Dağ turizmini inkişaf
etdirməklə ölkəyə daha çox turist cəlb edə bilərik
Qəbələ və
Qusarda olan infrastruktur ekstremal dağ turizmini müasir standartlar səviyyəsində inkişaf
etdirməyə imkan
verir
XX əsrin
sonlarından etibarən
inkişaf etmiş
ölkələrin turizm
bazarında struktur dəyişiklikləri
baş verib. Zaman keçdikcə
insanlar aktiv istirahətə üstünlük
verirlər ki, nəticədə də
turizm idmanın ayrı-ayrı növlərini (ekstremal)
özündə
birləşdirir. Ekstremal turizmin
inkişafı da bu idman növlərinin
tarixi ilə
sıx bağlıdır. Ekstremal turizmdə müəyyən risk və təhlükələr olsa
da, bu, nəticə etibarilə əsrarəngiz
bir istirahət
deməkdir.
Dünya
turizm bazarının
10 faizi
ekstremal turizmin payına düşür
Turizm üzrə
mütəxəssis, Azərbaycan
Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalovun sözlərinə görə,
bu gün dünya turizm bazarının 10%-i ekstremal turizmin payına düşür:
“Ekstremal turizmin dağ növlərinə alpinizm, speleoturizm, buzadırmanma və qayayadırmanma, dağ velosipedində
hərəkət, dağ
xizəkçiliyi
və
snoubordinq aiddir. Dağ xizəkçiliyi
daha çox təbii
şəraitdən asılıdır. Bu turizm istiqamətinin inkişafı
üçün ilin
4-5 ayında qalın qar örtüyünün
olması vacib şərtdir.
Ərazinin hündürlüyü
və relyef xüsusiyyətləri, dağ xizəkçilik dövrünün
hava şəraiti, landşaftın
müxtəlifliyi,
uçqun və sel təhlükəsinin olmaması və s. dağ-xizəkçilik istirahətinə cazibədarlıq
verən
amillərdir”. Dağ xizəkçilik
kurortlarının üzləşdiyi əsas problemlərdən biri onların mövsümi fəaliyyət göstərməsidir: “Mövsümilik problemini aradan qaldırmaq üçün bu istirahət
mərkəzləri müxtəlif metodlardan istifadə edirlər.
Bu sıraya qar
örtüyünün bərkidilməsi, müxtəlif
kimyəvi
qarışıqlardan istifadə, süni qar yağdırma
sisteminin yaradılması
daxildir. Süni qar
yağdırma maşınlarından
indi bütün qış turizm mərkəzlərində
istifadə
olunur. İsveçrə kurortlarının təxminən 10 faizi süni qar örtüyünə keçib. Avstriya və
İtaliyada kurortların
təxminən 40%-i süni qardan
istifadə
edir. Süni qar örtüyü
ilə
yanaşı, digər bir metod qarın
başqa yerlərdən gətirilməsidir. Məsələn, Danimarkanın kurortları
qarı Norveçin dağlıq rayonlarından
bərə vasitəsilə gətirir”.
Mütəxəssis deyir ki, Azərbaycan ərazisində dağ turizminin
müxtəlif
növlərinin
inkişafı üçün
böyük imkanlar
var. Bu sahədə Azərbaycan
Hava və Ekstremal İdman Növləri və
Azərbaycan
Alpinizm Federasiyalarının
fəaliyyətini xüsusi qeyd etmək
lazımdır. Quba rayonunun Qalayxudat
kəndi
yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal yamacda boulderinq (qayayadırmanma) üçün perspektivi
olan qaya divarları (200 m) aşkar
olunub. Qrız və
Qalayxudat kəndlərini birləşdirən yolun kənarında
geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü
15-20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri
salmaq üçün
yerlər
var. Müxtəlif
çətinlik
dərəcəsinə
malik marşrutlar tapmaq olar. Bu yerlər
nəinki
məşqlər üçün, həmçinin beynəlxalq
yarışlar da daxil olmaqla, boulderinq yarışları
üçün çox
əlverişli
məkandır.
Ümumilikdə Böyük Qafqaz dağlarının alpinizm,
Qobustan qayalarının
isə
qayayadırmanma idman növünün inkişafı
üçün geniş
imkanları var».
Bundan əlavə, qışda Qusar rayonunda yerləşən
dağ şəlalələri böyük
buz sırsıralarına
çevrilir ki, bu da buzadırmanma
ilə
məşğul
olmaq üçün
imkan deməkdir. Bu turizm-idman növü üçün ən əlverişli
şəlalələr Qusar rayonunun Ləzə
kəndi
yaxınlığında yüksək dağlıq (1700 m) ərazilərdə yerləşir. Şahdağ
massivinin ətəyində yerləşən və
3000 m hündürlükdə olan şəlalələr də maraqlıdır. Buzadırmananlar üçün məşğələlər
və
yarışlar əsasən həmin
yerlərdə keçirilir.
Ekstremal
turizmdə
təhlükəsizlik üçün
bütün tədbirlərin görülməsi
çox vacibdir
Mədəniyyət və
Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, Azərbaycana gələn turistlərin
sayında əvvəlki illərə
nicbətən artım var. Belə ki, əgər 2011-ci ildə ölkəmizə gələn turistlərin
sayı 2 milyon 15 min nəfər idisə,
2012-ci ildə
bu rəqən 2 milyon 438 min nəfər
olub ki, bunlardan da 2 milyon 100 min nəfərdən çoxu sırf turist qismindədir. Ölkəmizə gələnlər də müxtəlif
turizm növlərinə maraq göstərdiyini deyən nazirlik yetkilisinin sözlərinə görə,
təkcə Qazaxıstandan Naftalana gələn turistlərin
sayında 2011-ci illə müqayisədə 2012-ci idə
25 faiz artım olub. Eyni zamanda bu gün Azərbaycan müxtəlif beynəlxalq
sərgilərdə təmsil olunaraq mövcud turizm potensialını təqdim
edir. M.Qəhrəmanov dövlət tərəfindən Şahdağda inşa edilən
qış-yay turizm kompleksinin bu sahənin
inkişafı üçün
mühüm imkanlar yaradacağını deyir:
“Bu, 10 min nəfəri qəbul
edə
biləcək bir kompleks olacaq.
Bölgəyə daha çox
turistin cəlb edilməsi üçün mühüm
amillərdən biri dağ turizmindən istifadə
imkanlarının yaradılmasıdır.
Bu gün kompleksdə bəzi
xidmətlər göstərilir.
Amma bu xidmətlər hələ yetərli
deyil. Çünki ekstremal turizmdə təhlükəsizlik üçün bütün
tədbirlərin görülməsi
çox vacibdir.
Bundan başqa, bildiyiniz kimi Qəbələdə
də
belə
bir xizək kompleksi
yaradılır. Həm Qəbələ, həm də
Qusarda olan infrastruktur bizə imkan verəcək ki, Azərbaycanda
ekstremal dağ turizmini yüksək səviyyədə, müasir
standartlara cavab verəcək formada inkişaf etdirək.
Bu işdə
həm
dövlətin,
həm
də
özəl
sektorun iştirakı
çox vacibdir.
Turistlərin təhlükəsizliyini təmin
etmək
üçün xüsusi
təlimatçılar
yetişdirilməli,
onların peşə hazırlıq səviyyəsi artırılmalıdır. Bununla bağlı müəyyən texniki vasitələrin
alınması, onların
düzgün istifadəsi və
s. həlli
vacib məsələlərdir. Bütün bunlar
öz yerini tapdıqdan sonra biz deyə
bilərik
ki, Azərbaycanda ekstremal
turizm lazımi səviyyədədir». Nazirlik təmsilçisi ölkənin
digər
bölgələrində, o cümlədən Gədəbəydə,
Qazaxda, Şəmkirdə, Göygöl ətrafında, Naxçıvanda
dağ turizminin inkişafı üçün
şərait
mövcud olduğunu söylədi.
Onun fikrincə,
bu təbii
imkanlardan istifadə etmək
üçün həmin ərazilərdə müvafiq
infrastruktur yaradılması
əsas
şərtdir.
Şahdağ kompleksinin
geniş imkanları
«Millennium Tourism” şirkətinin direktoru Ruslan Quliyevin sözlərinə görə, sektor təmsilçilərinin bugünkü hədəflərindən biri ölkəmizdə turizm günlərinin sayını artırmaq, turizmi mövsümilikdən çıxarmaqdır: «Həm qış, həm yay və həm də alternativ turizm növlərinin inkişaf etdirilməsi prioritet istiqamətdir. Azərbaycanda bəzən hər hansı turizm növləri üzrə başqa ölkələrlə müqayisəyə girməkdənsə, inkişaf imkanları böyük olan dağçılıq, macəra, alpinizm, trepinq piyada marşrutlarını, horsinq at marşrutlarını və s. daha mütəşəkkil şəkildə, elmi yanaşmalarla təqdim edə bilərik. Azərbaycana turist cəlb edən zaman biz müəyyən etməliyik ki, onlara məhz hansı ölkələrə uyğun marşrutlar təklif edilməlidir. Bu gün artıq ehtiyac yaranıb ki, ölkəmizdə turizm xidmətləri bazarında bir markalaşdırma siyasəti həyata keçirək». Şirkət rəhbərinin bildirdiyinə görə, ölkəmizdə dağ-xizək kurortlarına maraq böyükdür. Ötən il “Şahdağ” kompleksinin ilk mərhələsinin açılışından sonra turizm şirkətləri bu məkana turlar təşkil edib: «Çox böyük bir axın oldu. Nəzərə alsaq ki, bu kompleks eyni zamanda xarici bazar üçün turizm məhsuludur, onda bu istiqamətdə çeşidli proqramların işlənib hazırlanmasına ehtiyac var. “Şahdağ” kompleksi postsovet məkanında və Şərqi Avropada bənzəri olmayan bir layihədir və ona çox böyük maraq var. Burada mərhələli şəkildə yataq yerlərinin sayı 10 minə çatdırıldıqdan sonra təsəvvür edin ki, müxtəlif ölkələrdən nə qədər turist cəlb etmək mümkün olacaq».
Nigar Abdullayeva
Palitra.-2013.-7 noyabr.-S.7.