Cavid irsini təbliğ edən muzey
Layihə çərçivəsində təqdimatımız böyük şair və dramaturq Hüseyn Cavidin ev muzeyi ilə bağlıdır. Muzeyin ekspozisiyası dörd otaqda yerləşib. Muzeyin tərtibatı elə düşünülüb ki, ekspozisiya artıq 2-ci mərtəbədən başlanır və muzeyə gələn hər bir adam artıq girişdən Cavidlər mühitinə düşüb, Cavidlər dünyasına qatılır.
Ekspozisiyada 600-dən artıq eksponat nümayiş etdirilir. Bu eksponatlar içərisində məhz Cavidlər
ailəsinə məxsus məişət və geyim
əşyaları, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi
kitabları, ailəvi
fotolar, dram əsərlərinin
tamaşalarından proqram, afişa
və fotolar, Ərtoğrol Cavidin istifadə etdiyi
kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, müxtəlif sənədlər,
məktublar var. Həmçinin Turan Cavidin fəaliyyəti ilə
bağlı olan materiallar nümayiş edilir. Hüseyn Cavidin yazı
masası, Mişkinaz xanıma məxsus tikiş
maşını, radioqəbuledici, yemək
masası və bir çox eksponatlar ekspozisiyada əsas
yer tutur. Ekspozisiyanın tərtibatı
zamanı bir neçə
görkəmli
sənət xadimlərinə süjetli əsərlər sifariş olunub və
bu əsərlər ekspozisiyanı
daha da zənginləşdirib, onu baxımlı və
maraqlı edib.
Şairin bioqrafiyasını və sənət taleyini əks etdirən “Cavidin ömrü” otağı sırf xatirə
mahiyyətlidir. Ona görə də
tərtibat
nöqteyi-nəzərindən tam müasir görümlü
dəhlizdən fərqli
olaraq buranın tərtibatında
20-30-cu illərin
ovqatı bütün
qabarıqlığı ilə sezilməkdədir. Bu otaqda verilən fotolar maksimal dərəcədə
orijinal fotolardır və
burada Cavidə, onun ailə
üzvlərinə məxsus
əşyalar,
ev avadanlığı
yer almaqdadır. Qapıdan girərkən sol divarda rəssam
Oqtay Sadıqzadənin yağlı boya ilə
çəkdiyi
Mişkinaz Cavidin portreti asılıb.
Portretin altında elə
həmin
divardaca Mişkinaz Cavidin gündəliklərindən onun öz xətti ilə
olan parka yazılıb:
“Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik,
xudmani toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir cızmaqara edirəm, gərək mənim
ilk oxucularımdan biri
də
sən
olasan. Mən isə onun oxucusu ola bilməzdim. Çünki savadım yox idi. Cavid mənə dərs
deməyə başladı”. O, Cavidə yalnız sədaqətli,
dəyanətli bir həyat
yoldaşı deyil, həm
də
dost, sirdaş ola bildi. Cavid ona əlifba öyrətdi,
savad verdi.
Mişkinaz, Hüseyn Cavidin
yüzlərlə tələbəsindən
biri idi. Caviddən aldığı o savadla Mişkinaz çox illər sonra şairin unudulmuş əsərlərini yazıya
köçürtdü, onun
haqqında xatirələri qələmə
aldı.
Üzeyir
Hacıbəyli
və
Bülbülə
göndərilən məktublar
“Cavidin faciəsi” adlanan üçüncü
otaq Hüseyn Cavidin və
onun ailəsinin sovet
rejimi tərəfindən məruz
qaldıqları müsibətlərə
həsr
edilib. Açıq qapıdan qarşı
divardakı rəsm əsəri görünür. Rəssam Oqtay Sadıqzadənin çəkdiyi
«Qara yazı» adlı bu əsərdə 1937-ci il repressiya qurbanlarından bir neçəsi təsvir edilib - Cavid və
onunla dostluq etmiş, yaxın olmuş daha yeddi Azərbaycan
ziyalısı. Otaqda Cavidin
cib saatı və
Sibirdəki
məzarından
götürülmüş torpaq nümayiş etdirilir. Bu guşədə Ərtoğrolun çəkdiyi A.M.Şərifzadənin İblis obrazında təsviri
və
Ərtoğrolun ailəsinə, müəllimləri Üzeyir Hacıbəyliyə, Bülbülə
göndərdiyi
məktublardan
parçalar nümayiş
olunur. Həmçinin burada «İblis»
pyesindən
misralar yazılıb.
Ev muzeyindəki ən böyük otaq ekspozisiya olaraq Hüseyn Cavidin və
onun bəstəkar,
şair, rəssam oğlu Ərtoğrolun ədəbiyyat və
sənətdə qazandıqları
sayğı və zəfərləri nümayiş
etdirməyi
nəzərdə tutur. Cavid ev muzeyinin
elmi fondundan əlavə öz videotekası
və
fonotekası var. Cavid haqqında və onun həyat-yaradıcılığı
ilə
əlaqədar çəkilmiş
bütün sənədli, bədii filmlər,
süjetlər,
Cavid əsərlərinin ayrı-ayrı tamaşalarının lent yazıları
müvafiq münasibətlərdə
bu tamaşaçılara
göstərilir.
Tamaşaçılar bu otağa daxil olarkən səsləndirmə
mərkəzindən Ərtoğrol Cavidin Tahir Rasizadənin sözlərinə bəslədiyi və
Rauf Adıgözəlovun ifasında lentə alınmış “Səninlə olaydım” mahnısı eşidilir. Girəcəkdə
sağ tərəfdə qədimi
piano qoyulub. Vaxtilə bu pianoda həm
Ərtoğrol Cavid, həm onun müəllimi Üzeyir
Hacıbəyli,
həm
də
Müslüm Maqomayev ifa ediblər.
Ərtoğrol Cavidin ona konservatoriyada
dərs
demiş sevimli müəllimi
Üzeyir Hacıbəyova həsr
etdiyi “Doqquz variasiya” əsərinin not yazısının
avtoqrafı açıq
halda pianonun üstündədir. Əsərin ilk səhifəsində bu əsərin məhz Üzeyir
bəyə həsr
edilməsi
Ərtoğrolun öz xətti ilə qeyd edilib. Pianodan üstdə
divardan Ərtoğrol Cavidin gənc rəssam Kamilla Eldarova tərəfindən çəkilmiş
portreti asılıb.
Ərtoğrol çoxcəhətli istedad sahibi idi. Ərtoğrol yaxşı şahmatçı idi. Onun uşaqlıq
dostu Ətaulla Qasımovla
oynadığı şahmat
partiyalarının müfəssəl təsvirini əks etdirən dəftərlər də qalıb. 24 illik
qısa ömür yaşamış Ərtoğrol Cavid Pedaqoji İnstitutun
ədəbiyyat fakültəsini
“əla”
qiymətlərlə bitirdikdən sonra konservatoriyaya daxil olmuşdu. Eyni vaxtda o, Bülbülün
təşkil
etdiyi Xalq Musiqisinin Tədqiqi kabinəsində çalışır, araşdırmalar
aparırdı. Üzeyir Hacıbəyovun tələbəsi olan Ərtoğrol Cavid soyadına görə
çap olunmaq imkanından məhrum idi.
Bununla belə
usanmadan işləyirdi. Romanslar, mahnılar, simfonik parçalar bəstələmiş, “Məhsəti” operasını yazmağa başlamışdı. Qərbi Avropa və rus bəstəkarlarının
bir çoxlarının
məşhur
əsərlərini Azərbaycan dilinə
ekvoritmik tərcümə etmişdi. 24 il son dərəcə qısa bir ömür
yaşamış, bu ömrün də son iki ilini çarpayı dustağı olmuş Ərtoğrol bütün sıxıntılara
baxmayaraq ruhdan düşməmiş, böyük
bir kollektivin yerinə
yetirə
biləcəyi qədər zəngin,
çoxcəhətli və
faydalı işlər görmüşdü. O, Nizami
Gəncəvinin sözlərinə romanslar yazan ilk Azərbaycan
bəstəkarlarından idi. Nigar Rəfibəylinin “Məhsəti” poeması əsasında opera yazmağa və atasının
“Şeyx Sənan” faciəsini
də
operalaşdırmağa hazırlaşırmış.
Bir çox xalq mahnılarımızın nadir ifalarda fonovaliklərə yazılaraq
bugünə
çatdırılması Ərtoğrolun mədəniyyətimizə misilsiz xidmətlərindəndir. Onun şeirləri,
ssenariləri,
elmi məqalələri bişkin bir qələm sahibi olduğunu təsdiqləyir. Cavidin əsərləri III beynəlxalq
kitab sərgi-yarmarkasında
nümayiş etdirilib
Muzey Cavid irsinin təbliği istiqamətində müxtəlif tədbirlər keçirir. Məsələn, Cavidin əsərləri III beynəlxalq kitab sərgi-yarmarkasında nümayiş etdirilib. Sərgi çərçivəsində muzeyinin direktoru Gülbəniz Babaxanlının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası ilk dəfə olaraq geniş oxucu kütləsinə təqdim olunub. Sərgidə muzeyin nəşrə hazırladığı bir sıra kitablar öz yerini tutub və sərgi iştirakşılarının marağına səbəb olub. Muzeyə ayrılmış guşədə “Cavidşünaslıq” elmi araşdırmalar toplusu 10 cilddə, Hüseyn Cavidin külliyatı 5 cilddə, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi, H.Cavidin “Şeyda” əsəri 10 dildə, “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası, “Cavid hikməti” seçmə aforizmləri, Ərtoğrol Cavidin bəstələrindən ibarət CD və DVD disklər və digər kitablar nümayiş olunub. Bundan başqa Cavidlər ailəsinin müxtəlif fotolarından ibarət elektron foto sərgi nümayiş olunub. Yerli və xarici qonaqlar Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı kitablara yaxından maraq göstərirlər. Xarici qonaqlarla aparılan söhbət zamanı onlar dahi dramaturqu dünya romatizminin nümayəndələri sırasında tanıdıqlarını, yaradıcılığı ilə yaxından maraqandıqlarını bildirirdilər. Onu da xatıqladaq ki, bu il sentyabrın 11-də Monteneqronun paytaxtı Podqoritsa şəhərinin tarixi “Kral parkı”nda Azərbaycan xalqının görkəmli şair və dramaturqu Hüseyn Cavidin büstünün və şəhərin mərkəz hissəsində “Bakı” küçəsinin təntənəli açılış mərasimi keçirilib. III Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları da Hüseyn Cavidin ev muzeyini ziyarət ediblər.
Hazırda Hüseyn Cavidin ev muzeyi AMEA-nın elmi idarələrindən biridir. Artıq neçə ildir ki, burada elmi əməkdaşların fəaliyyətini koordinasiya edən Elmi Şura fəaliyyət göstərir. Muzey böyük təbliğat və təşviqat işləri aparır, muzeydə çoxsaylı qonaqlarla müxtəlif dillərdə izahatlar aparılır, məktəblərdə, liseylərdə, digər təhsil ocaqlarında, qaçqın yataqxanalarında tədbirlər keçirilir, Cavidlərə həsr olunmuş mühazirələr oxunur, səyyar sərgilər nümayiş etdirilir. Hüseyn Cavidin ev muzeyi Naxçıvanda yerləşən Hüseyn Cavidin ev muzeyi ilə mütəmadi yaradıcılıq əlaqələri saxlayır, ona lazımi metodiki yardım göstərir.
Anar Miriyev
Palitra.-2013.-16 noyabr.-S.11.