Qloballaşan dünyada Azərbaycan ədliyyəsinin rolu
Hər il noyabr aynının 22-si Azərbaycan
Respublikasında Ədliyyə İşçilərinin
Peşə Bayramı Günü kimi qeyd olunur. Bu bayram
xalqımızın ümummilli lideri Heydər Əliyevin ədliyyə sisteminə,
hüquq peşələrinə verdiyi önəmin bariz nümunəsi
kimi onun tərəfindən
11 noyabr 2000-ci il tarixli fərmanla təsis edilmişdir.
Odur ki, ədliyyə
işçiləri öz peşə
bayramını həmişə xüsusi
qürur hissi, fəxarətlə
qeyd edirlər. Bu il bayram həm də onunla əlamətdardır
ki, Azərbaycan Respublikasında ədliyyə
orqanlarının yaradılmasının 95 illiyi
ilə üst-üstə düşür.Doxsan
beş il əvvəl
1918-ci ilin noyabr
ayının 22-də Azərbaycan Demokratik
Respublikasının Ədliyyə Nazirliyinin
Əsasnaməsinin təsdiq edilməsi ilə başlayan
Azərbaycan ədliyyəsinin tarixinə bu
gün ən dolğun,
ən parlaq, ən məzmunlu səhifələr
yazılır. Dövlətçilik tarixi
hər bir xalqın siyasi
manifesti, örnək və qürur mənbəyidir. Min
illər boyu zamanın sərt
sınaqları ilə üzləşən Azərbaycan müdrik və aqil
insanların şəxsində bir məmləkət
kimi yaşamış, öz
varlığını qoruyub saxlaya bilmişdir. Ta qədim dövrlərdən insanlar
bir-biri ilə münasibətlərini nizama salmaq üçün
vasitələr axtarıblar. Tədricən
insanların və insan qruplarının
qarşılıqlı münasibətlərini tərəflərin
razılığı ilə nizamlayan adətlər
yaranıb.Tədqiqatlar göstərir ki, bütün dünya
dövlətlərinin, o cümlədən,
zəngin dövlətçilik tarixinə malik
olan Azərbaycanın da qanunlarının kökündə
zamanın sınaqlarından keçmiş
həmin adətlər dayanır. Dövlət quruculuğunu
şərtləndirən mühüm
amillərdən biri də ölkənin hüquq sisteminin təşkilidir.
Bu mənada
çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə
sisteminin xalqımızın müstəqillik
uğrunda mübarizəsini, onun şanlı keçmişini
əks etdirən zəngin tarixi vardır.
Şərqin ilk demokratik
dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə
xüsusi əhəmiyyət verilərək
Ədliyyə Nazirliyi dövlətimizin
yarandığı gün təşkil olunmuş, 1918-ci ilin noyabr ayının 22-də isə onun Əsasnaməsi qəbul edilmişdir.
Sovet hakimiyyəti
dövründə konyunktur maraqlara uyğun olaraq hüquq siyasətinin
dəfələrlə dəyişdirilməsi, ədliyyə
və məhkəmə orqanlarının bir
neçə dəfə ləğv edilməsi və yenidən
yaradılması sabit ədalət
mühakiməsi sisteminin
formalaşmasına mane olurdu. Yalnız ümummilli
liderimiz Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra 1970-ci illərdən başlayaraq ədliyyə və məhkəmə
orqanları davamlı inkişaf mərhələsinə
daxil oldu.
Azərbaycanın
dövlət müstəqilliyinin ilk illərində
Ermənistanın Azərbaycana qarşı təcavüzünün
və hakimiyyət uğrunda mübarizənin
doğurduğu siyasi
və iqtisadi tənəzzül, vətəndaş
müharibəsi təhlükəsi, insan
hüquqlarının kütləvi şəkildə pozulması, idarəçilik
və qanunçuluq böhranı dövlətçiliyimizi
məhv olmaq reallığı ilə
üz-üzə qoymuşdu. Məhz belə bir ağır vəziyyətdə
xalqın təkidi ilə siyası hakimiyyətə qayıdan
ümumilli liderimiz
Heydər Əliyevin qətiyyəti və siyasi
iradəsi sayəsində ölkədə ictimai-siyasi
sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğu,
o cümlədən məhkəmə-hüquq
islahatlarına başlanıldı.
Nəticədə
ölkəmizdə beynəlxalq standartlara
cavab verən qanunvericilik
bazası yaradıldı, demokratik prinsiplərə
əsaslanan yeni məhkəmə sistemi təsis edildi, ədliyyə
orqanlarının səlahiyyətləri genişləndirildi
və onun qarşısında yeni vəzifələr qoyuldu,
şəffaf prosedurlar əsasında
peşəkar hakim və ədliyyə korpusu formalaşdırıldı.
Ümummilli liderimiz Heydər Əliyev qanunçuluğun
təmin edilməsində, ədliyyə sahəsində vahid dövlət siyasətinin
formalaşdırılmasında və həyata keçirilməsində,
bütövlükdə hüquq sisteminin inkişafında ədliyyə və
məhkəmə orqanlarının rolunu
yüksək qiymətləndirərək hüquq varisliyini
təmin etmək məqsədilə noyabrın 22-ni ədliyyə
işçilərinin peşə bayramı günü
elan etdi.
Ümummilli liderimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqəti ölkəmizin müstəqillik
illərində də davam etmiş,
hüquq sistemində inqilabi
demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata
keçirilmiş, ədliyyə işi müasir tələblərə
uyğunlaşdırılmışdır.
Ulu öndər Heydər
Əliyevin dövlət quruculuğu xəttini
uğurla davam etdirən
ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
ədliyyə sistemi daha
da inkişaf etmiş, onun normativ bazası daha da təkmilləşdirilmiş, o cümlədən ədliyyə
orqanlarında qulluq keçmə haqda qanun, nazirliyin
yeni
əsasnaməsi qəbul edilmiş, ona hüquq mühafizə
orqanı statusu verilmiş,
ədliyyə orqanlarının inkişafı, məhkəmə
sisteminin müasirləşdirilməsi
haqqında proqram xarakterli
Fərmanlar imzalanmışdır.
Ədliyyə
Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyətinə, onun yeni funksiya
və vəzifələrinə uyğun olaraq qabaqcıl xarici və
ölkədaxili təcrübədən geniş
istifadə olunmaqla Ədliyyə Nazirliyi haqqında Əsasnamə
hazırlanmışdır.
Ədliyyə
sisteminin inkişafına xüsusi
diqqət göstərilərək, nazirliyin
fəaliyyətinin normativ hüquqi
əsaslarının təkmilləşdirilməsi məqsədilə
dövlət başçısının 18 aprel
2006-cı il tarixli Fərmanı
ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq
edilmişdir.
Ədliyyə
Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu
əks etdirən və bütün ədliyyə
sistemi üçün
müstəsna tarixi əhəmiyyətə
malik olan bu Əsasnamə nazirlik tərəfindən
bir sıra mühüm
tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Hazırda
ədliyyə sahəsində dövlət siyasətini və
idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların və digər normativ hüquqi
aktların layihələrini hazırlayır, qanunvericilik
aktları layihələrinin hüquqi
ekspertizasını həyata keçirir, normativ hüquqi aktların
uçotunu və qeydiyyatını aparır,
əhalinin hüquqi maarifləndirilməsində
iştirak edir, qeyri-kommersiya hüquqi
şəxslərin dövlət qeydiyyatını və
dövlət reyestrini, mətbu nəşrlərin
reyestrini aparır, notariat
orqanlarının və vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyətinə
rəhbərlik edir, məh-kəmələrin
və digər orqanların qərarlarının
icrasını, məhkəmələrin fəaliyyətinin təşkilati
təminatını, məhkəmə statistikasının
aparılmasını təmin edir, ölkə
əhalisinin dövlət reyestrinin
aparılmasını və sənədlərin leqallaşdırılmasını
həyata keçirir. Bundan başqa,
Nazirlik qeyri-kommersiya hüquqi şəxsləri tərəfindən
alınmış qrant müqavilələrinin
(qərarların) uçotunun
aparılmasını həyata keçirir,
bununla bağlı mövcud
qaydaların pozulmasına görə inzibati
məsuliyyət məsələlərini həll edir və digər funksiyaları həyata
keçirir.
«Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı» (2004-2008-ci illər)
respublikanın bölgələrində iqtisadi
inkişafı sürətləndirməklə yanaşı,
yerlərdə vətəndaşlara göstərilən hüquqi yardımın yüksəldilməsini
də vacib məsələ kimi önə çıxarmışdır.
Bu prizmadan
2006-2007-ci illər bütövlükdə ədliyyə sisteminin, o cümlədən
bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin müasir
tələblərə uyğun təkmilləşdirilməsi
ilə əlamətdar olmuşdur. Məhz
Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin “Ədliyyə
orqanlarının inkişafı haqqında” 17 avqust
2006-ci il tarixli Fərmanının
bu baxımdan çox
böyük əhəmiyyəti
vardır. Dövlət başçımızın
imzaladığı bu xüsusi
fərman və nazirliyin yeni
strukturunun təsdiq edilməsi Azərbaycan
ədliyyəsinin təkmilləşməsində yeni mərhələ olaraq,
ədliyyə sistemində miqyaslı islahatlara
yeni start verdi.
Qeyd olunan
fərmanla regional ədliyyə
şöbələrinin yaradılması Azərbaycan ədliyyə
sistemində bir yenilikdir.
Dövlət başçısının Fərmanında
regional ədliyyə şöbələrinin
yaradılması qərara alınarkən yerlərdə ədliyyə
orqanlarının fəaliyyətinin əlaqələndirilməsi
və onlara nəzarətin gücləndirilməsi,
əhalinin ədliyyə orqanlarına müraciət etmə
imkanlarının asanlaşdırılması, bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin
səmərəsinin artırılması məqsədi əsas
götürülmüşdür.
Eyni zamanda
Azərbaycan Respublikasının Ədliyyə Nazirinin
əmri ilə regional ədliyyə
şöbələri haqqında Əsasnamə təsdiq edilərək,
onların fəaliyyət istiqamətləri, vəzifə və
hüquqları, habelə fəaliyyətinin təşkili
qaydaları müəyyənləşdirilmişdir.
Regional ədliyyə şöbələrinin
fəaliyyəti yerlərdə ədliyyə
orqanlarının işinin və bu orqanlar tərəfindən
əhaliyə göstərilən hüquqi
xidmətin keyfiyyətinin daha da yüksəldilməsinin, bələdiyyələrin
fəaliyyətində qanunçuluğun
tələblərinə daha ciddi əməl olunmasının
təmin edilməsinə, vətəndaşların yerli ədliyyə orqanlarının, bələdiyyələrin
və Ədliyyə Nazirliyinin səlahiyyətlərinə
aid edilmiş məsələlər
üzrə məhkəmələrin fəaliyyəti ilə
bağlı müraciətlərinin daha operativ baxılıb həll edilməsinə
şərait yaradır. Bu isə öz növbəsində yerlərdə qanunçuluğun daha da möhkəmlənməsinə, vətəndaşların
hüquq və azadlıqlarının daha etibarlı müdafiə olunmasına xidmət
edəcəkdir.
Möhtərəm
Prezidentimizin 6 fevral
2009-cu il tarixli sərəncamı
ilə təsdiqlənmiş «Azərbaycan ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər
üçün Dövlət Proqramı»
isə milli ədliyyə sisteminin
müasirləşdirilməsi və fəaliyyətinin daha da təkmilləşdirilməsi
istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü
və ardıcıl tədbirlər sisteminin
uğurlu davamıdır. Dövlət
Proqramı aktuallığına, əhatə etdiyi
məsələlərin miqyasına, ədliyyə sahəsində
həllini gözləyən problemlərə kompleks
yanaşma mexanizmlərinə görə
xüsusilə fərqlənir.
Dövlət
Proqramında qeyd olunduğu
kimi, ölkəmizdə hüquq
sisteminin müasirləşdirilməsi və
məhkəmə-hüquq islahatlarının davam
etdirilməsi ədliyyə orqanlarının fəaliyyətinin
son dövrün tələbləri
səviyyəsində qurulmasını, ədalət mühakiməsinin
səmərəliliyinin artırılmasını,
vətəndaşların ədliyyə orqanlarına
müraciət imkanlarının
asanlaşdırılmasını, regionlarda
hüquq infrastrukturunun
genişləndirilməsini, yeni nəsil
hüquqşünaslarının
formalaşdırılmasını zəruri edir.
Dövlət Proqramının imzalanması da məhz ədliyyə orqanlarının və
məhkəmələrin dinamik
inkişafının təmin edilməsi, yeni
informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi, normativ-hüquqi
və maddi-texniki təminatın
yaxşılaşdırılması, kadr
potensialının, ədliyyə orqanları əməkdaşlarının
sosial müdafiəsinin gücləndirilməsi
məqsədi daşıyır.
Müstəqil
Azərbaycan dövlətinin qurucusu və
memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi günlərində
müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil
edən Vətən, xalq
qarşısında misilsiz xidmətləri
bütün dünya
azərbaycanlılarının
yüksək ehtiramı ilə ölkəmizin hər yerində
və onun hüdudlarından kənarda geniş qeyd olunur.
Çoxəsrlik
dövlətçilik ənənələrinə malik olan
xalqımızın tarixində ümummilli
liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik
fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli
dövlətçilik amallarını məhz Heydər
Əliyev epoxasında gerçəkləşdirərək
dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir
dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik
salnaməsində elə bir irs yaratmışdır ki,
onun öyrənilməsinə, təbliğinə
və tətbiqinə hələ uzun illər
böyük ehtiyac
olacaqdır və bu irs heç
zaman tükənməyəcəkdir.
Hər
zaman Azərbaycan xalqının mənafeyini
düşünən Heydər Əliyev azərbaycanlı
olması ilə fəxr edirdi. Dahi rəhbərin "Mən həmişə
fəxr etmişəm, bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam"
müdrik kəlamı dillər əzbəri
olmuş, hər bir azərbaycanlının
iftixarla səsləndirdiyi şüara
çevrilmişdir.
Təsadüfi
deyil ki, möhtərəm
Prezidentimiz cənab İlham
Əliyevin 21 yanvar 2013-cü il tarixli Sərəncamı
ilə ümummilli liderimizin
90 illik yubileyinin
dövlət səviyyəsində qeyd
olunması, onun zəngin irsinin
təbliği qərara alınmışdır. Yubiley ərəfəsində
ümummilli liderin zəngin
ictimai-siyasi fəaliyyətinin hərtərəfli
öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə
və müəssisələrdə, təhsil ocaqlarında
yığıncaqlar, konfranslar, digər
kütləvi tədbirlər keçirilir.
Dünya Bankı ilə birgə həyata
keçirilən Ədliyyə sisteminin
müasirləşdirilməsi layihəsi çərçivəsində
məhkəmələrdə idarəetmə
imkanlarının gücləndirilməsi, vahid
elektron şəbəkə yaradılmaqla
sənəd dövriyyəsi və informasiya
mübadiləsinin asanlaşdırılması üzrə tədbirlər görülmüş,
bununla əlaqədar Ali
Məhkəmə və Məhkəmə-Hüquq
Şurası ən müasir avadanlıqla
təmin olunmuş, 2010-cu ildə bütün məhkəmələrin texniki və proqram təminatı
nəzərdə tutulmuşdur.
Azərbaycanda
ədalət mühakiməsinin səmərəliliyinin
artırılması üzrə tədbirlər nüfuzlu beynəlxalq hüquq
təsisatları tərəfindən də təqdir olunur. Belə ki,
Azərbaycan Ümumi Məhkəmələr
Hakimlərinin Assosiasiyasının «Hakimlərin Beynəlxalq
Assosiasiyasına» üzvlüklə bağlı müraciəti
əsasında təşkilatın nümayəndələri
Azərbaycana səfər edərək, məhkəmələrin
fəaliyyəti ilə tanış olmuş,
uğurla həyata keçirilən
məhkəmə-hüquq islahatı nəticəsində
qazanılmış nailiyyətləri təqdir etmiş və ölkəmiz 70-dən çox dövləti birləşdirən həmin
mötəbər quruma seçilmişdir.
Bu mühüm hadisə
məhkəmə fəaliyyəti sahəsində beynəlxalq
əməkdaşlığın daha da genişləndirilməsinə, qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə
və tətbiqinə əlavə töhfə olmuşdur.
Azərbaycan
ədliyyə və məhkəmə sisteminin
təkmilləşməsi və müasirləşməsi
üzrə atılan məqsədyönlü addımlar
ölkəmizdə möhtərəm Prezident
İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən
mütərəqqi islahatların, nəhəng quruculuq işləri, sürətli sosialiqtisadi
inkişafın real təzahürüdür.
Kəmaləddin Həsənov
Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyinin
Gəncə regional ədliyyə
şöbəsinin rəisi
Palitra.-2013.-19
noyabr.-S.10.