Diaspor nümayəndələrimiz Azərbaycanı layiq olduğu şəkildə təbliğ etməyi bacarmalıdırlar”

 

“Xaricdə Azərbaycanı layiqincə təmsil etmək və dolğun, hərtərəfli bilgilər vermək, mədəniyyətimizi bütün çalarları ilə birgə təqdim etmək hər bir diaspor nümayəndəmizin borcudur

 

Layihə çərçivəsində müsahibimiz Böyük Britaniyada, Londonda yaşayan soydaşımız Sevda İmanovadır. O, bizə öz fəaliyyəti və Azərbaycan mədəniyyətinin, həqiqətlərinin tanıdılması istiqamətində fikirlərini bildirdi:

-Mən lap əvvəllər Azərbaycan Xalq Təhsilinin Muzeyində elmi işçi kimi çalışmışam. Sonradan isə o müəssisədən elmi iş üçün müraciət edərək mövzu götürmüşəm. Mövzum “Azərbaycan xalq inancları” adlanır. Xalq inanclarımızın toplanması, onların araşdırılması sahəsində çalışmışam. Sonra isə 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasına işə girmişəm, orada da elmi işçi kimi çalışmışam. AMEA-da da xalq inancları ilə bağlı öz araşdırmalarımı davam etdirmişəm. 2008-ci ildə elmi işimi bitirmişəm. Onu da deyim ki, bundan başqa tələbə olarkən “Azərbaycan müəllimi” jurnalında çalışmışam.

Xalq inancları və kiçik janrlar” adlı kitabım tamamlanıb və çap edilib. Bu kitaba görə müdafiə edərək filologiya elmləri namizədi(filologiya üzrə fəlsəfə doktoru) adını almışam. 2009-cu ildən isə biz İngiltərəyə köçmüşük. İngiltərəyə köçdükdən sonra orada tərcüməçilik işləri ilə məşğul olmuşamxarici vətəndaşlara ingiliscədən dərs demişəm. Onu da deyim ki, mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən başqa, həm də 2005-ci ildə Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişəm. Bu baxımdan da ikinci ixtisasım ingilis dili ilə bağlıdır. Ona görə də Böyük Britaniyada ingilis dilindən əcnəbilərə dərs demək mənim üçün asan oldu. Bunlardan başqa, “İnanc” adlı bir şirkət yaratmışdıq. Bu qurum işədüzəltmə agentliyi xarakterli bir qurumdu. Amma Böyük Britaniyada bu cür kommersiya qurumlarından çox yüksək faizlə vergi alınır. Ona görə də məcbur olduq ki, bu qurumun fəaliyyətini dayandıraq. Amma tərcüməçilik fəaliyyəti, bir də müəllimliyimi davam etdirirəm. İşim təkcə bununla bitmir. Həm də qızıma ingilisrus dillərini özüm öyrədirəm. Bu da nəticəsiz qalmayıb. Qızım yetmiş illik fəaliyyəti olan bir məktəbdə rus dili üzrə ilk dəfə ən yüksək nailiyyət əldə edən birinci şagirddir. O, yeddinci sinifdə bu ən yüksək nailiyyəti əldə edib. Buna görə də o məktəbdə qızımın şərəfinə Azərbaycan bayrağı asılıb.

Bir əsas şeyi də diqqətə çatdırmaq istəyirəm. Bizim Azərbaycan dövlətinin tanınması, bilinməsi üçün gənc mütəxəssislərə çox böyük ehtiyacımız var. Dövlətin, Azərbaycanın tanınması, bilinməsi üçün belə mütəxəssislərin fəaliyyətinə ciddi ehtiyacımız var. Hollandiyada yaşayan Şirvan adlı bu cür savadlı bir mütəxəssisimiz var. “Caspian report” adlı bir şəbəkə yaradıb, Şirvanla bizim gənclərə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı ətraflı bilgilər aşılamağı nəzərdə tuturuq. Şirvan əvvəllər “İctimai TV”nin reportyoru olub. Mən istəyirəm ki, Azərbaycanın bütün ölkələrdə layiqincə tanıdılması işinə bacardığımız qədər öz töhfələrimizi verək. Bir dəfə “Eurovisionla bağlı bir diaspor nümayəndəmizin fikirlərinə çox təəssüf etdim. Belə ki, “Eurovision" keçirilən zaman Azərbaycanın necə bir ölkə olduğunu soruşan əcnəbilərə həmin diaspor nümayəndəmiz belə cavab vermişdi: “Biz o ölkəyik ki, orada qaynar çay içirlər”. Bu cür diaspor nümayəndələrimiz var ki, onlardan Azərbaycan barəsində xarici KİV-lər müsahibələr götürəndə belə cavablar verirlər. Çünki bilgiləri yoxdur və Azərbaycanın təbliğatı barədə də bilgilənməyə, fəaliyyətə keçməyə həvəsli deyillər. Halbuki bizimEurovisionda çıxışımız və eləcə də sonrakı ildə Azərbaycanda “Eurovisionun keçirilməsi çox möhtəşəm və unudulmaz oldu. Bunca zəhmətin müqabilində, dövlətin bu qədər çəkdiyi diqqət və qayğının qarşılığında diaspor nümayəndələrimiz də Azərbaycanı layiq olduğu şəkildə təbliğ etməyi bacarmalıdırlar. Xaricdə Azərbaycanı layiqincə təmsil etmək və Azərbaycanla bağlı dolğun, hərtərəfli bilgilər vermək, mədəniyyətimizi gözəl və bütün çalarları ilə birgə təqdim etmək hər bir diaspor nümayəndəmizin borcudur. Həm də bu barədə düzgün strategiya seçmək lazımdır. Elə etmək lazımdır ki, Azərbaycanla bağlı diqqətçəkən, yaddaqalan məlumatlar verilsin. Məsələn, mənim qonaqlarım gələndə mən bu cür məlumatlar verməklə, onlarda Azərbaycan haqqında bitkinxoş təəssüratlar oyanmasına çalışıram. Yaxud Azərbaycanda olanda da onları elə məkanlara, turistiktarixi, mədəni baxımdan seçilən yerlərə aparıram ki, onlar Azərbaycanın gözəlliklərini və imkanlarını dolğun bir halda görə bilsinlər. Məsələn, onları Dendra Parka aparıb orada olan endemik ağacbitki növlərini göstərirəm, onlar barədə ətraflı məlumat verirəm və sair. Məsələn, bu cür səfərlərdən sonra onlar bilirlər ki, dəmirağac yalnız Azərbaycanda bitir. Halbuki bəzi məlumatlarda dəmirağacın “Rusiya ilə İranın şimalında yerləşən bir bölgədə” bitdiyi qeyd edilir, daha Azərbaycan adı çəkilmir. Bu isə yanlışlıq və Azərbaycan barədə bilgilərin tanıdılmasında bir qəbahətdir. Mən xaricdə belə bir məlumat gördüm və dərhal müraciət etdim ki, həmin ağacın bitdiyi ərazi Azərbaycan dövlətinə aiddir, onun vətəni Azərbaycandır. Bunu xaricdə sübut etdim və həmin məlumatın dəyişdirilib, dəmirağacın əsl vətəninin Azərbaycan kimi göstərilməsini israr etdim. Yaxud xaricdə jurnalda müsahibə verən bəzi azərbaycanlı mühacirlər var. Onlar özlərini belə təqdim edirlər ki, guya Azərbaycanda dini baxımdan diskriminasiya var, ona görə də onlar mühacirət etməyə məcbur olublar. Bu cür kökündən yalan və qərəzli informasiyalarla həm özlərinin mühacirətlərinə “əsas” gətirməyə çalışırlar, həm də Azərbaycan haqqında qəsdən pis rəy formalaşdırmağa cəhd edirlər. Halbuki bütün dünya Azərbaycanı dinimilli tolerantlığın mərkəzi kimi tanıyır. Azərbaycanda dini zəmində hansısa diskriminasiya olduğunu demək absurddurbunu Azərbaycanı tanıyan bütün dünya insanları çox gözəl bilir. Amma buna baxmayaraq, bəziləri bu cür açıqlamalara da utanmazca gedirlər və Azərbaycanla bağlı qərəzli informasiyalara səbəb olurlar. Mən bu informasiya ilə bağlı da öz etirazımı bildirdim və əsaslar gətirdim ki, bu yalandır, Azərbaycanda tarix boyu dinimilli zəmində bu cür diskriminasiya olmayıb və ola bilməz. Mən “Evening news” nəşrində bu barədə özüm yazdım ki, Azərbaycanda heç vaxt diniya milli zəmində problem olmayıb, bunu faktlarla və rəylərlə göstərdim. Azərbaycanda məscidin, sinaqoqun və kilsənin yan-yana tikildiyini, bütün dinlərin nümayəndələrinin əmin-amanlıq və sərbəst bir şəkildə öz dini inanclarını yaşadıqlarını qeyd etdim. Dini təxribat törətmək istəyən bəzi xarici qüvvələrin destruktiv fəaliyyəti başqa bir məsələdir ki, bunların qarşısını almağa da dövlətimizin hər cür gücü və imkanları var. Hər bir normal dövlətdə də din pərdəsi altında bu cür təxribatçı cəhdlərin, dini dözümsüzlük yaratmaq istəyən qüvvələrin qarşısı alınır. Bu, tamamilə başqa məsələdir. Amma Azərbaycanda tam dinimilli tolerantlıq hökm sürür. Dövlət də bu mühitin qorunmasında, möhkəmləndirilməsində əzmlidir.

- Böyük Britaniyada Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti ilə bağlı rastlaşdığınız daha hansı informasiya və təəssüratlarınız var?

- Mənim tanıdığım dairələr var ki, onlar Azərbaycanın beynəlxalq imicinin yüksəldiyini, Azərbaycan dövlətinin gənc və kiçik olmasına baxmayaraq, müstəqil və düzgün siyasət yürütdüyünə heyran olduqlarını gizlətmirlər. Məsələn, “BP”də çalışan tanıdığım britaniyalılar var ki, onlar Azərbaycanın xarici siyasətdə, xarici şirkətlərlə bağladıqları müqavilələrdə sırf milli mənafeyə əsaslandığını və dövlətin və cəmiyyətin mənafeyinə uyğun müqavilələr bağladığını deyirlər. Onlar məsələn, ərəb ölkələri ilə imzalanan neft kontraktları ilə Azərbaycan dövlətinin imzaladığı kontraktları müqayisə edərək deyirlər ki, Azərbaycan belə müqavilələrdə öz nəfini və xeyrini müqayisəolunmaz dərəcədə qoruyur. Bu baxımdan Azərbaycanın müstəqil siyasət yürütməsi və şərtləri özü diktə etməsi xaricilər tərəfindən də təqdir edilir və qiymətləndirilir.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-11 may.-S.11.