara start verildi.
Azərbaycanın
bu gün dünyada müstəqil, hüquqi və demokratik
dövlət kimi tanınması, ölkə vətəndaşlarınm
hüquqlarının, azadlıqlarının təmin edilməsi,
müdafıə olunması ümummilli liderin xidmətidir.
Heydər Əliyevin bu sahədə ən böyük əməyi
məhz müstəqil Azərbaycanın ilk
Konstitusiyasının hazırlanması və qəbuludur.
Ölkə prezidenti Heydər Əliyevin sədrliyi ilə
Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Ulu
öndərimizin rəhbərliyi ilə hazırlanan
Konstitusiya layihəsi Azərbaycan xalqının müzakirəsinə
verildi və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul
edilərək 27 noyabr 1995-ci il tarixdən qüvvəyə
mindi.
Keçmiş
sovet konstitusiyalarından fərqli olaraq, ilk dəfə Azərbaycan
Konstitusiyasında dövlət hakimiyyətinin
bölgüsü prinsipi həyata keçirilib. Ümumiyyətlə,
Konstitusiyanın III fəsli (24-71-ci maddələr)
bütövlükdə, yəni 158 maddədən 48-i insan və
vətəndaş hüquqlarına və azadlıqlarına həsr
edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş
hüquqlarına və azadlıqlarına təminat verilir.
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş
hüquq və azadlıqlarını gözləmək və
qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının borcu hesab edilir.
Ümummilli
liderimiz Heydər Əliyev hüquq mühafizə
orqanlarının fəaliyyətini daha da
yaxşılaşdırmaq, bu sahədə dövlət idarəçiliyini
təkmilləşdirmək məqsədi ilə “Cinayətkarlığa
qarşı mübarizə və hüquq qaydalarının
daha da möhkəmləndirilməsi haqqında” 9 avqust
1994-cü il tarixli sərəncam imzalayıb.
Ölkəni
daim inkişafda görən ulu öndərimiz demokratik,
hüquqi və dünyəvi dövlət quruculuğunu daha
da sürətləndirmək məqsədilə 21 fevral
1996-cı ildə Hüquqi İslahatlar Komissiyası
yaradılması barədə qərar qəbul edib. Həmin
Komissiyanın hazırladığı Avropa standartlarına
uyğun Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin,
Mülki-Prosessual Məcəllənin layihələri,
“Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Polis
haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti
haqqında”, eləcə də “Notariat haqqında”, “Bələdiyyələrin
statusu haqqında”, “Bələdiyyələrin seçkiləri
haqqında” və digər qanunların qəbul edilməsi ilə
milli qanunvericilik sistemimiz köklü şəkildə dəyişdi
və müasirləşdi.
Ölkəmizdə
bununla yanaşı, hüquqi islahatların tərkib hissəsi
olan məhkəmə-hüquq islahatları həyata
keçirilməyə başlayıb. İlk dəfə olaraq
üçpilləli məhkəmə sistemi yaradılıb.
Hakimlərin obyektiv və şəffaf prosedurlar, test üsulu
ilə seçiminə başlanıldı. Bu baxımdan “Məhkəmələr
və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi
haqqında” və digər qanunların qəbulu mühüm əhəmiyyətə
malikdir.
1998-ci
ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
təşəbbüsü ilə ölkəmizdə
ölüm cəzası ləğv edilib. Bu, ümummilli lider Heydər Əliyevin
humanist ideyalara sadiqliyini
bir daha təsdiq edir. Bütövlükdə Şərq aləmində
ilk dəfə yüksək
humanizmin və insanpərvərlik örnəyinin
bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın
beynəlxalq nüfuzunu
daha da yüksəldib.
Ölkəmizdə insan və vətəndaş hüquq
və azadlıqlarının
müdafıəsi işində
ümummilli lider Heydər Əliyevin 1998-ci
il fevral ayının 22-də imzaladığı
“İnsan və vətəndaş hüquqları
və azadlıqlarının
təmin edilməsi sahəsində tədbirlər
haqqında” fərmanı
və 18 iyun 1998-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə
dair” dövlət proqramı mühüm rol oynayıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının
təmini və müdafiəsi istiqamətində
gördüyü işlərin
ən vaciblərindən
biri də “İnsan hüquqları üzrə müvəkkil
(ombudsman) haqqında” qanunun
qəbul edilməsi və Ombudsman Aparatının
yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan
sonra vətəndaşların
hüquqlarının müdafiəsi
sahəsində daha ciddi nailiyyətlər əldə edilməyə
başlandı.
Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı
məsələsini özündə
ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə
edə bilmək imkanı qazanması, təbii ki, ümummilli liderin adı ilə bağlıdır. 1998-ci il avqustun 6-da Heydər Əliyev “Ölkədə söz, fıkir və məlumat azadlığının
təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında”
fərman imzaladı. Bu fərmanın bir
bəndilə mətbuatda
dövlət sirlərini
mühafızə edən
baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi
demək idi.
22 fevral 1998-ci ildə
ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “İnsan
və vətəndaş
hüquqlarının və
azadlıqlarının təmin
edilməsi sahəsində
tədbirlər haqqında”
fərmanda bu sahədə həyata keçirilən tədbirlərin
istiqamətləri müəyyən
edilmiş, insan hüquqları məsələsi
ümumdövlət səviyyəsinə
qaldırılıb. Həmçinin
Azərbaycan Respublikası
Prezidentinin 18 iyul
1998-ci il tarixli fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı” təsdiq olunub.
Ulu öndər
Heydər Əliyevin rəhbərliyi dövründə
ölkənin ədliyyə
fəaliyyəti xüsusi
diqqətdə saxlanılıb,
onun demokratik qurum kimi formalaşması
üçün ardıcıl
tədbirlər həyata
keçirilib. Ümummilli liderin 11 noyabr 2000-ci il tarixli
sərəncamı ilə
Ədliyyə Nazirliyinin
Əsasnaməsinin təsdiq
edildiyi gün - 22 noyabr Ədliyyə İşçilərinin Peşə
Bayramı Günü
elan edilib.
Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və əzmi nəticəsində
2001-ci ilin 25 yanvarında
Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq
təşkilata tam hüquqlu
üzv qəbul edildi, bu da
ölkəmizdə məhkəmə-hüquq
islahatlarının uğurla
davam etdirilməsinə,
insan hüquq və azadlıqlarının
maksimum müdafiəsi
üçün çevik
mexanizmlərin yaradılmasına,
qanunun aliliyinin təmin olunmasına təkan verdi.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş
məhkəmə-hüquq islahatları
bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. 19 yanvar
2006-cı il tarixdə Azərbaycan Respublikasında məhkəmə
sisteminin müasirləşdirilməsi
ilə bağlı fərman imzalayan Prezident İlham Əliyev bəzi məhkəmə instansiyalarının
fəaliyyəti ilə
bağlı vətəndaşlarda
narahatlıq doğuran
məqamların aradan
qaldırılması istiqamətində
mühüm addım atıb. Həmin fərmanla regionlarda
apelyasiya və yeni iqtisad məhkəmələrinin
yaradılması nəzərdə
tutuldu. Bu da vətəndaşların
hüquq və azadlıqlarının daha
etibarlı qorunması,
onların məhkəməyə
müraciət etmək
imkanlarının asanlaşdırılması
istiqamətində yeni
mərhələnin başlanğıcı
oldu.
Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış
orqanı - İnsan hüquqları Şurasına
üzv seçilib. Bu hal Azərbaycan
dövlətinin insan hüquq və azadlıqları sahəsində
apardığı ardıcıl
işin beynəlxalq əhəmiyyət kəsb
etdiyini və imicinin artdığını
bir daha təsdiqləyir.
Ölkə Prezidenti İlham
Əliyev “Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli fəaliyyət planının
təsdiq edilməsi haqqında” 28 dekabr
2006-cı il tarixdə imzaladığı
sərəncamda Azərbaycanın
müasir inkişaf dövrünün hüquqi
dövlət quruculuğu
və insan hüquqlarının müdafiəsi
sahəsində səylərinin
gücləndirilməsi dövlət
siyasətinin əsas istiqamətlərindən biri
kimi müəyyən
edilib.
Bundan əlavə, dövlət
başçısı İlham
Əliyevin 2010-cu il 22
iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
məhkəmə sisteminin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr
və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası
haqqında” Azərbaycan
Respublikası qanunlarına
dəyişikliklər və
əlavələr edilməsi
barədə” qanunu xüsusi qeyd etmək lazımdır.
Bununla yanaşı,
Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin genişləndirilməsinə
və müasirləşdirilməsinə
xidmət edən bir sıra fərmanlar,
sərəncamlar imzalayıb. Belə
ki, dövlət başçısı 18 aprel
2006-cı il tarixli fərmam ilə “Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamə”ni təsdiqləyib.
Bu dövrdə həmçinin
Azərbaycan Respublikası
Milli Məclisinin 26
may 2006-cı il tarixli iclasında “Ədliyyə orqanlarında
qulluq keçmə haqqında” qanun qəbul edilib. Sənəd ədliyyə orqanlarında,
idarə və təşkilatlarında, penitensiar
xidmətdə qulluqkeçmə
qaydalarını və
şərtlərini, bu
orqanların işçilərinin
hüquqi vəziyyətinin
əsaslarını müəyyən
edib.
Aparılan islahatlar çərçivəsində
ölkə Prezidenti İlham Əliyevin 17 avqust 2006-cı il tarixində imzaladığı
“Ədliyyə orqanlarının
inkişafı haqqında”
fərmanla Ədliyyə
Nazirliyinin funksiya və səlahiyyətləri
dəqiq müəyyən
edilmiş, üzərinə
yeni məsul vəzifələr qoyulmuş,
yeni struktur qurumlar yaradılıb.
Beləliklə, bu gün Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu sahəsində,
vətəndaş cəmiyyətinin
formalaşdırılması, insan hüquq və azadlıqlarının
təmin edilməsi istiqamətində aparılan
siyasət ardıcıl
şəkildə uğurla
davam etdirilir, dövlətimizin beynəlxalq
aləmdə nüfuzunun
daha da artmasını
şərtləndirir.
Arif İMANOV,
Səbail rayon İcra şöbəsinin
rəis müavini vəzifəsini
icra
edən 1-ci dərəcəli ədliyyə
qulluqçusu
Palitra.-2013.-4 may.-S.10.