“Turizmi çeşidləndirməklə,
daimi turizm formalaşdırmaq lazımdır”
“Turizm
işçilərinin xidmət peşəkarlığını
və mədəniyyətini yüksəltməyə ehtiyac
var”
“Turizm təhsili müəssisələri
tədris prosesində təcrübələrə geniş yer
ayırmalıdırlar”
Müsahibimiz “Excelsior Hotel Baku”
otelinin əməliyyatlar üzrə direktoru Kemal Dilerdir.
K.Diler müsahibəsində Azərbaycanda turizmin inkişaf
perspektivlərindən danışdı.
-Kemal bəy, neçə müddətdir
ki, Azərbaycanda çalışırsınız. Azərbaycanın
turizm imkanlarını bu müddətdə yaxşı
tanımaq fürsəti qazanmısınız. Azərbaycan
turizminin səviyyəsi və inkişaf potensialını necə
xarakterizə edərdiniz?
- Öncə qeyd edim ki, Azərbaycanda
turizmi inkişaf etdirmək və cəlbedici etmək, həmçinin
gəlirli sahəyə çevirmək üçün
bütün təbii şərait mövcuddur. Bu şəraitdən
istifadə edilməklə, son zamanlar Azərbaycan turizminin
inkişaf etdirilməsi üçün çox işlər
görülüb. Regionların bu baxımdan inkişafı,
infrastrukturun yenilənməsi, yol çəkilişləri,
turizm zonalarında standartların tətbiq edilməyə
başlanması kimi məsələləri qeyd etməyə
dəyər. Eyni zamanda da otel turizmi son dövrlərdə Azərbaycanda
sürətlə inkişaf etməyə başlayıb.
Paytaxtda və regionlarda beşulduzlu otellərin tikilməsi,
otelçilikdə brendlərin tətbiqi və sair məsələlər
də bunun parlaq nümunəsidir. Amma qeyd etməliyəm ki, bəzi
məsələlərin öz həllini tapması Azərbaycana
gələn xarici turistlərin sayını birə on
artırardı. Məsələn, burada birinci növbədə
xidmət məsələlərini qeyd edərdim. Turizm
işçilərinin xidmət peşəkarlığını
və mədəniyyətini yüksəltməyə ehtiyac
var. Turizm təhsili müəssisələri bunun
üçün tədris prosesində təcrübələrə
geniş yer ayırmalıdırlar. Məsələn, bizə
ali turizm ixtisası alan məzun gəlir, biz ona
tapşırırıq ki, filan sahə ilə bağlı
oteldə xidmət göstərsin. O isə bunu özünə
sığışdırmır və deyir ki, menecerliyi bitirib
və yaxud menecer təhsili alır, o, xidmətçi kimi
işə başlaya bilməz. Halbuki yaxşı general olmaq
üçün birinci növbədə yaxşı əsgər
olmalısan. Yəni sən turizm işçilərini idarə
edəcəksənsə, birinci növbədə onlar kimi
çalışmalısan, təcrübə keçməlisən
ki, sonradan onların bütün davranışlarını
anlayasan və onları daha yaxşı idarə edəsən.
Bu baxımdan Azərbaycandakı bütün səviyyələrdə
olan turizm məktəbləri bu işə ciddi diqqət yetirməlidirlər.
Bundan
başqa, qiymətlərlə bağlı qeyd etmək istərdim.
Bir sıra sahələrdə hələ də turizm qiymətləri
bahadır. Turizm qiymətlərinin qənaətbəxş
olması üçün turizm bazarında tələb-təklif
məsələlərinə diqqət yetirmək
lazımdır. Doğrudur, Bakı bahalı şəhərdir,
amma yenə də turist cəlb etmək üçün bu məsələyə
diqqət yetirməyə dəyər. Həmçinin sərfəli
turların təşkil olunması bu baxımdan məqsədəuyğun
olardı. Aviaşirkətlərin, “AzAL”ın bu məsələ
ilə bağlı cəlbedici kampaniyaları olmalıdır.
- Azərbaycan turizminin daha da
inkişaf etdirilməsi üçün turizm sahəsində
Azərbaycan və Türkiyə qurumlarının əməkdaşlığı
məsələləri son zamanlar tez-tez müzakirə edilir.
Bu baxımdan siz nələri təklif edərdiniz?
- Qeyd
etdiyim kimi, Azərbaycanın turizm üçün çox
yaxşı potensialı var. Burada dəniz, qum, Günəşdən
başqa çoxlu tarixi abidələr, mədəni irs var. Azərbaycan
tarixən Şərqdən Qərbə gedən köçlər
üçün tranzit rolunu oynayıb. Bu cür tarixi
miqrasiyalar və ekspansiyalar Azərbaycanın tarixində, mədəniyyətində
öz dərin izlərini buraxıb və əsrlərcə
ölkənizin koloritinin daha da rəngarəng olmasına gətirib
çıxarıb. Bu baxımdan tarixi abidələri, mədəni
irsi turistlər üçün cəlbedici bir şəkildə
tanıtmaq və turizmin bu baxımdan inkişaf etdirilməsi də
vacib amillər sırasında dayanır. Həmçinin Azərbaycanda
mövsümi turizmdən əlavə, daimi turizmi də
inkişaf etdirmək olar ki, bunu da birinci növbədə
tarix və mədəniyyəti turistlərə cəlbedici
bir şəkildə təqdim etməklə həyata
keçirmək lazımdır. Doğrudur, son zamanlar Azərbaycan
mədəniyyətinin, tarixinin dünyada tanıdılması
baxımından xeyli effektli layihələr həyata
keçirilir. Amma bunu turizm kontekstində də peşəkar
bir səviyyədə təqdim etmək xeyli dünya turistinin
Azərbaycana axınına səbəb olacaq. Bu baxımdan
Türkiyə təcrübəsindən yararlanmağa dəyər.
Bundan başqa, Azərbaycanın bir sıra regionlarında
termal sular, həmçinin Naftalan var ki, bu da turistlər
üçün kurort turizmi baxımından xeyli unikaldır.
Termal sular sahəsində turizm standartlarının
oturuşmasında Türkiyə təcrübəsi köməyə
gələ bilər. Həmçinin Azərbaycanda qış
turizmi də son zamanlar güclü bir şəkildə
inkişaf etdirilir. Şahdağ qış turizmi
üçün cəlbedici bir məkana çevrilib. Bir
sözlə, qeyd etmək istəyirəm ki, turizmi
çeşidləndirməklə, diversifikasiya etməklə
daha çox inkişaf etdirmək və gəlir götürmək
olar. Bir şeyi yadda saxlamaq lazımdır ki, turizm təkcə
restoranlar və yeməklə bitmir. Turizm unikal məqamlar, sərfəli
qiymət və yüksək xidmətlə tamamlanır. Buna
turizmin şaxələndirilməsi potensialından maksimum
yararlanmanı da əlavə etmək lazımdır.
- Kemal bəy,
sizin əməliyyat direktoru olduğunuz otel turistlərə
hansı xidmətlər təklif edir?
- Bizim
otelimiz çeşidli xidmətlər baxımından qeyd edilə
bilər. “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət
göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial”
lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9
“Duke” standart otaqlar, iclas otaqları və biznes mərkəzləri,
restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s.
ibarətdir.
Qeyd edək
ki, “Excelsior Hotel Baku” oteli “Aura” Sağlamlıq mərkəzində
skvoş dərsləri həftənin şənbə və
bazar günləri daxil olmaqla hər gün səhər
saatlarında keçirilir. “Excelsior Hotel Baku” otelinə 496 78
02 telefon nömrəsinə zəng edərək dərslərin
vaxtı haqqında geniş məlumat almaq
mümkündür.
Öncə
qeyd edim ki, “Excelsior Hotel Baku” qonaqlarına yeni bir xidmət təklif
edir. Belə ki, otelində keçirilən tədbirlərə
iştirakçıların rahat gəlib-getməsi
üçün 17 nəfərlik avtobus alınaraq istifadəyə
verilib. 24 aprel 2013-cü il tarixindən etibarən “Mercedes”
sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər
qonaqların xidmətində olacaq. Şənbə və bazar
günləri də daxil olmaqla mikroavtobus hər gün səhər
08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior
Hotel Baku” otelinin qarşısından qonaqları Park Bulvara və
ilk turu səhər 09.00-dan başlayaraq hər saatda Park
Bulvarın qarşısından “Excelsior Hotel Baku” otelinə
aparacaq. Xidmət ödənişsizdir, otelin xidmətlərindən
istifadə etmək istəyən qonaqların
rahatlığı üçün nəzərdə tutulub.
“Excelsior Hotel Baku” otelinə 496 8000 telefon nömrəsinə zəng
edərək geniş məlumat almaq mümkündür. Bundan
başqa, otelin “Belvedere” restoranı öz qonaqlarına dəniz
məhsullarının yeni mətbəxini təklif edir.
“Belvedere” restoranı may ayından etibarən balıq və
digər dəniz məhsullarından hazırlanmış
qidalar təklif etməyə başlayıb. Restoranda Aralıq
və Egey dənizlərinin balıqlarından istifadə
edilir. Qonaqlara Aralıq və Egey dənizlərinin 50
çeşiddə diri balıqlarından təxminən 18
növ türk yeməkləri, məzələr və salatlar
hazırlanıb təqdim edilir. Menyuya duzda, buğlamada və
qrildə bişirilmiş balıqlar, balıq ətindən
dolma, balıq şorbası, balıq turşusu, lakerda, salatlar
və s. dadlı yemək növləri daxil edilib. Qiymətlər,
təxminən şəhərdə fəaliyyət göstərən
digər balıq restoranlarında olduğu kimidir. Menyuda qiymətlər
4 manatdan 40 manata qədər müəyyən edilib. Bu yenilik
“Belveder” restoranına kulinariyanın şah əsərlərini
çox xoş şəraitdə təklif etməklə,
Türkiyədə balıq yeməyi xoşlayanların ən
gözəl yeri olacaq.
Qeyd edilənlərdən
başqa, “Excelsior Hotel Baku” oteli öz fəaliyyətində
yeni istiqamətin başlanğıcını bəyan etdi. Bu
ilin mayından “Afurja” zalında və açıq havada
hovuzun ətrafında toy mərasimlərinin keçirilməsi
mümkün olacaq. Bununla otelin rəhbərliyi öz marketinq
fəaliyyətində paytaxt sakinlərinin arzu və istəklərini
nəzərə alıb. İndi “Excelsior Hotel Baku” otelində
toy arzusunda olanlar 200 nəfərə yaxın “Afurja” zalı və
açıq havada hovuzun ətrafında 400-500 nəfərlik
yerdə toy mərasimləri keçirə biləcəklər.
“Afurja” zalı Avropa standartlarına uyğun avadanlıqla təchiz
edilmiş və birinci dərəcəli aşpazlar xidmət
göstərəcəklər. Toy mərasiminin iki hissədə:
yerin dəyişməsi ilə - şənliyin açıq
meydandakı hovuzun yanında davamı, şübhəsiz, əsl
rəqabətə imkan yaradacaq. Təkrarsız toy, gerçəkdə
nağıl yalnız “Excelsior Otel & Spa Baku”da
mümkündür. Toy mərasimi böyük ekranda
nümayiş etdiriləcək. Qonaqlar təklif edilmiş rəngarəng
və nəfis menyudan, milli və Avropa mətbəxinin yeməklərindən
məmnun qalacaqlar. Sözsüz, bu, həyatda ən
böyük bayramdır, qeyri-standart şəraitdə
keçərsə həmişəlik xatirələrdə
qalacaq. Bütün bunlarla yanaşı, gecə səmasında
olan atəşfəşanlıq bu təntənəli məqama
eksklüzivlik əlavə edəcək. Otel çox əlverişli
yerdə yerləşir və avtomobillərinizi saxlamaq
üçün geniş və rahat dayanacağa malikdir.
- İdmanla məşğul olmaq
üçün otelinizin imkanlarını necə dəyərləndirirsiniz?
- “Aura”
sağlamlıq və istirahət mərkəzi ölkədə
yeganə olan 5+ ulduzlu “Excelsior Hotel Baku” mehmanxanasının nəzdində
fəaliyyət göstərir. Bu sağlamlıq mərkəzinə
idman zalı, üzgüçülük hovuzları və
sauna daxildir. Xüsusilə mərkəzin idman zalı təchiz
olunmuş məşq avadanlıqlarına görə ölkəmizdə
yeganədir. Burada Amerikanın “PRECOR” firmasının müxtəlif
növ müasir idman avadanlıqları idmansevərlərin
istifadəsindədir. Zalda sinə, kürək, qol, ayaq və.s
üçün nəzərdə tutulmuş trenajorların,
müxtəlif ağırlıqda çəki
daşlarının köməyi ilə bədəndə olan
artıq çəkini azaltmaq və ürək əzələlərini
möhkəmləndirmək mümkündür. Burada kök
adamların rahat məşq etmələri üçün
unikal trenajorlar mövcuddur. Hətta bu trenajorların bəzilərində
məşq edərkən darıxmamaq üçün 30-dan
artıq yerli və xarici televiziya kanallarını izləmək
mümkündür. Həmçinin idman zalında uzunluğu
120 metr olan dairəvi qaçış zolağı, tennis və
aerobika otaqları mövcuddur. Mərkəzdə tennis həvəskarları
stolüstü, həm də, açıq havada tennis oynaya bilərlər.
“Aura” sağlamlıq mərkəzində boks və fitnes dərsləri
də keçirilir. Üç qadın və iki kişi
trener aerobika, kalanektika, yoqa və pilates məşqləri
aparır. Aerobika məşqləri rəqs, addım və
topla keçirilir. Xüsusilə qeyd edim ki, “Aura”
sağlamlıq mərkəzinin idman zalı qapalı ərazidə
yerləşməsinə baxmayaraq, adam burada
sıxılmır. Köhnə zavod ruhu verilərək dizayn
olunan zal, hovuza açılan mənzərə və gülərüz
məşqçilər məşq edənləri yorulmağa
qoymur. Ümumiyyətlə 15-65 yaş arası olanlar “Aura”
sağlamlıq mərkəzində məşq edərək
dincələ bilərlər. Sadəcə həmin mərkəzə
gəlib üzv olmaq lazımdır. Üç, altı ay və
bir illik üzvülük kartı əldə etdikdən sonra
mərkəzin xidmətlərindən istifadə edə bilərsiniz.
İlkin
AĞAYEV
Palitra.-2013.-15 may.-S.7.