“Gənclər ölkədə həyata keçirilən uğurlu siyasətin davam etməsini istəyir”

 

Emin Həsənli: “Bəzi gənclərə tövsiyəm odur ki, təhsil alsınlar, maariflənsinlər, dövlətin yaratdığı imkanlardan yararlansınlar və cəmiyyətə müsbət mənada özlərini təqdim etsinlər”

 

Müsahibimiz Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlidir:

-Mümkünsə, öncə rəhbəri olduğunuz təşkilat haqqında məlumat verərdiniz.

- Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) 2000-ci il 22 dekabr tarixində bir qrup gənc zabit tərəfindən yaradılıb.

Yarandığı gündən etibarən birlik bir sıra layihələrə imza atdı. Hərbi hissələrdə bir sıra görüşlər, məktəblərdə çoxsaylı tədbirlər keçirdi. Ən əsası KİV ilə birlik arasındakı əlaqələr xeyli sürətləndi və geniş vüsət aldı. 2002-ci ilin 15 noyabr tarixində mənim təsisçiliyimlə Birliyin “Hərbi And” adlı qəzeti nəşr edildi və ölkədə ilk müstəqil hərbi mətbu orqana çevrildi. O zamanlar ayda iki dəfə işıq üzü görən qəzet sonralar həftəlik nəşr olunmağa başladı və bütün hərbi hissələrə yayıldı. Qısa zaman kəsiyində ictimaiyyətin birliyimizə, mətbu orqanımıza qarşı böyük dəstəyini gördük. Sevindirici haldır ki, qısa zaman müddətində ölkədə tanındıq, qəbul olunduqbir sıra irimiqyaslı işlər həyata keçirdik. Bu işlərin nəticəsində orduyla bağlı yazılar yazan jurnalistlərin təşkilatı-Ordunun Dostları Mətbuat Klubu yaradıldı. BDU-nun elmlər doktoru, professor Leyla Gərayzadənin rəhbərliyi altında “Əsgər Analar Şurası”nı yaratmağa nail olduq. Bu günbiz bu işlərin davamı olaraq gənclər forumlarında, ölkədəki prezident, parlament, bələdiyyə seçkilərində ardıcıl şəkildə iştirak edir, müşahidələr aparır, bütün bu işlərə dəstək verir, QHT sektorunun, gənclər siyasətinin canlanma proseslərində öhdəmizə düşən vəzifələri lazımi səviyyədə icra edirik. Təbii ki, ölkədə də bu yöndə xeyli işlər görülüb. QHT-lərə dəstək şurası, cənab prezidentin yanında KİV-ə dəstək fondu yaradılıb. Uğurlu şəkildə həyata keçirilən bu işlərin daha bir nümunəsi kimi bu yaxınlarda Prezident yanında Gənclər Fondunun yaradılmasını qeyd edə bilərik. Bu tip proseslər bu gündavam edir və gələcəkdə də davam edəcək.

- Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?

- Azərbaycan dövləti çox uğurlu gənclər siyasəti həyata keçirir. Bu siyəsətin bünövrəsini qoyan ümummilli lider Heydər Əliyev elə hakimiyyətinın birinci dövründə gənclərə böyük diqqət və qayğı göstərib. Bunun nəticəsi olaraq gənclərin bir zamanlar mövcud olan vahid SSRİ-nin ayrı-ayrı ölkələrinin nüfuzlu universitetlərində təhsil almalarını, müəyyən peşələrə yiyələnmələrini təmin edib, gənclərin məşğulluq, mənzil probleminin həlli istiqamətində bir sıra işlərə imza atıb. Ulu öndər ikinci dəfə də hakimiyyətə qayıtdıqdan sonra bu yöndəki siyasətini uğurla davam etdirdi və vaxtilə sistemsiz olan gənclər siyasətini sistemləşdirdi. Belə ki, bu istiqamətdə gördüyü işlərin sistemli şəkildə icra edilməsi üçün 1994-cü ilin iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı, gənclər forumlarını təşkil etdi və gənclərlə bağlı qanunvericiliyi təkmilləşdirdi. Onun göstərişi ilə 1996-cı ildə isə Respublikada Gənclər Forumu keçirildi. Ümummilli liderin şəxsən özüforumda iştirak etdi, gənclərin irəli sürdüyü fikirləri dinlədi və söylənilən fikirlərə də öz münasibətini bildirdi. Ulu öndər gənclərə göstərdiyi diqqət və qayğının sübutu kimi, 1997-ci ilin 2 fevral tarixinin gənclər günü kimi qeyd edilməsinə göstəriş verdi. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən etibarən daim Gənclərə Dəstək olurbu yöndə bir sıra işlər həyata keçirir. Bu səpkidə reallaşan işlərin nümunəsi kimi cənab Prezidentin 100 milyondan artıq vəsait ayırdığı gənclər haqqında iki dövlət proqramını (2005-2009-cu il, 2011-2015-ci il) qəbul etməsini göstərə bilərik. Bundan əlavə, ölkə başçısı gənclərin mənzil probleminin həll edilməsi üçün İpoteka Fondunu yaratdı və ipoteka ilə bağlı şərtlərin yüngülləşdirilməsi, ölkədə bir milyondan artıq yerlərinin açılması, ölkə hüdudlarından kənarda gənclərin təhsil alması ilə bağlı göstərişlər verdi. Qeyd edək ki, hazırda həm regionların inkişaf proqramlarında, həm də digər proqramlarda gənclərlə bağlı müxtəlif sahələr var. Bu gün gənclər parlamentdə, dövlət qurumlarında təmsil olunur və dövlətin onlara göstərdiyi diqqəti lazımi səviyyədə dəyərləndirirlər. Qeyd edim ki, mən də şəxsən cənab Prezidentin qarşısında gənclər siyasəti ilə bağlı çıxış etmişəm. Bu istiqamətdə irəli sürdüyümüz təkliflər Prezident tərəfindən yüksək qiymətləndirilib.

-Gənclər siyasəti gənclərə öz potensialını üzə çıxarmaq üçün hansı imkanları verir?

- Azərbaycan dövləti gənclərə həm maddi, həm də mənəvi qayğı göstərir və bunu da Azərbaycan gəncliyi yüksək qiymətləndirir. Bu diqqət və qayğı gənclərin həm təhsil, həm səhiyyə, həm məşğulluq məsələsində öz əksini tapır. Hazırda elə bir sahə yoxdur ki, gənclər orada fəaliyyət göstərməsin. Hüquq-mühafizə orqanları, dövlətin mühüm sahələri, QHT-nin, mətbuatın böyük hissəsində gənc kadrlar çalışır. Bununla yanaşı, gənclər dövlət qurumları tərəfindən diaspor işlərini icra etmək və bu mühüm proseslər yaxından cəlb edilməsi üçün dəvət olunur. Dövlətin gənclərə diqqətinin digər nümunəsi kimi gənc sahibkarlarla bağlı ayrıca proqram təsis etməsini, gənc istedadlara, idmançılara diqqət istiqamətində bir sıra layihələr həyata keçirməsini göstərə bilərik.

-Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?

- Hazırda ölkədə bir qrup gəncin radikal müxalifətin, Azərbaycanın əleyhinə çıxış edən xarici qüvvələrin, müxtəlif dini qrupların təsir dairəsinə düşməsi təəssüfdoğurucu haldır. Azərbaycanın iqtisadiyyatının, ordusunun qüvvətlənməsi, uğurlu xarici siyasət yürütməsi, regionda söz sahibiBMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, böyük regional layihələr, “Eurovisionkimi böyük mədəniyyət tədbirinin, yüksək səviyyəli idman yarışlarının keçirilməsi, eləcə də 2015-ci il Avropa Olimpiya Oyunlarının ilk dəfə Azərbaycanda keçiriləcəyi bir sıra beynəlxalq dairələr, dövlətlər, qurumlar tərəfindən qısqanclıqla qarşılanır. Məhz ölkəmizin uğurunu istəməyən bu cür qüvvələr gənclərdən istifadə edib ölkə daxilində onları bəzi radikal çağırışlara yönəldir və nəticədə də bu gənclər pis vərdişlərin qurbanına çevrilir. Belə gənclərə tövsiyəmiz odur ki, təhsil alsınlar, maariflənsinlər, bilik və bacarıqlarını artırmaq üçün texnologiyaların verdiyi imkanlardan yararlansınlar, dövlət quruculuğunda öz lazımi xidmətlərini göstərib cəmiyyətə müsbət mənada özlərini təqdim etsinlər. Müxtəlif radikal, dini qrupların qurbanı olmaqdansa, bu cür addımlar atmaq daha məqsədəuyğun olar.

-Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu necə qiymətləndirirsiniz?

- Tarix boyu atalaroğullar arasında mübarizə hər zaman davam edibbu gündavam edir. Bəzi hallarda yaşlı nəsil deyir ki, gənclik bizim dövrdəki kimi deyil. Mən isə tamamilə əksinə düşünürəm. Müasir gənclik çox vətənpərvərdir. Beynəlxalq yarışlarda Azərycan bayrağını ölkə hüdudlarından kənarda dalğalandıran, “Eurovisionkimi mədəni tədbirin ölkəmizdə keçirilməsinin səbəbkarları məhz Azərbaycan gəncləridir. Bundan əlavə, Ramil Səfərovla Mübariz İbrahimov sübut etdilər ki, bu gün Azərbaycanda elə bir gənclik yetişib ki, onlar torpaqlarının işğal altında qalmasıyla heç zaman barışmayacaq. Mübariz İbrahimov sübut etdi ki, bir azərbaycanlı gənc yüzlərlə düşmən əsgərindən üstündür, bütünlükdə düşmən ordusuna bərabərdir. Bu, çox qürurverici haldır. Ramil Səfərov sübut etdi ki, Azərbaycanın bayrağını, eləcə də Azərbaycanın qürurunu təhqir etmək olmaz. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanda vətənpərvər, qeyrətli, şüurlu gənclik formalaşıb. Ümumiyyətlə, bu gün Azərbaycan ordusunda Mübarizlərin, Ramillərin sayı çoxdur.

- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?

- Bu sahədə Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, digər dövlət qurumları ardıcıl şəkildə bir sıra işlər görür. Həm orta məktəblərdə, həm də regionlarda çoxsaylı tədbirlər keçirilir. Belə ki, regionlarda bu səpkidə vətənpərvərlik klubları yaradılır, televiziyalarda bir sıra intellektual verilişlər yayımlanır. Bu prosesləri daha da inkişaf etdirmək üçün KİV-lə işlər genişləndirilməli, QHT-lər də bir sıra layihələrlə çıxış etməlidir. Təbii ki, bizimbu istiqamətdə bir sıra layihələrimiz var. Həm gənclərlə, həm də digər qurumlarla məktəbdə, mətbuatda, hərbi hissələrdə bir sıra işlər həyata keçiririk. Çünki gənclər həm çağırışa qədər hərbi xidmətə hazırlanmalı, həm də elə hərbi xidmət müddətində bu vətənpərvərlik onlarda yüksək şəkildə inkişaf etdirilməlidir. Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin orduya göstərdiyi diqqət nəticəsində hazırda orduda hərbi-psixoloji hazırlıq yüksək səviyyədədir. Onlar hansı düşmənlə üz-üzə olduğunu yaxşı bilir və dövlət də bu yöndə onlara olan qayğısını əsirgəmir. Buna baxmayaraq, bizbu işlərin sayını artırmalıyıq. İstər Milli Qəhrəmanların tanınması, Qarabağ əlilləri, müharibə veteranları, şəhid aillələri ilə tez-tez görüşlərin keçirilməsi, istərsə də qəhrəmanlıq tariximizin öyrənilməsi, Azərbaycanın qarşısında olan məsələlərin təbliğ edilməsi istiqamətində işləri artırmalı və sistemli, ardıcıl şəkildə aparmalıyıq.

Biz öz növbəmizdə mətbuat orqanları, yuxarıda adlarını çəkdiyim nazirliklərin iştirakı ilə həm məktəblərdə, həm də hərbi hissələrdə sistemli şəkildə bu işləri aparırıq və gələcəkdə də davam etdirəcəyik. Sonda onu demək istəyirəm ki, Azərbaycan gəncləri, ölkədə fəaliyyət göstərən gənclər təşkilatları, eləcə də Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə İş Şurası may ayının 13-ü cənab Prezidentin namizədliyini irəli sürüb. Prezidentin ölkə qarşısında gördüyü işləri, Azərbaycanın dünya arenasında söz sahibi olmasını, Azərbaycan iqtisadiyyatının, ordusunun qüvvətlənməsini, Azərbaycan gəncliyinə yaradılan şəraiti nəzərə alaraq ulu öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu siyasətin davam etməsini düşünürük. Bu siyasət Azərbaycanın ərazi bütövlüyünün qorunması, vətəndaşların təhlükəsiz yaşamasını təmin etməklə yanaşı, ölkədə sabitlik və inkişafın bərqərar olmasına səbəb oldu. Bizöz növbəmizdə görülən bütün bu işləri yüksək qiymətləndirərək cənab Prezidentin namizədliyini irəli sürdük. Qeyd edim ki, bizim təşkilat da bütün bu proseslərdə yaxından iştirak edir. Azərbaycan gəncləri də cənab Prezidenti hər zaman dəstəkləyir və özlərinin lideri hesab edir, bu uğurlu siyasətin gələcəkdə də davam etməsini arzulayır.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-16 may.-S.10.