“Uşaqlara mütaliəni
sevdirmək lazımdır”
Kurikulum Mərkəzində ədəbiyyat
üzrə işçi qrupun
üzvü Məlihə Əsədova:
“İndiki
gənclər kitaba həvəs göstərmirlər,
bunun üçün
də
sinifdənxaric oxunu çox təşkil
etməyə üstünlük verilməlidir”
Təhsilin
inkişafı hər bir ölkədə inkişaf
konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan
da bu ölkələr sırasındadır. Dövlətin təhsil
siyasəti ölkənin gələcək inkişafı
üçün sağlam təməl formalaşdırıb.
Bu siyasət çərçivəsində həm ölkədə
təhsilin səviyyəsini qaldırmaq, həm də bu sferada
infrastruktur, maddi-texniki bazanı möhkəmləndirmək
prioritet istiqamətlərdəndir. Ölkəmizdə son illərdə
təhsilin inkişafı ilə bağlı həyata
keçirilən tədbirlər deməyə əsas verir ki,
Azərbaycan öz gələcəyini daha etibarlı və
inamlı görmək əzmindədir. Təhsilin
inkişafına göstərilən diqqət və
qayğı onu göstərir ki, bu mühüm amil son
dövrlərdə dövlət siyasətinin mühüm
prinsipləri sırasına daxil edilib. Təsadüfi deyil ki,
son bir neçə ildə - XXI əsr Azərbaycanında əsl
təhsil bumu yaşanıb. Ölkəmizdə
çoxsaylı məktəb binası tikilir, bir çox məktəb
binaları üçün yeni korpuslar inşa olunub. Bu proses ən
ucqar bölgələrimizi də əhatə edir. Məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
də mühüm işlər görülür. Heydər Əliyev
Fondunun dövlət səviyyəsində həyata
keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək
göz önündədir. Təhsilin inkişafında müəllimlərin
rolu danılmazdır. Müsahibimiz Nəsimi rayonu 111 saylı
tam orta məktəbin müəllimi, kurikulum üzrə 5-ci
siniflər üçün proqram müəllifi, Azərbaycan
dili üzrə həmmüəllif, Kurikulum Mərkəzində
ədəbiyyat üzrə işçi qrupun üzvü Məlihə
Əsədovadır:
-Ölkədə həyat keçirilən təhsil islahatını çox bəyənirik. Məktəbdə təchizatla bağlı heç bir problem yoxdur. Yeni ağıllı lövhələr, kompyuterlə təminat çalışmaq üçün böyük həvəs yaradır. Bundan başqa məktəblərdə kurikulumun tətbiq olunması şagirdlərdə nitqin inkişafına səbəb olub. Sərbəst fikir yürüdürlər, böyük bir fəallıq hiss edirik. Ənənəvi üsuldan fərqli olaraq indi şagirdlər bu üsulu daha çox bəyənirlər, daha aktivdirlər, fikir yürütmələri onlarda böyük üstünlüyə səbəb olur. Eyni zamanda müəllimlərin də artıq dərsə münasibəti dəyişib. Yəni, daha çox yaradıcı müəllimlər üzə çıxardılır. Mən təlimlərdə iştirak edərkən kurikulumla bağlı müəllimlərdə nə qədər inkişafın olduğunu görürəm. İlk öncə ənənəvi təhsili dəstəkləyirlər, sonra yeniliyi gördükdə onlarda həvəs yaranır. Yaşlı nəsil bir qədər yeni islahatları bəyənmir, onlara çətin gəlir. Amma sonra özləri də bəyənərək ən fəal müəllimlər olurlar. Kurikulumla bağlı kurslara getmədən öncə sanki nəsə axtarırdım, ama bilmirdim, ancaq Kurikulum mərkəzində kursa getdikdən sonra orada qərara gəldim ki, axtardığım məhz bu imiş. Ondan sonra çevrəmin genişlənməsi, təlim keçmə fəaliyyəti mənim həyatımda yaşıl bir işıq yandırdı. Hətta elə həvəsləndim ki, “İlin müəllimi” layihəsinə qatılmışam. Artıq özümdə böyük bir inam, güc hiss etdim ki, mən bu işi görməyi bacararam. Ümid edirəm ki, bu müsabiqədə qalib olacam. Artıq müəllim kimi 13 il, təlimçi kimi isə 2 ildir ki, fəaliyyət göstərirəm. Hər zaman istəyirəm ki, yenilikləri öyrənim. Bu bizim dünyagörüşümüzə çox təsir edib.
- Gənc müəllim
kimi 5-7-ci sinif
şagirdləri ilə çalışmaq çətinlik
yaradırmı?
- Mən peşəyə gələndə ilk olaraq fikirləşirdim ki, bu peşə mənə görə deyil. Ancaq indi psixologiyam dəyişib, özümü artıq bir psixoloq kimi bilirəm. Şagirdlərə münasibətdə, ünsiyyətdə artıq ən çətin şagirdi belə ələ almağı bacarıram. Şagirdlərimə gəldikdə isə doğrudur, indi uşaqlar daha qaynar olublar. Bu, bütün siniflərin problemidir. Əslində bu, məni çox narahat edir. Uşaqlara mütaliəni sevdirmək lazımdır və buna görə də belə qənaətə gəlirik ki, onları bu istiqamətə yönəltməliyik. Kitabı sevdirməliyik, çünki böyük bir kitabda olan məlumatı, romanı, hekayəni sevə biləcəyi halda, internetdən qaynaqlanaraq kiçik məlumatdan faydalanıb onun xülasəsini oxumaq yetərli deyil. Ona görə, şagirdlərdə məktub yazmaq problemi, nitq inkişafında zəiflik yaranıb. Şagirdləri daha çox mütaliəyə cəlb etmək lazımdır. İndiki gənclər kitaba həvəs göstərmirlər. Bunun üçün də sinifdənxaric oxunu çox təşkil etmək lazımdır. Bu baxımdan kurikulumla bağlı yeniliklərdən biri də odur ki, şagirdlər sinifdə oxuyub öyrənirlər. Əvvəllər şagirdlər evdə öyrənib gəlirdilər. Amma artıq mətni şagirdlərlə birgə sinifdə oxuyub müzakirə edirik, evə bir problem qalmır. Ən zəif şagirdi belə təhsilə cəlb edə bilirik. Əvvəllər əgər yalnız müəllimin fikri öndə idisə, indi artıq belə deyil. Müəllim də, şagird də şəxsiyyətdi, onların da fikri bizim üçün önəmlidir. Artıq biz sadəcə istiqamət veririk, şagird aparıcı rol oynayır, məlumatı toplayıblar, bir qədər sərbəstlikdir.
- Bəzən belə
bir fikir də səslənir
ki, indiki gənclər
sonuncu, 10-11-ci sinifləri məhz ali məktəbə hazırlaşmağa sərf
edirlər. Sizin bir
müəllim kimi buna
münasibətiniz necədir?
- Bu mənim
ağrılı yerimdir. Şagirdlərdə, təəssüf ki,
belə
bir fikir formalaşıb. Mənə elə gəlir ki, kurikulumla gələn uşaqlarda fikir daha başqadır,
ümid edirəm ki, nəsə alınacaq. İndiki nəsildə informasiya
bolluğu çoxdur.
Lakin bununla yanaşı, sanki bir boşluq
yaranıb. Uşaqlar
elə düşünürlər
ki, 9-ci sinfə qədər gələcəklər,
sonrakı 2 ili
də ancaq ali məktəb üçün hazırlaşacaqlar.
Yaxşı olardı ki,
uşaqlar repetitor yanına getməsinlər.
Təhsili məktəbdə öyrənsinlər. Yəqin
ki, məktəbdə
daha güclü təhsil lazımdır ki, məktəbdən sonra qalıb burada hazırlaşsınlar.
Digər tərəfdən
isə bu, bəlkə də müəllimlərin maddi
vəziyyəti ilə
bağlıdır. Əgər
bu nəzərə alınsa, daha yaxşı olardı. Şagird çalışır
ki, dərsdən daha tez çıxıb
getsin repetitor yanına, müəllim də eynilə çalışır ki,
tez gedib uşaqlara evdə dərs keçsin. Ona görə də uşaqlarda məktəbə maraq itir. Uşaqlarda elə fikir formalaşıb ki, fərdi şəkildə
elmi kənardan alacaq və məktəbdə itirdiyi vaxtı orada qazanacaq. Müəllim də şagirddə həvəs görmür.
Mən də repetitorluqla məşğul
oluram. Mən maddi cəhətdən çox, öz üzərimdə işləyirəm.
Onlarla daha çox işlədikcə,
özüm də öyrənirəm. Məncə,
əməkhaqqı çox
olarsa, repetitorluq müəllim üçün
artıq bir şeydir. Müəllim də işdən sonra dincəlmək, asudə vaxtını ailəsinə sərf etmək istəyir.
- Şagirdlərin
təhsil və tərbiyəsində valideynlərin
rolunu necə qiymətləndirirsiniz?
- Məncə, hər bir valideyn istəyir
ki, övladı savadlı, tərbiyəli
olsun. Lakin bəzən baxıram ki, təhsilə çətin tabe olan uşaqlar var ki, onlarda
çevriliş yaratmaq
qeyri-mümkündür. Onların
valideynləri də sırf repetitora güvənirlər. Elə
şagird var ki, deyir, mənim
oxumağa həvəsim
yoxdur, əsgərliyə
gedəcəyəm, yaxud
bəzləri instituta
daxil olsa da, sonra deyir
çıxmışam. Niyə
oxumaq istəmirlər?
Fikrimcə, onlarda bir arxayınçılıq
yaranıb. Məhz burada valideynlərin rolu çox önəmlidir. Lakin təbii ki, hamı belə deyil. Azərbaycanda elmə maraq böyükdür. Elmdə
boşluq yaratmaq olmaz.
-Son illər ölkədə müəllimlər
arasında keçirilən
müsabiqələri necə
dəyərləndirirsiniz?
- Çox yaxşıdır.
Çünki müəllimlərdə
sağlam rəqabət
yaradır. Bu işin arxasında dayana bilən, özündə
qabiliyyət hiss edən
müəllimlər bu
işin arxasınca gedir. Ölkə başçısı tərəfindən
müəllimlərin əməyinin
qiymətləndirilməsi onlarda
da çalışmağa
böyük həvəs
yaradır. Bununla yanaşı, mən düşünürəm ki,
televiziyada elə verilişlər olmalıdır
ki, məktəblərin,
müəllimlərin işi
nümayiş olunsun. Niyə telekanallarda “Xalq ulduzu” verilişi
olsun, amma “xalq müəllimi” olmasın? Müəllimlər
də öz şagirdləri ilə bərabər müəyyən
layihələrlə bağlı
sırf pedaqoji verilişlərdə iştirak
edə bilər. Bu verilişdə təhsillə
bağlı yenilikləri
də təqdim etmək olar. Müəllimlərin də
buna ehtiyacı var, şagirdlər də baxıb faydalana bilər. Ümumiyyətlə, tərbiyəvi
əhəmiyyətli verilişlər
çox olmalıdır.
Təəssüf edirəm
ki, çəkilən
filmlər ancaq savaşdan, sevgidən, mafiyadan bəhs edir. Mövzular hamısı eynidir. Tədrislə bağlı
veriliş açılsaydı,
oraya müəllimləri
cəlb etmək olar.
- Tədris vəsaitləri sizi qane edirmi?
- Hazırda Azərbaycan dili ilə bağlı
qramatikaya az yer verilb. Əvvəllər
daha çox yer verilirdi. Ədəbiyyatla bağlı
da bir problem var ki, iki
kitabla dərs keçməli oluruq. Yaxud bir məktəbdə
bir dərslik, digər məktəbdə
başqa dərsliklə
keçilir. Bu da müəllimlərin narazılığına
səbəb olur. İkivariantlı kitab çətinlik yaradır.
Kurikulumla gələn
kitablarda müəllimə
seçim var ki, hansısa mövzunu əlavə keçsin. Ama hamı belə keçmir. Dərs deməyən müəllim
kitab yaza bilməz. Kitabların yazılışında da
müəllimləri dəvət
etmək lazımdır.
Müəllim bilir ki, hansı əksikliklər var. İstərdim
ki, təhsillə bağlı televiziyada təbliğat güclü
olsun. Kurikulumun tətbiqində bütün
məktəblərdə hər
sinifdə proyektor, kompyuter olması böyük effekt verərdi. İnanıram ki, hər sinifdə
kompyuter olsa, müəllim hazırladığı
materialı canlı şəkildə təqdim
edə bilər.
Nigar ABDULLAYEVA
Palitra.- 2013.- 28 may.-S. 7.