“Heydər Əliyev və Azərbaycan gəncləri”
mövzusunda bilik yarışması
Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda bilik yarışması keçirildi. Naxçıvan şəhərində fəaliyyət göstərən 12 tam orta məktəb arasında, bütün fənlər üzrə 50 test sualından ibarət bilik yarışması maraqlı və yaddaqalan oldu.
NDU-nun Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent, Əməkdar müəllim Kamal Camalov vurğuladı ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. O qeyd etdi ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
NDU-nun fizika müəllimliyi ixtisasının IV kurs tələbəsi Elgün Tağıyevin “Heydər Əliyev və Azərbaycanda təhsil”, Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Aytən Xəlilovanın “Heydər Əliyev və Azərbaycan gəncləri məktəbli təfəkküründə” mövzu Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə Heydər Əliyev şəxsiyyətinin və müdrik siyasətinin gənclər üçün əsl örnək olduğunu, elmdə və təhsildə bu ideyanın sədaqətlə davam etdirilməsinin zəruriliyini bildirdi.
Məlumat üçün qeyd edək ki, Heydər
Əliyevin adını daşıyan tam orta məktəb
yarışmanın qalibi elan olundu. 17 nömrəli tam orta məktəb
II, 11 nömrəli tam orta məktəb isə III yerə layiq
görüldülər.
Mina QASIMOVA
Palitra.-2013.-8 may.-S.12