“Sloveniyada Azərbaycanı
çox yaxşı tanıyırlar”
Günel Həsənova: “Mehdi Hüseynzadə ilə bir
diviziyada vuruşanlar onun qəhrəmancasına vuruşmasından çox qürur duyurlar”
Müsahibimiz
Günel Həsənova Rusiyanın Sankt-Peterburq şəhərində
anadan olub. Sonra Azərbaycana dönüb, orta və ali təhsil
alıb. Bakı Slavyan Universitetində filologiyanın rus dili və
ədəbiyyat üzrə bakalavr pilləsini bitirib. Daha sonra
Polşa dövlətinin “Gənc Alimlər” proqramında təqaüd
qazanıb, bir il Lodz şəhərində Beynəlxalq
münasibətlər fakültəsində oxuyub, “Azərbaycan
və Polşanın arasında mədəniyyət əlaqələri”
haqqında elmi iş yazıb. Proqramı bitirdikdən sonra,
Polşada magistratura pilləsinə imtahan verib, elə həmin
il Vroclav Universitetinin Polyak-rus tərcümə fakültəsinə
daxil olub. Magistraturanın ikinci ilinin birinci
semestri təhsilini
Erasmus proqramı ilə
Sloveniyada davam etdirib. Özü Dünya
Azərbaycanlı Gənclər
Birliyinin, həmçinin
Avstriyada olan Azərbaycan Akademik Assosiasiyasının Sloveniyadakı
nümayəndəsidir. Həmçinin bu yaxınlarda onu Azərbaycan və Sloveniya arasında biznes əlaqələrinin məsləhətçisi
kimi dəvət ediblər.
-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi
üçün hansı
perspektivi var?
- Ən azından
Azərbaycanı tanıtdırmaq,
bəzi həqiqətləri
demək, mədəniyyətimizi
göstərmək gənclərin
üzərinə düşür. Bəzi xarici
tələbələr hələ
də Azərbaycanı
Rusiyanın bir hissəsi kimi tanıyır və bu, xoşagəlməz haldır.
- Sloveniyada azərbaycanlıların sayı
çoxdurmu?
- Sloveniyada, bildiyimə görə, yeganə azərbaycanlılar özüm
və tanıdığım
azərbaycanlı səfirliyimizin
nümayəndəsidir. Bəlkə də
ölkə içində
azərbaycanlı var,
amma onlar haqda heç bir məlumatımız yoxdur.
-Gənclərimiz
diaspor sahəsində
aktivlik göstərirlərmi?
- Sloveniyada tək azərbaycanlı gənc olduğum üçün
çalışıram aktiv
olum. Dünya Azərbaycanlı Gənclər Birliyi (DAGB) Azərbaycanın təbliğatı
üçün əlindən
gələn bütün
köməkliyi edir.
Məsələn, Sloveniyanın əsas
kitabxanasında cəmi
9 kitab var və DAGB oraya kitab hədiyyə etməyə qərara gəlib.
-Günel xanım, Sloveniyada gənclərlə bağlı
hansı fəaliyyət
göstərirsiniz? Azərbaycanın əlamətdar günləri
ilə bağlı orada tədbirlər keçirilirmi?
- Sloveniyada çalışıram
həm yerli, həm xarici tələbələrə Azərbaycanı
tanıtdırım. Fevral ayında,
universitetin rektorundan icazə alıb orada Xocalı faciəsinin ildönümü
ilə bağlı tədbir keçirdik.
Bundan başqa, carı ilin 21-22 may tarixlərində Sloveniyada
Azərbaycanın Respublika
Gününə həsr
olunmuş tədbirlər
keçirildi. Tədbirdə Sloveniyanın dövlət
və hökumət rəsmiləri, bu ölkədə akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri,
eləcə də işgüzar dairələrin
təmsilçiləri iştirak
edirdilər.
Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyadakı səfiri Qalib İsrafilov tədbirin açılışında çıxış
edərək qonaqları
salamladı, ölkəmizin
ötən əsrin əvvəllərində müstəqillik
uğrunda mübarizəsi,
1991-ci ildə müstəqilliyin
bərpasından sonra
respublikamızda gedən
proseslər və əldə olunmuş uğurlardan danışdı.
Mərasimin bədii hissəsində
Azərbaycandan dəvət
olunmuş Bakı Xoreoqrafiya Məktəbinin
“Bakı ulduzları” ansamblı, İtaliyanın
Milan şəhərində təhsil alan
opera müğənnisi Elçin
Hüseynov çıxış
etdilər. Azərbaycan milli rəqsləri
və Azərbaycan bəstəkarlarının klassik
əsərləri qonaqlar
tərəfindən çox
maraqla qarşılandı.
Tədbir çərçivəsində, həmçinin Azərbaycanın
dilbər guşələrinin,
Bakının görməli
yerləri və insanların əks olunduğu fotoşəkillər
nümayiş etdirildi.
-Ümumiyyətlə,
Azərbaycanı Sloveniyada
necə tanıyırlar?
- Azərbaycanı çox yaxşı tanıyırlar.
Qəzet
və jurnallarda bir neçə dəfə Azərbaycan haqda məqalə çıxıb və orada Azərbaycandan varlı, güclü və perspektivli bir ölkə kimi bəhs ediblər. Azərbaycanın və Sloveniyanın
keçmişi eynidir.
Çünki hər iki ölkə 1991-ci ildə müstəqilliyini qazanıb.
Habelə bu il Sovet İttifaqı
Qəhrəmanı Mehdi
Hüseynzadənin (Mixaylo)
abidəsi ucaldılıb,
Sloveniyanın Nova Qoritsa
şəhəri və
bizim Oğuz şəhərimiz qardaşlaşıblar.
-Sloveniya Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin son döyüşdüyü
ərazilərdir. Onun
haqqında orda nə dərəcədə
məlumatlıdırlar?
- Nova Qoritsa yaxınlığındakı
Şempas kəndində
Mehdi Hüseynzadənin
ev muzeyi və həmçinin abidəsi var. Və Nova Qoritsanın icra hakimiyyətinin saytında
xüsusi olaraq turizm bölməsində onun haqda məlumat
yerləşdirilib. Slovenlər
Mixaylonu öz qəhrəmanları sayırlar.
Onlarda belə bir ifadə var: “Mixaylo həm
sizin, həm də bizim qəhrəmandır”.
Həmçinin dağlarda
Çepovan kəndində
ona qoyulmuş memorial lövhə var. Bir məsələni də qeyd etmək istərdim ki, sloven yazıçısı
Peter Amaletti keçən
il Mehdi Hüseynzadə haqqında
2 cildli roman yazıb. Romanda Mehdinin həyatı haqqında yazılıb. Hazırda kitablar tərcümə olunur. Həmçinin bu il Mehdi
Hüseynzadənin 95 illik
yubileyidir.
-Mehdi Hüseynzadənin döyüşçü
yoldaşlarından indi
orda sağ qalanı varmı?
- Yuxarıda qeyd etdiyim tədbirin ikinci günü Nova Qoritsada keçdi və oraya Sloven-Azərbaycan
Dostluq Cəmiyyətinin
üzvləri də gəlmişdi. Həmin üzvlərdən ikisi Mehdi Hüseynzadə ilə bir diviziyada
vuruşub. Onlar Mehdinin belə qəhrəmancasına vuruşmasından
çox qürur duyurlar. Mehdinin 25 yaşında bir neçə dil bilməsi, rəssam olması və musiqi alətlərində
ifa etməsindən danışdılar.
Fuad HÜSEYNZADƏ
Palitra.- 2013.-28 may.- S.9.