OperaBalet Teatrının solistləri Azərbaycanı xarici ölkələrdə uğurla təmsil edirlər”

 

Professor Cavanşir Cəfərov: “Teatrımızın səhnəsində hər zaman olduğu kimi, bu mövsümdə də istedadlı gənclərə geniş meydan

verilir

 

Layihə çərçivəsində müsahibimiz OperaBalet Teatrının baş dirijoru, Xalq artisti, professor Cavanşir Cəfərovdur:

- İki aya yaxındır ki, OperaBalet Teatrı yeni - 105-ci mövsümünə başlayıb. Yeni mövsüm haqqında danışmazdan öncə, bir qədər geriyə qayıtmaq, ötən mövsüm ərzindəki fəaliyyətimizə nəzər salmaq istərdim. Teatr rəhbərliyi və yaradıcı kollektiv arxada qoyduğumuz 104-cü mövsümü maraqlı və yaddaqalan etmək üçün əlindən gələni əsirgəməyib, nəticə isə sevindirici olub. Mövsüm ərzində beş yeni tamaşanın (C.PuççiniCanni Skikki”, Üz.Hacıbəyli “Əsli və Kərəm”, E.Raxmadiyev “Alpamıs”, E.Dadaşova “Sayalı”, L.MinkusPaxita”) premyerası baş tutub, teatrın balet truppası Belorusun paytaxtı Minskdə Q.QarayevinYeddi gözəl” baletinin tamaşası, simfonik orkestrimiz isə Almaniyada Qut-İmmlinq Opera sənəti festivalının “Qrand final” konsertində böyük uğurla çıxış ediblər. Balet ustalarımız Şəkidə Beynəlxalq “İpək yolu” festivalı çərçivəsində “Yeddi gözəl” baletini nümayiş etdiriblər. Teatrın bir çox solistləri dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festival və müsabiqələrdə Azərbaycanın vokalbalet sənətini layiqincə təmsil ediblər. Ötən mövsümdə həmçinin teatrımızın səhnəsində bir sıra opera və balet sənəti ulduzları - vokalçılar Yekaterina Straşenko (Ukrayna), Vladislav Qoray (Ukrayna), Liliya Şolomey (Moldova), Yusif Eyvazov (İtaliya), Sergey Frankovski, Yelena Bundeleva (hər ikisi Belorusdan), Teymuraz Ququşvili (Gürcüstan), Larisa Andreyeva (Rusiya), Deniz Yetim (Türkiyə), balet ustaları - Yekaterina OleynikKonstantin Kuznetsov (Belorus), Mariya AllaşAleksandr Volçkov (Rusiya, Böyük Teatr), Marianna Rıjkina və Vladislav Lantratov (Rusiya, Böyük Teatr), dirijorlar Vyaçeslav Voliç (Belorus), Korneliya fon Kerssenbrofk (Almaniya) və b. çıxış ediblər.

- Yeni mövsüm tamaşaçılara hansı yeni tamaşalar vəd edir?

- Teatr yeni mövsümünə ənənəyə sadiq qalaraq yenə də sentyabrın 18-də başlayıb. Bu il mövsümə Ü.Hacıbəylinin “Arşın mal alan” əsərinin tamaşası ilə start verilib. Tamaşa V Ü.Hacıbəyli Beynəlxalq Musiqi festivalının açılışına və ölməz əsərin 100 illik yubileyinə həsr olunmuşdu. Əlbəttə ki, hər bir yeni mövsüm yeni quruluş, premyeralar deməkdir. 105-ci mövsümün ilk premyerası özünü çox gözlətmədi - sentyabrın 21-də Ü.Hacıbəyli beynəlxalq musiqi festivalı çərçivəsində görkəmli italyan bəstəkarı Q.DonisettininSevgi şərbəti” operasının premyerası baş tutdu.

Hazırda Teatrın yaradıcı kollektivi bir neçə yeni tamaşanın quruluşu üzərində çalışır. C.Puççinininİl Tabarro” və C.VerdininDon Karlos” operaları, eyni zamanda NiyazininRast” və F.ŞopeninŞopeniana” baletləri mövsümün sonuna kimi səhnəyə qoyulacaq.

- Teatrın beynəlxalq əməkdaşlığı barədə nə deyərdiniz?

- Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı hazırda dünyanın bir sıra qabaqcıl Operabalet teatrları ilə yaxından və sıx əməkdaşlıq edir. İki ay öncə - sentyabrda isə İtaliyanın qabaqcıl teatrlarından biri olan Roma Opera Teatrının direktoru cənab Katello De Martino və Roma şəhər meriya nümayəndəsinin Bakıya səfərləri zamanı Azərbaycan OperaBalet Teatrı ilə Roma Opera Teatrı rəhbərliyi arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum çərçivəsində tərəflər qarşıdakı 4 il ərzində birgə turnelər keçirilməsi, sənətçi, dirijor, rejissorların qastrol səfərlərinin təşkili, ustad dərsləri keçirilməsi, informasiya mübadiləsi və s. haqqında razılığa gəliblər. OperaBalet Teatrı yeni mövsümdə də uğurlu qastrol siyasətini davam etdirir. Mövsümün əvvəlindən bəri Ukraynalı balet ulduzları Tatyana LyozovaAndrey Quranın iştirakı ilə L.MinkusunDon Kixotbaletinin tamaşası, gürcüstanlı Teymuraz Ququşvili və ukraynalı Viktoriya Çenskayanın iştirakı ilə “Aida” operasının tamaşası böyük triumfla keçib. Bu sıradan növbəti tamaşa - noyabrın 23-də keçiriləcək “Boqema” operasının tamaşasında Ukrayna Milli Operasının aparıcı solisti Olqa NaqornayaBelarus Milli Akademik Böyük OperaBalet Teatrının solisti Vladimir Qromovun iştirakı gözlənilir. Biz həmçinin Azərbaycandan kənarda fəaliyyət göstərən azərbaycanlı sənətçilərlə də müntəzəm əlaqə saxlayır və onları teatrımızın tamaşalarında iştirak etməyə dəvət edirik. Məsələn, növbəti aylarda Böyük teatrın balet truppasının solisti, Azərbaycanın Əməkdar artisti Çinarə Əlizadə, Sankt-Peterburqun Mariinski Teatrının solisti Timur Əsgərov, İtaliyada çalışan həmyerlimiz vokalçı Yusif Eyvazovb. Bakıya qastrol səfərinə gələcəklər. Tamaşaların daha çox maraqlı olmasını, anşlaqla baş tutmasını və ən əsası yüksək professionallığını təmin edən bu praktika mövsümün sonuna kimi davam edəcək və tamaşaçılarımız növbəti aylarda da teatrın səhnəsində ən müxtəlif operabalet ulduzlarını dinləyə və seyr edə biləcəklər. Elə Azərbaycan OperaBalet Teatrının solistləri də müxtəlif ölkələrdə, ən mötəbər səhnələrdə, mühüm tədbir və konsertlərdə uğurla çıxış edirlər. Bu sırada ilk növbədə Xalq artisti vokalçı Əvəz Abdullayevin adını çəkmək lazımdır. Əvəz Abdullayev bir neçə ay ərzində AlmaniyaFransada səfərlərdə olub, Bakıya qısa müddətli dönüşündə teatrdaAleko” operasının tamaşasında çıxış etdikdən sonra yenidən Avropaya qayıdıb. Bu dəfə o, İtaliyab. ölkələrdə tamaşalarda çıxış edəcək. Bundan başqa Xalq artistləri Azər Zeynalov, Əməkdar artistlər İnarə Babayeva, Gülnaz İsmayılova, gənc solistlər Tural Ağasıyev Fransada, Xalq artisti Əli Əsgərov RusiyaBelorusda, Fərid Əliyev, İlahə Əfəndiyeva Qazaxıstan və Rusiyada qastrol səfərlərində olublar və Azərbaycanın akademik sənətini yüksək səviyyədə təmsil ediblər.

- Bu gün teatrda gənclər yetərincə təmsil olunurmu?

- Teatrımızın səhnəsində hər zaman olduğu kimi, bu mövsümdə də istedadlı gənclərə geniş meydan verilir. Ötən mövsümdə vokalçılar Afaq Abbasova, Azər Rzazadə, Cahangir Qurbanov bir sıra tamaşalarda aparıcı partiyalarda uğurla çıxış edib və hazırda onlar yeni partiyalar üzərində çalışırlar. Teatrın gənc solisti İlham Nəzərov Mədəniyyət və Turizm Nazirliyi xətti ilə İtaliyada ixtisasartırma kurslarında təhsilini başa vuraraq geri qayıdıb və hazırda çox fəal surətdə məşqlərə başlayıb. Bakı Xoreoqrafiya Məktəbinin məzunu, Prezident mükafatçısı Ayan Eyvazova isə ötən il Moskva Balet Akademiyasında ixtisasartırma keçibsentyabrda o teatrın balet truppasına işə qəbul edilib. OperaBalet Teatrı öz fəaliyyəti ilə sübut edir ki, akademik sənət, ciddi klassik səhnə quruluşları da diqqəti cəlb edə, tamaşaçıların marağını teatra cəlb edə bilər. Bu istiqamətdə Teatr rəhbərliyi tərəfindən geniş aparılır. Repertuar seçimi, tamaşaların reklamı, ifaçıların professional səviyyəsi, baxımlı və rəngarəng səhnə tərtibatı və kostyumlar - bütün bunlar tamaşaçıların zövqünü oxşayır, onları teatra cəlb etməyə xidmət edir. OperaBalet teatrı bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

- SondaPalitra”ya arzu istəkləriniz...

- Mən sonda teatrımızın KİV, o cümlədənPalitraqəzeti ilə əlaqəsi məsələsinə toxunmaq istərdim. TeatrınPalitraqəzeti ilə ən sıx əlaqələri mövcuddur. Qəzetdə teatrın fəaliyyəti geniş işıqlandırılır, tamaşalar haqqında mütəmadi olaraq məlumatlar verilir, tanınmış sənət insanları ilə müsahibələr dərc edilir. Qəzetin fəaliyyətinə uğurlar diləyir ümid edirik ki, yaradıcılıq əlaqələrimiz bundan sonra da davam edəcək.

 

Nigar Abdullayeva

Palitra.-2013.-21 noyabr.-S.11.