“Universitet-sənaye əməkdaşlığını təmin edən ekosistem formalaşdırılmalıdır

 

İsa Qasımov: “Texnoparkların inkişaf etdirilməsində universitetlərin rolunu ön plana çəkmək lazımdır”

 

Müsahibimiz Qafqaz Universiteti Texnoparkının direktoru dr.İsa Qasımovdur. O, bizimlə söhbətində universitetdə fəaliyyət göstərən texnoparkların fəaliyyət prinsipləri və səmərəliliyindən danışdı.

-İsa müəllim, öncə sizin direktoru olduğunuz texnopark barəsində fikirlərinizi bildirərdiniz.

- Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Bu məqsədlə iki dəfə Türkiyəyə qrup halında işgüzar səfər edilib ki, bu zaman ODTU, İstanbul Universiteti, Yıldız Texnik Universiteti, Boğaziçi Universiteti, Kocaeli Universiteti, Hacıtepe Universiteti, Bilkent Universiteti, Düzce Universiteti kimi güclü universitetlərin texnoparklarında geniş tərkibli müşahidələr aparılıb. 09-10 May 2013-cü il tarixlərində Düzcə Universitetində keçirilən “Universitet - Sənaye əməkdaşlığının cəmiyyətə faydaları” ÜSIMP 2013 VI ulusal konqresində iştirak edərək təcrübə mübadiləsi aparılıb. Qafqaz Universitetinin texnoparkı formalaşdırılarkən Türkiyə ilə yanaşı, İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən də istifadə edilib. Lakin qeyd etməliyik ki, texnoparkımız əsasən ODTU-nin texnopark təcrübəsinə daha çox əhəmiyyət verir. 2013-cü ilin yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı.

- Ümumiyyətlə, texnoparkları necə xarakterizə edərdiniz?

- Texnoparklar birya bir-neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşaya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur. Texnoparkda fəaliyyət göstərən şirkətlərə, universitet innovativ elmi nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Belə desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu (şirkətlərlə ortaq fəaliyyəttlər və s.) innovativ fəaliyyərləri təmin edən məkandır. Başqa sözlə, texnoparklar insan kapitalı sürətli inkişaf etdirən quruluşlar olub, yüksək texnologiyaları istehsal edən quruluşlardır. Bu isə universitetlərin tərkibində daha aktiv olacaqdır.

Qeyd edim ki, texnoparklar əsasən, inkubasiya mərkəzi, texnoloji əməkdaşlıq ofisi, texnoloji transfer ofisi, universitet-sənaye əməkdaşlığından ibarətdir. Texnoparklarla bağlı yüksək texnologiyalar istehsalının dörd təməl tərəfi var: araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü, yetərli məlumat bazası, yetərli maliyyə dəstəyi, proqramlı bir şəkildə elmi tədqiqatların aparılması.

Texnoparkın hədəfləri isə müxtəlif standartlarla izah edilə bilər. Dünya standartlarına görə texnoparkın hədəfləri aşağıdakılardır: universitetlərin təhsil, tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək daha səmərəli nəticələr əldə etmək, sənayenin rəqabət gücünü artırmaq, yüksək texnologiyalara əsaslanan regionaliqtisadi inkişafı sürətləndirmək.

Bundan başqa deyə bilərəm ki, texnoparkların qurulmasının əsas məqsədi aşağıdakılardır: Yüksək texnologiyalara əsaslanaraq inkişaf etdirilən sənaye sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin həyata keçirilməsi, təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə səmərəliliyin artırılması, beynəlxalq arenada rəqabət gücünün yüksəldilməsi.

Onu da vacib qeyd etmək lazımdır ki, universitet-texnopark vəhdəti təmin olunmalıdır. Bu, aşağıdakı kriteriyalarla ölçülə bilər: universitet-texnopark vəhdətində formalaşan ekosistem İnkubasiya mərkəzlərində yeni ideyaların inkişafına zəmin verəcək.

Universitet-texnopark vəhdətində formalaşan ekosistem innovativ yanaşmanın- StartUp-ların inkişafı təmin ediləcək. Tələbələrin (magistrya doktorant) əmək bazarının, eləcə də sosial-iqtisadi-ictimai-siyasi inkişafın tələblərinə uyğun hazırlanacaq. Layihə çalışmalarında rol alan tələbə qruplarına, eləcə də texnoparkda fəaliyyət göstərən şirkətlərə mütəxəssis dəstəyi verən professor-müəllim heyətinin yeni-yüksək texnologiyaların tələbələrinə uyğun inkişafı təmin olunacaq.

- Universitetlərimizdə texnoparkların fəaliyyəti yenidir. Bu məsələdə nələr çatışmır?

-Bu sahə Azərbaycanda yenidir. Ona görə də ilk növbədə, beynəlxaq təcrübə öyrənilməlidir. Bununla bərabər, aşağıdakıların nəzərə alınması vacibdir: Universitetlər bu prosesə hazır olmalıdırlar. Universitet-sənaye əməkdaşlığının aktuallığı inkişaf etdirilməlidir. Texnoparkların inkişaf etdirilməsi üçün əlverişli mühit formalaşdırılmalıdır. Şirkətlərin texnoparklarda fəaliyyətinə zəmin verən təşviqedici qanunvericilik təmin edilməlidir. Yəni texnoparkda fəaliyyət göstərən şirkətlərə buradakı fəaliyyətinə görə vergi, gömrüks. kimi güzəştlər təmin edilməlidir. Həmçinin inkişafı təmin edən elmi tədqiqat işlərinə xüsusi əhəmiyyət verilməlidir. İnkişafı təmin edən elmi-tədqiqat işləri ortaya qoya bilən şəxs və ya qruplara dövlət dəstəyi ciddi şəkildə artırılmalıdır. Texnoparkların universitetlərin tərkibində inkişafı təmin edilməlidir. Universitet-sənaye əməkdaşlığını təmin edən ekosistem formalaşdırılmalıdır.

- Son zamanlarda universitetlərdə texnoparkların yaradılması işinə dövlət xüsusi diqqət yetirir. Bu sahədə görülən işləri necə dəyərləndirərdiniz və bu məsələdə hansı təklifləriniz var?

- Dövlətin bu istiqamətdəki yanaşması təqdirəlayiqdir. Əslində bu proses cənab Prezident İlham Əliyevin “Neft kapitalı insan kapitalına çevrilməlidir” və yaQeyri-neft sektoru inkişaf etdirilməlidir” deyə qoyduğu hədəfləri təmin etmək üçün ən vacib addımlardan sayılmalıdır.

Təkliflərimi yuxarıda qeyd etdim. Amma təklif olaraq vurğulamaq istədiyim önəmli məqam odur ki, texnoparkların inkişaf etdirilməsində universitetlərin rolunu ön plana çəkmək lazımdır. Çünki texnoparkların fəaliyyətində yüksək texnologiyalar istehsalının dörd təməl tərəfi var: araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü, yetərli məlumat bazası, yetərli maliyyə dəstəyi, proqramlı bir şəkildə elmi-tədqiqatların aparılması.

Qeyd olunan 4 əsas məqamın 3-ü universitetlərdə formalaşır. Universitet-texnopark vəhdətində isə bu daha səmərəli nəticələri ilə dövlətin ya cəmiyyətin inkişafına səbəb olacaq.

- Sizcə, universitetlər bu məsələdə təcrübə mübadiləsində nəyə diqqət yetirməlidirlər?

- Bu sahədə uğur qazanmış ölkələrin təcrübəsi öyrənilməli tətbiq olunmalıdır. Məsələn, ABŞ, Türkiyə, RF, İsveç s. kimi ölkələrin təcrübəsi öyrənilməlidir. Ciddi hədəflər qoyulmalı prosesin monitorinqi təmin edilməlidir.

Nəzərə almalıyıq ki, dünyada ən çox valyuta tutumlu sahə elmdir. Elmin inkişafını ehtiyacların təmin edilməsi istiqamətində qurmalıyıq. Bu proses universitet-texnopark vəhdətində səmərəli nəticələr verəcək. Çox pul sərf olunan bu sahə ölkənin ümumi inkişafında ciddi rol oynamaqla yanaşı, sərf etdiyindən çox valyuta qazanmasına səbəb olacaq. Bunu ABŞ təcrübəsində aydın görmək olar.

- Təhsil sistemində bu məsələ ilə bağlı hansı dəyişikliklərə ehtiyac var?

- Təhsil sistemində aparılan işlər konkret olaraq dövlətin, cəmiyyətin, dünyasının ehtiyaclarının təmin olunmasına (problemlərinin həllinə) yönəlməlidir bu birtərəfli deyil, universitet-dövlət-cəmiyyət-sənaye əməkdaşlığı müstəvisində qurulmalıdır.

- Texnoparklarda hansı istiqamətlər üzrə tədqiqatlar fəaliyyət aparılmalıdır?

- Burada texnoparkların hədəf məqsədlərini qeyd etdim. Bunların əsasında da fəaliyyət tədqiqatlar aparılmalıdır. Qeyd olunanlar əsasında ölkənin maraqlarını əks etdirən tədqiqatlar təmin edilməlidir.

 

İlkin AĞAYEV.

 

Palitra.- 2013.- 25 may.- S.7.