“Azərbaycan həqiqətlərini, mədəniyyətini, incəsənətini təbliğ etməliyik”

 

Elza Bəkirova: “Ukrayna Azərbaycan Gənclər Birliyi bu ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır”

 

“Dnepropetrovsk rəhbərliyi hər bir tədbirdə Azərbaycan diasporunun və UAGB-nin vilayət təşkilatının fəaliyyətini xüsusi olaraq vurğulayır”

 

Layihə çərçivəsində müsahibimiz Ukrayna Azərbaycan Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirovadır:

-Elza xanım, bu günlərdə Bakıda “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu tədbirin iştirakçısı kimi konfransın əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Konfransın təşkil olunması istər Azərbaycan gəncləri, istər Ukrayna, istərsə də Rusiya gəncləri arasında elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrində birgə tədbirlərin keçirilməsi, hər üç ölkənin qabaqcıl gənclərinin qarşılıqlı şəkildə əlaqələrini daha da gücləndirməsi, müasirkreativ düşüncəli, savadlı gəncləri bir araya toplayaraq onlarla mütəmadi şəkildə fikir mübadilələrinin aparılması, onlara bu sahədə lazımi dəstəyin verilməsi və s. ilə bağlı beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə olunması baxımından müstəsna rola malik idi.

Keçirilən konfransda hər üç ölkə gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkələrin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, digər ölkələrdə yaşayan həmfikir gənclərlə fikir mübadilələrinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq, gənclərin potensialından ölkələrin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemlərində iştirakının gerçəkləşdirilməsi ilə bağlı geniş şəkildə elmi fikir mübadilələri aparıldı ki, bu da fikrimcə, olduqca təqdiredici haldır.

Konfransın ən mühüm önəmi isə Azərbaycanla bağlı həqiqətlərin çatdırılması idi ki, buna da deyərdim ki, çox yüksək səviyyədə nail olundu. Orada iştirak edən bütün gənclər keçirilən belə bir konfransdan olduqca məmnun bir şəkildə ayrıldılar. Onlar üçün Azərbaycan və onun paytaxtı Bakı, sözün həqiqi mənasında, nağıl kimi idi. Burada gənclərə göstərilən qayğı və diqqətə söz ola bilməzdi

- Sizcə, bu mötəbər konfrans dünyada yaşayan azərbaycanlı gənclərin bir-biri ilə əlaqələrinin qurulması və bu əlaqələrin güclənməsinə nə dərəcədə təsir göstərə bilər?

- Əslində, bu, bir addımdır. Bizim bir azərbaycanlı kimi xarici ölkə gəncləri ilə bərabər şəkildə bu konfransa dəvət almağımız çox müsbət hal idi. Biz yaşadığımız xarici ölkədə ölkəmizi və onun problemlərini işıqlandırmağa çalışırıq. Bu konfransda da bizim daha çox qabartdığımız məsələ məhz bu kimi problemlər ilə bağlı idi. Təbii ki, bu, müsbət addımdır. Bu, Azərbaycan gəncliyinə, ölkəmizin gələcəyinə olan qayğıdır. Bu, gənclər arasında münasibətlərin müsbət aurada inkişaf etdirilməsinə olan qayğıdır. Tədbir çərçivəsində biz ölkəmizdə fəaliyyət göstərən aktiv gənclərimiz ilə də tanış olub, onlarla əlaqələr qurduq. Bu, bizim xaricdə təmsil olunmağımız baxımdan, Azərbaycanla bağlı həqiqətlərin yaşadığımız ölkə ictimaiyyətinə, ən ümdəsi isə gənclərinə çatdırılması baxımdan olduqca mühüm bir addımdır. Məhz buna görə belə bir beynəlxalq konfransı təşkil etdiyi üçün həm ölkə rəhbərliyinə, həm də konfransa ev sahibliyi edən Qaradağ Rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlığımı bildirirəm.

- Yəqin ki, bu, Bakıya birinci səfəriniz deyil. Budəfəki səfərinizdə Bakı şəhərində nə kimi dəyişikliklər müşahidə etdiniz?

- Bakımız demək olar ki, həm böyüyüb və həm də gözəlləşib. Biz Bakıda keçirilən konfranslara tez-tez qatılırıq. Gördüyümüz dəyişikliklər bizi, sözün həqiqi mənasında, heyrətə gətirdi. Parklar, xiyabanlar, ornamentli binalar Bakıya müdhiş gözəllik verir. Dənizkənarı parka isə söz ola bilməzdi.

Bakıya gəzintiyə çıxdığımız gündə belə, Bakıda quruculuq işləri gedirdi. Bu isə o deməkdir ki, biz birbu şəhərə gəldiyimiz zaman onu daha da fərqli və daha da gözəl görəcəyik.

Xarici gənclərlə bərabər şəkildə Bakını gəzməyə çıxdığımız zaman özümüzdən asılı olmayaraq qürur keçirirdik, fəxr edirdik. Fəxr edirdik ki, biz belə bir Vətənin övladlarıyıq.

Bu gün ölkəmiz həm inkişaf edir və həm də güclənir. Sevindirici haldır ki, Azərbaycan öz sözününöz hökmünün ağası olub. Ölkədə quruculuq və abadlıq işləri gedir. İnsanlar rahat və asudə yaşayır. Buna görə bir daha ölkə rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk.

-Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın birliyi üçün ardıcıl olaraq tədbirlər görməkdədir. Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması da bu məqsədə xidmət edir. Necə hesab edirsiniz, bu prosesdə, yəni Azərbaycanın dünya ölkələrində təbliği baxımından xaricdə yaşayan gənclərimizin üzərinə hansı vəzifələr düşür?

- Görülən bütün işlər və atılan hər bir addım, təbii ki, ölkə mənafeyinə xidmət edir. Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması da bu yönlü addımlardan biridir.

Bu gün ölkənin xarici siyasətində prioritet olan mövzu, təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Ölkə rəhbərliyi bu məsələnin həlli üçün yorulmadan böyük güc sərf edir, danışıqlar aparır. Bununla bərabər, ölkənin hərbi qüdrətini artırır, diaspor fəaliyyətinə daha çox önəm verir. Bunlar mühüm amillərdir və çox düzgün seçilmiş xarici siyasət kursudur.

Ona görə də bu məsələ ölkəni təmsil edən gənclər üçünprioritet bir mövzudur.

Bu gün hər bir Azərbaycan gəncini düşündürən məsələ də məhz bu amildir. Tezliklə işğal altında olan torpaqlarımız işğaldan azad edilsin, Azərbaycana qarşı haqsız bir şəkildə sərgilənən ikili siyasətə son qoyulsun.

Təəssüflər olsun ki, çağdaş dünyamızda işğalçını öz adı ilə çağırmırlar. Məhz bu istiqamətdə bizim görə biləcəyimiz işlər daha çoxdur. Bu gün Azərbaycanın təbliğ olunması-Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğ olunması sahəsində mühüm addımların atılması da olduqca vacib olan məqamlardandır. Düşünürəm ki, ölkə gəncliyinin bu istiqamətlərdə təşkilatlanaraq, aktiv şəkildə fəaliyyət göstərməsi daha mühümdaha aktualdır

-Sizin rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti haqqında da məlumat verərdiniz. Təşkilat Ukraynanın ictimai-siyasi həyatında fəal rol oynaya bilirmi?

- Rəhbərlik etdiyim Ukrayna Azərbaycan Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatı bu gün ən öndə gedən təşkilatlardan biridir.

Böyük qürurla qeyd etmək istərdim ki, 24 aprel 2010-cu il Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə ilk dəfə olaraq Ümumukrayna Azərbaycanlı Gənclər Forumu keçirilib. Foruma isə Ukraynanın 19 regionundan 800-dən çox gəncimiz qatılmışdı. Məhz bu forumda Ukrayna Azərbaycan Gənclər Birliyi yaranıb. O zaman UAGB sədri vəzifəsinə Anar Tahirov seçilmişdi. Bu isə forumun işinə böyük təkan verdibundan sonra azərbaycanlı gənclər demək olar ki, Ukraynanın bütün vilayətlərində əməli fəaliyyətə başladılar.

Təşkilatımızın aktivliyi sayəsində üç il ərzində 100-ə yaxın tədbir keçirilib. Keçirilən tədbirlər isə bir qayda olaraq azərbaycanlı gənclərlə yanaşı, Ukrayna gənclərinin və ictimaiyyətinin də xüsusi diqqət mərkəzində olur və rəğbətlə qarşılanır. Gördüyümüz işlərlə bağlı çox danışmaq olar. Bir sözlə, təşkilatımız nəinki Dnepropetrovsk vilayətinin ictimai-siyasi həyatında fəal rol oynayır, eləcə də Ukraynada çox mühüm işlər görür. Məhz bunun nəticəsidir ki, Dnepropetrovsk rəhbərliyi hər bir tədbirdə Azərbaycan diasporunuDnepropetrovskda fəaliyyət göstərən UAGB-nin fəaliyyətini xüsusi olaraq vurğulayır və bu fəaliyyətimizlə bağlı ictimaiyyətə geniş məlumatlar verir.

- Ukraynadakı diaspor təşkilatlarımız, o cümlədən gənclər təşkilatlarının bir-birilə əlaqələri hansı səviyyədədir? Onlar öz fəaliyyətlərini necə koordinasiya edirlər?

- Vaxtilə əlaqələr qurulubbu əlaqələr getdikcə daha da güclənmək üzrədir. Sevindirici haldır ki, Diasporla İş üzrə Dövlət Komitəsi də Ukraynadakı diaspor qurumları ilə aktiv şəkildə əməkdaşlıq edir. Bu əslində dövlətin yürütmüş olduğu xarici siyasət və diaspor fəaliyyətinin nəticəsi olaraq ortaya çıxır. Koordinasiyanın mərkəzləşmiş qaydada təşkili daha effektlidir. Bir sözlə, nəticəyə daha tez nail olunur. Bu, gələcək işlərimizin də irəli götürülməsi baxımından çox yaxşı haldır.

 

 

Anar Miriyev

 

Palitra.-2013.-18 may.-S.11.