“Hər bir gəncin milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynamalıdır”

 

Şahin Nəbiyev: “Sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirib”

 

Layihə çərçivəsində Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri, eyni zamanda “Gənclərin İqtisadi, Sosial və Mənəvi inkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin üzvü Şahin Nəbiyevlə müsahibəni təqdim edirik:

Müsahibimiz Şahin Nəbiyev 1975-ci ildə anadan olub. Maliyyə-İqtisad Kollecini, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə Şirvan Şəhər İcra Hakimiyyətində iqtisadçı işləməklə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Milli Məclisində deputat köməkçisi, Rumıniyanın “UTİ GROUP” şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru olub. Hazırda isə Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri, eyni zamandaGənclərin İqtisadi, Sosial Mənəvi inkişafına Yardımİctimai Birliyinin idarə heyətinin üzvüdür.

-Şahin müəllim, idarə heyətinin üzvü olduğunuz QHT vaxt yaradılıb fəaliyyət istiqamətləri hansılardır?

- “Gənclərin İqtisadi, Sosial Mənəvi inkişafına Yardımİctimai Birliyi 2006-cı ildə yaranıb Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. QHT-nin əsas fəaliyyət istiqaməti gənclərin təşəbbüslərinin dəstəklənməsi, milli-mənəvi inkişafına yardım, regionda mövcud olan sosial problemlərin həllinə köməklik sosial-iqtisadi inkişafa lazımi yardımlar göstərməkdir.

- Milli-mənəvi dəyərlərin qorunması yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımından dərəcədə əhəmiyyətlidir?

- “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq gənc nəsli əsrlər boyu böyük sınaqlardan çıxmış bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”-bu müdrik sözlər, dəyərli fikirlər ulu öndər Heydər Əliyev tərəfindən deyilib.

Tarix sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli ideologiya böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin, milli mənafeyin müdafiə edilməsi, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın haqlarının ümumbəşəri tələblər səviyyəsində qorunması, milli azlıqların etnik qrupların dilinin, mədəniyyətinin, adət-ənənələrinin inkişafına şərait yaradılması, idarəedici orqanlarda onların düzgün təmsil olunması s. amillər mühüm yer tutur.

Müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma ziddiyyətlər hər bir xalqın milli-mənəvi dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirib. Hər bir Azərbaycan vətəndaşı mədəniyyətimizin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkməlidir.

Xalqın milli-mənəvi, mədəni elmi-intellektual potensialının gücləndirilməsi hər bir ziyalının məqsədi olmalıdır. Bu isə millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində son dərəcə həlledici amildir.

Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan verməkdədir. Gənclərə zəngin mənəvi duyğulu vətənpərvər kimi yetişmələrində Mübariz İbrahimov kimi qəhrəmanlarımızın mətinliyi, qorxmazlığı, ölməzliyi nümunə göstərilməlidir.

- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?

- QHT-nin yarandığı dövrdən hazırkı zamana qədər bu mövzuda bir çox lahiyələr həyata keçirmişik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyiləGənclərin zərərli vərdişlərdən çəkinməsi üçün davranış qaydalarının formalaşmasına dəstəklayihəsi, Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin maliyyə dəstəyiləGənclərin asudə vaxtının təşkilində milli-mənəvi dəyərlərin rolu hazırda həyata keçirdiyimiz Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşənRumıniyada Serbiyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün uşaq gənclərin rəsm əsərlərinin sərgisinin təşkililahiyəsidir.

- Sizin fikrinizcə, hazırda bu istiqamətdə hansı işlər görülməlidir?

- Bu gün Azərbaycan QHT-lərinin əsas amalı, ideyası Vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etmək olmalıdır. Bu baxımdan ölkə QHT-lərinin qarşısında bir sıra mühüm vəzifələr durur. İlk öncə ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr muzeylərinin, eləcə mədəniyyət incəsənət xadimlərimizin yerli xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə layihə fəaliyyətləri gücləndirmək, daha da təkimilləşdirmək lazımdır. Qeyd etməliyik ki, bəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili s. istiqamətlərdə layihələr icra etməkdədirlər.

- Bu tip işlərin həyata keçirilməsində dövlət QHT-lərlə əməkdaşlıq edirsinizmi?

- Bu gün QHT-lərin beynəlxalq yerli əməkdaşlığı çox aktualdır. Bizim əsas məqsədlərimizdən biri bu tip əməkdaşlıqları genişləndirmək inkişaf etdirməkdir. Bu əməkdaşlıqlar beynəlxalq təcrübənin Azərbaycana gətirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Yerli QHT-lər öz potensiallarının artırılması üçün bu kimi resurslardan lazımi səviyyədə istifadə etməlidir.

- Gənc nəslin bu sahəyə marağı necədir?

- QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında Milli qəhrəmanlarımızla bağlı layihələrə yer ayırmağı unutmamalıdırlar. Belə ki, milli qəhrəmanlarımızla bağlı layihələrin icrası onların təbliği vətəndaşlarımızın, xüsusən yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, milli-mənəvi dəyərlərin qorunması ilə məşğul olmaq, onu təbliğ etmək imkanında olan QHT-lər işlərini praktik qurmalıdır. onlar bu istiqamətdəki fəaliyyətlərində mövcud imkanlardan maksimum yararlanmalıdırlar. Hər bir gəncin mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynamalıdır.

- Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

- Fikrimcə, günümüzdə dövlətlə bərabər, QHT-lərin işinin əsas qayəsi vətəndaşlar arasında mədəni milli-mənəvi dəyərlərin yayılmasına kömək etmək olmalıdır. Təəssüf hissi ilə deməliyik ki, mili-mənəvi, mədəni dəyərlərin təbliğində QHT-lərin işlərində bir sıra nöqsanlar çatışmazlıqlar mövcuddur. Bəzən bir sıra QHT-lər tərəfindən mədəni, milli-mənəvi dəyərlərin təbliğinə, demək olar ki, heç bir əhəmiyyət verilmir. Azərbaycan mədəniyyətinin təbliği, mədəni inkişaf siyasəti təkcə dövlətlə məhdudlaşmır, bu siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lərin üzərinə böyük məsuliyyət düşür. Bu gün vətəndaşlarımızın milli ruhda tərbiyəsi, dövlətlə bərabər, QHT-lərin prioritet istiqamətlərindən biri olmalıdır. Bir şeyi qeyd etmək lazımdır ki, QHT-lərin inkişafı barədə dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanan konsepsiyada milli-mənəvi dəyərlərin qorunması təbliği, vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlər öz əksini tapıb. Xalqımızın zəngin mədəniyyəti tarixi var. Vətəndaş cəmiyyətinin aparıcı institutu kimi QHT-lər heç zaman unutmamalıdırlar ki, bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir.

- Perspektivdə hansı layihələr gözlənilir?

- Gənclər İdman Nazirliyi tərəfindən gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2013-cü il üçün elan olunmuş müsabiqədə iştirak üçünGənclərdə kitab virtual mütaliəyə marağın artırılmasıadlı layihə təqdim etmişik müsabiqənin nəticələrini gözləyirik.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-23 may.-s.11.