“Bəstəkar olmağımda Qara Qarayevin rolu əvəzsizdir”

 

Nərgiz Şəfiyeva: “Musiqiçilərimiz hər zaman axtarışda olurlar

 

Müsahibimiz bəstəkar və musiqişünas Nərgiz Şəfiyevadır. N. Şəfiyeva 1940-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1947-1957-ci illərdə Konservatoriyanın nəzdnində musiqi məktəbində təhsil alıb. 1957-ci ildə Konservatoriyaya iki fakültə üzrə-muçiqi tarixi nəzəriyyəsi və bəstəkarlığa qəbul olub. 1958-ci ildən bəstəkarlıq dərslərini Qara Qarayevin sinifində almağa başlayıb. N. Şəfiyeva bəstəkarlıq yolunda, kiçik janrlı əsərlərdən başlayaraq, yaradıcılığında simfonik əsərlərə qədər yaradıb. Simfonik orkestr üçün “Mahnı dağlarda qaldı”, Nazim Hikmətin sözlərinə “David Oystrava məktubumdur”-vokal-dialoqu, simli orkestrbir sıra solistlər üçün əsərlər bəstələyib. 1995-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Nərgiz xanım müsahibə zamanı müəllimi, dünya şöhrətli bəstəkar Q. Qarayevlə bağlı xatirələrindən və bugünkü bəstəkarlıq sənəti haqda fikirlərini bildirdi:

- Nərgiz xanım, siz Azərbaycanın bugünkü musiqi sahəsində Qara Qarayevin incəsənətimizə yadigar qoyduğu tələbələrindənsiniz. Sizin Qara müəllimlə olan xatirələriniz yaddaşınızda hansı izlər qoyub...

- Mən Konservatoriyanın nəzdnindəki onillik musiqi məktəbini bitirdim. Bu illər ərzində mənim həyatımda bir çox hadisələr olub. Mən hətta Üzeyir Hacıbəylini də gördüm. Biz Üzeyir bəylə eyni küçədə yaşayırdıq. Uşaq yaşlarından musiqiyə çox həssaslıqla yanaşırdım. Bu həssaslıq mənim hayatımı musiqiyə kökləməyə vadar etdi.

Musiqi aləminə qovuşmağım isə 1945-ci ildə “Arşın mal alanfilmi ekranlara çıxdıqdan sonra başladı. Bu film mənə çox böyük təsir bağışladı. Mən bu filmi izlədikdən sonra sanki, vəcdə gəldim. Piano qarşısına keçib bütün mahnıları ifa etməyə başladım. Mən bu musiqilərə elə bələd olmuşdum ki, artıq “Arşın mal alan” dedikdə filmin bütün mahnıları beynimdə səslənirdi. Daha sonraKoroğlu” operasını gördüm. Bu əsərləri izləmək, qulaq asmaq mənim musiqi obrazımı, duyğularımı birə-beş ilhamlandırdı.

Mənim bəstəkar olmağımda Q. Qarayevin rolu əvəzsizdir. Dahiyanə bəstəkar kimi onun nüfuzu böyük idionun musiqi dil üslubu çox təsiredicidir. Hətta 50-ci illərdən başlayaraq onun əsərlərinin musiqi intonasiyaları dövrümüzün ahənginə çevrildi. Onun parlaqYeddi gözəl” baleti SSRİ məkanında tarixi mərhələni təşkil edirdi. Q. Qarayev bütün tələbələrinə ata nəvazişi göstərirdi. Eləcə də mənə. O adi insan deyildi. Onu bütün SSR-i məkanında tanıyırdılar. Ona böyük etimad var idi. Q. Qarayev kimi bir şəxsdən dərs almaq, bu həqiqətən qürurvericidir.

Mən Qara müəllimin sinifində beş il oxudum. Ömrümün axırına qədər onun tələbəsiyəm. Lakin Qara müəllimin tələbəsi olmaq üçün zamana ehtiyac yoxdur. Çünki onun tələbələri heç zaman ondan əlaqələrini kəsməyiblər sən heç bir zaman Qara müəllimdən ayrıla bilmirsən. Arif Məlikov, Musa Mirzəyev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə kimi tələbələri Qara müəllimin sinifini bitirsələr vaxtaşırı onun yanına gəlib, ondan mənəvi qida alırdılar. Mən bunun şahidi olmuşam. İndi isə onların əsərlərini dünya orkestrləri ifa edir əsərləri məşhurdur. A. MəlikovunMəhəbbət əfsanəsibaletini qeyd etmək kifayətdir ki, bir çox dünya səhnələrində tamaşaya qoyulub. Qara müəllimlə xatirələrim mənim yaddaşımda silinməz izlər buraxıb.

Hətta mən müəllimim haqqında “Q. Qarayev tələbələrinin xatirəsindəadlı kitab tərtib etmişəm. Güman edirəm ki, bu kitab zərurui bir kitabdır.

-Azərbaycan bəstəkarlıq məktəbi haqqında hansı mülahizələr edə bilərsiniz?

- Tarixi prinsip baxımından ilk növbədə Üzeyir bəyin adını çəkmək lazımdır. Çünki Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı Ü. Hacıbəylidir. Daha sonra Üzeyir bəy Qara Qarayev, Cövdət Hacıyev, Asəf Zeynallı, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Soltan Hacıbəyov, Səid Rüstəmov kimi istedadlı tələbələrinə Azərbaycan musiqisinin milli ruhunu aşıladı, milli mənliklərinə ruh verdi.

Qara müəllim sonuncu müsahibəsində Ü. Hacıbəyli haqqında belə bir fikir söyləmişdi: “O mənim milli qəlbim uğrunda mübarizə aparıb”. Başqa bir fikrində demişdi: “O elə bir lad sistemi yaradıb ki, “Koroğluoperası kifayət edər ki, bu operanı araşdırıb, Üzeyir Hacıbəylinin musiqi dünyasının ladını təyin edəsən”.

Eləcədə bizim musiqimiz. Q. Qarayevin müdrik bir kəlamı var. “Avropa musiqisinin beş yüz ildə apardığı inkişaf yolunu, biz bircə yüz ildə apardıq”. Bəli. Bizim musiqi tariximizə nəzər salsaq görərik ki, Q. Qarayevlə bahəm, başqa yöndə Fikrət Əmirov çalışırdı. Çünki onların hərəsinin öz yolu var idi. Q. Qarayev bilirdi ki, Üzeyir bəy ondan sonra gələn F. Əmirov kifayət qədər milli düşüncəni genişləndiriblər öz əsərlərində büruzə veriblər. Hər dövrün öz dahisi var. O dahiləri biri-biri ilə müqayisə etmək düzgün deyil.

Yaradıcı insanların yaşayış şəraiti onlara bilavasitə təsir edirdi. Məsələn Q. Qarayev şəhər mühitində yaşayan bir idi. Eləcə F. Əmirov Gəncə şəhərində yaşayıb. Lakin Üzeyir bəy ümumiyyətlə lokal bir şəraitdə, 14 yaşına qədər Şuşuda yaşayıb. Muğam, el mahnıları, aşıq musiqisi. Ona görə onun milli ruhda yaradıcılığa üstünlük verməsi, musiqi dünyasında yeni ünsürlər, yeni elementlərin olması inkişafa yol açırdı. Beləliklə, Azərbaycan musiqi tarixi həqiqətən Ü. Hacıbəyli yaradıcılığından başlayır.

- Üzeyir bəy musiqi dünyamıza əsas nələri bəxş edib?

- Əsas faktı qeyd edim ki, bizim musiqi dünyamızda not sistemi yox idi. Söz yox ki, o zamanlar islam musiqi aləmi dağılmasaydı, biz öz yolumuzla gedəcəkdik. Lakin o hələ təcrübədə deyildi. Ancaq Üzeyir bəy öz dövrü üçün çox böyük bir görür. O, Avropanın not sistemindən istifadə edərək Azərbaycan musiqisini, məqam muğamlarımızı həmin not sistemində əks etdirib.

Əsas bir nüansı diqqətə çatdırmaq istərdim ki, Üzeyir bəy heç Avropa musiqi janrına müraciət etməklə kifayətlənmirdi. Məhz özünəməxsus olan janrlardan istifadə edərək, dahiyanə əsərlər yaratmışdır. Vyanada, Strasburqda ölməzArşın mal alanoperettası səhnəyə qoyulub. Arzu edirik ki, buKoroğluoperasına da nəsib olacaq.

-Üzeyir bəy Azərbaycanın hansı özünəməxsus musiqi janrlarına müraciət edib?

- Üzeyir bəy bir çox musiqi janrlarına müraciət edib. Koroğluoperasının klavirini açsaq, bütün xalq musiqisinin bütün formaları istifadə edilib. Onun yaratdığı ən gözəl musiqili qəzəlləri, Nizami Gəncəvinin sözlərinə yazılanSənsizSevgili cananmilli kamera-vokal musiqimizin inciləridir. Bu çox unikal yaradıcılıqdır. Bir daha qeyd edirəm ki, “Sənsiz”, “Sevgili cananromans deyil. Formaca romansa bənzəsə , onun özünəməxsus quruluşu var. Üzeyir bəyin musiqi dünyamız üçün gördüyü ən böyük işlərdən biri bunlardır.

-Professional musiqiçi kimi sizcə, bu gün gənc musiqiçilər necə formalaşırlar?

- Bizim xalq o dərəcədə dəyərli millətdir ki, musiqi sahəsində keçmiş musiqi irsimizin ənənələrini davam etdirib, eyni zamanda gələcəyə yol açan cərəyanları izləyərək, avropa musiqçilərindən heç geri qalmırlar. Ən əsası musiqiçilərimiz hər zaman axtarışdadırlar müasir həyatla ayaqlaşırlar. Hər zaman axtarışda olurlar ki, musiqi tariximiz dünya musiqi tarixində böyük iz qoysun. Çünki, musiqi dünyamızda millətimizin milli mənafeyi qorunmalıdır.

- Nərgiz xanım, bəs siz bunlara misal olaraq kimləri nümunə göstərə bilərsiniz?

- Əlbəttə ki, bizim görkəmli qadın bəstəkarlarımızdan biri Xalq artisti, professor Firəngiz Əlizadənin, Cəlal Abbasovun, Sərdar Fərəcovun, Rauf Əliyevin, Aliyə Məmmədovanın bir çox görkəmli bəstəkarlarımızın əsərləri dünya festivallarında,Türksoyun təşkilatçılığı altında bir çox müsabiqələrdə baxışlarda səslənir.

- Biz sizin haqqınızda çox eşitmişik. Yaradıcılığınızla əlaqədar əsərləriniz hansı ölkələrdə səslənib?

- 60-cı illərdə Sovet İttifaqının bir çox şəhərlərində səslənib. 1962-ci ildə Azərbaycanın yeganə qadın bəstəkarı kimi Moskvada gənc bəstəkarların baxışında iştirak etdim mükafat aldım. Hal-hazırda əsərlərim qurultaylarda, plenumlarda, konsertlərdə səslənir.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-2 noyabr.-S.7.