Elçin Həsən: “Zəngin mədəni irsimizi təbliğ etməliyik”
Aydınlar Elmi İctimai Birliyi “yeni doğulmuş” QHT sayılır. Təşkilat yenicə dövlət qeydiyyatından keçib. Amma təşkilatın sədri Elçin Həsənin qəzetimizə müsahibəsindən görünür ki, yeni elmi fikir və ideyalarla fəaliyyətə başlayıblar.
-QHT olaraq sizin prinsipləriniz nədən ibarətdir?
-Prinsiplərimizi
şüarabənzər formada ifadə eləsək, bizdə “11A” adlanan prinsiplər toplusu var ki, o da
bunlardır: alim ol, aktiv ol,
aqil ol, agah ol, ayıq
ol, azad ol, açıq ol, aşkar ol, adil ol,
arif ol ki,
aydın olasan. Qısa cümlə ilə
ifadə
eləsək,prinsiplərimiz bir elmi şəbəkə
olaraq xalis niyyətli,
fədakar,
xalqı üçün
hər
növ əziyyətlərə qatlaşan,
əzmkar, qətiyyətli, comərd
və
savadlı olmaqdır.
- Gənclərin Azərbaycan
tarixi, dövlətçilik ənənələri və mədəni irsə
bağlılığı necə
olmalıdır?
- Belə
bir bağlılıq
əlbəttə ki, olmalıdır.
Tarix ibrət
vasitəsidir.
Təəssüf ki, insanların
əksəriyyəti tarixi sadəcə fəxr
və
münaqişə
vasitəsi
kimi istifadə edir. Bizə görə
isə
tariximizin istər uğurlu, istər uğursuz
səhnələri bizim üçün bilinməsi mühüm olan və
ibrət
alıb bugünümüzü
və
sabahımızı düzgün
dəyərləndirməyimiz
üçün bir vəsilə olmalıdır. Allah Təala
da “Quran”da müəyyən tarixi qissələri
yalnız ibrət almağımız üçün
bizlərə bildirdiyini dəfələrlə vurğulayıb.
Keçək dövlətçilik
ənənələrinə. Bəzən insanlarımız millətçiliklə dövlətçilik
məfhumlarını
səhv
salır. Millətçiliyi sırf milli
mənsubiyyətə görə öz millətini başqasından
üstün bilmək kimi qiymətləndirsək, təbii
ki, bu məqbul bir düşüncə və
ideologiya deyil. Dövlətçilik isə
dövlətin,
xalqın maraqlarına,
gələcəyinə
xidmət
şüurunda olmaqdır
ki, bu hər bir vətəndaşın
sahib olmalı olduğu
dəyər və
yanaşmadır. Qaldı ki,
mədəni irsə,
bu da çox
geniş məfhumdur və
düşünürəm
ki, kifayət qədər zəngin mədəni irsimiz olduğuna görə
hər
bir azərbaycanlı bu
irsdən
pay aparmalıdır.
- Siz bu bağlılığın
hansı dərəcədə olduğunu düşünürsüz?
- Bu gün gənclərimizin bu dəyərlərə
bağlılığı görünsə
də,
görüləsi
çox işlər var. Burda çox faktorlar nəzərə alınmalıdır. Müharibə dövründən
xeyli zaman keçməsi
və
gənclərimizin o dövrün gənclərinə nisbətdə Qarabağ dərdindən
ən azı tarixi məsafə olaraq nisbətən
uzaqlaşması, əyləncə xarakterli
mövzuların həddindən artıq qabardılması,
təhsilimizdə hələ də
davam edən müəyyən çatışmazlıqlar,
mənəvi maarifləndirmədə olan çatışmazlıqlarımız, dini-mənəvi təbliğatda
firqələşmə və
xarici siyasi-ideoloji maraqların yer alması və s. bunlar hamısı gənclərin milli-mədəni dəyərlərə
bağlılığına, onun artmasına təəssüf
ki, ciddi şəkildə öz mənfi
təsirini
vermiş olur. Amma buna baxmayaraq ümidlərimiz
var, inşallah, görülən
müəyyən işlərin
sayəsində bu şeylərin müsbətə doğru
dəyişəcəyinə
çox ümid edirik. Digər tərəfdən də, sadəcə üst qurumların təşəbbüslərinə ümid bağlamaq deyərdim
ki, ən
böyük yanlışlıqlarımızdan
biridir. Hər bir fərd özünün, ailəsinin və
cəmiyyətinin hərtərəfli inkişafında
öz imkan və
qabiliyyətləri çərçivəsində işlər
görməlidir.
Əks halda
heç bir inkişafdan söhbət gedə bilməz.
- Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
-Qarşıdan gələn QHT-lərə qrant mükafatı ayrılması
müsabiqəsində iştirak etmək fikrimiz
var. Özüm bakalavr
təhsilini
Dövlət
İqtisad Universitetində almışam və magistratura təhsilimi də Liverpool Universitetində
Beynəlxalq
Neft və Qaz İdarəçiliyi
üzrə
almışam. Digər təsisçi
rəhbər Samir Aslanov da
fərqli
ixtisaslar üzrə üç universitet məzunudur,
bundan əlavə
ölkəmizdə İslam maliyyəsi üzrə diplomu olan ilkin,
azsaylı və güclü mütəxəssislərdəndir. Digər üzvlərimizin
də
əksəriyyəti iqtisadçı olduğuna
görə
böyük ehtimalla maliyyə
sahəsinə aid bir mövzuda tədbir
keçirməyi
nəzərdə tutan bir layihə
hazırlanacaq. Amma növbəti illərdə artıq tam müxtəlif elmi sahələrdə oxuyan və
ya çalışan
üzvlərimiz
olacağı təqdirdə fərqli
istiqamətlərdə layihələrimiz olacaq.
- Gənc nəslin milli ruhda formalaşması
üçün onların
milli-mənəvi dəyərlərə
bağlılığı yetərincədirmi?
-Bilirsiniz, əslində “milli-mənəvi dəyərlər”
dedikdə
bunları eyniləşdirmək olmaz. Hər ikisinin ayrı
mənasını
nəzərdə tutmaqla birgə
ifadə
etmək
olar, əlbəttə. Bunların arasında müəyyən ortaq cəhətlər olsa da xeyli fərqlər mövcuddur. Məsələn, Qarabağ probleminin həll
olunması uğrunda atılan addımlar və
ya Azərbaycan xalqına
məxsus
hansısa mədəni irsin qorunması şüurunda
olmaq kimi dəyərlərdə
mənəvilik olsa da bunlar
daha çox milli dəyər kimi qiymətləndirilməlidir. Digər tərəfdən, məsələn,
insanlara xidmət və
ya özünə rəva
bilmədiyini
başqasına da rəva
bilməmək və
ya əliaçıqlıq
kimi insani keyfiyyətləri isə
mənəvi dəyərlər kimi səciyyələndirmək
lazımdır.
- Sizcə, elmin inkişafında son məqsəd nə
olmalıdır?
-Biz elmi bir təşkilat olsaq da elmi
və
savadı bir son hədəf olaraq deyil, vasitə olaraq qiymətləndiririk,
insanların düşüncə üfüqünü və ruhunu genişləndirmək üçün, mənəviyyatını və
insanlığa xidmətini yüksəltmək üçün, eyni zamanda təbii
ki, sosial rifahın inkişafı üçün bir vasitə.
Bunlar olmadıqca elmin öz-özlüyündə
heç bir dəyəri qalmaz. Və təəssüf ki, bu gün
elmi inkişafın ən yüksək
həddə olduğu Qərb dünyasında
belə
elmin özünə kökündən
yanlış bir yanaşma var. Onlar elmi sərbəst hədəf olaraq görür və
elmin vasitə ola biləcəyi
şeylər
arasında ancaq maddi rifahı götürürlər.
Qısa və
açıq ifadə eləsək, bütün insanlara xoşbəxtlik
lazımdır. Bunu
heç kim
inkar eləməz.
Maddiyyat və
rahatlığın insanın
xoşbəxt
həyat
sürməsində inkarolunmaz rolu olsa da, bunların
xoşbəxtliyin
özü olmadığını
hər
bir ağıllı şəxs
dərk
edir. Məhz bu səbəbdən
də,
elmi son hədəf
olaraq görənlər ruh elminə,
mənəviyyat elminə
- bu ən dərin və
zəruri
elmdir - laqeyd yanaşdıqlarına görə onların insanlığın
səadətinə, hüzurlu həyatına demək olar heç bir qatqıları olmayıb. Yeri gəlmişkən, bizim şüarımıza
da diqqət etsəniz, elmə
olan yanaşmamızı
anlayarsız. “Elmdən
aydınlığa” və “11A” prinsipi də
alimlikdən
başlayıb aydınlıqda
bitir. Yəni elm bizim üçün
aydınlığın özü
deyil, aydınlığa
doğru gedən yolun başlanğıcıdır.
- Elmin təbliğ
olunması üçün
nələr edilməlidir?
-Bu sual çox əhatəli cavab tələb edir. Bunun üçün əvvəl də
qeyd elədiyim kimi hədəflər düzgün
müəyyən edilməlidir.
İstənilən fəaliyyət birbaşa, ya dolayısıyla insanların
ruhuna xidmət etməlidir. Elmin təbliğ
olunması üçün
biz hələ elmin nə
olduğunu, nələri ehtiva etdiyini müəyyənləşdirməliyik. Təəssüf ki, bu məsələdə
də
çatışmazlıqlar sezilir və
bizlər
hələ də
“elm” dedikdə
hətta
əksər hallarda yalnız dəqiq
elmləri,
rəqəmsal elmləri
təsəvvür edir və
ya nəzərdə tuturuq.
Elmin nələri əhatə etdiyini müəyyənləşdirdikdən sonra, istər təhsil mərkəzləri, istər digər təşkilat və qurumlar tərəfindən hərtərəfli, dəqiq və təcrübəli işlənmiş maarifləndirmə prosesi getməlidir. Əlbəttə ki, bu məsələlərdə yeni nazirimizdən də gözləntilərimiz çoxdur. İnstitutların metodik və maliyyə baxımdan inkişafında ciddi artıma ehtiyac var. Təhsil sahəsində çalışanların əməkhaqlarında nəzərəçarpacaq artıma ehtiyac var. Bunlar baş tutmadıqca, elmin inkişafından danışmaq əbəs olar. Azərbaycan xalqının daxilən kifayət qədər elmə meyilli xalq olduğunu nəzərə alsaq, bu çatışmazlıqların aradan qaldırılacağı təqdirdə ölkədə istər düşüncə tərzi, istərsə elmi nailiyyətlər baxımdan çox ciddi irəliləyişlərin olduğunu müşahidə edərik.
- Hər
hansı dövlət və
QHT-lərlə
əməkdaşlıq
edirsinizmi?
-Hələ ki, rəsmi olaraq heç kimlə əməkdaşlıq etməyə başlamamışıq. Amma təbii ki, bunsuz olmaz. Yerli QHT-lərdən əlavə xaricdəki, xüsusilə Qərb ölkələrində analoji fəaliyyət göstərən təşkilatlar, elm xadimləri, ictimai xadimlərlə əlaqələr yaratmağa çalışırıq.
- Görüləcək
hansı işləriniz var?
-Görüləcək çox işlərimiz var. Yaxın gələcək üçün onu deyə bilərəm ki, inşallah dekabrda İngiltərə, Kanada, ABŞ səfərlərimiz olmalıdır, həm tədbirlərə qatılmaq, həm böyük şəxsiyyətlərdən, elm xadimlərindən müsahibə almaq məqsədilə. Sonrakı işlər sponsorluq məsələsindən də xeyli aslı olaraq qalır, çünki hələ planlarımızı tam həyata keçirmək üçün sponsorumuz yoxdur.
Diqqətinizə və maraqlı suallarınıza görə şəxsən öz adımdan və təşkilatımızın adından minnətdarlığımı bildirirəm.
Fuad Hüseynzadə
Palitra.-2013.-22
noyabr.-S.11.