“Arzum budur ki, Azərbaycanın səsi əbədi qalsın”
Səkinə Axundzadə: “Musiqi və texnikaya marağı mənə
Salavat müəllim həvəs
oyatdıb”
Müsahibəmiz Azərbaycan Televiziyası və Radiosunun “Səsyazma evi”nin səsyazma sexinin rəisi Səkinə Axundzadədir:
- Səkinə
xanım, bugünkü səsyazma
sexinə
hal-hazırda rəhbərlik
edirsiniz. Buradakı qurğuların
işləmə mexanizimi
sizi qane edirmi?
- Bugünkü gündə hər şey məni qane edir. Düzdür, bəzi aparaturalar var ki, onları yeniləşdirmək daha yaxşı olar. Lakin mikrofonlar, müxtəlif səs aparatları müasir texnika ilə yenilənib. Radionun qızıl fonduna qəbul da ilk səsyazma sexindən olur.
Səsyazma evi təmirə bağlandığı zaman çox narahat idik ki, binamızın hər hansı bir hissəsinə zədə dəyər. Çünki bu binanın proyekti olduqca mükəmməldir. O vaxt bu binanı almanlar tikiblər. SSRİ məkanında 4 ən böyük səsyazma studiyası var idisə, onlardan biri də bu bina idi. Bir dövr var idi ki, bu binanı söküb yerinə yeni bina tikmək istəyirdilər. Ancaq artıq biz dinclik içərisindəyik ki, buraya Ramil Qasımov kimi rəhbər təyin olunub. Artıq studiya maksimal dərəcədə bərpa olunub.
- Azərbaycan
Televiziyasının səsyazma evi digər səsyazma
studiyalarından nə ilə
fərqlənir?
- Əlbəttə ki, fərq böyükdür. Əsasən də, bizdə akustika ilk gündə olduğu kimi qalıb. Hər bir müğənni istər ki, səsini lentə yazdırdığı zaman, səsi orijinal səslənsin. Yəni, səsinin tembri olduğu kimi lent yazısında səslənsin. Məhz burada studiyamızın akustikası və aparatının imkanları buna yol verir. Digər səsyazma studiyalarında da güclü və müasir aparatlar var. Ancaq o aparatlarda müğənni səsini lentə yazdırdığı zaman, səsinin tembri fərqli olaraq lentə alınır. Buna misal olaraq deyə bilərəm ki, bir nəfər məndən Hacıbaba Hüseynovun lent yazılarını istədi. Mən lent yazılarının satışda olduğunu dedim. Lakin həmin şəxs mənə dedi ki, “mən Hacıbaba Hüseynovun orijinal səsini istəyirəm. Satışda olan kasetlərdə düzəliş, bərpa olduğu üçün əsl səsin tembri itib”. Əsl musiqi sənətini bilən insan bu fərqi bilir və anlayır.
Başqa studialarda çox müasir və yüksək keyfiyyətli səs aparatları var. Lakin səsyazma zamanı səsi o qədər təmizləyirlər ki, müğənninin səsi tamamilə dəyişir. Düzəliş etmək olar. O dərəcədə düzəliş olsun ki, müğənninin səsini dinləyən zaman onun ifası tanınsın. Burada hər şey qədərində olmalıdır. Biz çalışırıq ki, təmiz və düzgün işə yol verək. Adi bir insanıda müğənni etmək olar. Ancaq o müğənnidirsə, onun səs tembri elə olmalıdır ki, biz səsyazma zamanı işlədikdə heç bir düzəlişə yol verməyək.
Sovet dövründə standartlıq var idi və ona əməl olunurdu. Bu studia da həmin standarta uyğundu. Standartlıq haqda elmdə
var. Standartlaşdırma. Bu elm vacib bir
sahədir.
Mən bu ixtisas üzrə
oxuduğum üçün,
bu sahəyə
çox həssaslıqla yanaşıram.
Vaxtilə qızıl fondda zədələnmiş lentləri biz bərpa
edirdik. Lakin radionun özündə xüsusi bərpaetmə
mərkəzi var. Mərhum
rəisimiz
Salavat müəllim deyərdi
ki, əgər biz işimizi 3 qiymətinə yazmışıqsa, o Amerikada
da 3-di, İngiltərədə
də
3-di, Fransada da 3 qiymətindədi. Ancaq başqa studialarda səsyazmalar, 5-ə yazılıbsa,
ola bilər ki, o işin əsil qiyməti
heç 3-də deyil. Çünki standartlara uyğun
olmaya bilər.
- Mərhum
Salavat müəllimlə olan xatirələriniz və
onun səsyazma sexində gördüyü işlər haqqında söz açmağınızı istərdik...
- Salavat müəllim həyat yoldaşım olmaqla bərabər həmçinin
mənim
müəllimim
də
olub. Musiqi və
texnikaya marağı məndə Salavat müəllim oyatdı.
O, texnika sahəsi üzrə
həm
bilirdi, həm də bu sənəti sevirdi. Mən də
istər-istəməz onun həyat
yoldaşı olaraq, bu sənətə yiyələndim və bir müəllim kimi mənə bu sənəti sevməyi
öyrətdi.
Musiqi sahəsindən isə
mən
çox uzaq biri idim. Muğamlara, dəstgahlara,
təsniflərə marağı
Salavat müəllim öyrətdi.
Halbuki uşaqlıqda muğamı
necə
dinlənsini
belə
anlamırdım. Muğam nədir, ona necə
qulaq asmaq olar, bilmirdim. Amma indi həvəslə, böyük
məhəbbətlə
milli, kökümüzə xas olan muğam
kimi dəyərli
musiqimizi dinləyi bacarıram. Bunların hamısını
Salavat müəllimin sayəsində öyrənmişəm. Onun xatirələri mənim
üçün əziz və
doğmadır. O, bir
şəxsiyyət kimi də
hörmət
sahibi olan insan idi. Onun mənim həyatımda
olan dəyəri
misilsizdir. Bu gün əgər mən
bu sənətə dərindən bələdəmsə,
əlbəttə ki, bu, Salavat müəllimin sayəsində olub.
Salavat müəllim bir rəhbər kimi də
hər
zaman öz alicənablığını
qoruyub saxlayıb. Onun səsyazma sexində
ki, fəaliyyəti
və
işgüzarlığı buradakı bütün işçi heyyətinə məlum
idi. Universiteti yenicə
bitirən
işçilərə də
praktikanı çox gözəl
aparardı. Hətta mən
universiteti yenicə bitirib burada işləməyə başlamışdım.
Bir gün Salavat müəllim
mənə maqnitofonu yığaqı
öyrətdi.
O zamanlar gənc qız olmağıma baxmayaraq bu sənəti zaman keşdikcə
öyrənib
sevməyə başladım. O, iş fəaliyyətində də
tabeliyində
olan işçilərə yüksək qayğı ilə yanaşırdı. İşgüzar olmağın yollarını
göstərərdi.
Salavat müəllim xasiyyətcə çox mülayim, xoş təbiətli, mehriban biri idi. Əsasən də çox
vətənpərvər
insan idi. Baxmayaraq ki,
qürbəttə anadan olub, lakin
vətənə bağlılığı
böyük olub.
Hətta o, Bakıya gələndə
belə
Azərbaycan
dilində
bilmirdi. Qısa zaman çərçivəsində öz ana dilini
öyrənməyə nail oldu.
- Sənət fəaliyyətinizdə arzularınız...
- Bu binaya elə
sənətkarlar gəlib
ki, bu yer
sanki mədəniyyət iqamətgahıdır.
Mən deməzdim
ki, bura sadəcə səsyazma
studiasıdır, bu bina tarixi binadır.
Mədəniyyətimizin tarixi. Mən istərdim
ki, bu bina
tarix boyu qalsın və gələcəkdə “Tarixi Səsyazma
evi” kimi fəaliyyət göstərsin.
Çox
olub ki, sovet dövründə hansısa səfirliy bu binanı almaq istəyib.
Lakin xoş bəxtlikdən belə
bir şey baş verməyib. Salavat müəllim deyərdi
ki, “Azərbaycanın səsini kəsmək istəyirsinizsə, bu binanı sökün. Çünki, bu bina Azərbaycanın səsidir”.
Arzum budur ki, Azərbaycanın səsi
əbədi qalsın.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-21 noyabr.-S.13.